Axtarış

The search found 105785 results in 0.046 seconds.

Search results

  1. ​Bağçalarda uşaqların müalicəsi pulsuz olacaq

    Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri ödənişsiz göstəriləcək.
     
    Muxalifət.az bildirir ki, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydası”nda öz əksini tapıb.

    Muxalifet4 - 6-03-2018

  2. YPG-lilər AFRİNƏ SÖVQ EDİLİR – “REUTERS”

    “Reuters” xəbər agentliyi PYD-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDG) bağlı 1700-ə qədər terrorçunun digər cəbhələrdən Afrinə sövq edildiyini bildirib.
     
    Xəbərə görə, ABŞ-ın meydançadakı müttəfiqi terror təşkilatı PYD-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDG) bağlı 1700 qədər terrorçu digər cəbhələrdən Afrinə sövq edilib.
    Agentlik xəbərin mənbəyi olaraq SDG-nin sözçüsünü göstərib.
     
    DEYRİZORDA TOPLAŞIRLAR
     

    Muxalifet3 - 6-03-2018

  3. ​“Hava küləkli olduğundan...” - Dəm qazından boğulan baş redaktorun oğlu

    Tanınmış hüquqşünas və jurnalist, “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimovun öz evində dəm qazından boğularaq ölməsi onu tanıyanları dərindən sarsıdıb. Bədbəxt hadisə paytaxtın Nərimanov rayonunda yaşanıb.
     

    Muxalifet4 - 6-03-2018

  4. ​"Mançester Yunayted" 5 il sonra bunu bacardı

    İngiltərə Premyer Liqasının 29-cu turuna "Kristal Pelas" - "Mançester Yunayted" oyunu ilə yekun vurulub.
     
    Hesabda 2 top fərqi ilə geri düşən "qırmızı şeytanlar" əzmkar mübarizə nəticəsində oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.
    Muxalifət.az xəbər verir ki, "manikunianmlar" son 5 ildə ilk dəfə 2 top buraxdıqdan sonra geri dönüş etməyə nail olub. 2013-cü ilin dekabrında "Hal Siti" ilə oyunda da eyni ssenari qeydə alınmışdı. Həmin vaxt "Hal Siti" ilk 13 dəqiqəyə 2 dəfə fərqlənmişdi.

    Muxalifet4 - 6-03-2018

  5. ​Berlin ayağa qalxdı: Suriya savaşı... - Foto

    Almaniyanın paytaxtı Berlində Suriya savaşına etiraz aksiyası keçirilib.
     
    Bu haqda Axar.az-a Deyr əz-Zor bölgəsindən olan fotoqraf Anna Allavi məlumat verib.
    O bildirib ki, aksiyada alman fəallar və suriyalı gənclər iştirak edib. İştirakçılar uşaq və qadınların ölümünə, günahsız insanların bombalanmasına, Suriyadakı savaşa etiraz şüarları səsləndiriblər.
    Aksiyadan fotoları təqdim edirik:

    Muxalifet4 - 6-03-2018

  6. YPG şokda: O da ÖLDÜRÜLDÜ

    Afrində YPG sıralarında Türk əsgərinə güllə atan Haukur Hilmarssonun keçirilən bir əməliyyatda öldürüldüyü ortaya çıxıb. 32 yaşlı terrorçunun cənazəsi ölkəsinə göndəriləcək.
     
    “Zeytun Budağı” Hərəkatı 46-ci günündə uğurla davam edərkən terror təşkilatı YPG-nin içindəki kirlik tərəfdaşlıqlar da bir bir ortaya çıxır.
     
    İSLANDİYA VƏTƏNDAŞI, 32 YAŞLI TERRORÇU
     
    YPG/PKK cərgələrində Türkiyəyə qarşı döyüşən İslandiya vətəndaşı 32 yaşlı terrorçu Haukur Hilmarssonun 24 fevralda Afrində öldürüldüyü ortaya çıxıb.
     

    Muxalifet3 - 6-03-2018

  7. ​Axtarışda olan Rusiya vətəndaşı Azərbaycandan Gürcüstana keçmək istəyərkən tutuldu

    Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə axtarışda olan şəxslərin aşkarlanması istiqamətində uğurlu tədbirlər davam etdirilir.
     

    Muxalifet4 - 6-03-2018

  8. Rus yük təyyarəsi SURİYADA DÜŞDÜ

    Moskva, 32 hərbi personal daşıyan təyyarənin düşdüyünü və xilas olanların olmadığını açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 6-03-2018

  9. Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı

    Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirləri açıqlayıb. Muxalifət.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, martın 19-da Beynəlxalq Novruz Gününə həsr olunmuş ümümxalq şənliyi keçiriləcək.

    Muxalifet4 - 6-03-2018

  10. ​Bakıda Polis İdarəsinin İstintaq şöbəsinin rəisi İŞDƏN ÇIXARILDI

    Daxili işlər orqanlarında yeni təyinatlar olub. Muxalifət.az report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu RPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikmət Vəliyev təyin edilib. Nərimanov RPİ-nin müstəntiqi, polis kapitanı Abdulsəməd Cəfərov vəzifəsindən azad olunaraq Səbail RPİ-nin baş əməliyyat müvəkkili təyin olunub.

    Muxalifet4 - 6-03-2018

  11. ​"NATO sərhədimizə 12 minlik ordu toplayıb" - RUS GENERAL

    NATO-nun Şərqi Avropadakı qoşunlarının sayı hazırda 12 min nəfərdir.
     
    Muxalifət.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə, KTMT-yə ən böyük təhdidlərdən biri Ukraynadakı gərgin vəziyyətdir.
     
    O, Şərqi Avropada NATO qüvvələrinin sayının artmasını Rusiya və Belarusa təhdid adlandırıb./axar.az/

    Muxalifet4 - 6-03-2018

  12. ​Lenini bu ölkədə də yıxdılar

    Hindistanda naməlum şəxslər buldozerin köməyi ilə Vladimir İliç Leninin abidəsini yıxıblar.
     
    Kult.az xəbər verir ki, bu məlumatı “Tayms İndia” (Times of İndia) yayıb. Məlumata görə, insident Beloniya şəhərinin mərkəzi meydanında baş verib.
    Qeyd edək ki, Sovet dövrünə aid abidələr əksər ölkələrdə artıq sökülüb.

    Muxalifet4 - 6-03-2018

  13. ​Azərbaycanda körpələrə qoyulmasına icazə verilən 70 maraqlı ad - SİYAHI

    Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha 70 maraqlı ad açıqlanıb.
     
    Muxalifət.az bildirir ki, adlar siyahısında Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı, Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi, Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları yer alıb.

    Muxalifet4 - 6-03-2018

  14. ​Futbolla bağlı TARİXİ QƏRAR: oyun uzatmalara gedərsə...

    Beynəlxalq Futbol Assosiasiyası Şurası (İFAB) matçlardakı mövcud qaydalara dəyişiklik edib.
     
    Muxalifət.az xəbər verir ki, futbolun qaydalarını təyin edən qurum oyunun penaltilər seriyasına qədər uzadılması təqdirində 4 dəfə oyunçu dəyişilməsinə icazə verib.
    Yeni qayda ilk olaraq 2018 Dünya Çempionatında tətbiq ediləcək.

    Muxalifet4 - 6-03-2018

  15. ​Azərbaycanda polis işçilərinin maaşı artırıldı - RƏSMİ

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Muxalifət.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

    Muxalifet4 - 6-03-2018

  16. ​Kamal Abdulla Sekuta ilə görüşdü

    Martın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.
    Rektor Kamal Abdulla hər iki ölkənin multikultural ənənələrə sadiqliyini qeyd edərək ABŞ-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının yaradılmasını qeyd edib.

    Muxalifet3 - 6-03-2018

  17. ​Turkiyə Almaniyaya nota verdi

    Muxalifət.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Siqmar Qabriel ilə görüşüb. Siqmar Qabriel görüş zamanı deyib: “Saleh Müslüm məsələsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən şifahi nota almışıq. Qaydası üzrə, bu işi Ədliyyə Nazirliyi araşdırır. Bütün məsələlər hüquqi dövlət qanunları çərçivəsində həll ediləcəkdir”.

    Muxalifet4 - 6-03-2018

  18. ​Almaniya Müslümü Türkiyəyə verəcəkmi? - Müzakirə

    Almaniyada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmkarı Siqmar Qabriellə görüşüb.
    Muxalifet.az xəbər verir ki, tərəflər görüş zamanı Suriya böhranının son vəziyyətini və PYD lideri Saleh Müslümün cəzalandırılması məsələsini müzakirə ediblər.
    Görüşdən sonra təşkil edilən mətbuat konfrasında Qabriel PYD rəhbərinin ekstradisiya məsələsinin Ədliyyə Nazirliyi tərəfindən hüquqi müstəvidə dəyərləndiriliyini bildirib.

    Muxalifet3 - 6-03-2018

  19. ​Planetin ən zəngin insanları məlum oldu

    ABŞ-ın “Forbes” jurnalı planetin ən zəngin insanlarının reytinqini dərc edib.
    Muxalifet.az xəbər verir ki, birinci yerdə “Amazon” onlayn satış nəhənginin sahibi Cef Bezos gəlir. Onun varidatı 112 milyard dollar təşkil edir.
    “Bezosun uğuru “Amazon” səhmlərinin bahalaşması ilə əlaqədardır. 2017-ci ildə səhmlər 60%-ə yaxın bahalaşıb” deyə məqalədə qeyd olunur.
    Reytinq cədvəlində ikinci pillədə 90 milyard dollarlıq kapitalla “Microsoft” şirkətinin təsisçisi Bil Qeyts qərarlaşıb.

    Muxalifet3 - 6-03-2018

  20. ​Poroşenkonun korteci yaşlı piyadanı vurdu

    Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenkonun korteci yola çıxan yaşlı kişini vurub.
    Muxalifet.az xəbər verir ki, bu barədə ictimai fəal Serqey Orlov öz “Facebook” səhifəsində yazı paylaşıb.
    “Baba nizamlayıcının hərəkəti qadağan edən işarəsində yolu keçirdi. Prezidenti müşayiət edən maşının kapotuna çırpıldı” deyə Orlov yazır.
    Qocanı vuran maşın yol qəzasından əvvəl saatda 80 km sürətlə hərəkət edib.
    İctimai fəalın sözlərinə görə, yaşlı kişi toqquşmadan sonra sağ qalıb və xəstəxanaya aparılıb.

    Muxalifet3 - 6-03-2018

Pages