Axtarış
The search found 105785 results in 0.05 seconds.
Search results
ABŞ təhdid etdi: Hədəfdə 5 ölkə var
ABŞ Şimali Koreyanı nüvə raket proqramlarından imtina etməsi üçün ən böyük sanksiya paketini həyata keçirməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, rəsmi Vaşinqton ABŞ-dakı firmalar və fərdlərin sahib olduğu sərvətlərin müsahdirə olunacağını, ABŞ vətəndaşlarının sözügedən dövlətlərlə mübadilə aparmasının qadağan olunacağını bildirib.
Sanksiyaların hədəfləri arasında Çin, Honq-Konq, Tayvan və Sinqapurdakı nəqliyyat və enerji şirkətlərinin də olacağı bildirilib.Muxalifet3 - 24-02-2018
Misirdə 3 min illik 8 firon məzarı tapıldı - 5 il davam edəcək
Misirdə 3 min il yaşı olan 8 firon məzarı tapılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Misirin Antik Əsərlər üzrə naziri Xalid əl-Anani verib. O bildirib ki, arxeoloji qazıntılar zamanı 40 qəbir və 1000 kiçik heykəl də tapılıb.
Minyə şəhərindəki arxeoloji qazıntıların 2017-ci ildən başladığını söyləyən Anani qəbirlər haqqında məlumatların toplanması üçün illərlə araşdırma aparmağın lazım olduğunu bildirib.Muxalifet3 - 24-02-2018
Əbu Qayt: ABŞ bu münaqişənin 70 illik tarixini bilmir
ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini 14 mayda Qüdsə daşıması planı yalnış qərardır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Qayt söyləyib. O bildirib ki, ABŞ-ın bu qərarı əvvəldən səhv olub:
“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Qüdsə köçürməsi haqqında qərar fələstinlilərin və israillilərin birlikdə yaşaması üçün olan bütün son ümidləri puç etdi. Səfirliyin İsrailin 70-ci ildönümündə köçürülməsi də onu sübut edir ki, ABŞ-ın 70 illik qarşıdurmanın tarixindən xəbəri yoxdur”.Muxalifet3 - 24-02-2018
Afrin əməliyyatları dayandırılır - 1 ay...
BMT Təhlükəsizlik Şurası Suriyada bir aylıq “Humanitar atəşkəs” haqqında qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik verib.
Qeyd edək ki, Küveyt və İsveç tərəfindən hazırlanan qətnamə layihəsi başda Şərqi Quta olmaqla, bütün Suriya ərazisində humanitar yardımların ünvanına rahat çatdırılması üçün bir aylıq atəşi dayandırmağı nəzərdə tutur.
Bu qərardan sonra Türkiyə də Afrin əməliyyatını bir ay dayandırmalı olacaq.
Muxalifet3 - 24-02-2018
Hökumətdən yeni göstəriş verildi: hamı velosiped alsın, özü də ağ rəngdə!
Bu il Türkmənistanın hər bir dövlət müəssisəsi kütləvi velosiped yürüşünə 3-dən 6-can nümayəndə göndərməlidir. Onlar özlərinə velosiped də almalıdırlar. “Azadlıq” radiosunun Türkmənistan xidməti xəbər verir ki, ölkədə velosiped istehsal olunmadığı üçün qiyməti çox bahadır: 3000-4000 türkmən manatı (80-130 dollar).
Buna görə də bir çox müəssisələrdə qərara gəlinib ki, velosipedləri "atışıb" alsınlar. Yəni bütün işçilər pul toplasın.Dövlət müəssisələrində çalışanların iş yerlərini itirməkdən qorxduqları üçün bu pultoplama əməliyyatında iştirak etdikləri deyilir.Muxalifet4 - 25-02-2018
Magistraturaya qəbul imtahanı keçirilir - AZƏRBAYCANDA
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir.
DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılır.Muxalifet4 - 25-02-2018
Ermənilər ordumuzun mövqelərini atəşə tutdu – İRİÇAPLI PULEMYOTLARDAN…
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
Muxalifet4 - 25-02-2018
“Siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız...” - AMEA İŞÇİLƏRİNƏ SƏRT İTTİHAM
AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov institutun əmlakını talayıb dağıdır, illərlə toplanmış kolleksiya materiallarını küçəyə atır, işçiləri, Azərbaycan xalqını təhqir edir.
Bu şikayətlə virtualaz.org-a institutun bir qrup elmi işçisi müraciət edib.
Şikayətçilər deyirlər ki, Elman Yusifov əslində fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olsa da, iki il əvvəl Zoologiya İnstitutuna direktor təyin edilib. Bu vəzifəyə təyin olunan gündən isə institut üçün heç bir iş görməyib, təhqir və haqarətlərlə əksər işçiləri özündən narazı salıb.Muxalifet4 - 25-02-2018
İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi
İsrail kəşfiyyat peyki ötən həftə Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilən Su-57 beşinci nəsil qırıcıları görüntüləyib.
Muxalifet.az xəbər verir ki, qırıcılarının fotoları İmage Sat İntl. şirkəti tərəfindən yayılıb. Bu şirkət öz peykləri ilə çəkilişlər aparır və vizual verilənlərin analizini aparır. Fotoşəkillər Eros B peyki trəfindən çəkilib.Muxalifet4 - 25-02-2018
Birgə yaşadığı qadını qətlə yetirdi - DAŞKƏSƏNDƏ - YENİLƏNİB
Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report"un məlumatına görə, Əhmədli kəndində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahizər Abbasova rayonun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Bağırova görə öz ərindən boşanıb və onunla vətəndaş nikahında yaşayıb. Eyni zamanda, Q.Bağırovun Çanaqçı kəndində rəsmi ailəsi və övladları var. Lakin son məlumata görə, artıq o da həyat yoldaşından boşanıb.Muxalifet4 - 25-02-2018
SURİYADA 30 GÜNLÜK ATƏŞKƏS – BMT TŞ qətnaməni yekdilliklə qəbul etdi
BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib
"RİA Novosti"nin verdiyi xəbərə görə, sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.Muxalifet4 - 25-02-2018
Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı – ONLARLA YARALI VAR
Türkiyənin Antalya əyalətində hərbçiləri daşıyan avtobusun aşması nəticəsində azı 23 nəfər xəsarət alıb.
Bu barədə İHA agentliyi xəbər yayıb.
Qəza şənbə günü axşam baş verib. Antalya əyalətində Kestel qəsəbəsi yaxınlığında sürücü idarəetməni itirib və avtobus aşıb.
Hadisə nəticəsində 22 hərbçi və avtobus sürücüsü yaralanıb.
Xəsarət alanlar Antalya xəstəxanalarına yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Muxalifet4 - 25-02-2018
Prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır
Bu gün Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır.
Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında deyilir.
Təqvim planına əsasən, səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır. Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dək təsdiq edilir.Muxalifet4 - 25-02-2018
Sumqayıtda özünü binadan atan şəxsin kimliyi bilindi - YENİLƏNİB
Fevralın 24-də Sumqayıt şəhərində özünü çoxmərtəbəli binadan aşağı ataraq intihar edən kişinin şəxsiyyəti məlum olub.
“Report” bildirir ki, bu, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Poladzadə Mehti Firudin oğludur.
***
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Belə ki, təxminən 40-45 yaşlarında olan kişi özünü 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binadan ataraq intihar edib.
Onun şəxsiyyəti hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 25-02-2018
PKK lideri Praqada beşulduzlu oteldə yaxalandı – BAŞINA 4 MİLYON QOYULMUŞDU
Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi PKK/PYD terror təşkilatının keçmiş həmsədri Salih Müslim Praqada saxlanılıb.
Türkiyə KİV-ləri xəbər verir ki, Çexiya təhlükəsizlik qüvvələri bu gücə saat 3 radələrində Salih Müslimi Praqada qaldığı oteldə saxlayaraq Türkiyə tərəfini məlumatlandırıb.Muxalifet4 - 25-02-2018
Yunanlara xəbərdarlıq: Türkiyəyə gücünüz çatmaz. Bu sizə "BAHA OTURAR"
Rumınyanın ana müxalifət partiyası – AKEL-in rəhbəri Andros Kiprianu Aralıq dənizində faydalı yataqlara görə yaranan gərginlikdən dolayı Kipr Respublikasının prezidenti Nikos Anastasiadisə xəbərdarlıq edib.
Muxalifet3 - 25-02-2018
Sabiq nazir dəm qazından boğularaq öldü
İnquşetiyanın sabiq naziri Baqaudina Marşani dəm qazından boğularaq ölüb.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb.
Qeyd edək ki, Marşani İnquşetiyanın əmək və sosial müdafiəsi naziri olub.
Muxalifet3 - 25-02-2018
Yıldırımdan Yunanıstana xəbərdarlıq – O gücə sahibik...
Türkiyənin Baş naziri Binəli Yıldırım Egey və Aralıq dənizində son dövrlərdə baş verən türk-yunan gərginliyi barədə danışıb.
Muxalifet.az xəbər verir ki, Yıldırım çıxışı zamanı Yunanıstana sərt xəbərdarlıq edib.
“Bəziləri Egeydə, Aralıq dənizində bir sıra təxribatların ardınca düşüb. Şərtlər nə olur olsun Türkiyə Dəniz Qüvvələri istənilən vəziyyətdə ölkəsinə istiqamətlənən təhdidə cavab verəcək gücə sahibdir. Heç kim yanlış hesablara düşməsin”, - Yıldırım bildirib.
Muxalifet3 - 25-02-2018
İrandan atəşkəs açıqlaması: Əməliyyatlar davam edir
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” haqqında qərarından sonra Şərqi Qutada əməliyyatlara davam edəcəklərini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Baqiri bölgədəki İŞİD və Nüsrə Cəbhəsinə qarşı əməliyyatların tam şəkildə davam edəcəyini, ölkənin terrorçulardan tamamilə təmizlənəcəyini bildirib.Muxalifet3 - 25-02-2018
Fransada iki teraktın qarşısı alındı
Fransada son iki ayda 2 terror aktının qarşısı alınıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Daxili İşlər naziri Cerar Kollon deyib.
O bildirib ki, teraktın birinin idman zalında, digərinin isə hərbçilərin toplaşdığı ərazidə törədilməsi planlaşdırılmışdı:
“Fransada terror təhdidi yüksək olaraq qalır”.
Muxalifet3 - 25-02-2018