Axtarış

The search found 105785 results in 0.055 seconds.

Search results

  1. ​Bu gün od çərşənbəsidir – İNANCLAR HAQDA DAHA ƏTRAFLI…

    Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.
    Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
    Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.
    Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

    Muxalifet4 - 6-03-2018

  2. ​Narkoloji Mərkəzdə həlak olan 16 nəfərin meyiti bu gün ailələrinə veriləcək

    Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 16-sının meyiti bugün səhər saatlarında ailə üzvlərinə təhvil veriləcək.
    "Report" xəbər verir ki, bu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyində ölən şəxslərin ailə üzvləri ilə birgə meyitlərə baxış zamanı mümkün olub. Aparılan ekspertiza işləri zamanı həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.

    Muxalifet4 - 6-03-2018

  3. ​Rusiya ötən il silah ticarətindən 15 milyard dollar qazanıb – PUTİN AÇIQLADI

    2017-ci ildə Rusiya xaricə 15 milyard dollardan çox müdafiə məhsulları ixra edib.
    TASS xəbər verir ki, bunu ölkə prezidenti Putin Hərbi-Texniki Əməkdaşlıq üzrə Komissiyanın iclasında bildirib.
    Dövlət başçısının sözlərinə görə, ölkə bununla da növbəti dəfə sübut edib ki, dünyanın silah bazarında liderdir.
    Prezident əlavə edib ki, ölkə hətta "sərt qeyri-rəqabətli şərtlər"lə artıq üçüncü ildir ixracı sabit şəkildə artırır.

    Muxalifet4 - 6-03-2018

  4. ​"ABŞ-ın Suriyada apardığı əməliyyatların müddəti uzana bilər" - PENTAQON

    ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər.
    “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.
    “Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi İŞİD-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”, deyə Pentaqon rəsmisi vurğulayıb.
    Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur(apa).

    Muxalifet4 - 6-03-2018

  5. ​DƏHŞƏT: Evdə 8 nəfər dəm qazından zəhərlənərək ölüb

    Ukraynanın Jitomir vilayətində fərdi yaşayış evində 8 nəfər dəm qazından zəhərlənərək ölüb.
    APA-nın “112 Ukrayna”ya istinadən verdiyi məlumata görə, hadisə Berdiçev şəhərində qeydə alınıb.
    Məlumata görə, hadisə yerində 2-si uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.
    Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

    Muxalifet4 - 6-03-2018

  6. ​Azərbaycanda 30 min nəfərdən çox narkoman qeydiyyatdadır

    Azərbaycanda 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır. Keçən il qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1432 nəfər ( 488 nəfər dispanser, 944 profilaktik olub. Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub.

    Muxalifet4 - 6-03-2018

  7. Afrində terrorçuların bu dəfəki TƏLƏSİ BAŞ TUTMADI

    8 qəhrəmanın son gülləsinə qədər döyüşüb şəhid düşdüyü Keltəpədə terrorçuların ikinci bir hücum etmək üçün yaş adyal altında gizləndiyi, ancaq pilotsuz İHA-lardan qaça bilmədiyi ortaya çıxıb.
     

    Muxalifet3 - 6-03-2018

  8. PKK-nın 30 illik Amanos xəyalı PUÇ OLDU

    TSQ Racunu alanda, illərdir bölgədə çox sayda əsgər, polis və mülki şəxsləri şəhid edən PKK-nın, Amanos Dağları üzərindən Aralıq Dənizinə keçid xəyalı da puç oldu.
     

    Muxalifet3 - 6-03-2018

  9. ​"Bütün ölkələr bizi aldatdı" - Tramp

    Polad və alüminium idxalına qarşı əlavə gömrük vergisinin tətbiqi ilə bağlı qərarımızdan geri çəkilməyəcəyik.
     
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Netanyahu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandıran ABŞ Prezidenti Donald Tramp deyib.

    Muxalifet4 - 6-03-2018

  10. BMT-dən Afrin açıqlaması: “YPG ƏNGƏL OLUR”

    BMT baş katibinin sözçüsü Dujarric, "yerli rəsmilər" şəklində xarakterizə etdiyi terror təşkilatı YPG/PKK-nın mülki əhalinin Afrindən çıxışını əngəlləməyə davam etdiyini deyib.
     
    Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarric, Afrində terror təşkilatı YPG/PKK-nın təhlükəsiz yerlərə getmək istəyən mülki əhalini əngəlləməyə davam etdiyini bildirib.

    Muxalifet3 - 6-03-2018

  11. Saakaşvilinin Ukraynada çadırları dağıdıldı - şou bitdimi...

    Elxan Şahinoğlu: “Saakaşvili getdikcə unudulur”; Əhəd Məmmədli: “Saakaşvili Ukraynada rıçaqlarını saxlayır, lakin...”
     
    Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanı daxildən qarışdırmaqda davam edir. Bir neçə həftə bundan öncə ölkədən çıxarılaraq, Polşaya göndərilən Mişa orada da dinc dayanmır.

    Muxalifet4 - 6-03-2018

  12. ​Prezident seçkiləri ilə bağlı bu prosedurlar sabah başa çatır

    Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar sabah başa çatır.
    Pprezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, martın 7-dək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması prosesi başa çatmalıdır.

    Muxalifet4 - 6-03-2018

  13. ​"Zeytun budağı"ndan ZƏFƏR GÖRÜNTÜSÜ - Afrin qırıcıları heyrətlə izlədi

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 46-cı günündə uğurla davam edir.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, hərəkat çərçivəsində 109-u dünən olmaqla, 2795 PKK/KCK/PYD-YPG ve İŞİD terrorçusu məhv edilib.
    Toplam 114 kənd, 22-i dağ və təpə, 30-u strateji məntəqə olmaqla, 144 bölgənin nəzarəti birləşmiş qüvvələr tərəfindən ələ keçirilib.

    Muxalifet2 - 6-03-2018

  14. ABŞ-dan qalmaqal açıqlama! TERRORÇUNU GENERAL ADLANDIRDI

    ABŞ Müdafiə Nazirliyinin sözçüsü Albey Robert Manning, bugünkü mətbuat konfransında Türkiyəni yaxından maraqlandıran sualları cavablandırıb.
     
    Pentaqon sözçüsü Manning, ilk dəfə həm SDG-nin, həm də YPG-nin komandiri “general” Məzlumun adını səsləndirib. Pentaqon sözçüsü, "İŞİD-dən azad edilmiş bölgələrdə “general” Məzlumu və Suriyalı yerli təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcəyik" deyə, qalmaqal açıqlama verib.
     
    İŞİD ƏMƏLİYYATLARI LƏNGİYİR
     

    Muxalifet3 - 6-03-2018

  15. ​PKK-dan “yaş adyal” hiyləsi: TÜRK ƏSGƏRİ SON ANDA...

    PYD-PKK terrorçuları 8 türk hərbçisinin şəhid olduğu 1083 saylı Keçəl Təpəyə ikinci dəfə hücuma keçmək istəyib.
    Muxalifət.az xəbər verir ki, 40 terrorçu pilotsuz uçuş aparatlarından yayınmaq üçün yaş adyalların altında gizlənərək növbəti hücuma cəhd edib. Lakin türk hərbçiləri son anda PUA-larla onların yerini təyin edib və öldürücü zərbə endirib. Əməliyyat zamanı terrorçuların hamısı məhv edilib.
    Qeyd edək ki, terrorçuların bir müddət əvvəl 1083 saylı təpəyə hücumu nəticəsində 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.

    Muxalifet2 - 6-03-2018

  16. İlk sınaq imtahanına qeydiyyat başlayır - Abituriyentlərin nəzərinə

    I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək.
     
    Muxalifət.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
    Aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat martın 6-sı saat 10:00-dan martın 28-i saat 10:00-dək aparılacaq.

    Muxalifet4 - 6-03-2018

  17. ​Cəlilabadda nişanlı oğlanın qətli ilə bağlı - YENİ TƏFƏRRÜAT

    Cəlilabadda nişanlı oğlanın qətlinin təfərrüatları məlum olub.
    Cəlilabad rayon Ləkin kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Sirus Nəsirov Seymur İsfəndiyar oğlu Muradov tərəfindən öldürülüb.
    Sakinlərin sözlərinə görə, Sirus nişanlı ola-ola Seymurun həyat yoldaşı ilə gizli münasibətdə olub. Bu söhbət bütün kəndə yayılıb. Sirus ilə həyat yoldaşı arasındakı münasibətdən xəbər tutan Seymur onu öldürmək qərarına gəlib.

    Muxalifet2 - 6-03-2018

  18. ​“ÜZƏN” BAZAR - İçində hər şey olacaq

    Bu ilin mayında Dubay-Krik körfəzində “BeYouLand” adı altında dünyada ilk “üzən” bazar işə salınacaq.
    Muxalifət.az xəbər verir ki, layihə özündə ənənəvi abra - ərəb qayığı formasını xatırladan Şərq dükanları üslubunda olan 17 qayıq-butiki birləşdirəcək. Bu qayıqlarda yerli və xarici brendlərdən olan geniş çeşiddə istehlak malları, həmçinin yemək və içkilər təklif olunacaq. Hər qayıq soyunub-geyinmə otaqları və kondisionerlərlə təchiz ediləcək.

    Muxalifet2 - 6-03-2018

  19. ABŞ-dan İrana təhdid: ƏGƏR NÜVƏ MÜQAVİLƏSİ DÜZƏLDİLMƏSƏ..

    ABŞ-ın vitse-prezidenti Mayk Pens, "İranla aparılan nüvə müqaviləsi yaxın aylarda düzəldilməsə, ABŞ müqavilədən bir an əvvəl çəkiləcək" deyib.
     
    Bu fikri ABŞ-ın vitse-prezidenti Mayk Pens, ABŞ-dakı İsrail tərəfdarı olan hərəkatların ən böyük toplantısı olaraq görülən və ötən bazar günü başlayan AIPAC 2018 Konfransında bildirib.

    Muxalifet3 - 6-03-2018

  20. Azərbaycan qabağa, Ermənistana ağa... – MÜHÜM GƏLİŞMƏ

    Ermənistan Rusiya və Qərb üçün “dəstəyi olmayan çamadan”a çevrilir; işğalçı ölkə öz tarixində ən kritik zolağa girib; erməni portalından acı etiraf: “Bu, erməni xalqını ölümə aparmaqdır...”

    Muxalifet2 - 6-03-2018

Pages