Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Türkiyədə orta məktəbdə kütləvi zəhərlənmə
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda Tofiq Fikrət adına orta məktəbdə kütləvi zəhərlənmə baş verib.
Muxalifet.az xəbər verir ki, 20 şagird kəskin mədə bulanması və qusma səbəbindən xəstəxanalara çatdırılıb. Bildirilir ki, məktəbin yeməkxanasında istifadə müddəti başa çatmış qida məhsulundan istifadə olunmayıb.
Muxalifet3 - 7-03-2018
Suriya ordusu müdafiə xəttini yardı: Şərqi Qutaya doğru...
Suriya ordusu Şərqi Qutanı terrorçulardan təmizləmək üçün fəaliyyətini davam etdirir.
Muxalifet.az xəbər verir ki, Əsəd qüvvələri bölgədə irəliləyiş əldə ediblər. Şərqi Qutanın Məsraba kəndindəki terrorçulara məxsus müdafiə xəttini yarıblar.
Ordunun polkovniklərindən biri vətəndaşları tezliklə dövlətin ağuşuna alacaqlarını söyləyib.
Regionda terrorçuların yollara minalar döşədiyi də bildirilib.
Muxalifet3 - 7-03-2018
Axtarışda olan azərbaycanlı Kurqanda tutuldu
Rusiyanın Kurqan şəhərində RF DİN əməkdaşları tərəfindən 2017-ci ilin aprel ayında Azərbaycanda törətdiyi dələduzluq səbəbindən beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub.
Muxalifet.az bildirir ki, Kurqan şəhərinin prokurorluq əməkdaşı tərəfindən aparılan sorğu zamanı məlum olub ki, vətəndaş Rusiyaya qazanc üçün gəlib və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarıldığından xəbərsizdir.
O, ittiham edildiyi cinayətlə bağlılığını inkar edib.Muxalifet3 - 7-03-2018
Türk ordusu strateji nöqtəni ələ keçirdi
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrində növbəti yaşayış məntəqəsini terrorçulardan azad edib.
Muxalifet.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Maçale kəndi terrorçulardan təmizlənib.
Bundan əlavə, strateji önəmə sahib Cinderes yüksəkliyi də nəzarətə keçirilib.
Muxalifet3 - 7-03-2018
Terrorçular Rusiyaya açıq müharibə elan etdi - BƏYANAT
Rusiyaya məxsus An-26 təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti “Ceyş əl-İslam” qruplaşması öz üzərinə götürüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Livanın “Ad-Diyar” nəşri məlumat yayıb.
Belə ki, terrorçular eniş edən zaman 100 metr məsafədən pulemyotla atəş açdıqlarını və təyyarəni vurduqlarını bildiriblər.
Qruplaşmannın bəyanatında deyilib ki, hökumət qüvvələrinin Şərqi Qutada əməliyyatları intensivləşdirməsinə cavab olaraq təyyarə hədəf alınıb.Muxalifet3 - 7-03-2018
Rusiya 100 minə ölkəsini satan xəfiyyəsini necə zəhərləyib?
Rusiya vətəndaşı, Hərbi Kəşfiyyat Xidmətinin keçmiş zabiti Sergey Skripal və qızı sinir pozuntusu yaradan maddə ilə zəhərlənib.
Muxalifet.az xəbər verir ki, bunu İngiltərənin Antiterror İdarəsinin rəhbəri Skotland-Yard Mark deyib.
Qeyd edək ki, Skripal dünən mənşəyi bilinməyən bir maddə ilə zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onunla birlikdə 33 yaşlı qızı da zəhərlənib.Muxalifet3 - 7-03-2018
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Xatırladaq ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.Muxalifet4 - 8-03-2018
“Rusiya və Çin ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir” - PENTAQON
Rusiya və Çin ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir.
“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirinin müavini Con Rud bəyan edib.
"Rusiya və Çin qlobal quruluş və sərhədlərin dəyişdirilməsinə cəhd edir. Bu iki dövlət Birləşmiş Ştatların, onun müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinə ən böyük təhdiddir”, deyə C.Rud bildirib.
Onun sözlərinə görə, bu təhdidlər getdikcə artacaq: “Bu baxımdan ABŞ və müttəfiqləri hərbi ehtiyaclar üçün xərcləri artırmalıdırlar”.Muxalifet4 - 8-03-2018
MƏKTƏBDƏ ATIŞMA - Ölən və yaralananlar var - YENİLƏNİB
ABŞ-ın Alabama ştatında baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə Birminqem şəhərində yerləşən məktəblərin birində qeydə alınıb.
Yaralanan şagirdlərdən biri xəstəxanaya aparılarkən keçinib, daha birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
*** 02:47
ABŞ-ın Alabama ştatında təhsil müəssisəsində atışma baş verib.Muxalifet4 - 8-03-2018
“ABŞ bu müharibədən qorxmur, ancaq...” – NAZİR
ABŞ digər ölkələrlə iqtisadi müharibələrə girməkdən qorxmur. Lakin belə savaşda iştirak etmək niyyətində deyil.
Bu sözləri ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.
“Tramp iqtisadi müharibədən qorxmur, ancaq bu, bizim istədiyimiz hədəf deyil. Gəlin, tam açıq danışaq: biz iqtisadi savaşlarda iştirakçı olmaq istəmirik”, - nazir bildirib.Muxalifet4 - 8-03-2018
Novruz Bayramında əfv olmaya bilər - SƏBƏB...
Prezident yanında Əfv Komissiyasının iclasları davam edir, amma ola bilsin ki, bu iclaslar heç Novruz bayramına kimi yekunlaşmasın və əfv siyahısı hazırlanmasın, Azərbaycancaya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir.
"Ola bilər ki, Cümhuriyyət bayramı ərəfəsində biz əfv sərəncamı imzalanmasının şahidi olduq"- Əliməmməd Nuriyev SBBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, hər bir müraciət diqqətlə araşdırılmalıdır və Əfv Komissiyası bu məsuliyyəti yaxşı başa düşür.Muxalifet4 - 8-03-2018
Problemli kreditlər artıb - 69,2 MLN MANAT...
Azərbaycanda problemli kreditlərin artmaqda olduğu bildirilir.
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni açıqlanmış bilgilərinə görə, vaxtı keçmiş kreditlərin ümumi həcimi fevralın 1-də 1695,9 mln. manat olub.
Bu göstəricinin ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat (4,25%) çox olduğu bildirilir.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 14,5 faizdir. Bu göstərici ilin əvvəlində 13,8, 2017-ci il fevralın əvvəlində isə 9,8 faiz olmuşdu.Mərkəzi Bankın valyuta ehtiyatları
Muxalifet4 - 8-03-2018
ABŞ-ın hava nəqliyyatı iflic oldu - 3000 reys LƏĞV EDİLDİ
ABŞ-ın şimali-şərqində bir neçə ştatda kəskin hava şəraiti üzündən 3 mindən çox aviareys ləğv olunub.
Muxalifət.az "RİA Novosti"yə istinadən xəbər verir ki, eyni səbəbdən 9 minə yaxın reys təsirə salınıb.
Güclü yağıntı əsasən Nyu-York, Konnektikut, Nyu-Hempşir, Vermont, Massaçusets və Pensilvaniya ştatlarına düşüb.Muxalifet2 - 8-03-2018
Senatordan prezidentə: Ölməmiş ayının dərisini soyma!
Rusiyalı senator Aleksey Puşkov Ukrayna lideri Pyotr Poroşenkonun “Qazprom”la bağlı borc iddialarına cavab verib.
Muxalifət.az xəbər verir ki, senator ukraynalı prezidentin iddialarının əsassız olduğunu bildirib.
“Poroşenko təhdid edir: “Qazprom” qəpiyinə kimi ödəyəcək. Lakin hələ ölməmiş ayının dərisini soymaq lazım deyil. Digər tərəfdən, “Qazprom” məsələni Ukrayna ilə yoluna qoyduqda Poroşenko Rusiya qazı üçün ödənişi özü son qəpiyinə kimi ödəyəcək”, - Puşkov qeyd edib.Muxalifet2 - 8-03-2018
Rusiyanın daha bir zabiti SURİYADA ÖLDÜ
Cari ilin fevral ayının sonunda Suriyada daha bir rusiyalı hərbçi həlak olub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı "Conflict Intelligence Team" təşkilatı yayıb.
Təşkilat ölən hərbçinin adının Aleksandr Solopov olduğunu bildirib. Onun Suriya ordusundakı elit dəstə olan "Pələngin Gücü" qrupunda məsləhətçi olduğu vurğulanıb. Solopovun ölüm səbəbinin hələlik müəyyən edilmədiyi bildirilib.Muxalifet2 - 8-03-2018
ABŞ Ermənistan iqtidarı ilə savaşa başladı - XƏBƏRDARLIQ VƏ İTTİHAM
Sərkisyan rejimini korrupsiya və inhisarçılıqda suçlayan Amerika səfiri: “Ermənistan gələcək siyasi taleyi, hərbi əlaqələri barədə özü, sərbəst qərar verməlidir”; hakim partiyanın rəsmisi isə ABŞ-ı korrupsiyada ittiham elədi - nonsens...
Muxalifet - 8-03-2018
Terrora hazırlaşan 2 nəfər XAÇMAZDA ÖLDÜRÜLDÜ: Rusiya ilə sərhəddə nə baş verir?
DTX “Xaçmaz camaatı” adı altında yaradılan dini ekstremist qrupun əməllərini araşdırır; təhlükəsizlik üzrə ekspert: “Azərbaycan bir sıra terror təşkilatlarının hədəfidir”
Muxalifet2 - 8-03-2018
Türklərin məlumatlarını İsrailə KIM ÖTÜRÜR?
İsrailin “Ben Gurion” Hava Limanında sorğuya çəkilən Türklərə məhrəm suallar verilməsi bir çox sual işarəsi yaradıb. Bu məlumatları İsrailin necə əldə etdiyi hələ bilinmir.
Muxalifet3 - 8-03-2018
AB-dən SAVAŞ BƏYANATI: Tramp hesabını verəcək
Əgər ABŞ polad və alüminium idxalına əlavə rüsum tətbiq etsə, biz iki ay ərzində Amerika məhsullarına əlavə tariflər tətbiq edəcəyik.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı Avropa Komissiyasının Ticarət üzrə komissarı Sesiliya Malmstrem yayıb.
"Avropa Birliyi əlindən gələni edir ki, Vaşinqton öz qərarına yenidən baxsın. Bu, transatlantik münasibətlərə, həmçinin qlobal ticarət sisteminə mənfi təsir edir. Hələlik ABŞ-ın heç bir qərarı yoxdur" - deyə o bildirib.Muxalifet2 - 8-03-2018
İki ölkənin sabiq prezidentləri saxlanıldı - KUBADA SENSASİON OLAY
Kubanın paytaxtı Havananın beynəlxalq aeroportunda Kolumbiya və Boliviyanın sabiq prezidentləri Andres Pastaranu və Xorxe Kiroqu saxlanılaraq ölkədən xaric edilib.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli "Prensa Latina" agentliyi məlumat yayıb.
"Kuba ölkə əleyhinə təxribata cəlb edilmiş Kolumbiya və Boliviyanın keçmiş prezidentləri Andres Pastrana və Xorxe Kiroqanın ölkəyə girişinə icazə verməyib", - deyə məlumatda bildirilir.Muxalifet2 - 8-03-2018