Axtarış
The search found 105785 results in 0.167 seconds.
Search results
Rus ekspert Suriyanın bu il dağılacağından yazır:“Rusiya vəziyyətə təsir etməyi bacarmır, ya da istəmir” – TƏHLİL
RF və müttəfiqləri əvvəlkitək geniş əhatəli vətəndaş müharibəsinin istisna olunmadığı Suriyanın ərazi bütövlüyünü təmin edə bilmirlər. Bunun iştirakçıları, bir tərəfdən, Bəşər Əsəd rejimi və onu dəstəkləyən RF, İran və qismən Türkiyə olacaq. Digər tərəfdən – ABŞ-ın başçılığıyla koalisiyanın himayə etdiyi ərəb və kürdlərin müxalif qruplaşmaları. Bu cür qarşıdurma qalır, çünki Rusiyanın da, ABŞ-ın da Siriyada qalmasının baş motivi iqtisadiyyatdır.
Muxalifet2 - 7-03-2018
Narkoloji Dispanserin keçmiş baş həkimi HƏBS EDİLDİ
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Muxalifət.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Muxalifet4 - 7-03-2018
BİLMƏYİNİZ VACİBDİR! Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür
"Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. Bunun üçün mənzillərdə dəm qazı əmələ gələndə siqnal verən xüsusi qurğular quraşdırıla bilər. Bu qurğular qaz cihazlarına yerləşdirilsə, dəm qazı yaranan kimi qaz verilişi dayanır".
Muxalifət.az xəbər verir ki, bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazı zəhərlənmələri əsasən hamam otağında olur.Muxalifet4 - 7-03-2018
Azərbaycanda problemli kreditlərin həcmi artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.
Muxalifət.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat və yaxud 4,25% çoxdur.
Son 1 ildə isə problemli kreditlər 62,8 mln. manat və yaxud 3,85% artıb.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,5% təşkil edib. Bunu nisbət ilin əvvəlində 13,8%, ötən il yanvarın sonunda isə 9,8% olub.Muxalifet4 - 7-03-2018
Putin Melaniya Trampa yalan danışıb
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Birinci xanımı Melaniya Trampa yalan danışdığını etiraf edib.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, V.Putinin bu fikirləri “Dünya düzəni – 2018” sənədli filmində səsləndirilib.
Putin bildirib ki, o, Tramp cütlüyü ilə 2017-cil ilin yayında ilk görüşü zamanı M.Trampa Rusiyanın təbiətindən danışıb.
V.Putinin sözlərinə görə, o Uzaq Şərqdəki pələnglərdən, Sibirdə balıqçılıqdan danışarkən bir qədər yalana əl atdığını deyib:Muxalifet4 - 7-03-2018
Paytaxt sakini 6 avtomobili qarət etdi
6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Hacıyev saxlanılıb.
Muxalifət.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Ramil Hacıyev Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
O, ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinir.Muxalifet4 - 7-03-2018
Alkoqollu Koka-Kola buraxılır - Tarixdə ilk
Amerikanın məşhur Koka-Kola şirkəti özünün ilk spirtli içkisini istehsal etməyi planlaşdırır.
Muxalifət.az xəbər verir ki, yüngül alkaqollu içki ilk dəfə yapon bazarında olacaq. Koka-Kola şirkətinin Yaponiya filialının rəhbəri Xorxe Qarduno şirkətin yeni imkanlar tapmağa çalışdığını bildirib:
"Biz bundan əvvəl yüngül alkoqollu içkilər kateqoriyasında eksperimentlər aparmamışıq. Ona görə də bu ilkdir. Bu, bizim tariximizdə unikal hadisədir".Muxalifet4 - 7-03-2018
Tarix İnstitutu: “Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb”
Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.
Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şurada “Türkmənçay müqaviləsi və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib.Muxalifet4 - 7-03-2018
Səudiyyənin kukla Şahzadəsi Türkiyə əleyhində dediyi sözdən GERİ ÇƏKİLDİ
Səudiyyə Ərəbistanı, Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın jurnalistlərə İran, Türkiyə və terrorçu qruplara qarşı istifadə etdiyi "şər üçbucağı" ifadəsinin, Türkiyəyə qarşı olmadığını bildirib.
Bir sıra lobbiçilik fəaliyyətlərində olmaq üçün xarici səyahətlərinə başlayan Səudiyyə Ərəbistanın gələcək kral namizədi Vəliəhd Şahzadə Məhəmməd binSalmanın, Misirdə səfərdə oarkən aralarında Türkiyənin də olduğu İran və terrorçu qruplara qarşı qalmaqal "şeytan üçbucağı" ritorikasına qarşı açıqlaması böyük təpki çəkmişdi.Muxalifet3 - 7-03-2018
"Qarabağ münaqişəsi yalnız bu yolla həll edilməlidir" – Qrudinin
"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur"
Bunu APA-ya açıqlamasında Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib.Muxalifet4 - 7-03-2018
MƏNZİL HAQQINI KİMƏ ÖDƏMƏLİ: BƏLƏDİYYƏYƏ, YOXSA "JEK"Ə?
Vahid Əhmədov: ““JEK”lərin mənzil haqqı yığması doğru deyil” Samir Əliyev “Yeni Mənzil Məcəlləsi qüvvəyə minməlidir” Yeni Mənzil Məcəlləsi qəbul olunanda, yəni 2009-cu ildə jeklərin ləğvi nəzərdə tutulsa da, bu gün də jeklərin fəaəliyyət göstəməsi mənzil sahiblərinin haqlı narazılığına səbəb olur. Çünki mənzil sahiblərindən həm bələdiyyələrin, həm də “JEK”lərin ödəniş tələb etməsi vətəndaşlarda çaşqınlıq yaradır. Çünki qanunla ləğv edilmiş “JEK”lərin ödəniş tələb etməsi özü belə qanunazidd addımdır.
Muxalifet4 - 7-03-2018
Putin seçkiyə nə qədər xərclədi? - Hesabat
Rusiya prezidenti Vladimir Putinin seçki fondu seçkiqabağı kampaniyaya 347 milyon rubl (61 milyon 31 min 18 dolar, yaxud 10 milyon 375 min 300 manat) xərcləyib.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.Muxalifet4 - 7-03-2018
Sərdar Cəlaloğlunun seçki qərargahından videoreportaj: “İlham Əliyevdən başqa özümə rəqib görmürəm” - FOTOLAR+VİDEO
Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası davam edir. Artıq prezidentliyə namizədliyini verən şəxslər imza vərəqlərini Mərkəzi Seçki Kommissiyasına təqdim ediblər. Bəzi iddiaçılar isə bu kampaniyanı yekunlaşdırmaq üzrədilər.
Musavat.com-un olaraq imzatoplama kampaniyasını yekunlaşdırmayan ADP sədri Sərdar Cəlaloğlunun seçki qərargahında olub, imzatoplama kampaniyasını izləyib.
Müşahidə etdik ki, qərargahda imzatoplama işləri qızğın şəkildə davam etdirilir.Muxalifet - 7-03-2018
İstanbulda kritik üçlü ZIRVƏ: DETALLAR BƏLLİ OLDU
Türkiyə prezidenti Ərdoğanın ev sahibliyi ilə İstanbulda keçiriləcək sammitdə, Suriya ilə yanaşı, digər regional məsələlərin də müzakirə edilməsi gözlənilir.
Suriya məsələsinin müzakirə olunacağı Türkiyə-Rusiya-İran Liderlər Sammitinin 4 apreldə İstanbulda keçirilməsi planlaşdırılır.Muxalifet3 - 7-03-2018
“Benzinin tərkibinə nələrsə qatılır, amma...” – Ramiz Həsənov
“Azərbaycanda bəzi yanacaq-doldurma məntəqələrində benzinin tərkibinə nələrsə qatılır, amma bu işlərlə SOCAR, “Azpetrol” kimi iri şirkətlər məşğul olmurlar”.
Muxalifət.az bildirir ki, bunu “Report” açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma şikayətlər kiçik şirkətlərdən daxil olur:“Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”.Muxalifet4 - 7-03-2018
ABŞ Milli Kəşfiyyat İdarəsi: "Dağlıq Qarabağ ətrafındakı gərginlik bu il genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər"
Dağlıq Qarabağ ətrafındakı gərginlik 2018-ci ildə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.
Muxalifət.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Daniel Koutsun ABŞ Senatına təqdim etdiyi və bu il dünyada mümkün təhdidlərin qiymətləndirilməsi üzrə hazırlanan hesabatda bildirilib.Muxalifet4 - 7-03-2018
Azərbaycan – Makedoniya oyununun vaxtı dəyişdirildi
Azərbaycan – Makedoniya oyununun vaxtı dəyişdirildi. Martın 27-də baş tutacaq yoxlama görüşü 1 saat tez başlayacaq.
Türkiyənin Antalya şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 20:00 başlayacaq. Öncədən oyunun saat 21:00-da start götürməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Azərbaycan – Makedoniya matçı “Mardan” stadionunda keçiriləcək.Muxalifet4 - 7-03-2018
FHN əməkdaşlarının maaşı artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamı imzalayıb.
Muxalifet4 - 7-03-2018
“Eurovision 2018” təmsilçimizin klipi təqdim olundu - VİDEO
Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədova (Aisel) “X my heart” mahnısına çəkilən klipi nəhayət ki, təqdim olunub.
Muxalifet4 - 7-03-2018
Ərdoğan Ruhani ilə danışdı: Son proseslər...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, liderlər Şərqi Qutadakı son durumu və ümumilikdə Suriyada baş verən prosesləri dəyərləndiriblər.
İki lider Şərqi Qutada atəşkəsin tam olaraq təmin edilməsi üçün Türkiyə, İran və Rusiyanın birgə səylərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Muxalifet3 - 7-03-2018