Axtarış

The search found 105785 results in 0.064 seconds.

Search results

  1. ​Bakıda dəhşətli yanğın: ÖLƏN VƏ YARALILAR VAR - Foto

    Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğın zamanı bir nəfər ölüb, xəsarət alanlar var.
    Muxalifət.az Report-a istinadən xəbər verir ki, hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub.
    Yanğınsöndürmə işləri davam edir.
    Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

    Muxalifet2 - 2-03-2018

  2. Bakı qapılarını ABŞ-ın ən böyük təşkilatının üzünə qapayır

    USAID-in Azərbaycandan gedəcəyi ilə bağlı iddialar gerçəkləşir; qurumun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman: “Bizim fəaliyyət göstərməyimiz üçün ümumiyyətlə, qapılar açıq deyil”; Rusiya isə Azərbaycanda yeni mərkəz açmağa qərar verdi

    Muxalifet2 - 2-03-2018

  3. YPG-nin məğlubiyyəti Qəndili ÇILĞINA DÖNDƏRİB

    “Zeytun Budağı” Hərəkatında öldürülən YPG-li terrorçu sayı 2 mini aşarkən, Türk əsgəri qarşısında məğlubiyyətə uğrayan YPG-nin vəziyyəti Qəndildəki PKK başçısı Murad Qarayılanı çılğına döndərib.
     

    Muxalifet3 - 2-03-2018

  4. ​Türkiyəyə qarşı təhdid olarsa, hərəkətə keçəcəyik - RUSİYA

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkələri, həmçinin Suriya, İran, Şimali Koreya, Çin və Türkiyə Rusiyanın müttəfiqləridir. Bu ölkələrə qarşı hər hansı nüvə hücumu olarsa, Moskva hərəkətə keçəcək.
    Muxalifət.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının Təhlükəsizlik Komitəsi sədrinin müavini Aleksandr Şerin çıxış edib.
    "Şimali Koreya və İranı başa düşə bilərik. Türkiyə də bizim həmişə müttəfiqimiz olub", - Şerin söyləyib.

    Muxalifet2 - 2-03-2018

  5. ​Yunan nazirin Tansu Çillərlə bağlı – İNANILMAZ ETİRAFLARI

    Bir neçə gün əvvəl “Yaxşı türk sadəcə, ölü türkdür. Çünki yaxşı bir türk tanımadım” sözləri ilə Türkiyə və Yunanıstan mediasında gündəmə gələn Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos 1996-cı ildə Afina ilə Ankara arasında yaşanan “Kardak böhranı” ərəfəsində - yanvarın 30-dan 31-nə keçən gecə Yunanıstan baş nazirinin parlamentdəki ofisində nələrin baş verdiyini açıqlayıb.
    Muxalifət.az xəbər verir ki, Yunanıstanın sabiq xarici işlər nazirinin dedikləri əslində “Kardak böhranı” zamanı rəsmi Afinanın hansı durumda olduğuna işıq saçır.

    Muxalifet2 - 2-03-2018

  6. ​Abşeronda evə SİLAHLI BASQIN: ana və qızı ağır yaralandı

    Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.
    Hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.
    Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Muxalifet2 - 2-03-2018

  7. ​"Zeytun budağı"nda 42-ci gün: Terrorçuların XAİN PLANI üzə çıxdı

    Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı 41-ci günündə uğurla davam edir.
    Publika.az xəbər verir ki, 42 gündür davam edən hərəkat çərçivəsində 2222 terrorçu zərərsizləşdirilib.

    Muxalifet2 - 2-03-2018

  8. ​BU GÜN ERMƏNİSTAN YENİ PREZİDENTİNİ SEÇİR

    Bu gün Ermənistan parlamenti ölkənin yeni prezidentini seçir. Hakim Respublikaçılar Partiyasının lideri, prezident Serj Sərkisyanın “vəlihəd” gözü ilə baxdığı, ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan əsas namizəddir.

    Muxalifet2 - 2-03-2018

  9. Afrində XAİN TƏLƏ: 8 ŞƏHİD VERİLDİ

    “Zeytun Budağı” Hərəkatında 41 gün geridə qalarkən, öldürülən terrorçu sayı 2 min 222-yə yüksəldi. Afrində 1083 nömrəli təpədə, tunellərdən çıxan təxminən 100 nəfərlik terrorçu qrup, təhlükəsizlik güclərinə ağır silahlarla hücum edib. Toqquşmada 8 əsgər şəhid olub, 13 əsgər yaralanıb.
     

    Muxalifet3 - 2-03-2018

  10. ​Narkoloji Mərkəzdəki yanğında 30-dək şəxs ölüb - SON DƏQİQƏ

    Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
    Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərdən çox şəxs ölüb.
    Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 2-03-2018

  11. ​Ələkbərov iki aya 2 MİLYARD QAZANDI: Rusiya birincisi

    2018-ci ilin ilk iki ayı ərzində 27 rusiyalı milyarderin sərvəti 11,4 milyard dollar artıb.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik iki ay ərzində ən çox gəliri “Lukoyl”un rəhbəri Vahid Ələkbərov əldə etdiyini vurğulayıb. Onun sərvəti 1,96 milyard dollar artaraq, 14,5 milyard dollara çatıb.
    V.Ələkbərovdan sonrakı yeri 1,05 milyard dollar gəlirlə “Yevroxima”nın sahibi Andrey Melniçenko tutub. Onun sərvəti 14,9 milyarda qalxıb.

    Muxalifet2 - 2-03-2018

  12. ​42 milyon avroya alınan futbolçu QOVULDU

    Çinin "Quançjou Everqrand" klubu kolimbiyalı futbolçusu Cekson Martinezlə müqaviləni ləğv edib.
    Muxalifət.az "Goal.com"a istinadən xəbər verir ki, komanda yeni mövsüm üçün tərtib etdiyi siyahıya Martinezi daxil etməyib. 31 yaşlı futbolçuya azad agent statusu verilib.
    Qeyd edək ki, "Quançjou Everqrand" Cekson Martinezi 2016-cı ildə "Atletiko Madrid"dən 42 milyon avroya transfer edib. Kolumbiyalı forvard zədə səbəbindən Çin təmsilçisində iki il ərzində 15 rəsmi matçda iştirak edib və 4 qol 2 məhsuldar ötürmə ilə yadda qalıb.
     

    Muxalifet2 - 2-03-2018

  13. Beynəlxalq Bank yenidən BORC BATAQLIĞINDA

    İqtisadçı ekspert: “”Aqrarkredit" çox şübhəli bir quruma çevrilib, “Şapka” Mamed oturub orada, nə işlə məşğuldur bilinmir"

    Muxalifet2 - 2-03-2018

  14. Afrində terrorçulara bir zərbə daha: 9 TERRORÇU ÖLDÜRÜLDÜ

    Afrinə qarşı əməliyyat qətiyyətlə davam edir. Bu çərçivədə hücum vertolyotları ilə regionda həyata keçirilən hərəkatda 9 terrorçu öldürülüb.
     
    “Zeytun Budağı” Hərəkatında hücum vertolyotları ilə həyata keçirilən atışlarla Afrinin qərbində aşkar edilən 9 terrorçu zərərsizləşdirilib.

    Muxalifet3 - 2-03-2018

  15. ​ABŞ bu ölkəyə 47 milyon dollarlıq RAKET SATACAQ

    ABŞ Ukraynaya ümumi dəyəri 47 milyon dollar olan 210 ədəd tank əleyhinə raket və 37 raketatan satacaq.
    Bu barədə Ukrayna Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən məlumat yayılıb.
    Məlumatda Ukraynanın silah satışı ilə bağlı müraciətinin ABŞ Xarici İşlər Nazirliyi tərəfindən qəbul edildiyi qeyd edilib. ABŞ ağır silahlarla yanaşı, onlara aid texniki dəstək, təlim və nəqliyyat xərclərini də öz üzərinə götürüb.
    Ukraynanın bu silahları almaqda məqsədi uzunmüddətli müdafiə sistemi yaratmaqdır./publika/  

    Muxalifet2 - 2-03-2018

  16. ​Erməni lobbisinin rəhbərlərindən biri Xocalı qətliamını törətdiklərini ETİRAF ETDİ

    ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də təşkil olunan, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.
    Dinləmələrin ardınca zaldakılar şərh və suallar verməyə dəvət olunublar.

    Muxalifet2 - 2-03-2018

  17. ​Kəmaləddin Heydərov və Ramil Usubov yanğın yerində - SON DƏQİQƏ

    Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.
    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Daxili İşlər naziri Ramil Usubov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gediblər./APA/

    Muxalifet2 - 2-03-2018

  18. QALMAQAL: Avropanın bu ölkəsi İŞİD-ə rüşvət, YPG-yə İSƏ..

    Terror təşkilatını təmizləmək üçün başlanılan “Zeytun Budağı” Hərəkatına qarşı çıxan Fransanın mühüm tikinti firmalarından olan “Lafargeın” Afrində YPG-nin tunelləri üçün beton istehsal etdiyi ortaya çıxıb.
     
    Türkiyənin haqlı əməliyyatını dayandırmasını istəyən Fransanın mühüm tikinti firmalarından olan “Lafargeın”, Suriyanın şimalında 2010-ci ildə yaratdığı sement zavodunda terror təşkilatı YPG-nin Afrindəki tunellərində istifadə edilmək üçün beton istehsal etdiyi ortaya çıxıb.
     
    RÜŞVƏT ÇARXI
     

    Muxalifet3 - 2-03-2018

  19. ​Sabunçuda 61 yaşlı kişi İNTİHAR ETDİ

    Sabunçu rayonunda intihar hadisəsi baş verib.
    "Report"un məlumatına görə, hadisə rayonun Məhəmmədi qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
    Orada yaşayan, 1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev özünü həyətdə çardaqdan asaraq intihar edib.
    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda 125.1 ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet2 - 2-03-2018

  20. ​1/4 finalçılar müəyyənləşdi

    Fransa kubokunda 1/4 finalın son oyunu keçirilib.
    Publika.az xəbər verir ki, "Lion" səfərdə "Kan"la qarşılaşıb. Matç "Kan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
    Qarşılaşmanın yeganə qolunu 77-ci dəqiqədə Diomande vurub. Onun qolu “Kan”ı növbəti mərhələyə yüksəldib.
    Qeyd edək ki, növbəti mərhələdə "Le Arbe", PSJ, "Şambli" komandaları yarışacaq.

    Muxalifet2 - 2-03-2018

Pages