Axtarış

The search found 105785 results in 0.072 seconds.

Search results

  1. ​Əfv sərəncamı nə vaxt imzalanacaq? – AÇIQLAMA

    Ola bilsin, əfv sərəncamı Novruz bayramında deyil, 28 May ərəfəsində açıqlansın.
    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Əfv sərəncamının nə zaman imzalanacağının dəqiq bilinmədiyini və bunun birbaşa prezidentin səlahiyyətində olduğunu deyən Əliməmməd Nuriyev baxılan müraciətlərə toxunub:

    Muxalifet2 - 28-02-2018

  2. ​BİLL QEYTS: Bu valyuta insanları öldürür

    Kriptovalyuta insanları öldürür.
    Muxalifət.az  xəbər verir ki, bunu “Reddit” forumuna müsahibəsində “Maykrosoft”un rəhbəri Bill Qeyts söyləyib. Onun sözlərinə görə, kriptovalyuta əsasən narkotikin alınması və terrorizmin maliyyələşdirilməsi üçün istifadə olunur:
    “Kriptovalyutanın anonimliyi yaxşı xarakteristika deyil. Bundan daha çox narkotik ticarəti və terrorizmin maliyyələşməsində istifadə edilir. Kriptovalyutanın ətrafında çoxlu ajiotaj və spekulyasiyalar var və bunlar uzunmüddətli yatırımlarda çox risklidirlər”.

    Muxalifet2 - 28-02-2018

  3. ​Əfqanıstan prezidenti "Taliban"la DANIŞIQLARA GEDİR?

    Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb.
    Trend-in məlumatına görə, Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib.
    Prezident elan edib ki, hökumət danışıqlarda iştirak etmək niyyətində olan "Taliban" nümayəndələrinin təhlükəsizliyini təmin edəcək.
    Qeyd edək ki, 2014-cü ildə ABŞ və NATO missiyaları Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hücumların sayını artırmışdı.
     

    Muxalifet2 - 28-02-2018

  4. ​Lənkəranskinin tərəfdarı hakimə: "Nədi, "srok"um bitir deyə..."

    Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə başlayıb.
    Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    Muxalifet2 - 28-02-2018

  5. ​Gürcüstan prezidenti bir nəfər Azərbaycan vətəndaşını ƏFV ETDİ

    Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili əfv fərmanını imzalayıb.
    Dövlət başçısının fərmanı ilə 116 nəfər məhbus əfv olunub.
    Əfv olunanlardan biri də Azərbaycan Respublikasının vətəndaşıdır.

    Muxalifet2 - 28-02-2018

  6. ​“ARXİVLƏRDƏ GİZLİ BİR ŞEY QALMAYIB…” – Ayaz Mütəllibovdan maraqlı açıqlama

    XX əsrin 80-ci illərindən başlayaraq Sovet imperiyası süquta hər gün bir az yaxınlaşırdı. Cənubi Qafqazda isə Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan torpaq davası 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasına gətirib çıxardı.
    Ardınca 1990-cı ildə 20 Yanvar hadisələri törədildi. 1991-ci ilin dekabrında Belarusda üç respublikanın – Rusiya Federasiyası, Ukrayna və Belorusiya (indiki Belarus) rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə SSRİ süqut etdi və tarixin arxivinə gömüldü.

    Muxalifet2 - 28-02-2018

  7. ​Türkiyə Ermənistanla SƏRHƏDİ GÜCLƏNDİRDİ

    Türkiyə-Ermənistan sərhədində nəzarət gücləndirilib.
    Muxalifət.az “İxlas” xəbər agentliyinə istinadla bildirir ki, Qarsdakı sərhəd xəttində kameraların köməyi ilə müşahidələr aparılır.
    Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı PKK terrorçularının Türkiyə sərhədini tez-tez pozmaları ilə bağlı informasiya yayıb.

    Muxalifet2 - 28-02-2018

  8. ​Türkiyədə gəmi partladı: ÖLƏN VAR

    Türkiyənin Sinop bölgəsində baş verən qasırğa səbəbi ilə limana yaxınlaşan yük gəmisində partlayış baş verib.
    Axar.az xəbər verir ki, partlayış nəticəsində ilkin məlumatlara əsasən bir nəfərin öldüyü, daha bir nəfərin yaralandığı bildirilib.
    Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub.

    Muxalifet2 - 28-02-2018

  9. ​Pentaqon kosmos müharibələrinə HAZIRLAŞIR

    Kosmosda müharibə bir neçə il sonra başlaya bilər.
    Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ Hərbi Hava Qüvvələri Baş Qərargah rəisi general Devid Qoldfeyn çıxış edib.
    “Hesab edirəm ki, bir neçə il sonra kosmosdan zərbə endirə biləcəyik. ABŞ-ın HHQ qüvvələri bu mübahisəli ərazidə başlayacaq birgə hərbi əməliyyatlara rəhbərlik etməlidir. Bu ölkənin tələb etdiyi şeydir” – o, belə deyib.
    Qoldfeynin fikrinə görə, hava məkanında olduğu kimi kosmosda da üstünlüyə malik olmaq lazımdır.

    Muxalifet2 - 28-02-2018

  10. ​Cahangir Hacıyevin səhhəti pisləşib - "SƏRBƏST HƏRƏKƏT EDƏ BİLMİR"

    “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib.
    Muxalifət.az modern.az-a istinadən xəbər verir ki, bu haqda C. Hacıyevin vəkili Aqil Layıcov bildirib. Vəkil bildirib ki, müvəkkili artıq sərbəst hərəkət də edə bilmir:

    Muxalifet2 - 28-02-2018

  11. ​"Müsəlman Birliyi" hərəkatının fəalı BMCMİ-də saxlanılır

    Fevralın 26-dan yoxa çıxan "Müsəlman birliyi" hərəkatının fəalı Rəvan İsmayılov tapılıb.
    Hərəkatdan "Amerikanın səsi"nə bildiriblər ki, bu gün o evə zəng edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.
    Təşkilat Rəvan İsmayılovun hüquqlarının müdafiəsi üçün vəkilə müraciət edəcək.
    Bir müddətdir Rusiyada yaşayan Rəvan İsmayılovun yaxınlarının yaydığı məlmata görə, o, fevralın 26-də günorta saat 12-də Bakıda hava limanında olmalı idi. Lakin Bakıya çatandan sonra ondan xəbər çıxmayıb.

    Muxalifet2 - 28-02-2018

  12. İran və Almaniya arasında qalmaqal: NAZİRƏ YANACAQ VERİLMƏDİ

    Almaniya ilə İran arasında böyük bir böhranın son anda qarşısının alındığı ortaya çıxıb. Böhranın qarşısını almaq üçün yardım isə heç gözlənilməz bir yerdən gəlib.
     
    Almaniyanın Münhen şəhərində ötən həftə keçirilən Beynəlxalq Təhlükəsizlik konfransında böyük bir qalmaqalın son anda qarşısının alındığı ortaya çıxıb.
    Təhlükəsizlik Konfransına qatılacaq olan İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin airbus təyyarəsinə Münhen hava limanında heç bir şirkət yanacaq vermək istəməyib.

    Muxalifet3 - 28-02-2018

  13. ​Sənət adamları Fədayə Laçının bağışlanmasını XAHİŞ EDİR

    Azərbaycanın bir qrup incəsənət xadimi bu xahişlə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.
    Ötən il barəsində həbs qətimkan tədbiri seçilən tanınmış müğənni Fədayə Məmmədova (Laçın) ilə bağlı məlum cinayət işi üzrə istintaq prosesi davam edir.

    Muxalifet2 - 28-02-2018

  14. ​İslam ölkəsində GÖZLƏNİLMƏZ YENİLİK: qadınlarla kişilər birlikdə...

    Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ölkəsinin radikal imicini dəyişmək üçün daha bir yeniliyə imza atıb.
    Muxalifət.az  xəbər verir ki, şahzadə Ər-Riyadda ilk dəfə qadınların kişilərlə birlikdə olduğu caz festivalı təşkil edib və onlarla birgə musiqi dinləyərək əylənib.
    Paytaxtda 3 gün davam edən caz festivalı turistlər qədər yerli əhalinin də marağına səbəb olub. Festivalda ərəblərlə yanaşı, Beyrutdan və ABŞ-ın Orlando əyalətindən olan musiqi qrupları da çıxış edib.

    Muxalifet2 - 28-02-2018

  15. ​Rusiya xarici siyasətdə yalana son verməlidir - YAVLİNSKİ

    Özünü böyük güc kimi aparmaq üçün böyük güc olmaq lazımdır.
    Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya prezidentliyinə namizəd Qriqori Yavlinski “Birinci kanalda” keçirilən debat zamanı söyləyib.
    “Rusiyanın hazırda dünyanın ümumdaxili məhsulunda payı 2%-dir. Bu şəraitdə o heç bir güclü xarici siyasət apara bilməz. Xarici siyasət incəsənətdir. Son illərdə Rusiya digər ölkələrə 160 milyard dollarlıq borcu bağışlayıb. Bu, 9 trilyon rubl deməkdir. Ümumi hərbi büdcəmiz isə 3 trilyon rubldur”, - o bildirib.

    Muxalifet2 - 28-02-2018

  16. ​TÜRK ORDUSU GÜCLƏNİR - BALANS DƏYİŞƏCƏK

    Muxalifət.az xəbər verir ki, Müştərək Hücum Təyyarəsi proqramı çərçivəsində aralarında Türkiyənin də olduğu 10 ölkənin birləşərək ortaya çıxardığı F-35 hücum təyyarələrinin ilkinin 12 ay içərisində Türkiyəyə təslim edilməsi planlaşdırılır.
    Amerika Müdafiə Nazirliyinin açıqlamasına görə, beşinci nəsil F-35 Lightning II təyyarələri özündən əvvəlki nəsil təyyarələrlə eyni vəsait hesabına başa gəlsələr də onlardan üstündürlər. Kanada Silahlı Qüvvələrinin keçmiş pilotu olan Billi Flayn F-35-ləri “bu gün səmada olan bütün təyyarələrdən daha güclü silah” kimi qiymətləndirib.

    Muxalifet2 - 28-02-2018

  17. ​Seçkilərə görə imtahanların tarixi dəyişdirilir?

    Prezident seçkilərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək.
    Bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
    O qeyd edib ki, imtahan cədvəli əvvəldən müəyyən edilib: “Seçki və imtahanın vaxtında heç bir kəsişmə yoxdur. Ona görə də imtahanlar təxirə salınmayacaq və elan edilən vaxtda keçiriləcək”.
    Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin olunub./apa/

    Muxalifet2 - 28-02-2018

  18. ​YPG rus əsgərlərinə ATƏŞ AÇDI – Şok məlumat

    PKK terror təşkilatının Suriya qolu sayılan YPG silahlıları Afrinin Tel Rıfat bölgəsində rus əsgərləri ilə toqquşub.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı azı bir rus əsgəri həlak olub.
    Məsələ ilə bağlı Rusiya tərəfindən hələlik heç bir açıqlama verilməyib.

    Muxalifet2 - 28-02-2018

  19. ​“Rusiyanın dağıdılması və...” - ABŞ-ın dəhşətli HƏDƏFLƏRİ AÇIQLANDI

    “Rusiya ABŞ-ın mümkün sanksiyalarına müxtəlif formada cavab verə bilər”.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Hərbi Elmlər Akademiyasının müxbir üzvü, politoloq Sergey Sudakov Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib.

    Muxalifet2 - 28-02-2018

  20. ​MTN-nin şöbə rəisinin cəzası 5 ilə endirildi - QƏRAR

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
    Axar.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
    O, Bakı Hərbi Məhkəməsinin hökmünü qanuni və ədalətli olduğunu bildirib. Qeyd edib ki, Vüsal Ələkbərov və onun vəkillərinin apelyasiya şikayətlərinin əsassızdır. Prokuror hpkmün dətişdirilməmşsini istəyib.

    Muxalifet2 - 28-02-2018

Pages