Axtarış

The search found 105785 results in 0.045 seconds.

Search results

  1. ​Türkiyədən sərt reaksiya: DƏRHAL HƏBS EDİN!

    Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda Türkiyə bayrağının yandırılmasına sərt reaksiya göstərib.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı nazirlik xüsusi bəyanat yayıb:
     “Martın 5-də Afinada keçirilən irqçi aksiyada türk bayrağının yandırılmasını qınayırıq. Bayrağımıza qarşı bu mənfur hərəkəti edənlər dərhal həbs edilməlidir”.
    Bu məsələ Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Prezidenti Prokopis Pavlopulosa çağırış edib:

    Muxalifet2 - 7-03-2018

  2. ​Hindistan liderə çevrilir: 9 ölkə ilə BÖYÜK TƏLİM

    Hindistanda Milan-2018 hərbi dəniz təlimləri start götürüb.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms İndia” qəzeti yayıb. Qəzet təlimin martın 13-nə qədər davam edəcəyini bildirib.
    Andaman və Nikobarsk adalarında baş tutan təlimə ümumilikdə 9 ölkədən 28 gəmi qatılıb. Bu gəmilərdən 17-si Hindistana, 11-i isə Avstraliya, Banqladeş, İndoneziya, Malaziya, Myanma, Sinqapur, Şri-Lanka və Tailanda məxsusdur.
    Qeyd edək ki, “Milan” təlimləri 1995-ci ildən keçirilir. Bu il təlimə rekord sayda ölkə qatılıb. Təlim iki ildən bir baş tutur.

    Muxalifet2 - 7-03-2018

  3. ​İsmayıllıda 28 yaşlı gənc ov tüfəngi ilə ÖZÜNÜ VURDU

    İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.
    Hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ruslan Valeh oğlu yaşadığı evin həyətində ov tüfəngindən özünə atəş açaraq sağ döş qəfəsindən güllə yarası alıb. R.Məmmədov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun ehtiyatsızlıq səbəbindən odlu silahla özünə xəsarət yetirdiyi bildirilir.
    Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

    Muxalifet2 - 7-03-2018

  4. Çavuşoğlu ABŞ ilə Münbiç GÖRÜŞÜNÜ AÇIQLADI

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ ilə Münbiç görüşməsinə dair açıqlama verib. Çavuşoğlu, Suriyada vətəndaş müharibəsindən öncəki dövrə uyğun olaraq əhali bölgüsü əsas götürüləcək – deyib.
     
    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ ilə Münbiç görüşməsinə dair fikir bildirib.

    Muxalifet3 - 7-03-2018

  5. Qarabağla bağlı 3 ssenari – RUSİYA "VALI" ÇEVİRİR

    İrəvanın “iki stul”da oturmaq siyasəti dəngəni dəyişir; Ermənistanda prezident dəyişikliyinə şimaldan ilginc reaksiyalar; rusiyalı tanınmış politoloq: “Ermənilər növbəti dəfə Rusiyanı satdılar, nəticəsi o olacaq ki...”

    Muxalifet2 - 7-03-2018

  6. ​"Anonim ünvan açmışıq, bu virusu məhv etməliyik" - AFFA rəhbəri

    AFFA İcraiyyə Komitəsinin XXV konfransı keçirilib.
    İclasda İcraiyyə Komitəsinin prezidenti Rövnəq Abdullayev, Xarici Işlər naziri Elmar Məmmədyarov, Gənclər və Idman naziri Azad Rəhimov, milli komandanın baş məşqçisi Qurban Qurbanov və FİFA nümayəndələri, həmçinin komitənin digər üzvləri iştirak edir.
    Kofransı AFFA İcraiyyə Komitəsinin prezidenti Rövnəq Abdullayev açıq elan edib.

    Muxalifet2 - 7-03-2018

  7. TSQ-dən Afrinlə bağlı son AÇIQLAMA: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI

    Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 2940 terrorçunun zərərsizləşdirildiyini bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 7-03-2018

  8. ​Azərbaycan yeni silahlar istehsal edəcək - SİYAHI

    2017-ci ildə müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1200-ə çatıb.
    Modern.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
    Sənəddə qeyd edilib ki, 2018-ci ildə aşağıdakı yeni məmulatların da istehsalı mümkün olacaq.

    Muxalifet2 - 7-03-2018

  9. ​KASPŞİK QARABAĞA GƏLDİ

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
    Report xəbər verir ki, o, Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşüb.
    Görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub.
    Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

    Muxalifet2 - 7-03-2018

  10. ​Bakıda yük maşını ana və iki uşağını vurdu, SÜRÜCÜ HADİSƏ YERİNDƏN QAÇDI

    Bakıda ana və iki uşağını maşın vurub.
    Hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.
    A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

    Muxalifet2 - 7-03-2018

  11. Afrində 8 şəhid verilən KƏLTƏPƏNİN ADI DƏYİŞDİRİLDİ

    Afrində 8 şəhid verilən Kəltəpənin adı dəyişdirilərək Şəhidlər Təpəsi olaraq adlandırılıb.
     
    Afrinin Bilalköy mahalında yer alan Kəltəpəsinin adı şəhidlərin xatirəsini əsas tutan "1083-Şəhidlər Təpəsi" olaraq dəyişdirilib.
    Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən aparılan “Zeytun Budağı” Hərəkatı çərçivəsində, Afrində pusquya salınaraq şəhid olan əsgərlər unudulmayıb.

    Muxalifet3 - 7-03-2018

  12. “Qaydaları pozmasam da, DYP əməkdaşları məndən 500 manat istədilər” – RAMİL USUBOVA SENSASİON MÜRACİƏT

    Ucar rayonu Gəraybəyli kənd sakini Məmmədov Sabir Qorxmaz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazır:

    Muxalifet - 7-03-2018

  13. Tramp Şimali Koreya barədə: "ABŞ HƏR İKİ YOLA HAZIRDIR"

    Şimali Koreyanın nüvə başlıqlı raket proqramına cavabda prezident Donald Tramp deyir ki, ABŞ “hər iki yolla” gedə bilər. “Ümidvaram ki, bu dürüst yol olacaq,” o əlavə edib.
    Prezident bu bəyanatı Cənubi Koreya rəsmilərinin Şiamlın ABŞ-la nüvə silahlarından imtina etmək mövzusunda danışıqlara başlamağa hazır olduğunu deməsindən sonra verib.
    Trampın son bəyanatları onun əvvəllər Pxenyanın kütləvi qırğın silahları inkişaf etdirməsinə “alov və qəzəb”-lə cavab verəcəyini deməsi ilə təzad təşkil edir.

    Muxalifet2 - 7-03-2018

  14. ​ABŞ Türkiyəyə təşəkkür etdi - TƏHLÜKƏ ARADAN QALXDI

    ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyet Ankaradakı səfirliyin bağlanmasına səbəb olan təhlükə ilə bağlı alınan tədbirlərə görə Türkiyə hökumətinə təşəkkür edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
    Noyert ABŞ-ın Ankaradakı səfirliyinin bu gün fəaliyyətini bərpa etdiyini bildirib:
    “Türkiyə NATO müttəfiqinin təhlükəsizliyi üçün tədbirlər gördü. Belə bir müsbət addım atdığına görə Türkiyə rəsmilərinə, polisinə təşəkkür edirik”.

    Muxalifet2 - 7-03-2018

  15. ​İş adamına qarşı dələduzluqda günahkar bilinən ər-arvada BƏRAƏT VERİLDİ

    Şəkidə iş adamına qarşı dələduzluq etməkdə təqsirli bilinən Rahim Məmmədov və onun həyat yoldaşı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifət.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
    Məhkəmə istintaqı zamanı Rahim Məmmədov və Aynur Məmmədovanın əməli sübuta yetirilməyib və onların barəsində bəraətverici hökm çıxarılıb.

    Muxalifet2 - 7-03-2018

  16. SON DƏQİQƏ: Afrinə 9,5 KİLOMETR QALDI

    Mətİnli kəndini terroçulardan almaqla şimal cəbhəsində Afrinə olan məsafə 10 kilometrin altına düşdü. Bir ay yarımdan artıq müddətdə YPG-li terrorçulardan təmizlənən sahə 750 kvadrat kilometri ötüb. Azad edilən 149 nöqtə arasında dörd mahal mərkəzi və yüzdən çox kənd yerləşir.
     
    Bu arada terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin örtak təşkilatı olan SDG, 1700 terrorçunu İŞİD-lə döyüşdükləri ərazilərdən Afrinə keçirəcəklərini bildirib.
    TSQ-nin son açıqlamasına görə, zərərsizləşdirilən terrorçu sayı 2940-a yüksəlib.
    Müxalifət.az

    Muxalifet3 - 7-03-2018

  17. ​Özünü silahla vuran gəncin atası arvadını baltalayıb öldürüb - TƏFƏRRÜAT (YENİLƏNDİ)

    Kənd sakinlərindən Publika.az-a verilən məlumata görə, 28 yaşlı R.Məmmədov içki alüdəçisi olub. Hadisəni törədən zaman da onun içkili olduğu bildirilir.
    O, yaşadığı evin həyətində döş qəfəsinə ov tüfəngindən atəş açıb.
    Təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Məmmədovun həyati təhlükəsi yoxdur.
    Onun 2 övladı var.

    Muxalifet2 - 7-03-2018

  18. ​Narkoloji Mərkəzdə ölənlərin ailələrinə pul verildi - MƏBLƏĞ

    Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb.
    Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov Azvision.az-a eksklüziv açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.
    Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.

    Muxalifet2 - 7-03-2018

  19. ​Putinin reytinqi sürətlə düşür: O, HANSI SƏHVLƏRİ BURAXDI?

    Rusiyada əhalinin bir milyondan çox olduğu şəhərlərdə Vladimir Putin mövqelərini itirməyə başlayıb.
    Bu barədə informasiyanı “Vedemosti” qəzeti yayıb. Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğuya diqqət yetirən qəzet Putinin bir ay ərzində Moskva və Sankt-Peterburqda 12% səs itirdiyini bildirib. Nəticədə bu şəhərlərdə onun tərəfdarlarının sayı əhalinin 57,1%-ni təşkil edib.

    Muxalifet2 - 7-03-2018

  20. ​MSK-dan vətəndaşlara ÇAĞIRIŞ

    “Seçki günü adını seçici siyahısında görməyənlər narahat olmasınlar. Onlar seçki günü məntəqə sədrinə yaxınlaşıb, əlavə seçici siyahısını tələb edib, tam hüquqla səs verə biləcək”.
    Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
    Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb:

    Muxalifet2 - 7-03-2018

Pages