Axtarış
The search found 105785 results in 0.044 seconds.
Search results
Putin göstəriş verdi: Hər gün atəşkəs olacaq
Rusiya Prezidenti Vladimir Putinin göstərişi əsasında Suriyanın Şərqi Quta bölgəsində sabahdan etibarən hər gün 10:00-dan 15:00-a qədər atəşkəs təmin ediləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.
Vətəndaşların bölgədən təxliyəsi üçün humanitar dəhliz açılacağını deyən Şoyqu koordinatların hazırlandığını və ən qısa müddətdə açıqlanacağını bildirib.
Qeyd edək ki, bu gün Putinin rəhbərliyi altında BMT-nin Şərqi Quta ilə bağlı qəbul etdiyi qətnaməyə dair Təhlükəsizlik Şurasının iclası keçirilib.
Muxalifet3 - 26-02-2018
Magistraturaya qəbul imtahanının nəticələri elan edildi
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri saat 18:25-dən etibarən DİM-in saytında yerləşdirilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azersell, Baksell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Muxalifet3 - 26-02-2018
Rusiya mediası: Qarabağ uğrunda əsl müharibə gedirdi
Fevralın 26-da XX əsrin Xocalı faciəsi kimi tanınan ən müdhiş faciələrindən birinin 26 ili tamam olur. Bir çoxları bu cinayəti hər vəchlə unutmağa, üstündən sükutla keçməyə çalışır. Göründüyü kimi, onun təşkilatçıları indiyədək yüksək vəzifələr tuturlar. Gəlin günahsız həlak olanların xatirəsini ehtiramla yad edək və onların həyatının son günlərini xatırlayaq.
Muxalifet3 - 26-02-2018
Bu kəndlər ələ keçirildi, terroçuların əlaqəsi tamamilə kəsildi - TSQ
Türkiyə ordusu Afrinin qərbində yerləşən Aşağı Sinara ilə Yuxarı Sinara kəndini almaqla, YPG-nin Türkiyə ilə quru sərhədini tamamilə kəsdi.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Türkiyə ordusu bununla 115 mövqeni terrorçulardan təmizləyib.
Muxalifet3 - 26-02-2018
Bu şəhərə 6 il sonra ilk dəfə qar yağdı: Ordu ayağa qalxdı
İtaliyanın paytaxtı Romaya 2012-ci ildən bəri ilk dəfə qar yağıb.
Muxalifet.az xəbər verir ki, məktəblərin tətil edildiyi şəhərin nəqliyyatında da axsamalar yaranıb və yolları təmizləmək üçün ordu vəzifəyə çağırılıb.Muxalifet3 - 26-02-2018
Çavuşoğlu Xocalıdan danışdı: Əsla izn verməyəcəyik
Erməni birləşmələri Xocalıda yüzlərlə günahsız azərbaycanlı qardaşımızı qətlə yetirib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
"Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq, təkrar yaşanmasına əsla izn verməyəcəyik", - Çavuşoğlu söyləyib.
Muxalifet3 - 26-02-2018
Bunun uğursuz olduğunu düşünmürsünüz? - Rusiya
ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyertin Şərq Qutadakı humanitar yardımla bağlı Astana prosesinin uğursuz olduğunu söyləməsi əsassız, qərəzli və təəccüblüdür.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyindən bəyanat verilib.
"Bu qərəzli sözlər yalnız heyrətlə qarşılana bilər. İllər keçməsinə baxmayaraq, Suriyadakı sabitliyin bərqərar olması üçün heç bir əhəmiyyətli mərhələyə nail olmayan Cenevrə danışıqlarının uğursuz olduğunu düşünmürsünüz?", - səfirliyin bəyanatında bildirilib.
Muxalifet3 - 26-02-2018
Türkiyəli alpinistlər: Qarabağ azad olunduqdan sonra...
Xocalı faciəsinin qurbanlarının anım günü münasibətilə Culfa rayonu ərazisindəki İlandağa yürüş təşkil edilib. Yürüşə muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ” idman klubunun 11 idmançısı ilə birlikdə Türkiyənin müxtəlif bölgələrindən gələn 26 idmançı da qatılıb.
Muxalifet.az xəbər veirr ki, yürüş iştirakçıları azərtac-ın müxbiri ilə təəssüratlarını bölüşüblər:Muxalifet3 - 26-02-2018
Qətər: Bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri...
Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar həmin ölkənin nüfuzlu ingilisdilli “Peninsula” qəzetində geniş məqalə dərc edilib.
Muxalifet3 - 26-02-2018
Daha bir ölkə Bakıya birbaşa uçuşlara başlayır
Bəhreynə məxsus “Qulf Air” aviaşirkəti Bakıya birbaşa uçuşlara başlamağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, “Gulf Air” şirkəti 2018-ci ilin aprel ayından etibarən 5 ölkəyə - Azərbaycan, Mərakeş, Hindistan, Səudiyyə Ərəbistanı və Misirə ümumilikdə 8 istiqamət üzrə uçuşlara başlayacaq. Bakıya planlaşdırılan uçuşun müddəti 4 saat 25 dəqiqədir.
Qeyd edək ki, bu yaxınlarda Bəhreyn hökuməti Azərbaycan vətəndaşları üçün elektron viza sisteminə keçidi təmin edib.
Məlumatda, həmçinin “Gulf Air” aviaşirkətinin bu il 39 təyyarə almağı planlaşdırdığı da bildirilir.
Muxalifet3 - 26-02-2018
Çindən Suriya ilə bağlı çağırış: Xalq idarə etməlidir
Suriyadakı humanitar vəziyyətin yaxşılaşdırılması üçün problemin tezliklə siyasi həll yolu tapılmalıdır. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Çinin BMT-dəki daimi nümayəndəsi Ma Zaoxu çıxış edib. Siyasi həll üçün yeganə doğru variantın siyasi dialoq olduğunu vurğulayan Ma prosesin Suriya xalqı tərəfindən idarə edilməsinin lazım olduğunu bildirib.
Muxalifet3 - 26-02-2018
Evə dönüş başladı - Akar
Afrində terrorçulardan təmizlənən ərazilərdə evə dönüş başladı.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş Qərargah rəisi Hulusi Akar çıxış edib.
"Afrində olan və kökü nə olursa olsun, regiona xaricdən gətirilən bütün terrorçular ilə onları dəstəkləyən xarici qüvvələrin mütləq məğlubiyyətə uğradılacağını gözləyirik", - Akar qeyd edib.
Muxalifet3 - 26-02-2018
Rusiya tankı Suriyada TIR-ın üstündən keçdi - Video
Dəməşq yaxınlığında bir Rusiya tankı Şərqi Qutaya yardım aparan TIR-ı əzib.
Muxalifet.az xəbər verir ki, yerli mənbələr Bağdad körpüsündə baş verən hadisədə ölənlərin olduğu bildirilib.
Rusiyaya məxsus olduğu deyilən tankın modelinin "Qvozdika" olduğu söyləynilib.
Qeyd edək ki, Rusiya tərəfi Şərqi Qutada sabahdan etibarən hər gün 5 saatlıq atəşkəs elan edib.
Muxalifet3 - 26-02-2018
İlham Əliyevdən Rusiya kanalına: Bu, vəhşiliyin...
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.
Muxalifet.az xəbər verir ki, müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar efirə gedən reportajında yer alıb. Müsahibəni təqdim edirik.
Müxbir: İlham Heydər oğlu, ağır səhərdir. Hansı düşüncələrlə buraya gəlmisiniz, hansı fikirlərlə yuxudan oyanmısınız? Deməliyəm ki, Rusiyada rusiyalılar bu faciəni xatırlayırlar və bu günü ehtiramla yad edirlər. Hansı düşüncələrlə bu gün buraya gəlmisiniz?Muxalifet3 - 26-02-2018
"Qarabağ"a gəlmək mənim üçün sürpriz oldu - Enrike
Azərbaycanda oynamaq mənim üçün yaxşı təcrübə oldu. Bu ölkənin Çempionlar Liqasının qrup mərhələsində ilk təmsilçisinin heyətində ilk qolu vurdum.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike deyib. Braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubuna keçidindən danışıb:Muxalifet3 - 26-02-2018
Azərbaycan vətəndaşı bu ölkəyə keçərkən saxlanıldı - Səbəb
Azərbaycandan Gürcüstana qaçaq yolla tütün məhsulları keçirən Azərbaycan vətəndaşı “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində saxlanılıb.
Muxalifet.az xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyi İstintaq xidməti yayıb.
Azərbaycan vətəndaşından “Mersedes” markalı avtomobildə xüsusi yerdə gizlədilən, bəyannamədə göstərilməyən 2,7 min dollara yaxın tütün məhsulu aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.
Azərbaycan vətəndaşı cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.
Muxalifet3 - 26-02-2018
Bu ölkədə zəlzələdə həlak olanların sayı artdı: 10 ölü
Papua-Yeni Qvineyada baş verən zəlzələ nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, yeraltı təkanlar fevralın 26-da yerli vaxtla saat 03:44-də Porqera şəhərindən 89 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 35 kilometr dərinlikdə yerləşib.
Regionda bir sıra avtomobil yolları və çaylar torpaq sürüşmələrinə məruz qalıb, çox sayda ev dağılıb. Bu səbəbdən həlak olanların sayının daha da artacağı gözlənilir.
Zəlzələdən zərər çəkən rayonlara xilasedicilər və hərbçilər göndərilib.Muxalifet3 - 26-02-2018
DƏHŞƏT: 4 yaşlı qız uşağını… - Bir ailədən 5 nəfər EDAM OLUNDU
Misirdə 4 yaşlı qız uşağını öldürməkdə ittiham olunan beş nəfər asılaraq edam edilib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, asılan şəxslər bir ailənin üzvləridir.
Sözügedən şəxslər xərac üçün qaçırdığı uşağı öldürdüyü üçün 2013-cü ildə ölüm cəzasına məhkum edilmişdilər. Qərar 2017-ci ilin mart ayında Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Ali Məhkəmənin hökmü ötən həftə prezident Əbdülfəttah əl-Sisi tərəfindən təsdiqlənmişdi.
Muxalifet3 - 26-02-2018
Bu addım onların maraqlarını təmin edəcək - Lavrov
Bağdadın milli uzlaşmanı təmin etməyə yönəlik səylərini dəstəkləyirik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
"Baş nazir Heydər Abadi və hökumətinin milli uzlaşma, hökumətin fəaliyyətini təmin etmək səylərini dəstəkləyirik. Bu addımlar ölkədəki bütün etnik və siyasi qrupların maraqlarını təmin edəcək", - Lavrov qeyd edib.Muxalifet3 - 26-02-2018
Ali Məhkəmə Trampı məyus etdi
ABŞ-ın Ali Məhkəməsi qeyri-leqal immiqrantların uşaqlarının müdafiəsi üzrə proqramın ləğvinə icazə verməyib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, məsələyə baxılmasını Ali Məhkəmədən ABŞ administrasiyası xahiş etmişdi.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin sentyabr ayında DACA, yəni valideynlərinin uşaq ikən ABŞ-a qeyri-qanuni şəkildə gətirdiyi 800 min gənc insan üçün nəzərdə tutulan dəstək proqramını ləğv edib.Muxalifet3 - 26-02-2018