Axtarış

The search found 105785 results in 0.046 seconds.

Search results

  1. Cinderesinin böyük bir hissəsi ƏLƏ KEÇİRİLDİ

    Dünən etibarilə Cinderesinə girən Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu, regionun qərb və cənub hissəsini ələ keçirib.
     
    “Zeytun Budağı” Hərəkatı terror təşkilatı PKK/PYD-yə ağır zərbə endirən Türk əsgəri və ASO, Afrin şəhər mərkəzindən əvvəlki ən mühüm mövqe olan Cinderesinin, qərbi və cənubu olmaqla, böyük bir hissəsi terrorçulardan təmizlənib.

    Muxalifet3 - 8-03-2018

  2. ​Kiyevdə DƏHŞƏT: restoran qumbaraatanla vuruldu

    Kiyevin mərkəzində naməlum şəxslər qumbaraatandan restorana atəş açıblar.
    Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Espresso" televiziyası yayıb.
    Televiziya insidentin bu gecə baş verdiyini bildirib. Hadisə zamanı heç kim xəsarət almayıb.

    Muxalifet2 - 8-03-2018

  3. ​Türkiyənin S-400-ləri NATO-nu qorxutdu: TƏHLÜKƏ...

    Türkiyənin S-400 zenit raket kompleksləri alması NATO-nu ciddi şəkildə narahat edir.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel söyləyib. Onun sözlərinə görə, S-400 NATO texnologiyalarına uyğun gəlmir:

    Muxalifet2 - 8-03-2018

  4. ​Qadını işgəncə ilə öldürdülər, sonra da evi yandırdılar - GƏNCƏDƏ DƏHŞƏT

    Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.
    DİN-dən Publika.az-a verilən məlumata görə, nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb.
    Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib.
    Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Muxalifet2 - 8-03-2018

  5. ​ABŞ-a güc göstərməliyik – FRANSA

    Avropa ABŞ-ın polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etməsi planlarına qarşı qətiyyətlə dayanmalıdır.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər naziri Jan-İv Le Drian söyləyib.
    "Avropa gücünü göstərməlidir. O, qətiyyətli olmalıdır" - deyə o bildirib.
     

    Muxalifet2 - 8-03-2018

  6. XAMENEİDƏN SONRAKI İRANI NƏLƏR GÖZLƏYİR? –Ali dini liderin sabiq prezidenti niyə qoruduğunun sirri açılır...

    Fevralın 18-də, yəni, sabiq İran prezidenti Mahmud Əhmədinecatın məhkəmə sisteminin əleyhinə danışaraq, dini lider Xameneini də “məsuliyyətdən qaçmaqda” ittiham etməsindən sadəcə dörd gün sonra Xamenei də ona bir açıqlama ilə cavab verdi. Açıq formada olmasa da, İran İslam Respublikasının ədaləti təmin etməkdə ümumiyyətlə, yetərsiz qaldığını qəbul edən Xamenei xalqdan üzr istənməsinin lazım olduğunu bildirdi. Bu, həmişəki kimi, çox yayğın, fərqli şərhlərə imkan verən bir açıqlama idi.

    Muxalifet2 - 8-03-2018

  7. ​Rusiya öz düşmənlərinə qarşı Stalin metodları ilə mübarizə aparır

    Rejim üçün hədəf düşməninin bütün ailəsidir

    Muxalifet2 - 8-03-2018

  8. ​ABŞ-dan növbəti İSTEFA: Daha bir cinsi təcavüz

    ABŞ Meşə İdarəsinin rəhbəri Toni Tuk istefa verib.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun istefasına səbəb seksual zorakılıqla bağlı ittiham olub:
    "Mən bu gündən vəzifəmdən istefa verirəm, yerimi yeni liderə həvalə edirəm".
    Qeyd edək ki, uzun illər bu vəzifədə çalışan Tuk idarənin keçmiş və hazırkı qadın əməkdaşlarına cinsi təcavüz etməkdə ittiham olunur.

    Muxalifet2 - 8-03-2018

  9. ​Müdafiə Nazirliyindən əsgər valideynlərinə XOŞ XƏBƏR

    Martın 20-də saat 11:00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.
    Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

    Muxalifet2 - 8-03-2018

  10. Netanyahu İsrail polisini İTTİHAM ETDİ

    İsrailin baş naziri Binyamin Netanyahu, polislərin haqqındakı korrupsiya ittihamında şahidlərə onun əleyhinə ifadə vermələri üçün təzyiq etdiyini iddia edib.
     
    Netanyahu, Facebook səhifəsində yayımladığı bir video materialda, 4000 nömrəli cinayət işində baş verənlərlə bağlı dəyərləndirmələr edib.
    Polis işçiləri və istintaq aparan qurumları ittiham edən Netanyahu, bu ifadələri işlədib:

    Muxalifet3 - 8-03-2018

  11. ​Fələstinlilərin meyiti müsadirə ediləcək - ŞOK QANUN

    İsrail mövqelərinə hücum zamanı öldürülən fələstinlilərin meyitləri müsadirə ediləcək.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, qanun layihəsi İsrail parlamentində 2-ci və 3-cü oxunuşlarda səsverməyə çıxarılıb və böyük səs çoxluğu ilə qəbul edilib.
    Layihəyə əsasən, meyit dəfn mərasiminin "təxribat və terrorun dəstəklənməsi" prosesinə çevrilməyəcəyinə əmin olduqdan sonra ailələrə veriləcək.
    Qeyd edək ki, hazırda İsrail polisinin 253 fələstinin nəşini geri qaytarmadığı açıqlanıb.

    Muxalifet2 - 8-03-2018

  12. Cinderesi TERRORÇLURDAN GERİ ALINDI

    TSQ və ASO Cinderesində nəzarəti təmin etdi.
     
    Afrinə açılan qapı kimi dəyərləndirilən strateji əhəmiyyətli Cinderesi mərkəzində nəzarət təmin olundu.
    Afrin, bir rayon mərkəzi və Raco, Bülbül, Şeyx Hədid, Cinderes, Şeran və Mabat olmaqla, altı mahal mərkəzindən ibarətdir. Cinderesini də almaqla, rayon mərkəzi və Mabatdan başqa bütün şəhərlər “Zeytun Budağı” Hərəkatını yürüdən TSQ və ASO qüvvələrinin nəzarətinə keçdi.
    Əməliyyatda alınan son mövqelərlə Afrin mərkəzinə 7 kilometrlik məsafə qaldı.
    Müxalifət.az

    Muxalifet3 - 8-03-2018

  13. ​“MAAŞIMIZI ARTIRMAYIN” – Həkimlər bu tələblə hökumətə müraciət etdilər

    Həkimlərdən və tibb fakültələrinin tələbələrindən ibarət 2 min nəfərlik qrup hökumətə açıq məktubla müraciət edərək maaş və təqaüdlərinin artırılmasına etiraz ediblər.
    Belə bir maraqlı hadisə Kanadada baş verib.
    Məktubu imzalayan tibb işçiləri hesab edirlər ki, onların maaşlarının artırılması barədə qərar yersizdir. Çünki bu artımdan sonra həkimlərlə tibb bacılarının maaşları arasında böyük fərq yaranır. “Özlərinə düşmən kəsilmiş” etirazçıların digər arqumenti ondan ibarətdir ki, keyfiyyətli səhiyyə xidmətləri əhalinin bəzi qrupları üçün əlçatmazdır.

    Muxalifet2 - 8-03-2018

  14. Dağlıq Qarabağda MÜHARİBƏ BAŞLAYACAQ, Rusiya isə... – ABŞ kəşfiyyatından PROQNOZLAR

     “Amerikanın kəşfiyyat cəmiyyəti belə nəticəyə gəldi ki, Suriya münaqişəsinin gedişatında prezident Bəşər Əsədin xeyrinə həlledici uğur qazanılıb və ABŞ-ın dəstəklədiyi müxalifəti artıq onu devirməyə qadir deyil”.
    Muxalifət.az xəbər verir ki, bu haqda ABŞ Milli Kəşfiyyat Direktorluğunun İdarəsi tərəfindən çərşənbə günü dərc edilən "Kəşfiyyat birliyi tərəfindən dünya üzrə təhdidlərin qiymətləndirilməsi" adlı məruzənin qeyri-məxfi versiyasında deyilir.

    Muxalifet2 - 8-03-2018

  15. T​ramp o sənədi imzalayacaq: GECƏ SAVAŞ BAŞLAYIR

    ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına vergi tətbiqini nəzərdə tutan qanun layihəsini imzalayacaq. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, imzalanma prosesi Bakı vaxtı ilə saat 01:30-da baş tutacaq. Qərarın dünya ticarətində çaxnaşmaya səbəb olacağı bildirilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp alüminium və polad idxalına 25% vergi tətbiq ediləcəyini deyib. Prezident ABŞ-la ticarət əlaqələrində yaxşı davranmayacağı təqdirdə Avropa Birliyinə qarşı “böyük vergi” tətbiq edəcəyini söyləyib.

    Muxalifet2 - 8-03-2018

  16. Türkiyədən ölkə xaricində DAHA BİR ƏMƏLİYYAT

    Türkiyənin xarici işlər naziri Çavuşoğlu, İraqdakı seçkilərdən sonra PKK-ya qarşı Bağdad ilə birgə ölkə sərhədlərinin xaricində əməliyyat olacağını deyib. Çavuşoğlu, birgə əməliyyat məsələsində İraqın baş naziri İbadi ilə görüşüldüyünü bildirib.
     
    Xarici işlər naziri Mövlud Çavuşoğlu, Afrin hərəkatının may ayına qədər yekunlaşacağını deyib.
    Müxalifət.az

    Muxalifet3 - 8-03-2018

  17. Şimali və Cənubi Koreya birləşməyə doğru gedir…Rusiya, Çin və ABŞ buna imkan verəcəkmi? – ARAŞDIRMA

    Bu yaxınlarda bir-birini, az qala, atəşə tutan Şimali və Cənubi Koreya artıq birləşmə planını müzakirə edir. İki ölkənin qovuşması tərəfdarları artıq çoxdan xəyal edirlər ki, bütöv Koreya indiki Şimal kimi silahlı və müstəqil, amma bununla yanaşı, indiki Cənub kimi zəngin və inkişaf etmiş olacaq. İki ölkəni bir-birinin ağuşuna atılmağa nə məcbur edib və onların birləşməsi necə görünə bilərdi?

    Muxalifet2 - 8-03-2018

  18. Baş Prokurorluq və DTX AzTV sədrinin fəaliyyəti ilə bağlı ciddi araşdırma aparmalıdır

    Çünki təqsirləndirilən şəxs Şücaət Əkbərov məhkəmədə Arif Alışanov barəsində tükürpədici ifadələr səsləndirib

    Muxalifet2 - 8-03-2018

  19. ​Düşmən qaçmağa yer axtaracaq - Müdafiə nazirindən düşməni vəlvələyə salacaq AÇIQLAMA

    Türkiyə “Zeytun budağı” hərəkatı çərçivəsində terrorçulara qarşı mübarizə aparan Silahlı Qüvvələrə daha bir yerli istehsal silahı göndərəcək.
    Publika.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Nurəddin Canikli məlumat açıqlayıb.
    Nazir Maşın və Kimya Sənayesi tərəfindən istehsal edilən bir neçə lüləli raketatanların sınaqlarının uğurla keçirildiyini bildirib. O, yeni silahın bu ay içində “Zeytun budağı” hərəkatında istifadə ediləcəyini qeyd edib.
    Türkiyənin yerli istehsalı olan raketatanların təsir gücü digərlərinə nisbətən 4 qat yüksəldilib.

    Muxalifet2 - 8-03-2018

  20. Qəssab ata oğlunun əlini kəsdi – İLGİNC SƏBƏB

    Hindistanda qəssab ata erotik film aludəçi olan oğlunun əlini kəsib. 
    45 yaşlı Məhəmməd Qəyyum Qureyşi 18 yaşlı oğluna dəfələrlə xəbərdarlıq etsə də, oğlu buna məhəl qoymayıb. 
    Telefonu ondan almaq istəyəndə oğul atasının əlini dişləyərək evdən qaçıb. 
    Ertəsi gün evə qayıdanda mübahisə yenidən qızışıb. Bu zaman qəssab ata bıçaqla oğlunun əlini kəsib. 
    Həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, uşağın əli 90 faiz kəsilib və bədən üzvünü əvvəlki kimi bərpa etmək mümkün deyil./Teleqraf/
     

    Muxalifet2 - 8-03-2018

Pages