Axtarış

The search found 105785 results in 0.05 seconds.

Search results

  1. “Əsəd rejimi Afrinə tank GÖNDƏRDİ” İDDİASI

    Terror təşkilatı PKK/PYD, ağır itkilər verəndən sonra Afrin şəhər mərkəzinə güc toplamağa başlayıb. Dəməşq rəhbərliyinin isə Afrinə tank göndərdiyi iddia edilib.
     
    Şiə milislər Afrinə girmək üçün hazırlıqda
     
    Afrindəki YPG qüvvələrinə dəstək vermək məqsədilə Hələbin Şıh Maqsud bölgəsində yerləşən, ancaq hələ şəhər mərkəzinə keçid etməyən 500 nəfərlik başqa bir qrupun gözlədiyi məlumatı əldə edilib.

    Muxalifet3 - 5-03-2018

  2. ​Saakaşvilidən ÇAĞIRIŞ: “Gürcüstan dağılır, 2018-ci ildə...”

    Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş lideri Mixail Saakaşvili “Vahid Milli Hərəkat"ından olan partiyadaşları bu il hakimiyyətə qayıtmağa çağırıb.
    Muxalifət.az xəbər verir ki, bu haqda siyasətçinin videomüraciətinə istinadən “Gürcüstan Online” bildirib.
    Onun sözlərinə görə, Gürcüstanda vəziyyət güclü şəkildə pisləşib.

    Muxalifet2 - 5-03-2018

  3. İnsan taleyini müəyyənləşdirən "kainat oyunu" – Qurban Yaquboğlu

    Yazıçı, publisist Qurban Yaquboğlunun "Mən yoxam" adlı kitabı çapdan çıxıb. Teleqraf.com xəbər verir ki, "Qanun" Nəşrlər Evinin buraxdığı kitaba roman və esselər daxil edilib. "Mən yoxam" romanı ağrıların gözəl qadın, unudulmaz sevgi, toran keçmiş, yurd bağlılığı, nəsil buxovu, irsi mənsubiyyət, uzaq kənd, yad və təsadüfi adamlar kimi çeşidli qaynaqlarına baş vurur. Sadalananlar insan taleyini və onun aqibətini müəyyənləşdirən "kainat oyunu" kimi nəzərə çarpır. Romanın sirri həm də onun son cümləsindədir. Son cümləni oxuyan mətni başdan oxumağa məhkumdur. "İnsan heç vaxt sonu bilmir..."

    Muxalifet2 - 5-03-2018

  4. Xamenei İranda siyasi gücləri birləşdirmək üçün incə və kəskin oyuna başlayıb:ilk hədəf prezident Həsən Ruhanidir – Təhlil

    İran prezidenti Həsən Ruhani fevralın sonunda ölkənin dövlət siyasətinin açar məsələləri üzrə ən yaxın gələcəkdə referendum keçirməyi təklif edib. Həm Qərbdə, həm də Rusiyada Ruhaninin ilk baxışdan qəribə bəyanatını şərh edərək nədənsə İranın fəaliyyətdəki prezidentinin demarşını “islahatçı adı” və dekabrın sonu, yanvarın əvvəlində “bu yaxınlardakı etirazlarla” əlaqələndiriblər.

    Muxalifet2 - 5-03-2018

  5. BMT-dən Əsəd ƏLEYHİNDƏ QƏRAR

    Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası, Rusiyanın əhgəl olmaq istəməsinə rəğmən Bəşşar Əsəd rejiminin Şərqi Gutada davam etdirdiyi insan haqları pozuntularını "qətiyyətlə" pisləyən qətnamə layihəsini qəbul edib.
    Müxalifət.az

    Muxalifet3 - 5-03-2018

  6. ​Moskva ABŞ-ın tə​​​​​​​hlükəli hədəfini AÇIQLADI

    ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib.
    Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.
    “Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində, onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş aparmaqdır”, - diplomat deyib.

    Muxalifet2 - 5-03-2018

  7. ​Sabirabadda silahlı insident: 1 YARALI

    Sabirabad sakini ehtiyatsızlıqdan iki həmyerlisini güllələyib.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, martın 3-də Sabirabad rayonunun Qasımbəyli kənd sakinləri Şirməmməd Əsədov və Şöhrət Babayev qırma yaraları ilə xəstəxanaya gətiriliblər.
    Sabirabad rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onların Sarı Su adlanan gölün Qasımbəyli kəndində yerləşən hissəsində həmkəndliləri Həmid Adışovla birgə ov edərkən qayıqdan düşən zaman sonuncunun tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət almaları müəyyən edilib.

    Muxalifet2 - 5-03-2018

  8. İsa Qəmbərin müalicəsi bu həftə başa çatacaq – Sabiq başqan Türkiyədə görüşlər keçirəcək

    “Müsavat Partiyasının keçmiş başqanı, Strateji Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Türkiyədə müalicəsi bu həftənin sonuna kimi davam edəcək”.
    Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. O, İ.Qəmbərin Türkiyənin tanınmış tibb müəssisələrindən birində – «Hacəttəpə» klinikasında müalicə aldığını və səhhətinin qaydasında olduğunu söyləyib.
    G.Aslanlının sözlərinə görə, İ.Qəmbər müalicəsi başa çatdıqdan sonra Türkiyədə nəzərdə tutulan görüşlərə başlayacaq.

    Muxalifet2 - 5-03-2018

  9. ​PKK lideri türk əsgərinin ayağı altında – FOTO

    Racoda azad edilən kəndlərdən birində çəkilən PKK lideri Abdullah Öcalanın Türkiyə hərbçilərinin ayağı altındakı fotosu terrorçulara türk ordusunun verdiyi mesaj kimi qəbul edilib.
    Muxalifət.az xəbər verir ki, bir qədər əvvəl Raco bölgəsi terrorçulardan azad edilib, Cinderes isə mühasirəyə alınıb.

    Muxalifet2 - 5-03-2018

  10. ​“Kəpəz”in bundan da pis günləri olub" - TOĞRUL ƏSGƏROV

    “Kəpəz”in Topaz Premyer Liqasının son turunda “Səbail”ə qalib gəldiyi (2:1) oyunu stadiondan izləyənlər arasında Olimpiya çempionu Toğrul Əsgərov da olub.
    Qol.az-ın xəbərinə görə, “sarı-göylər”in sadiq azarkeşi kimi tanınan idmançı oyun haqda klubun saytına açıqlama verib:

    Muxalifet2 - 5-03-2018

  11. ​Aslan Aslanov və müavinlərinin vəzifələri LƏĞV EDİLDİ

     “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) hüquqi şəxsə çevrilməsi ilə əlaqədar yaradılan İdarə Heyətinin sədri, müavini və üzvlərinin maaşı müəyyənləşib.

    Muxalifet2 - 5-03-2018

  12. ​“Gorun çatlasın, Corc Vaşinqton...”

    Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər.
    "The Independent" yazır ki, ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.

    Muxalifet2 - 5-03-2018

  13. ​Mənzil dələduzu olan direktor azadlığa buraxıldı – HÖKM

    “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Teleqraf.com xəbər verir ki, Telman Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləyib.

    Muxalifet2 - 5-03-2018

  14. ​RUSİYA İCAZƏ VERDİ - TÜRKİYƏ...

    Hurriyyet.org xəbər verir ki, Rusiya Türkiyədən nar, badımcan, kabak, bibər və kahı kimi tər meyvə-tərəvəz məhsullarının idxalına icazə verib. Türk ixracatçılar bu gündən etibarən şirkət məhdudlaşdırması olmadan məhsullarını Rusiyaya göndərə biləcəklər. Türkiyə təyyarə böhranından əvvəl, bu məhsulların Rusiyaya ixrac edilməsindən 100 milyon dollara yaxın gəlir əldə edirdi. 2018-ci il martın 5-dən etibarən nar, badımcan, bibər, kahı, balqabaq və digər məhsulların Türkiyədən idxalına icazə verib.

    Muxalifet2 - 5-03-2018

  15. ​Ödəniş terminallarında YENİLİK - Bank kartları vasitəsilə...

    "Komtec" şirkəti bir sıra "MilliÖN" terminallarında bank kartları vasitəsilə nağdsız ödəniş üzrə pilot xidməti işə salıb.
    Şirkətdən bildiriblər ki, yeni xidmət kartın balansından pul çıxararaq kredit borcu, kommunal xidmətlər, rabitə, internet, kabel televiziyası və digər xidmətlərə görə ödəniş etməyə imkan verir:

    Muxalifet2 - 5-03-2018

  16. ​İraq hökumətindən Səddam Hüseyn – QƏRARI

    İraq hökuməti 2003-cü ildə öldürülən diktator Səddam Hüseyn başda olmaqla BƏƏS liderlərinin və onların ailə üzvlərinin müsadirə ediləcək mülklərinin siyahısını açıqlayıb.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, siyahıda 2010-cu ildə edam edilən Səddamın yaxın qohumu Əli Həsən əl-Məcid, 2007-ci ildə edam edilən diktatorun ögey qardaşı Bərzan İbrahim Həsən əl-Tikriti, 2007-ci ildə edam olunan İraqın keçmiş prezidentinin köməkçisi Teha Yasin Ramazan və 2015-ci ildə ölən sabiq xarici işlər naziri Tarık Əzizin mülkləri üstünlük təşkil edir.
     

    Muxalifet2 - 5-03-2018

  17. ​Türkiyə Almaniyadan TƏLƏB etdi: “HƏBS EDİB, TƏHVİL VERİN”

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Almaniyaya müraciət edərək, PYD/PKK terror təşkilatının keçmiş həmsədri Saleh Müslümün həbs edilib təhvil verilməsini tələb edib.

    Muxalifet2 - 5-03-2018

  18. ​Dünya Rusiyanı buna məcbur edə bilməz – BURCANADZE

    Gürcüstanla Rusiya arasındakı problemin həlli yalnız Rusiya ilə birbaşa dialoqa başlamaqdan keçir.
    Muxalifət.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze söyləyib.

    Muxalifet2 - 5-03-2018

  19. ​Erməni futbolçu ABŞ klubundan QOVULUR

    Ermənistan millisinin və Rusiya "Spartak"ının sabiq futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt Leyk" klubundan göndərilə bilər.
    "Report"un məlumatına görə, buna klubun 30 yaşlı hücumçunu komandada görmək istəməməsi səbəb olub. Əsas heyətdən kənarda qalan təcrübəli forvardın hazırkı klubu ilə 2 illik müqaviləsi var. O, komandadan göndəriləcəyi təqdirdə, iki il ərzində ona veriləcək 4 milyon dolları almaq niyyətindədir.
    Movsisyan MLS klubunu tərk edəcəyi təqdirdə, azad agent statusu daşıyacaq.

    Muxalifet2 - 5-03-2018

  20. ​Paytaxtda yanğın - 1 nəfər tüstüdən zəhərləndi

    Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib.

    Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.
    Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək, aidiyyatı üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet2 - 5-03-2018

Pages