Axtarış

The search found 105785 results in 0.046 seconds.

Search results

  1. Prezident və nazirdən azərbaycanlının faciəvi ölümünə reaksiya

    Gürcüstanın Təhsil və Elm naziri Mixail Çxenkeli Tiflisin70 saylı məktəbinin azərbaycanlı şagirdi Aslan Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib.
    Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, nazir bildirib ki, baş vermiş bədbəxt hadisənin səbəbi istintaqla müəyyən olunacaq və adekvat reaksiya veriləcək.
    “Aslan Məmmədovun ailəsi və doğmalarının böyük kədərini bölüşürəm. Xəsarət almış digər uşaqların tezliklə sağalacağına inanıram”, - M.Çxenkelinin başsağlığında deyilir.

    Muxalifet3 - 28-02-2018

  2. ​Təxribatçı türk teleaparıcıya qarşı istintaq başlanıldı

    Türkiyədə İstanbul prokurorluğu Akit TV telekanalının aparıcısı Əhmət Keserə qarşı istintaq başlayıb.Buna səbəb aparıcının Türkiyə hakimiyyəti düşmənləri barədə təxribatçı ifadələr işlətməsi olub.
    Muxalifet.az Türkiyə KİV istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf partiyası rəhbərinin müavini Mahir Ünal açıqlama verib

    Muxalifet3 - 28-02-2018

  3. ​Sarkisyan Ermənistan prezidentliyinə namizəd oldu

    Ermənistanın hakim koalisiyası ölkənin Britaniyadakı səfiri Armen Sarkisyanın prezidentliyə namizədliyini irəli sürüb.
    Muxalifet.az “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ara Babloyan bəyanat verib.
    “Ermənistan Respublika partiyası və Erməni Daşnaksütun inqilab federasiyasının fraksiyalarının 65 deputatının  yazılı müraciətinə əsasən, Armen Sarkisyanın prezidentliyə namizədliyi irəli sürüldü” –deyə bəyanatda deyilir.

    Muxalifet3 - 28-02-2018

  4. ​Azərbaycan və NATO mütəxəsisləri arasında görüş keçirilib

    ​Azərbaycan və NATO mütəxəsisləri arasında görüş keçirilibHərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilib.

    Muxalifet3 - 28-02-2018

  5. ​İsrailli şərhçi: Atam Xocalı faciəsini öz gözləri ilə görüb

    Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun atası Əmir Qut ilə birlikdə Xocalı soyqırımı haqqında yazdığı “Ağrı” romanı İtaliyada nəşr olunub.
    Muxalifet.az  xəbər verir ki, Arye Qut kitabın Romada təqdimatı mərasimində tanınmış italiyalı jurnalist Rok Reynoldsa müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu “Qlobalist” analitik-xəbər portalında dərc edilib.

    Muxalifet3 - 28-02-2018

  6. ​Neymar dünya çempionatını buraxa bilər: "Real"a qarşı oynasa

    PSJ-nin baş məşqçisi Unay Emeri Fransa çempionatının son turunun “Marsel”lə oyununda (3:0) zədələnən Neymarın vəziyyətindən danışıb.
    Muxalifet.az-ın yaydığı məlumata görə, ispaniyalı mütəxəssis ulduz futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Real”a qarşı oynaya biləcəyini söyləyib:
    “Neymar bütün oyunlarda meydanaçıxmaq istəyir. Eləcə də “Real”la görüşdə. Ancaq hələlik qəti qərar vermək çətindir. Çünki Neymarın zədəsi var. Bununla belə, onun “kral klubu” ilə oyunda meydanda ola biləcəyi də istisna deyil”.

    Muxalifet3 - 28-02-2018

  7. ​Canlı yayımda qalmaqal: Sobçak Jirinovskiyə su atdı - Video

    Rusiyada prezident seçkiləri ərəfəsində davam edən kampaniya zamanı qalmaqal qeydə alınıb.
    Muxalifet.az-ın məlumatına görə, “Rossiya 1” telekanalında debatlar zamanı Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak başqa namizəd Vladimir Jirinovskinin üzərinə su atıb.
    Qeyd olunur ki, başqa bir namizəd Sergey Baburinin çıxışı zamanı V.Jirinovski müdaxilə edib.
    Əvəzində K.Sobçak onu sakit olmağa çağırıb. İki nəfər arasında yaranan mübahisə qalmaqala çevrilib. Nəticədə debatın yayımı dayandırılıb.
    Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

    Muxalifet3 - 28-02-2018

  8. ​Şaxtalar Avropanı cənginə alıb — Ölənlər var

    Temperaturun -10℃-yə düşməsi səbəbindən Serbiyada 2, Sloveniyada isə 1 nəfər donaraq ölüb.
    Muxalifet.az xəbər verir ki, Serbiyanın cənubundakı Dolevats kommunasının Malosiste kəndində yaşayan 75 yaşlı xəstə kişi evdən çıxdıqdan iki gün sonra ölü halda tapılıb.
    Ölkənin cənubundakı Vrane şəhərində də 49 yaşlı bir kişi donaraq ölüb.
    Daha bir nəfər Sloveniyanın Maribor şəhəri yaxınlığında soyuq havanın qurbanı olub. O, odun doğramaq üçün evdən çıxıb və 1 gün sonra ölü halda tapılıb.

    Muxalifet3 - 28-02-2018

  9. ​Xəzərdə itkin düşən dənizçidən nə xəbər var?

    İran bayrağı altında üzən “Taradis” yük gəmisinin heyət üzvünün axtarışları bu gün davam etdirilib.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.
    Əlavə məlumat veriləcək.
     

    Muxalifet3 - 28-02-2018

  10. ​Məleykə Abbaszadə: Bir çoxu bu prosesə qeyri-ciddi yanaşır

    Dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra təşkil edilən müsahibələrlə bağlı qanunvericiliyə bəzi dəyişikliklər ediləcək.
    Muxalifet.az xəbər verir ki, bunu  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    Muxalifet3 - 28-02-2018

  11. Gürcüstanda BƏDBƏXT HADİSƏ - Azərbaycanlı uşaq öldü

    Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib.
    Yeniyetmələr xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə nəticəsində xəsarət almış uşaqlardan biri ölüb. Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimləri deyiblər ki, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb. Ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb. Uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.

    Muxalifet3 - 28-02-2018

  12. ​İtən alpinistləri kimlər axtarır?

    İtkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
    Bunu  "Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı deyib.
    Onun sözlərinə görə, axtarışlar həm FHN əməkdaşları, həm də könüllülər tərəfindən aparılır Z.Qasımlı bildirib ki, hava şəraiti ötən həftəyə nisbətən normallaşıb.

    Muxalifet3 - 28-02-2018

  13. ​Arye Qut: Xocalı soyqırımı mənim şəxsi faciəmdir

    Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun atası Əmir Qut ilə birlikdə Muxalifet.az Xocalı soyqırımı haqqında yazdığı “Ağrı” romanı İtaliyada nəşr olunub.
    xəbər verir ki, Arye Qut kitabın Romada təqdimatı mərasimində tanınmış italiyalı jurnalist Rok Reynoldsa müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu “Globalist” analitik-xəbər portalında dərc edilib.

    Muxalifet3 - 28-02-2018

  14. ​Çindən İran və Rusiyanı narahat edən açıqlama: "Diz çökəcəklər..."

    Çin nüvə yanacaqlı təyyarədaşıyan gəmini inşa etmək üçün lazımı texnologiyanın inkişaf prosesini sürətləndirdiyini açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, CSIC nüvə yanacaqlı təyyarədaşıyan gəmisi, yeni tipli nüvə dənizaltısı və kəşfiyyat dəniz vasitələrində tətbiq olunacaq texnologiyaların inkişaf prosesini sürətləndirib.

    Muxalifet3 - 28-02-2018

  15. ​Fransa da çağırış etdi: Ona təzyiq edin!

    Bəşər Əsəd rejiminin öhdəliklərini yerinə yetirməsi üçün havadarlarının rejimə təzyiq göstərməsi lazımdır.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Aqnes fon der Müll çıxış edib.
    Müll qeyd edib ki, bütün tərəflər BMT TŞ-nin qərarına tabe olmalı, atəşkəsə əməl etməli, Suriya rejiminə intensiv təzyiq göstərilməlidir.
    Qeyd edək ki, Şərqi Qutada Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə bir ay müddətinə hər gün 10:00-dan 15:00-a qədər atəşkəs elan edilmişdi.
     

    Muxalifet3 - 28-02-2018

  16. ​AFFA-nın yeni iclası keçirildi: Hansı klublar cəzalandırıldı?

    Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
    Muxalifet.az xəbər verir ki, Topaz Premyer Liqasının XVII turunun “Neftçi” – “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə” klubunun futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
    Azərbaycan I divizionun XV turunun “Zaqatala” – “Mil-Muğan” matçında “Mil-Muğan” komandasının heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 800 manat cərimə olunur.

    Muxalifet3 - 28-02-2018

  17. ​Zaqatalada TÜKÜRPƏDƏN HADİSƏ: 4-cü sinif şagirdi intihar etdi

    Zaqatalada 4-cü sinif şagirdi intihar edib.
    Muxalifet.az xəbər verir ki,, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.
    Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
    Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi idi.

    Muxalifet3 - 28-02-2018

  18. ​BMT-dən Türkiyənin əl-qolunu bağlayan QƏRAR

    BMT TŞ-nin Şərqi Quta ilə bağlı atəşkəs qərarı Afrini də əhatə edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
    "BMT Təhlükəsizlik Şurasının qərarı Suriyanın bütün ərazilərini əhatə edir və bu qərar hər kəsə 30 gün müddətinə atəşkəsə əməl etməyi tövsiyə edir", - XİN-nin bəyanatında bildirilib.
    XİN-in müşaviri Uolter Lindnerin Türkiyənin Berlindəki səfiri ilə məsələni müzakirə edib.

    Muxalifet3 - 28-02-2018

  19. ​Nazirin söylədikləri cəfəngiyyatdır - Mətbuat katibi

    Suriya hökumətinin Şərqi Qutada kimyəvi silahlardan istifadə etməsi ilə bağlı İngiltərə Xarici İşlər naziri Boris Consunun irəli sürdüyü iddialar doğru deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi İqor Konaşenkov deyib.
    O bildirib ki, BMT nümayəndələri həmin əraziyə baxış keçirib və bununla bağlı heç bir sübut tapmayıb:
    “London və Vaşinqtonun vaxtaşırı Dəməşqin kimyəvi silahlardan istifadə etməsi ilə bağlı səsləndirdiyi fikirlər artıq cəfəngiyyata çevrilib”.

    Muxalifet3 - 28-02-2018

  20. ​Azərbaycan Rusiyaya bu ixraca görə liderdir

    Azərbaycan 2017-ci ildə Rusiyaya pomidor tədarükünün həcminə görə lider olub.
    Muxalifet.az-ın məlumatına görə, ötən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə - 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) artıb.
    Rusiya Federal Gömrük Xidmətinin hesabatına istinadən Çin RF-yə pomidor tədarükü üzrə ikinci (109 min ton - 26 faiz), Mərakeş isə üçüncü (97 min ton - 23 faiz) sıradadır.
     

    Muxalifet3 - 28-02-2018

Pages