Axtarış
The search found 105785 results in 0.054 seconds.
Search results
Ukraynada 1682 məmur korrupsiya faktına görə saxlanıldı
2018-ci ilin yanvar-fevral aylarında Ukraynanın Baş Prokurorluğu korrupsiya faktlarında ittiham olunan 1682 məmuru saxlayıb.
Bu barədə mətbuata Ukraynanın baş prokuroru Yuriy Luçenko məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə məmurların rüşvət alması faktı üzrə artıq 362 iş məhkəməyə göndərilib.
Baş prokuror qeyd edib ki, 2017-ci ildə korrupsiya faktına görə 9425 nəfər saxlanılıb, onlardan 1692-si həbs edilib.
Y.Luçenko bəyan edib ki, Baş Prokurorluq korrupsiya hallarına qarşı amansız mübarizəsini davam etdirəcək./musavat/Muxalifet2 - 1-03-2018
Jurnalistlərin binasından oğurluq edən şəxslər tutuldu – POLİS ƏMƏLİYYATI
Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub.
Hüquq-mühafizə orqanlarından APA-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.Muxalifet2 - 1-03-2018
Tikinti şirkətlərinə qarşı CİNAYƏT İŞİ AÇILDI
Tikinti şirkətləri barədə cinayət işi başlanılıb.
Baş prokurorluqdan verilən məlumata görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş İdarədə araşdırılıb.Muxalifet2 - 1-03-2018
Proses: Qadın generala vəkili bəraət istədi - MTN işi/Yeni
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet2 - 1-03-2018
AVROPA PARÇALANIR! - DƏQİQLƏŞDİ
Muxalifət.az xəbər verir ki, 27 ölkə tərəfindən hazırlanan “Breksit” qanun layihəsi qəbul ediləcək.
Avropa İttifaqı Şurasının başçısı Donald Tusk 27 üzv ölkə tərəfindən hazırlanan Breksit ayrılıq razılamasını qəbul edəcəklərindən “qəti əmin” olduqlarını bildirib. Tusk, Avropa İş Dünyası Konfederasiyası tərəfindən Brüsseldə keçirilən tədbirdə çıxış edərkən deyib: “Üzv olan ölkələr yaxın günlərdə dünən açıqlanan ayrılıq razılaşması layihəsini müzakirə edəcək. Bütün Aİ üzvü olan ölkələrin qərar layihəsinin əsas maddələrini qəbul edəcəklərinə qəti şəkildə əminəm”.Muxalifet2 - 1-03-2018
Sarkisyandan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM - LƏĞV ETDİ
Ermənistan prezidenti Serj Sarkisyan martın 1-də Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Ermənistan protokollarının ləğv edildiyini bildirib.
Muxalifət.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda prezidentin mətbuat katibi Vladimir Akopyan bildirib.
Sarkisyan ötən ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışında bildirmişdi ki, Türkiyə 2009-cu ildə Sürixdə imzalanmış protokolları təsdiqləməsə, Ermənistan 2018-ci ilin yazını protokollarsız qarşılayacaq.Muxalifet2 - 1-03-2018
Müharibə əlillərinə və şəhid ailələrinə ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üçün daha bir 4 mərtəbəli, 36 mənzilli yaşayış binasında tikinti işləri artıq yekunlaşıb.
Muxalifet2 - 1-03-2018
Azərbaycanın futbol mütəxəssisləri dünya reytinqində - SİYAHI
"World Coach Ranking" dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlayıb.
Muxalifət.az xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.
Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 491-ci (+8) pillədə qərarlaşıb. R.Qriqorçuk 255 xalla 939-cu (+2), A. Abbasov 217 xalla 991-cidir (-2).Muxalifet2 - 1-03-2018
2 nəfəri güllələyən nazir qohumu həbs edildi - RƏSMİ
Daxili İşlər Nazirliyi Şirvanda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-dən verilən məlumata görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.Muxalifet2 - 1-03-2018
İki nəhəng ordu arasında qarşıdurma: ÖLƏNLƏR VAR
Hindistan ordusu Cammu Kəşmir mahalında nəzarət məntəqəsindən Pakistan tərəfini atəşə tutub.
Muxalifət.az xəbər verir ki, Bhimber kəndində hindli əsgərlərin qəfildən hərbi hissəyə atəş açması nəticəsində 2 pakistanlı hərbçi həlak olub.
Pakistan ordusu da öz növbəsində Hindistan tərəfinə qarşılıq verib.
Qeyd edək ki, Cammu Kəşmir ərazisi uzun illərdir ki, Hindistanla Pakistan arasında münaqişə zonası olaraq qalır.Muxalifet2 - 1-03-2018
Onların arasında narkotikə qurşananlar var - XALQ ARTİSTİ
Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı “ƏSA” uzun zamandır gözlənilən “Adamlar və siçanlar - 2” tamaşasının nümayişini keçirib.
Kult.az xəbər verir ki, amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar” povesti əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmlidir.Muxalifet2 - 1-03-2018
Bayılda istintaq tamamlandı - Yeniləndi
İstintaq qrupunun Bayıl sürüşmə sahəsinə baxışı başa çatıb.
Muxalifet.az-ın məlumatına görə, istintaqçıların sürüşmə sahəsinə baxış keçirməkdə məqsədi vətəndaşlara və dövlətə dəymiş ziyanın məbləğinin hesablanması ilə bağlı olub.
İstintaq qrupu tərəfindən dağılmış evlərə baxış keçirilib və müvafiq qeydlər götürülüb.
Muxalifet3 - 1-03-2018
Nazarbayevin qızı atasının sözündən çıxdı
Qazaxıstanda parlamentin yuxarı palatasının beynəlxalq münasibətlər, müdafiə, təhlükəsizlik üzrə komitəsinin başçısı Dariğa Nazarbayeva plenar iclasda bank sahəsinin vəziyyəti ilə bağlı sorğunu rus dilində oxuyub.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Jurnalist, atası Nursultan Nazarbayevin məmurların qazax dilində danışmasını tələb etdiyi bir vaxtda, onun sorğunun mətnini nə üçün rus dilində oxuması ilə maraqlanıb.Muxalifet3 - 1-03-2018
Lavrov və Məmmədyarov arasında telefon danışığı olub
Bu gün, martın 1-də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı nazirlər ikitərəfli və beynəlxalq sahədə aktual məsələləri müzakirə ediblər.
Muxalifet3 - 1-03-2018
Qeyts: Kriptovalyutalar can alır
Kriptovalyutalar sözün əsl mənasında insan ölümünə səbəb olur.
Muxalifet.az “BBC”-yə istinadən xəbər verir ki, kriptovalyutaların ziyanları barədə “Microsoft” şirkətinin təsisçisi Bil Qeyts danışıb.
"Reddit" saytında “Ask Me Anything (istədiyin sualı ver) sessiyasında internet istifadəçilərinin suallarını cavablandıran Qeyts, “Bitkoin”lə bağlı tənqidi fikirlər səsləndirib.Muxalifet3 - 1-03-2018
Afrindən acı xəbər: Türkiyəli hərbçilər pusuya düşdü
Suriyanın Afrin şəhərində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində bir neçə türkiyəli hərbçinin şəhid olduğu bildirilib.
Muxalifet.az xəbər verir ki, əməliyyatda yaralananların da olması barədə məlumat daxil olub.
Yaralılar əməliyyat zonasından çıxarılaraq Hataydakı xəstəxanalara çatdırılıb.
Muxalifet3 - 1-03-2018
Türkiyənin qərargah rəhbəri İraqda
Türkiyə Baş Qərargah rəhbəri Hulusi Akar İraqın paytaxtı Bağdada səfər edib.
Muxalifet.az xəbər verir ki, iraqlı həmkarı Osman Qənimi tərəfindən rəsmi şəkildə qəbul edilən Akarın burada müdafiə naziri İrfan əl Hiyali ilə də görüşdüyü bildirilib.
Məlumata görə, görüşlərdən sonra nümayəndə heyətləri səviyyəsində toplantı keçirilib.
Muxalifet3 - 1-03-2018
İsrail müharibə elan etdi – ABŞ “ARXANDAYIQ” MESAJI VERDİ
İsrailə səfər edən amerikalı senator Lindsey Qraham orada bu ölkənin rəsmiləri ilə Livana qarşı müharibə planını müzakirə edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Haartez” qəzeti məlumat yayıb.
“Əgər Livandan gələn təhdidlər davam edərsə İsrail tərəfi hava limanlarını hədəf ala biləcək raketlər hazırlayacaq və daha böyük təhdid yaranacağı halda Cənubi Livana müdaxilə edəcəklərini bildirdilər”, - deyə Qraham bildirib.
Bundan əlavə, əlavə senator vurğulayıb ki, rəsmi Tehran hələ də Donald Trampın səbrini test edir.
Muxalifet3 - 1-03-2018
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nəfəri işə qəbul edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.
Muxalifet3 - 1-03-2018
“O adam xoşbəxtdir ki, vəzifə onu gəlib tapır, o vəzifəni yox..." — Abel Məhərrəmov
“Təhsil çox məsuliyyətli sahədir. Təhsil naziri elə şəxs təyin olunmalıdır ki, məsuliyyəti çiyinlərinə götürə bilsin”/
Muxalifet.az xəbər verir ki, bu sözləri AzEdu.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, vəzifə axtarışında olmadığını bildirib: “O adam xoşbəxtdir ki, o, vəzifəni yox, vəzifə onu gəlib tapır. Əgər insan vəzifə axtarırsa, deməli, o, bunun məsuliyyətini dərk etmir. Mən qətiyyən belə bir şey haqqında fikirləşmirəm”.
Muxalifet3 - 1-03-2018