Axtarış

The search found 105785 results in 0.071 seconds.

Search results

  1. Moskvanının tərəflərə çatdırdığı mesaj:"Bölgədə İsrail-İran müharibəsi istəmirəm" - TƏHLİL

    İsrail və Suriya səmalarındakı dramdan təxminən bir ay keçib. Öz hava sahəsinə girən İran dronunu İsrail vurdu və Suriya ərazisindəki İran hədəflərini bombaladı, üstəlik, Suriyada bir döyüş təyyarəsi itirdi.
    Son 5 ildə Suriyada silahlı konvoylara, raket anbarlarına və ordu bazalarına hava hücumları dəfələrlə olub. İndi sakitlikdir. Amma bu fasilə müvəqqətidir. İsrailin şimal cəbhəsində əsas şərtlər hətta bu fövqəladə güc mübadiləsindən sonra dəyişməz qalır.

    Muxalifet2 - 10-03-2018

  2. ​Taksim meydanı qarışdı: ÖLÜ VƏ YARILIAR VAR

    Türkiyədə dəhşətli anlar yaşanıb.
    Teleqraf.com xəbər verir ki, İstanbulun Taksim meydanında baş verən atışmada 1 nəfər ölüb, yaralılar var.
    Bir otelin qarşısında iki qrup arasında mübahisə zamanı tərəflər silaha əl atıblar. Nəticədə otel sahibinin oğlu
    Tarık Durucan aldığı güllə yarasından yerindəcə keçinib.
    Hadisə zamanı ətrafdakı insanlar da həyəcan keçiriblər.

    Muxalifet2 - 10-03-2018

  3. Şəkil çəkdirmək terrorçulara DÜŞMƏDİ: HAMISI ÖLDÜRÜLDÜ

    TSQ, Afrində terror təşkilatına ağır zərbələr vurmağa davam edir. Afrində fotoşəkil çəkdirib, öz mətbuat orqanlarına göndərən terrorçuların hamısı qısa müddətdə öldürülüb
     

    Muxalifet3 - 10-03-2018

  4. ​"Zeytun Budağı" 50-ci gün - Terrorçuların kabusu olan SİLAH İŞƏ BAŞLADI

    Türkiyə ordusu “Zeytun budağı” əməliyyatının 50-ci gününü yaşayır. Hərəkat çərçivəsində Afrinin mərkəzi sərhədləri tamamilə nəzarətə alınıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Afrin hərəkatında sabit terror hədəflərini vurmaq üçün istifadə edilən və qarşı tərəfin yüzlərlə mərkəzlərini məhv edən ən son texnologiyalarla təchiz edilmiş "Atom35" Aselsan müdafiə sursatı müasir formada yenilənib. Artıq onun köməyilə hərəkətdə olan terror hədəflərini rahatlıqla məhv etmək mümkün olacaq.

    Muxalifet2 - 10-03-2018

  5. ​İran Dağlıq Qarabağdakı banklar üzərindən əməliyyatlar aparır, “Hizbullah”a pul ötürür - ABŞ RƏSMİLƏRİ

    Ermənistanın İran və böyük ölçüdə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərq regionundakı maraqlarını təhdid edir. Belə ki, Ermənistanın sayəsində Rusiya və İran ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalardan yayınmaq imkanları qazanıb.
    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Bartonun “The Daily Caller” nəşrində dərc edilmiş məqaləsində bildirilir.

    Muxalifet2 - 10-03-2018

  6. ​Səudiyyə kralı dünyanın ən böyük stadionunu tikəcək- İRAQDA

    Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İraqda 135 minlik tutumu olan stadion inşa etməyi söz verib.
    Trend-in məlumatına görə, bu qərar İraq və Səudiyyə Ərəbistanı futbol yığmaları arasında keçirilən yoldaşlıq gürüşündən sonra qəbul olunub.
    İraq hökuməti Səudiyyə Ərəbistanının kralının ölkədə stadion tikmək niyyətini təsdiqləyib.

    Muxalifet2 - 10-03-2018

  7. ​AĞCABƏDİDƏ DƏHŞƏTLİ İNTİHAR: 34 yaşlı kişi özünü yandırdı

    Ağcabədidə intihar olub.
    Muxalifət.az xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü Bəhruz Süleyman oğlu İbrahimov yaşadığı evin yaxınlığında üzərinə neft məhsulu tökərək özünü yandırıb. Dərhal xəstəxanaya çatdırılan B. İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
    Məlumata görə, B. İbrahimov uzun müddət imiş psixi xəstəlikdən əziyyət çəkirmiş.
    Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/

    Muxalifet2 - 10-03-2018

  8. İraqda terror təşkilatı PKK-ya "AFRİN" ŞOKU

    Afrindəki terror ünsürlərinə silah daşımaq istəyən bir qrup terrorçu İraqın Mosul şəhərində keçirilən əməliyyatla əngəllənib.
     
    “Al Sharqiya” televiziyasının xəbərinə görə, terror təşkilatı YPG/PKK-nın Afrinə göndərmək istədiyi çoxlu sayda silah və sursat Mosulun şərqində ələ keçirilib.
    Mosul polisi, silah və sursat dolu yük maşınını “Qüds” məhəlləsindəki bir evin qabağında tərk edilmiş şəkildə tapıb.
    Avtomobildə ələ keçirilən silahlardan bəziləri İraq təhlükəsizlik qüvvələrinin də əlində belə yoxdur.

    Muxalifet3 - 10-03-2018

  9. ​Türkiyədən ŞOK: ABŞ zəmanət versə, S-400 əvəzinə…

    Özümüzün raketdən müdafiə sistemlərimiz olmadığına görə Rusiyanın S-400 komplekslərinə təcili ehtiyacımız yarandı.
    Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
    “Konqresin şübhəsi ucbatından ABŞ-dan sadə tüfəng belə almağa çətinlik çəkdik. Birindən bu sistemləri almaq məcburiyyətindəyik. ABŞ rəhbərliyi Konqresin bunu təsdiqləyəcəyinə zəmanət versə, o zaman onların “Patriot” sistemlərini alarıq” – deyə o bildirib.

    Muxalifet2 - 10-03-2018

  10. ​"Qəzet məhsullarının üzərindən ƏDV götürülməlidir" - ƏFLATUN AMAŞOV

     “Son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub”.

    Muxalifet2 - 10-03-2018

  11. ​Tillerson Keniyaya səfərini təxirə saldı- BU SƏBƏBDƏN

    ABŞ-ın dövlət katibi Reks Tillerson Keniyaya planlaşdırdığı səfərini təxirə salıb. Trend-in məlumatına görə, buna səbəb dövlət katibinin səhhətində yaranan problemlər olub.
    Dövlət katibinin müavininin sözlərinə görə, R.Tillersonun xəstəliyi çox ciddi deyil: "Narahat olmağa dəyməz. Sadəcə bəzi planlaşdırılmış görüşlərin vaxtı bir qədər sonraya qədər təxirə salınıb".
    Qeyd edək ki, ABŞ rəsmisi Afrika ölkələrinə səfərə çıxıb.

    Muxalifet2 - 10-03-2018

  12. Vaşinqtonda keçirilən ABŞ-Türkiyə danışıqlarında Ankaradan SƏRT MÖVQE

    Türkiyə ilə ABŞ arasında, FETÖ ilə mübarizə, İraq və Suriya başda olmaqla, bir sıra məsələdə mövcud olan problemlərin həlli məqsədilə yaradılan üç texniki komitədən biri olan Suriya komitəsinin ilk iclası başa çatıb.
     
    Türkiyə-Amerika parlamentlərarası əlaqələrin düzəldilməsi üçün yaradılan 3 komitədən Suriya məsələləri ilə bağlı olanı dünən ilk iclasını keçirib. Toplantıda Türkiyənin Afrinlə bağlı sərt mövqeyi müşahidə olunub.
     
    TÜRKİYƏDƏN AFRİNLƏ BAĞLI SƏRT MÖVQE
     

    Muxalifet3 - 10-03-2018

  13. Ermənistan daha bir beynəlxalq layihədən çıxdaş olundu:Ukrayna İrana çıxmaq üçün Azərbaycan variantını seçdi – Təhlil

    Gözləntilərə baxmayaraq Ukraynanın kənd təsərrüfatı və başqa məhsullarına AB bazarlarına imtiyazlı şərtlərlə azad çıxış verilmədiyi durumda Kiyev yeni bazarlara fəal şəkildə yeni yollar arayır. Alternativ yollar və bazarlar uzaq deyilmiş. Ukrayna İrana hədəflənib, bu ölkəyə taxıl bitkiləri ixrac etmək və günəbaxan yağının ixracını gücləndirmək istəyir. Cavabında İran qazı, neft, bitum tədarükünə ümid bağlayır.

    Muxalifet2 - 10-03-2018

  14. ​Kreml Britaniyada 14 rusiyalını aradan götürüb – KUPER

    Britaniya polisi ölkə ərazisində 14 rusiyalının müəmmalı qətlini yenidən araşdırmalıdır.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə bəyanatı Britaniya parlamentinin Daxili İşlər üzrə Xüsusi Komitəsinin rəhbəri İvet Kuper yayıb. Kuper xüsusilə Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenko, biznesmen Aleksandr Perepeliçno və Boris Berezovskinin qətlinin araşdırılmasını tələb edib:

    Muxalifet2 - 10-03-2018

  15. TÜRK ƏSGƏRİ AFRİNİN 5 KİLOMETRLİYİNDƏ! - Su anbarını yezidlərdən xilas edib xalqa qaytardı!

    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin bölgəsinin 60 faizini terrorçulardan təmizləyərək mərkəz sərhədinə qədər gəlib çatıb. Ötən 49 gün ərzində 3 171 terrorçu zərərsizləşdirilib. Cindərəsi təmizləndikdən sonra Afrinin 6 inzibati ərazi vahidindən 5-i ələ keçirilib. Cindərəsi, Raco, Şeran, Bülbül və Şeyx Hədiddən sonra yalnız Məbədli terrorçuların əlində qalıb. Məbədli təmizləndikdən sonra Afrinə gedən yol tamamilə açıq olacaq.
    Türk ordusu Afrinin mərkəzindən 5 km məsafədə qərar tutub.

    Muxalifet2 - 10-03-2018

  16. Qurban Qurbanov Türkiyə klubunun futbolçusunu Azərbaycan millisinə dəvət etdi

    Türkiyə çempionatının I divizionunda çıxış edən "Samsunspor" klubunun futbolçusu Ufuk Budak Azərbaycan milli komandasına dəvət alıb.
    "Report" "TRT Spor"a istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də XXVIII tur çərçivəsində "Boluspor"la oyundan sonra yığmanın düşərgəsinə qoşulacaq. O, martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

    Muxalifet2 - 10-03-2018

  17. ​Mətbuat Şurasının İdarə Heyəti üzvlərinin sayı artdı

    Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib.
    Hurriyyet.org xəbər verir ki, Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.
    Nizamnamə dəyişikliyini ilə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq./apa/

    Muxalifet2 - 10-03-2018

  18. Afrində hilal bitdi, indi də “Ulduz” ƏMƏLİYYATI BAŞLAYIR

    “Zeytun Budağı” Hərəkatı çərçivəsində strateji Cinderesi mövqelərini ələ keçirən TSQ və ASO gücləri terrorçuları saxlandıqları yerdə bir-bir aşkar edərək, zərərsizləşdirir. Cinderesi mərkəzinin terrorçulardan təmizlənməsi ilə tamamlanan aypara mühasirəsindən sonra Miniğ mahalındakı ulduz əməliyyatına başlanılıb.
     
     Terror təşkilatı PYD-YPG-nin yerdəyişmə məntəqələrinin təminatı olan bölgə, şəhər mərkəzindəki böyük əməliyyatın da başlanğıcı olacaq.
     
     AFRİNƏ YARDIMLARIN QARŞISI ALINACAQ
     

    Muxalifet3 - 10-03-2018

  19. ​Afrində 3195 terrorçu məhv edildi – TSQ

    Türkiyə ordusu Afrində daha 46 terrorçunu məhv edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bununla da “Zeytun budağı” əməliyyatının başlanğıcından bu günə qədər öldürülən terrorçuların sayı 3195-ə çatıb.
    Qeyd edək ki, Türkiyə Suriyada yanvarın 20-dən etibarən “Zeytun budağı” əməliyyatına başlayıb.

    Muxalifet2 - 10-03-2018

  20. Almaniyanın yeni Xarici İşlər naziri kimdir - TÜRKLƏRİN DOSTU?..

    Almaniyada bu ay yeni qurulacaq hökumətin nazirlərinin siyahısı açıqlanıb.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə üçün daha önəmli olacaq məsələ Almaniyanın yeni Xarici İşlər nazirinin kim olmasıdır.
    Yeni alman hökumətinin Xarici İşlər naziri Heiko Maas bundan əvvəl hökumətdə ədliyyə naziri vəzifəsini tutub. O, çıxışlarında türklərlə yaxın olduğunu bir neçə dəfə vurğulayıb.

    Muxalifet2 - 10-03-2018

Pages