Axtarış
The search found 105785 results in 0.077 seconds.
Search results
Sarkisyanın tezisi çökür: Nazarbayevin başlatdığı Qarabağ planı və İRƏVANIN QORXUSU
Fevralın 26-da Rusiya Belarusdan süd məhsulunun idxalını qadağan etdi. Baxmayaraq ki, Rusiyaya süd çatdırılmasının çox hissəsi məhz Belarusun payına düşür. “Rosselxoznadzor” bu addımı baytarlıq-sanitar tələblərinin pozulmasının dəfələrlə təkrarlanması ilə izah edib.
Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ-si” adlandırılan Avrasiya İqtisadi İttifaqı daxilində baş verən bu hadisə Ermənistanda ciddi təlaş yaradıb.Muxalifet2 - 1-03-2018
Məhv edilən PYD terrorçularının sayı 2222 nəfərə çatdı – AFRİN ƏMƏLİYYATI
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2222 nəfərə çatıb. Bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb. Məlumatda bildirilir ki, son sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 38 üzvü məhv edilib. Əməliyyat müddətində Afrində 114 yaşayış məntəqəsi azad edilib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.
Muxalifet2 - 1-03-2018
RUSİYA ABŞ-IN SİRRİNİ İFŞA ETDİ
"Türkiyəni Afrində əməliyyat aparmağa ABŞ təhrik etdi"
Muxalifet2 - 1-03-2018
Amerikada çoxluq TRAMPI İRQÇİ SAYIR
Amerikalıların 57 faizi, prezident Trampın irqçi olduğunu düşünür. Ölkədə yaşayan hər 10 qaradərilidən 8-i, İspanların dörddə üçü və ağdərililərin yarıya yaxını, Trampın irqçi olduğu fikirindədir. “Associated Press” və NORC Dövlət İşləri Araşdırma Mərkəzinin apardığı sorğu, Amerikalıların 57 faizinin, o cümlədən hər 10 qaradərilinin 8-inin, İspanların dörddə üçünün və ağdərllilərin haradasa yarısının, ABŞ prezidenti Donald Trampın irqçi olduğunu ortaya qoyub. Trampın irqçi olduğunu düşünən Demokratların nisbətinin 85 faiz, Respublikaçıların nisbətinin isə 21% olduğu bildirilib.
Muxalifet3 - 1-03-2018
ABŞ Suriya sərhədinə 600 ƏSGƏR GÖNDƏRDİ
Rusiya ABŞ-ın terror təşkilatının əlindəki bölgədə 20 hərbi baza qurduğunu iddia etmişdi. Bu iddialar müzakirə edilərkən ABŞ-dan təcili bir həmlə daha gəldi. ABŞ, Suriya ilə sərhədə 600 əsgər göndərdi.
Xüsusi qüvvələrdən ibarət 600 ABŞ əsgərinin zirehli maşınlarla birlikdə ABŞ-ın Suriya ərazisindəki Əl Tanf hərbi bazasına göndərildiyi qeyd olunub.
İki il əvvəl yaradılan Əl Tanf hərbi bazası İraq ilə Suriya arasındakı sərhəd keçidlərinə nəzarət etməyi hədəfləyir. ABŞ-ın bu bazada Suriyalı müxaliflərə təlim verdiyi məlum olur.Muxalifet3 - 1-03-2018
Rus model Tramp-Rusya SİRLƏRİNİ İFŞA EDƏCƏK
Tailandda nəzarətdə saxlanılan Rus model sərbəst buraxıldığı təqdirdə Tramp-Rusya sirlərini açıqlayacağını deyib.
Tailandın Pattaya şəhərində nəzarətdə saxlanıldığını deyən Rus model Anastasiya Vaşukevich, ABŞ-dan, nəzarətdə saxlanıldığı həbsxanadan qaçması məsələsində yardım istəyib. Rus model, instagram hesabında, azad buraxılması qarşılığında ABŞ prezidenti Donald Tramp və Rusiya arasında iddia edilən əlaqələri və gizli məlumatları ortaya çıxaracağını açıqlayıb.Muxalifet3 - 1-03-2018
Əli Həsənovun daha bir nəvəsi ilə bağlı qalmaqal - PROKURORLUQ HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
Sumqayıtda "yaşıl soyqırım" törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir. Muxalifət.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet yazır ki, bir neçə gün əvvəl redaksiyaya edilən şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi. “Yaşıl terror” beşinci mikrorayonda, köhnə Sumqayıt parkının ərazisində baş verib.
Muxalifet2 - 1-03-2018
Qarabağı qaytarmağa hazır olan namizəd SAXTA ÇIXDI - Sarkisyandan növbəti BİABIRÇILIQ
Bu gün Ermənistan parlamenti Ermənistanın 4-cü prezidentinin seçilməsi ilə bağlı müzakirələr başlayıb. Beləliklə, Ermənistanda prezident seçkiləri start götürüb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, parlament sədri Ara Babloyan hakim Respublika Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının 65 deputatının yazılı ərizə ilə prezident vəzifəsinə Armen Sarkisyanın namizədliyini irəli sürdüyünü bildirib.
Hakim partiyanın parlament fransiyasının təmsilçisi Vaqram Baqdasaryan Armen Sarkisyanın prezident postuna namizədliyini təqdim edib.Muxalifet2 - 1-03-2018
İran prezidentinin Azərbaycana səfərinin PROQRAMI AÇIQLANDI
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb.
H.Ruhanin səfəri bu il martın 28-nə planlaşdırılıb.
Səfər zamanı İran prezidendi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun həmçinin Naxçıvana səfəri və Neftçalada Maşınqayırma Zavodunun açılışında iştirakı gözlənilir.
Bir sıra ikitərərfli sənədlərin imzalanması da nəzərdə tutulur. (report)Muxalifet2 - 1-03-2018
ABŞ Türkiyəyə verdiyi vədi tutmadı: MAKRON HƏRƏKƏTƏ KEÇDİ
ABŞ əvvəlkitək PKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçularla Suriyada minatəmizləmə təlimlərinin şəkillərini paylaşır. Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. “ABŞ Dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyədə Ərdoğan və Çavuşoğlu ilə görüşdü. O, Suriyada əməkdaşlıq vədi verdi, ortaq mexanizmlər təklif etdi. Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və “ortaq mexanizmlərin” işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı bildirmişdim. Heç nə dəyişmədi.
Muxalifet2 - 1-03-2018
Dünyanın geopolitik mərkəzi Yaxın Şərqdə böyük güclərin kiçik fiquru Salih Müslüm kimdir? – SİYASİ PORTRET
Hamının hamıya qarşı aşkar şəkildə və ya altdan-altdan vuruşduğu Suriya müharibəsi XXI əsrin siyasi düzənini bir neçə onilliyə müəyyən edəcək. Buna görə də Suriya müharibəsinin tezliklə bitəcəyi haqda ekspert nağılları, diplomatların Astana, Cenevrə laqqırtılarının bu bölgədə nəyisə dəyişəcəyinə ümid bəsləmək Suriya və Yaxın Şərq gerçəkliklərinə ya göz yummaqdan, ya da “göz yumub” diş qıcadaraq daha amansız həmlələrə, qan tökməyə gedənlərin cinayətlərini pərdələmək niyyətlərindən xəbər verir.
Muxalifet2 - 1-03-2018
PAVEL MANUKYAN: Ölkəni cinayətkarlar idarə edir
Ermənistanda 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrin 10-cu ildönümü qeyd olunur. “Sasna Srer” silahlı qruplaşmasının üzvlərindən olan Pavel Manukyan həmin gün yaşananlarda Serj Sarkisyan və komandasının birbaşa əli olduğunu açıqlayıb. O, hazırkı cinayətkar rejimin məhkəmə qarşısına çıxarılmasını tələb edib.
Muxalifet2 - 1-03-2018
Kraliçaya sui-qəsd edən gənc türmədə necə öldü? – 37 ilin SİRRİ
1981-ci ildə Britaniya kraliçası II Yelizaveta Yeni Zellandiyaya səfəri zamanı sui-qəsdə məruz qalıb.
Bu barədə informasiya Yeni Zellandiyanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin məxfilik qrifi ləğv edilmiş sənədlərində yer alıb. İctimaiyyətə təqdim edilən sənəddə II Yelizavetaya sui-qəsdin yeniyetmə tərəfindən təşkil edildiyi bildirilib. Ona sui-qəsd təşkil edən şəxsin 17 yaşlı Kristofer Con Luis olduğu açıqlanıb.Muxalifet2 - 1-03-2018
“Əgər Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsa, o zaman Türkiyə və ABŞ...” - RUS POLİTLOQ
Qarabağda müharibənin yenilənməsi təhlükəsi həqiqətən mövcuddur.
Muxalifət.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.
“Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll yoxdur.Muxalifet2 - 1-03-2018
AzTV sədrinin 4 milyonluq əmlakı ilə bağlı MƏHKƏMƏ İŞİ – Proses təxirə salındı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qoçali Cəbiyevin məhkəməyə gətirilmədiyi məlum olub.
Bildirilib ki, həmin şəxsin səhhətində problem var.
Buna görə də məhkəmə iclası martın 2-dək təxirə salınıb.Muxalifet2 - 1-03-2018
İraq məzhəb müharibəsi aparan iki qüvvə arasında körpü qurmağa çalışır
"Biz bir tərəfdən Türkiyə və Suriya, digər tərəfdən isə İran və Səudiyyə Ərəbistanı ilə yaxşı qonşuluq münasibətlərinə malikik. İran və Səudiyyə Ərəbistanının yaxınlaşması üçün bu günə qədər də səy göstərdik, indi də göstərməkdəyik"
Hurriyyet.org xəbər verir ki, İraq Xarici İşlər naziri İbrahim əl-Cəfəri bunu Rusiyanın “Sputnik” informasiya agentliyinə verdiyi açıqlamasında deyib.
İran və Səudiyyə Ərəbistanının İraqla coğrafi sərhədi olduğunu xatırladan Cəfərinin fikrincə, İraqın bu ölkələrlə sahib olduğu münasibət səviyyəsi münasibətlərin yumşaldılmasına xidmət göstərəcək.Muxalifet2 - 1-03-2018
Türk komandoslar döyüşə girdi: BÜTÜN SUTKANI...
Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyaya göndərilən jandarma və polis xüsusi təyinatlı dəstələri əməliyyatlara qoşulub.
Jandarma və polis xüsusi təyinatlıları Afrində azad edilən ərazidə evlərin axtarışı, partladıcı və tələlərin aşkar edilərək zərərsizləşdirilməsi kimi tapşırıqları icra edib.Muxalifet2 - 1-03-2018
“Bakı Bus” avtobusu qəza törətdi: BİR QADIN ÖLDÜ
Bakı Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib.
Hadisə şahidlərinin axar.az-a verdiyi məlumata görə, hadisə “Koroğlu” parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.
Faktı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı məlumat veriləcək.Muxalifet2 - 1-03-2018
Direktor Bakıda 9-cu sinif şagirdini məktəbə buraxmır - ATASI SƏBƏBİ AÇIQLADI
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru 9-cu sinif şagirdi Nahid Oruclunu məktəbə buraxmır. Muxalifət.az bildirir ki, bu barədə publika.az-a onun atası Nahid Orucov məlumat verib. Onun sözlərinə görə, oğlu epilepsiya xəstəsi olduğundan yeni təyin olunan direktor Azər Ələkbərov onu məktəbdən uzaqlaşdırmaq istəyir: “Özüm əliləm, oğlum da xəstədir. Onu məktəbə biz aparıb gətiririk. Azər Ələkbərov isə xəstəliyi səbəbindən onu məktəbdən uzaqlaşdırmağa çalışır. Bir dəfə belə hal olmuşdu, o zaman pul verib saxlatdım.
Muxalifet2 - 1-03-2018
Ötən il Bakıda nə qədər ailə dağılıb? - ŞOK RƏQƏM
Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb.
Muxalifət.az bildirir ki, Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,8, boşanmaların sayı isə 2,2 olub.
Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qrumları tərəfindən daimi yaşamaq üçün Bakı şəhərinə 5012 nəfər gələn, 5677 nəfər gedən qeydə alınıb./BakuPost/
Muxalifet2 - 1-03-2018