Axtarış
The search found 105785 results in 0.063 seconds.
Search results
"İdeal"ın xalqa qarşı hörmətsizliyinə sərt reaksiya
“İdeal” mağazalar şəbəkəsinin 23 fevralda keçirdiyi aksiya sosial şəbəkədə və mətbuatda son günlər ən çox müzakirə edilən mövzulardan birinə çevirildi. Həmin gün ancaq kişi ətirlərinə olan endirim və bunun xüsusi olaraq vurğulanması şirkətin sosial şəbəkə izləyicilərinin ciddi tənqidinə tuş gəldi. Xatırlatmaya ehtiyac olmasa da, qeyd edək ki, 23 fevral sovet ordusunun yaranma günüdür. Məhz həmin ordu tərəfindən yüzlərlə azərbaycanlının həyatı məhv edilib.
Muxalifet3 - 27-02-2018
Ermənistan nümayəndəliyi qarşısında aksiya - Foto
Azərbaycan-Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə Ermənistanın Niderland Krallığının Haaqa şəhərində yerləşən diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəhər rəhbərliyi tərəfindən keçirilməsinə son anda icazə verilən aksiyada Azərbaycan, türk və digər xalqların diaspor təmsilçiləri iştirak edib.Muxalifet3 - 27-02-2018
Əsəd-YPG razılaşması: "Türklər mühasirəyə alınacaq..." - GİZLİ PLAN
YPG ilə əldə edilən gizli razılaşmaya görə Bəşər Əsəd rejimi Suriyanın şimalındakı Menbiç şəhərinə daxil olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb.
Bildirilib ki, ordu bir neçə gün ərzində Menbiç əməliyyatını tamamlayacaq.
Qeyd edək ki, Menbiç şəhəri Afrindən 130 km uzaqlıqda yerləşir.
Muxalifet3 - 27-02-2018
"Azəriqaz"dan xəbərdarlıq: Bu rayonlarda...
Sabah səhər saatlarından Bakı şəhər Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
Muxalifet3 - 27-02-2018
Bakı üçün rəsmi şəhər kartı buraxılır
Paytaxt Bakı üçün rəsmi şəhər kartı - "Baku Card" dövriyyəyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir.
Muxalifet.az xəbər verir ki, bu barədə Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə məlumat verib.
O, kartın qiymətlərini də açıqlayıb: "Baku Card" 3 növ olacaq 35, 60 və 90 manatlıq. 1-ci 24 saatlıq, 2-cii 72 saatlıq, 3-cü isə 1 həftəlik istifadə üçün nəzərdə tutulub”.Muxalifet3 - 27-02-2018
Çexiyadan terrorçubaşı ilə bağlı skandal bəyanat
Biz Saleh Müslümü azadlığa buraxaraq heç bir öhdəliyi pozmadıq.
Muxalifet.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Terrorizmi dəstəklədiyimizlə bağlı irəli sürülən iddialar doğru deyil. Əgər Türkiyə Müslümün ekstradisiya olunmasını istəyirsə, bunu hüquq çərçivəsində dəyərləndirə bilərik”, - bildirilib.
Qeyd edək ki, bu gün Praqa məhkəməsi S.Müslümün azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
Türkiyə XİN isə bu qərarı sərt şəkildə tənqid edərək Çexiyaya nota göndərib.
Muxalifet3 - 27-02-2018
Türkiyə parlamentində Xocalı fotosərgisi açıldı
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fotosərgi açılıb.
Muxalifet.az xəbər verir ki, sərginin açılışında Türkiyə Böyük Millət Məclisinin sərdi İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər iştirak ediblər.
Muxalifet3 - 27-02-2018
Müdafiə Nazirliyi: "Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”
Bu, ermənilərin növbəti dezinformasiyasıdır.
Bunu Müdafiə Nazirliyindən report-un sorğusuna cavab olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbəri şərh edərkən bildiriblər.
"Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”, - Nazirlikdən qeyd edilib.
Muxalifet3 - 27-02-2018
Azərbaycanda nazirə daha bir vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, toplantıya sədrlik edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiyanın Ali Məclis sədri Vasif Talıbovun tapşırığı ilə yaradıldığını bildirib.
O, qurumun idmanın bu növü üzrə fəaliyyətinin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən danışıb və kikboksinqin muxtar respublikada gələcək inkişafı ilə bağlı görüləcək tədbirlərdən bəhs edib.Muxalifet3 - 27-02-2018
Tramp ikinci müddətə prezident seçilmək niyyətindədir
ABŞ lideri Donald Tramp 2020-ci il prezident seçkiləri üçün öz seçki qərargahının rəhbərini təyin edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Reuters” aidiyyəti mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, qərargaha siyasi strateq Bred Parskeyl başçılıq edəcək. O, buna qədər Trampın qərargahında işləyib,seçkilərlə bağlı rəqəmsal əməliyyatlara cavabdeh olub.Muxalifet3 - 27-02-2018
Fransada məmurlar küçədə gecələyəcək
Fransada 50-ə yaxın məmur şaxtalı havada sözün əsl mənasında küçədə gecələyəcək.
Muxalifet.az “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu təşəbbüslə Etamp rayonunun meri Eson Mama Si Facebook səhifəsində çıxış edib.
Məqsəd yerli ictimaiyyətin diqqətini soyuq hava şəraitində küçədə gecələməli olan evsizlər və kimsəsiz insanlara yönəltməkdir.Muxalifet3 - 27-02-2018
Dünya əhalisinə xəbərdarlıq: şəkər qəbulu azaldılsın
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisini şəkər qəbulunu azaltmağa çağırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə BMT-nin Twitter səhifəsində məlumat yayılıb.
ÜST ekspertləri hesab edir ki, normal çəki indeksi olan insan gün ərzində 6 çay qaşığından çox şəkər qəbul etməməlidir.
Səhiyyə ekspertlərinin təbirincə, “şəkər” şirin sayılmayan məhsulların belə tərkibində “gizlənir”. Məsələn bir xörək qaşığı miqdarında ketçupun tərkibində bir çay qaşığı şəkər olur. Şirin qazlı su bankasında isə 10 çay qaşığı miqdarında şəkər yer alır.Muxalifet3 - 27-02-2018
Məmmədyarov azərbaycanlı əsirlərin azad olunmasını müzakirə etdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Muxalifet3 - 27-02-2018
Azərbaycanda hakimlər cəzalandırılıb
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında deyilibMuxalifet3 - 27-02-2018
Kök hüceyrələrinin köçürülməsi tromboz riski yaradır
Mütəxəssislər müxtəlif növ kök hüceyrələrinin qanın laxtalanmasına təsirini araşdırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Medikforum.ru” saytında məlumat yayılıb.
Kök hüceyrələrinin tibbdə istifadəsinin təbliği ilə məşğul olanlar orqanizmin müxtəlif orqanların və sistemlərinin həyat fəaliyyətinin bərpa olunacağını vəd edir.Muxalifet3 - 27-02-2018
ABŞ Somalini bombaladı, terrorçular məhv edildi
ABŞ qırıcıları Somalinin Cilib şəhəri yaxınlığında “Əş-Şəbab” qruplaşmasının mövqelərinə aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Afrika komandanlığı məlumat yayıb.
Əməliyyatlar zamanı iki terrorçunun məhv edildiyi bildirilib.
Muxalifet3 - 27-02-2018
ABŞ-dan açıqlama: Türkiyə diqqəti yayındırır, lakin...
Afrində həyata keçirilən əməliyyatlar İŞİD-ə qarşı mübarizədə diqqətləri yayındırır.
Muxalifet.az xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr komandanı (CENTCOM) general Cozef Votel deyib.
“Zeytun budağı” əməliyyatı İŞİD-ə qarşı mübarizədə diqqəti yayındırsa da, biz Türkiyəyə qarşı şəffaflıq nümayiş etdiririk. Danışıqlar davam edir”, - general bildirib.
Muxalifet3 - 27-02-2018
Azərbaycanda zəlzələ baş verdi
Göyçay rayonunda zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, yeraltı təkanlar təqribən 23:04 radələrində rayon ərazisində hiss olunub.
İlkin ehtimala görə, zəlzələ 3 maqnituda gücündə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Muxalifet3 - 27-02-2018
Rusiya açıqladı: Yaxın Şərqdə sabitlik bu ölkədən asılıdır
Yaxın Şərqdə sabitliyin bərpası İraq iqtisadiyyatının dayanıqlılığına bağlıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.
“Bağdadın bütün ölkə ərazisinə nəzarət edə bilməsi bizim üçün olduqca önəmlidir. Çünki İraq region üçün açar ölkədir. Suriya da daxil olmaqla, qonşuların rifahı və sabitliyi İraqa bağlıdır. Heç bir hərbi müdaxilə qələbə ilə nəticələnə bilməz”, - Rusiya rəsmisi bildirib.
Muxalifet3 - 27-02-2018
Avropa şirkətləri ABŞ-dan imtina etdi: RUSLARDAN ALIRIQ
Avropa şirkətləri Rusiyanın təbii qazından imtina etməyəcək.
Bu barədə Avropanın OMV, "Vintəşol" və "Uniper" şirkətlərinin rəhbərlərinin məktubunda bildirilib.
Bildirilir ki, "Şimal axını 2" kəməri Avropanın enerji təhlükəsizliyinə heç bir təhlükə törətmir. "ABŞ-dan daha bahalı mayeləşdirilmiş qaz almaqdansa, Rusiyanın qazını almaq münasibdir. Ruslardan başqa hazır istehlakçılar yoxdur", - müraciətdə qeyd edilib.Muxalifet2 - 28-02-2018