Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
QORXUDAN BUNU DA ETDİLƏR! - FOTOLAR
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, “Zeytun budağı” əməliyyatının 38-ci günü uğurla davam edir – türk əskəri Afrində irəliləməkdədir.
Afrində çarəsiz qalan PKK/PYD terror təşkilatı əlacsız qalaraq, yaşlı kəndliləri məcburən öz sıralarına cəlb edib və onlara hərbi təlim verməyə başlayıb.
Daim “TSQ dinc dinc vətəndaşları vurur” yalanı yayan terrorçular özləri mülki vətəndaşları öz dəstələrinə cəlb eləməkdədir.Muxalifet2 - 26-02-2018
“Borçalı” İctimai Birliyi “Xocalı soyqırımı” abidəsini ziyarət etdi
“Borçalı” İctimai Birliyinin sədri Pünhan Məmmədov və təşkilatın onlarla üzvü Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Harayı” abidəsini ziyarət edib.
“Borçalı” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Birlik üzvləri “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırım qurbanlarının ruhuna dualar oxunub.Muxalifet - 26-02-2018
Harada “Kamaz” görsələr... – DÖRD RAYONUN OĞRULARI
Masallı rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonda oğurluq törədən şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov, Neftçala sakini İsa Quliyev və Abşeron rayonunda yaşayan Əliş Məmmədov fevralın 9-da, gecə saatlarında Masallı rayonu Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqları, fevralın 17-də isə rayon ərazisində “Kamaz” markalı avtomaşından 2 akkumulyator, digər bir təmir sexindən 15 su motoru oğurlayıblar.Muxalifet2 - 26-02-2018
Tehran İrəvana arxa çevirdi: İran Ermənistanın əvəzinə Azərbaycanı seçdi – TƏHLİL
Azərbaycan-Ermənistan-İran üçbucağında baş verən hadisələr həmişə bölgə və dünya mediasının diqqətini çəkib. Bu mövzuda pravda.ru nəşrinin analizini strateq.az-ın oxucularına təqdim edirik.
İrəvanda şokdan ayıla bilmirlər: Tehran 10 il qabaq Ermənistana dəmiryol magistralı çəkməyə söz vermişdi, amma elə də çəkməyib – ancaq “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara dəmiryolunun çəkilişi haqda Bakıyla anlaşıb.Muxalifet2 - 26-02-2018
Sadıqovun komandası İrlandiyaya qarşı – Tarix açıqlandı
21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.
Publika.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş martın 27-də Dublinin “Talla” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 22:30-da start götürəcək.Muxalifet2 - 26-02-2018
Ərdoğan Makrona ZƏNG ETDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Ərdoğanın Makronla Suriyadakı son prosesləri müzakirə etdiyi bildirilib.Muxalifet2 - 26-02-2018
ABŞ Mərkəzi Kəşfiyyatının keçmiş şefi: “TÜRKLƏR SİZİN ÜÇÜN ƏRƏBLƏR DEYİL Kİ...”
Amerikalı generaldan Türkiyə etirafı
Muxalifet2 - 26-02-2018
Milyonlarla insan MƏHV OLACAQ - Xüsusi proqram nəticələri QİYMƏTLƏNDİRDİ
ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər.
Ekspertlər analiz vaxtı Texnologiya İnstitutunda “Nukemap” xüsusi proqramını tətbiq ediblər.Muxalifet2 - 26-02-2018
İrandan Afrin açıqlaması: Fikir ayrılığı…
Suriya məsələsində Türkiyə ilə bəzi fikir ayrılıqlarımız var, amma önəmli olan iki ölkənin birlikdə işləməsidir.
Muxalifət.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.Muxalifet2 - 26-02-2018
Suriyada döyüşən azərbaycanlı MƏHKƏMƏ QARŞISINDA
Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirli bilinən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 6-a təyin edilib.Muxalifet2 - 26-02-2018
ADP sədri “Xocalı soyqırımı” abidəsini ziyarət etdi - FOTOLAR
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, partiyanın prezidentliyə namizədi Sərdar Cəlaloğlu Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Harayı” abidəsini ziyarət edib. Namizədin Seçki Qərargahından Hurriyyet.org-a verilən məlumata əsasən, partiya rəhbərliyi və üzvlərinin də qatıldığı ziyarət zamanı “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyulub, soyqırım qurbanlarının ruhuna dualar oxunub.
Muxalifet2 - 26-02-2018
Gürcüstan prezidenti azərbaycanlı gənclərin xahişini yerinə yetirmədi
“Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır”.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.
Görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelaşviliyə bu gün Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.Muxalifet2 - 26-02-2018
AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində ölkəmizi təmsil edir
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində UEFA-nın 42-ci Konqresi start götürüb.
Muxalifət.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.
Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinə bir il müddətinə üzv, FİFA vitse-prezidenti vəzifəsinə və FİFA Şurasına nümayəndə seçiləcək.
Bununla yanaşı, Konqres Avropa Peşəkar Futbol Liqalarının nümayəndəsini UEFA İcraiyyə Komitəsinə tamhüquqlu üzv kimi təsdiqləyəcək.Muxalifet2 - 26-02-2018
Türk tanklarının terrorçuları vurma anı - VİDEO
“Zeytun budağı” əməliyyatı çərçivəsində türk tankları terrorçu mövqelərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə TSK-dan informasiya yayılıb.
Məlumata görə, türk tankları düşmən mövqelərinə 6 atəş açıb, hədəflər dəqiqliklə vurularaq məhv edilib.Muxalifet2 - 26-02-2018
Şok iddia: PYD lideri Ankaraya bu şərtlə verilir...
Rəsmi Praqa PYD lideri Saleh Müslümün Türkiyəyə qaytarılması üçün şərt irəli sürüb.
Axar.az xəbər verir ki, media Çexiyanın rəsmi Ankaraya Müslümün Türkiyədə həbsdə olan iki çexiyalı məhbusla dəyişdirilməsini təklif etdiyini yazıb.
Məlumata görə, Çexiya Türkiyəyə Müslümün həbsdə olan vətəndaşları ilə mübadiləsi üçün danışıqlar masasına əyləşməyə hazır olduğunu bildirib. Türkiyə-Suriya sərhədində saxlanılan və PKK terror qruplaşması ilə əlaqələri sübut edilən Marketa Vşelixova və Miroslav Farkasın Saleh Müslüm qarşılığında sərbəst qalması təklif edilib.Muxalifet2 - 26-02-2018
Afrində şiddətli döyüş: DAHA BİR KƏND AZAD EDİLDİ
Türkiyə Silahlı Qüvvələri şiddətli döyüşlər nəticəsində Afrinin şimal-qərbindəki Qaramanlıq kəndini terrorçulardan təmizləyib.
Muxalifət.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Afrin ətrafında “Hilal” yaratmaqla əməliyyatın ilk mərhələsini başa vurmuşdu.Muxalifet2 - 26-02-2018
ABŞ-dan Bağdadi haqda YENİ XƏBƏR
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin ölü olması barədə yüzfaizli sübutlara malik deyil.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib.
“Koalisiya yüzfaizli dəqiq sübutlara malik deyil ki, o, ölüdür. Güman edilir ki, o, sağdır”, - brifinqin gedişatında Dillon deyib.
Onun sözlərinə görə, koalisiya həm İŞİD lideri, həm də qruplaşmanın başqa yüksəkvəzifəli nümayəndələrinin axtarışlarına davam edəcək.
Muxalifet2 - 26-02-2018
Lavrov Donbas müharibəsinin GÜNAHKARINI AÇIQLADI
“Avropa İttifaqı öz öhdəliklərini pozmasaydı və Rusiya buna reaksiya verməli olmasaydı, Ukraynada müharibələr olmazdı”.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“2014-cü ildə prezident Viktor Yanukoviç və müxalifətçilər arasındakı razılaşmanın zamini olan avropalı partnyorlarımız öz rolunu yerinə yetirsəydilər, indi Ukraynada baş verənlər olmazdı”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.Muxalifet2 - 26-02-2018
Əli Həsənov türk mediasına danışdı: ARAMIZA GİRƏNLƏR...
Ermənilərin törətdiyi insanlıq cinayətini bütün dünyanın tanıması üçün çalışırıq. 10-dan çox ölkənin parlamentində Xocalı faciəsi ilə bağlı qərarlar qəbul edilib. Əlbəttə, bir qətliamın tanınması bir az zaman tələb edir, amma düşünürük ki, Xocalı soyqırımını törədənlər cəzalarını almalıdırlar. İnsanlıq əleyhinə olan bu cinayətə qiymət verilməli və qatillər cəzalarını çəkməlidirlər.
Muxalifet2 - 26-02-2018
AVRO-2020-nin mükafat fondu artırıldı - BAKIDA
Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək.
Bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: "Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək".
Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.Muxalifet2 - 26-02-2018