Axtarış
The search found 105785 results in 0.062 seconds.
Search results
Putin Makronla danışdı: Suriya müzakirəsi
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidmətinin sözçüsü Dmitri Peskov verib.
Liderlər Şərqi Qutadakı son durumu müzakirə ediblər.
Muxalifet3 - 5-03-2018
Torontonun erməni kilsəsində qondarma "DQR" bayrağı - Video
Oxucumuz Taleh Mustafayev Kanadanın Toronto şəhərindən maraqlı video yollayıb.
Muxalifet.az bildirir ki, həmin videoda işğal altındakı Azərbaycan torpaqlarında qurulmuş qanunsuz "DQR"-in bayrağı asılıb. Bayraq erməni kilsəsində asılsa da, hər bir halda, ərazi Kanadanındır və bu hadisə ciddi siyasi skandal hesab olunur. Ümid edirik ki, Azərbaycan XİN fakt üzrə gərəkli addımlar atacaq.
Muxalifet3 - 5-03-2018
Müavini Netanyahuya xəyanət etdi: Dəlillər...
İsrail Baş naziri Benyamin Netanyahuya yaxın adamı da arxa çevirib.
Muxalifet.az xəbər verir ki, Netanyahunun tərəfdaşı və keçmiş müavini Nir Hefetz baş nazi və xanımı barədə polisə qeydlər təqdim edəcək.
Hefetzin "Bezeq" telekommunikasiya və "Valla" xəbər saytı ilə bağlı dəlilləri təqdim edəcəyi bildirilib.
Xatırladaq ki, İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya, dələduzluq və etibardan sui-istifadə ittihamı irəli sürmək üçün kifayət qədər material toplandığını elan edib. Materiallar iki cinayət işinin istintaqı çərçivəsində toplanıb.Muxalifet3 - 5-03-2018
Moskva aeroportunda azərbaycanlı saxlanıldı - Səbəb
Moskvanın Domodedovo aeroportunda sərnişinlərdən biri Rusiya DİN-nin növbətçi hissəsinə içində mobil telefon və 22 min rubl məbləğində pulun olduğu çantasının naməlum şəxs tərəfindən oğurlanması ilə bağlı müraciət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya DİN Nəqliyyat idarəsinin rəsmi saytında məlumat yayılıb.Muxalifet3 - 5-03-2018
"Müharibə cinayətkarları müəyyən edildi, dəlillər toplanır"
Suriyada vətəndaşların əziyyət çəkməsinə səbəb olan müharibə cinayətkarları cəzalandırılacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Zeyid Raad əl-Hüseyn deyib.
"Vətəndaşlar ya boyun əyməyə, ya da ölümə məcbur edilir. Bu cinayətlərin icraçıları kimliklərinin müəyyən edildiyini bilməlidirlər, cəzalandırılmaları dəlillər toplanır, buna görə hesab verəcəklər", - Hüseyn söyləyib.
Muxalifet3 - 5-03-2018
Sabah Milli Məclisin iclası keçiriləcək: 24 məsələ müzakirədə...
Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Parlamentin mətbuat xidmətindən bildiriblər ki, iclasda 24 məsələ müzakirə olunacaq.Muxalifet3 - 5-03-2018
Qaxda ağır qəza: 2 ölü, 5 yaralı
Qax rayonunun Alatəmir kəndində "Volksvagen" markalı avtomobillə VAZ-21011 markalı minik maşını toqquşması nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, Qax rayonunda ağır yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.
Muxalifet3 - 5-03-2018
Hollivud ulduzunun “Oskar” mükafatı oğurlandı
ABŞ-da keçirilən “Oskar” mükafatlandırma mərasimindən sonra Amerikalı aktrisa Frensis Makdormandın mükafatı oğurlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə NME məlumat yayıb.
Məlumatda qeyd olunur ki, aktrisa dostları ilə söhbətləşmək üçün heykəlciyi bir kənara qoyduqdan sonra, naməlum kişi onu götürərək aradan çıxıb.
Makdormandın küçənin ortasında oğurlanmış heykəlciyə görə göz yaşı tökməsi jurnalistlərin diqqətindən yayınmayıb.
Daha sonra cinayətkar tədbirin fotoqrafı tərəfindən saxlanılıb. Heykəlcik aktrisaya qaytarılıb.Muxalifet3 - 5-03-2018
Bu ölkədə neft istehsalı dayandırıldı
Liviyanın ən böyük neft istehsalçısı olan "Əl-Şararada" istehsal dayandırılıb.
Muxalifet.az xəbər verir ki, istehsalın dayandırılmasının səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, müxtəlif silahlı qruplar Liviyada uzun müddətdir "Əl- Şararda"yı nəzarət altına almaq üçün mübarizə aparır.
Muxalifet3 - 5-03-2018
İrəvanın növbəti həyasızlığı: Qarabağa yeni yol...
İşğalçı ölkə Qarabağa çəkilən yolların üzərində restoranlar tikməyə hazırlaşır; qanunsuz məskunlaşma ilə bağlı yeni cəhdlər; rəsmi Bakıya çağırış: “Azərbaycan Ermənistanın bu hərəkətlərini əsas gətirərək Qarabağ danışıqlarından imtina etməlidir”
Muxalifet3 - 5-03-2018
Şura bu qurumlara pul ayırdı: ikinci müsabiqəni elan etdi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin nəticələri, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin yekunları, Şuranın 2018-ci il fəaliyyət planı, Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.Muxalifet3 - 5-03-2018
Tramp: Qüdsə gəlməyin yolunu axtarıram...
ABŞ Prezidenti Donald Tramp Qüdsdə yeni səfirliyin açılış mərasimində iştirak edə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp söyləyib.
"Gəlməyin yolunu tapmağa çalışırıq. Əgər mümkün olsa, bunu edəcəyəm", - Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Qüdsdə səfirliyi bu ilin mayında açılacaq.
Muxalifet3 - 5-03-2018
Narkoloji Mərkəz faciəsi: dünyada yaşanan dəhşətlər…
Üç gün öncə - 2 mart tarixində Respublika Narkoloji Dispanserində baş vermiş dəhşətli yanğın 25 can aldı. Bu hadisə Azərbaycan tarixində xəstəxanada baş vermiş ilk dəhşətli faciə idi.
Muxalifet.az xəbər verir ki, heç bir ölkə bu cür fövqəladə hallardan sığortalanmayıb, dünyanın bir çox ölkəsində belə faciələr baş verib.
2016-cı ilin 30 noyabrında Türkiyənin Adana əyalətində özəl məktəbdəki yanğında 12 məktəbli vəfat etmişdi.
2016-cı ilin 1 iyun tarixində Çində zavodda başlayan dəhşətli yanğın 50 insanın ölümünə səbəb olmuşdu.Muxalifet3 - 5-03-2018
DİN-in Polis Məktəbi yaradıldı
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.Muxalifet3 - 5-03-2018
Azərbaycan bu ölkələrə nə qədər yardım edib?
Keçən il Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə və humanitar yardımların ümumi məbləği açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötən illə bağlı hesabatda bildirilib.
Hesabatda bildirilir ki, 2017-ci ildə yardımların məbləği 1 milyon 523 min 902 dollar olub. Bu məbləğin 682 min 188 dolları humanitar, 841 min 714 dollar isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.
Muxalifet3 - 5-03-2018
Türk ordusu Göbələyi azad etdi
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində növbəti birgə əməliyyatları nəticəsində Göbələk və Kureybe kəndləri terrorçulardan azad edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Zeytun budağı” əməliyyatının başladılmasından bəri müttəfiq qüvvələr 114 kənd və 30 strateji nöqtə olmaqla birgə 144 məntəqəni işğaldan azad edib.
Muxalifet3 - 5-03-2018
Füzulidə top mərmisi aşkarlandı
Muxalifet.az-ın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Muxalifet3 - 5-03-2018
İrandan dünyaya Suriya mesajı: Başqa yol yoxdur
Rəsmi Dəməşqin mövqeyinin Suriyada möhkəmlənməsi böhrandan qurtulmağın yeganə yoludur.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
“Suriyada sabitliyin bərpasında Dəməşqin mövqeyinin möhkəmlənməsindən başqa yol görünmür”, - Ruhani bildirib.
O həmçinin əlavə edib ki, Suriyada terrorizmlə mübarizə hələ də başa çatmayıb.
Muxalifet3 - 5-03-2018
Rusiya və ABŞ Afrika uğrunda mübarizəyə başlayır – DÖVLƏT DEPARTAMENTİNDƏN AÇIQLAMA
ABŞ-ın dövlət katibi Reks Tillersonun Afrika ölkələrinə səfəri başlayır.
Bu barədə Dövlət Departamenti xəbər yayıb.
Xəbərdə qeyd edilir ki, bu, ABŞ dövlət katibinin Afrikaya ilk səfəridir. Səfər martın 6-dan 13-dək davam edəcək. Amerika diplomatiyasının rəhbəri Çada, Cibutiyə, Efiopiyaya, Keniyaya və Nigeriyaya səfər edəcək.Muxalifet4 - 6-03-2018
63 İL ÖNCƏ DÜNYASINI DƏYİŞƏN DAHİ - Bu gün Rəsulzadənin vəfatı günüdür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür.
Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 63 il ötür.Muxalifet4 - 6-03-2018