Axtarış

The search found 105785 results in 0.164 seconds.

Search results

  1. ABŞ Suriyada onlarla hərbi baza yaradıb

    ABŞ hökuməti Suriyaya 600 xüsusi-təyinatlı və hərbi texnikanın göndərilməsi haqqında qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb.
    Məlumata görə, artıq hərbi qulluqçular və zirehli şəxsi heyət daşıyıcıları İraqla sərhəddə yerləşən Ət-Tənf bazasına göndərilib.
    Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katib köməkçisi Aleksandr Venediktov “RİA Novosti”-yə verdiyi müsahibədə ABŞ-ın Suriyada kürdlər üçün 20-yə yaxın baza yartmaqda olduğunu bildirmişdi.
     

    Muxalifet3 - 1-03-2018

  2. ​Rusiyalılar kimə səs verəcək? - SORĞU

    Rusiyalıların 63 faizindən çoxu martın 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcəkləri təqdirdə, Vladimir Putinə səs verəcəklərini bildirib.
    Muxalifet.az “RİA Novosti” –yə istinadən xəbər verir ki, “İctimai fikir”fondunun keçirdiyi sorğunun nəticələri bunu əks etdirir.  
    “İctimai fikir” fondu – Rusiyada sosioloji araşdırmalarla ilə məşğul olan qeyri-hökumət təşkilatıdır.
    Sorğuda əsas sual “prezident seçkilərində iştirak etsəz, hansı namizədə səs verəcəksiniz?” sualı olub.

    Muxalifet3 - 1-03-2018

  3. Bu ölkə Türkiyənin qara gün dostudur - Ərdoğan

    15 iyulda Seneqal Türkiyənin qara gün dostu olduğunu sübut etdi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Seneqalda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Seneqaldakı FETÖ məktəblərinin bağlanılması olduqca önəmlidir. Maarif Vəqfimiz tərəfindən Seneqalda qurulan və qurulmaqda olan məktəblərdə vətənini sevən, ailəsini sevən gənclər yetişəcək. Seneqal bizim üçün dəyərli dost və strateji bir ortaqdır. Göstərdiyi həmrəylikdən dolayı Seneqal hökumətinə təşəkkür edirəm”, - dövlət başçısı bildirib.
     

    Muxalifet3 - 1-03-2018

  4. ​Bakıda hər gün 83 körpə doğulur

    2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30 373 nəfər, gündə təxminən 83 doğulmuş körpə qeydə alınıb.
    Muxalifet.az-ın məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,5 təşkil edib. Doğulan körpələrin 346-ı əkiz, 4-ü üçəm olub.
    Yeni doğulan körpələrin 52,5 faizi oğlan, 47,5 faizi isə qız uşaqlarından ibarət olub.
    2017-ci ildə Bakı şəhərində 12 938 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,7 təşkil edib.
     

    Muxalifet3 - 1-03-2018

  5. ​İrəvanda müxalifət aksiya keçirir - Foto

    Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası İrəvanın Azadlıq meydanında aksiya təşkil edib.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.
    Şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara həmçinin “Çıxış” blokundan deputatlar və həmin hərəkatın tərəfdarları da qoşulub.

    Muxalifet3 - 1-03-2018

  6. ​Formula-1-in internet kanalı yayımlanacaq

    Formula-1-in “Liberty Media”dan olan yeni sahibləri qarşıdakı mövsümdə F1 TV rəqəmsal internet kanalını işə salacaqlar.
    Muxalifet.az xəbər verir ki, bu kanalda aylıq 8-12 dollarlıq abunə haqqı ilə Qran-Prinin bütün sessiyalarını və dəstək yürüşlərini canlı izləmək mümkün olacaq. Artıq kanalın yayımlanacağı ölkələrin siyahısı açıqlanıb. Siyahıda Azərbaycan da yer alıb. Kanal ümumilikdə 52 ölkədə yayımlanacaq.
    Kanal vasitəsilə azarkeşlər, həmçinin yürüşlərin böyük arxivindən də zövq ala biləcəklər. Lakin xidmətin əvvəlcə bütün ölkələrdə istifadəsi mümkün olmayacaq.

    Muxalifet3 - 1-03-2018

  7. ​Deputatlar arasında kütləvi dava - Video

    Ukraynanın Lutsk şəhər şurasının deputatları arasında kütləvi dava baş verib.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, torpaqların icarəyə verilməsi ilə bağlı qəbul edilən qərar qarşıdurmanın yaranmasına səbəb olub.
    Belə ki, deputatların bir qismi qərara etiraz edib və iclasın davam etdirilməsini tələb edib.
    Lakin digər tərəf bunun əleyhinə olduğunu bildirdikdən sonra əlbəyaxa dava başlayıb.
     

    Muxalifet3 - 1-03-2018

  8. ​ABŞ-dan Putinin açıqlamasına şərh: Xalq əmin olsun ki...

    Pentaqon Rusiya prezidenti Vladimir Putinin açıqlamasına təəccüblənmir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Dana Uayt deyib.
    O bildirib ki, ABŞ hərbi qüvvələri istənilən təhlükəyə qarşı hazırlıqlıdır:
    “Amerikan xalqı əmin olsun ki, biz daim hazırlıqlıyıq”.
    Qeyd edək ki, bu gün Putin ölkəsinin analoqu olmayan yeni nüvə silahına sahib olduğunu açıqlayıb.
     

    Muxalifet3 - 1-03-2018

  9. ​Forbes Türkiyənin ən zənginlərini açıqladı

    ABŞ-ın “Forbes” jurnalı Türkiyənin ən zəngin insanlarının reytinqini dərc edib.
    Muxalifet.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, martın 1-ə Türkiyənin 100 ən zəngin vətəndaşının ümumi sərvəti əvvəlki illə müqayisədə 18,5 milyard dollar artaraq, 121,4 milyard dollara çatıb.
    Reytinqə 4.8 milyard dollar varidatla “Yıldız Holding” qrupunun direktorlar şurasının sədri Murat Ülkər başçılıq edir.
    İkinci yerdə “Rönesans Holding” rəhbəri Erman İlicak qərarlaşıb. Onun sərvəti 4 milyard dollar civarında qiymətləndirilir.

    Muxalifet3 - 1-03-2018

  10. ​Sosial təminat müəssisələrində çalışanların maaşı qaldırılıb

    Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
     

    Muxalifet3 - 1-03-2018

  11. ​Poroşenkodan "Qazprom"la bağlı təlimat: Müsadirə ediləcək

    “Qazprom” şirkəti “Naftoqaz”a olan borcunu ödəməsə onun Ukraynadakı mülkləri müsadirə ediləcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
    O bildirib ki, “Qazprom” Beynəlxalq Arbitraj Məhkəməsinin qərarlarını yerinə yetirmək fikirində deyil:
    “Əgər “Qazprom” mədəni şəkildə qanuni prosedurlara əməl etmirsə, o zaman biz Nyu York müqaviləsinə görə bütün vasitələrdən istifadə edəcəyik. Beynəlxalq qaydalar Ukraynanın tərəfindədir”.

    Muxalifet3 - 1-03-2018

  12. Belçika mətbuatı Xocalıdan yazdı

    Fevralın 28-də Belçikanın ingilis dilli “The Brussels Tayms” jurnalının rəsmi internet səhifəsində Xocalı soyqırımına həsr olunmuş “Azerbaijan commemorates the victims of Khojaly massacre” başlıqlı məqalə dərc edilib.
    Muxalifet.az xəbər verir ki, məqalədə, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi, qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu qeyd olunur.

    Muxalifet3 - 1-03-2018

  13. ​İcra Hakimiyyətinin əməkdaşı iş yerində öldü

    Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, idarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.
    Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
    İntizar Məmmədova uzun illərdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatında ümumi şöbə nəzdində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi.
     

    Muxalifet3 - 1-03-2018

  14. ​Ermənilər Putini cinayətkar adlandırdı

    Bu gün Ermənistan saytlarının əksəriyyətində Rusiya Federasiyası və onun prezidenti Vladimir Putin 27 oktyabr və 1 mart hadisələrinin əsas səbəbkarı və ssenari müəllifi kimi təqdim olunub.
    Karabakh.tv xəbər verir ki, aparıcı kütləvi informasiya vasitələri müəlliflərinin fikrincə, bu hadisələr məhz Putinin gizli planı və təkidi nəticəsində Robert Köçəryanın əli ilə həyata keçirilib. Məsələn, 1in.am saytının əməkdaşı Sərkis Artsruni “27 oktyabrdan 1 martadək: Köçəryan hakimiyyətinin qanlı izləri” məqaləsində yazır:

    Muxalifet3 - 1-03-2018

  15. ​Bunu deməyə niyə qorxuruq? - Ərdoğan

    Dünyada yeni dəyişikliklər prosesi baş verir. Hazırda II Dünya Müharibəsi şərtləri ilə yaşamırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seneqallı həmkarı Sall ilə görüşü zamanı deyib.

    Muxalifet3 - 1-03-2018

  16. ​Tanınmış travmatoloqu maşın vuraraq öldürdü

    Bakının Yasamal rayonunda "Niva" markalı minik avtomobili Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğlunu vuraraq öldürüb.
    Muxalifet.az xəbər verir ki, hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.
    Qeyd edək ki, E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.
     

    Muxalifet3 - 1-03-2018

  17. ​Qurban Qurbanov 8 pillə irəlilədi

    Dünya futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, fevral ayı üçün hazırlanan yekun siyahıda 3 Azərbaycan klubunun çalışdırıcısı da yer alıb. Ən yaxşı nəticə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdadı. Ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyən mütəxəssis 491-cidi. Təcrübəli çalışdırıcının aktivində 1169 xal var.

    Muxalifet3 - 1-03-2018

  18. ​Rusiyadan etiraf: İstəyirik ki, Türkiyə əməliyyatı dayandırsın

    Suriyada qalıcı sabitliyin yaradılması üçün bütün tərəflər bu ölkədə apardığı əməliyyatlara son verməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib.
    Bundan sonra jurnalistlərdən biri “Bu, Türkiyənin də hərbi əməliyyatları dayandırmasını istədiyimiz anlamına gəlir?” - deyə sual ünvanlayıb.
    “Türkiyə bizim üçün olduqca strateji partnyordur. Əlbəttə, Türkiyə hökuməti ilə bu yöndə danışıqlar aparırıq və türklər bizi anlayır”, - Kosaçev cavabında bildirib.
     

    Muxalifet3 - 1-03-2018

  19. ABŞ-dan şaşırdan Türkiyə açıqlaması: SÖZÜMÜZÜ TUTACAĞIQ

    Yüksək səviyyəli bir Amerikalı səlahiyyətli, ABŞ-ın Türkiyəyə, terror təşkilatı YPG-nin Suriyanın Menbiç şəhərindən çıxarılması təəhhüdünə dair "Menbiçdəki YPG varlığına dair sözlərimizi yerinə yetirməyə qərarlıyıq. Məqsədimiz orada YPG-nin olmamasıdır"  deyə, bildirib.
     

    Muxalifet3 - 2-03-2018

  20. ​İrəvan Türkiyə ilə əlaqələr qurmağa can atır, amma "şərtsiz"

    Türkiyə ilə münasibətlərin nizama salınması lazımdır.
    Bu açıqlama ilə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov çıxış edib.
    "Türkiyə addım atmalıdır. Ermənistan və Türkiyə arasındakı münasibətlər heç bir şərt olmadan həll olunmalıdır. Şərtlər bizim üçün qəbuledilməzdir", - Şarmazanov söyləyib.

    Muxalifet2 - 2-03-2018

Pages