Axtarış

The search found 105785 results in 0.044 seconds.

Search results

  1. ​İsveçrədə silahlı atışma: ölənlər var

    İsveçrənin ən böyük şəhəri olan Zürihdə silahlı atışma baş verib.
    Muxalifet.az xəbər verir ki, silahlı atəşma nəticəsində 2 nəfər öldürülüb.
    Hadisə yerinə çox sayda polis cəlb edilib, ərazi nəzarətə götürülüb.
    Olayın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
     

    Muxalifet3 - 23-02-2018

  2. ​Bakıda ən soyuq temperatur nə vaxt olub?

    Bakı şəhərində fevral ayında ən soyuq temperatur 1954, 1969 və 2012-ci illərdə qeydə alınıb.

    Muxalifet3 - 23-02-2018

  3. ​Şimali Koreya var oluşuna peşman olacaq – Tramp AÇIQLADI

    ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı bu günə qədər tətbiq edilən ən genişmiqyaslı sanksiyaların siyahısını açıqlayacağını bildirib.
    Muxalifet.az xəbər verir ki, Trampın “Gaylord” Konqres Mərkəzində keçiriləcək Mühafizəkar Siyasi Fəaliyyət Konfransındakı çıxışının başlıqları Ağ Ev tərəfindən açıqlanıb.

    Muxalifet3 - 23-02-2018

  4. Ukraynada azərbaycanlı mafioz ələ keçirilib

    Ukraynada Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində kriminal qruplaşmalardan birinin lideri olan Azərbaycan vətəndaşını yaxalayıb.
    Muxalifet.az "Virtualaz.org"a istinadən xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.
    “Azərbaycan bu cinayətkarı ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən mütəşəkkil cinayətkar dəstənin tərkibində odlu silah tətbiq etməklə quldurluq əməli törətməyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq axtarışa verib”, deyə məlumatda deyilir.

    Muxalifet3 - 23-02-2018

  5. ​Avropa İnsan Haqları Məhkəməsi Adnan Oktarla bağlı qərarını verib

    Adnan Oktarın Türkiyə əleyhinə etdiyi şikayət rədd edilib.
    Muxalifet.az xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi Adnan Oktarın “Vikipedia”da şəxsiyyətinə təhqir ehtiva edən yazılar yayımlandığı haqqında Türkiyə əleyhinə etdiyi şikayəti rədd edib.
    Şikayət Türkiyə məhkəməsinin qərarı və Oktarın iddialarının incələnməsindən sonra səs çoxluğu ilə qəbul edilməyib.

    Muxalifet3 - 23-02-2018

  6. ​Babək prospektində su xətlərinin çəkilişi mayda bitəcək

    “Azərsu” ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir.
    ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir.

    Muxalifet3 - 23-02-2018

  7. ​Sumqayıtda dəhşət — Kişini borca görə diri-diri basdırdılar

    Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar. Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib. Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar.

    Muxalifet3 - 23-02-2018

  8. ​Türkiyədən ABŞ-a mesaj: Razılaşmaya varıq, ancaq...

    ABŞ gəldi, təkliflər etdi. Bu fürsəti çox yaxşı dəyərləndirmək lazımdır.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
    "Bizə verilən sözlər yerinə yetirilsə, biz qarşılıqlı razılaşmaya varıq. Münasibətlərimizin düzəlməsinin tərəfdarıyıq, ancaq terrorçularla iş birliyi aparmaqla deyil, Türkiyə kimi etibarlı ölkə ilə iş birliyi aparmaqla", - Çavuşoğlu söyləyib.
     

    Muxalifet3 - 23-02-2018

  9. SON DƏQİQƏ: ABŞ rəsmən açıqladı: onlar Türkiyə ilə döyüşməyə gəlirlər

    Suriyanın şərqində bizimlə çalışan bəzi güclərin (söhbət PKK/YPG terror təşkilatından gedir –red.) Afrinə getdiyini görürük.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert mətbuat konfransında söyləyib.
    “Suriyanın şərq hissəsində İŞİD terror təşkilatına qarşı döyüşən güclər Afrinə doğru hərəkət edirlər. Afrində baş verənlər diqqəti İŞİD-ə qarşı mübarizədən yayındırır”, - o deyib.

    Muxalifet3 - 23-02-2018

  10. ​Türkiyədən İsrailə sərt reaksiya

    Şərqi Qüdsdə yeni yəhudi məskənlərinin salınması ilə bağlı İsrail hökumətinin irəli sürülən qərarı təsdiqləməsini qınayırıq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
    “İsrail işğal altında saxladığı Şərqi Qüdsdə fələstinlilərə məxsus özəl torpaqlarda 3 min yeni mənzil inşa etməyi planlaşdırır. Biz bu qərarı şiddətlə qınayırıq. İsrail bununla beynəlxalq hüquq normalarını və BMT-nin qətnamələrini heçə saydığını göstərir. İsrail bu addımlarla regionda qalıcı sülh prosesini məhv etməkdədir”, - XİN-nin bəyanatında deyilib.

    Muxalifet3 - 23-02-2018

  11. Bu qurum fəaliyyətini dayandırır – Açıqlama

    Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) 28 fevraldan etibarən fəaliyyətini dayandıracaq
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat mərkəzin rəsmi Feysbuk səhifəsində qeyd olunub.
    Mərkəzin fəaliyyətini dayandırmasına səbəb kimi maliyyə çatışmazlığı göstərilib:

    Muxalifet3 - 23-02-2018

  12. ​ABŞ-dan İsrailə ad günü hədiyyəsi

    ABŞ-ın Tel Əvivdəki səfirliyi may ayında Qüdsə köçürüləcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi deyib.
    Bildirilib ki, yeni səfir Devid Fridman da Qüdsdə çalışmağa başlayacaq:
    “Səfirliyin köçürülməsi İsrailin 70 illiyinin tamamlanması ilə eyni günə təsadüf etməlidir”.
    Bundan əlavə, İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrail Katz Tvitter hesabında bu məlumatı şərh edərək olduqca sevindirici xəbər olduğunu bildirib:

    Muxalifet3 - 23-02-2018

  13. ​ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan etdi

    ABŞ Maliyyə nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.
    Muxalifet.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.
    "Biz Rusiya Federasiyasına qarşı sanksiyalar üzərində işləyirik. Mən sizi inandırıram ki, iş gedir və bu barədə danışmaq üçün yaxın həftələr ərzində bura geri dönəcəm”, deyə Mnuçin jurnalistlər üçün brinfinqdə bildirib.

    Muxalifet3 - 23-02-2018

  14. ​Rusiya və İran elə biabırçılıq törətdi ki... - TRAMP

    ABŞ ordusunun Suriyada yeganə məqsədi İŞİD-dən xilas olmaqdır.
    Muxalifət.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
    Ağ Ev rəhbəri bildirib ki, İŞİD-in tam məğlubiyyətindən sonra ABŞ hərbçiləri öz evlərinə dönəcək:
    “Rusiya, İran və Əsəd rejiminin Suriyada etdikləri biabırçılıq və humanitar fəlakətdir. Bizim Suriyada başqa məqsədlərimiz yoxdur. Əsas hədəfimizə də demək olar ki, çatmışıq”.

    Muxalifet2 - 24-02-2018

  15. ​Bakıda keçmiş məhkumlar BOĞAZLARINI KƏSDİ

    Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.
    "Report"un xəbərinə görə, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.
    1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb. E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.
    Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib.

    Muxalifet2 - 24-02-2018

  16. Raykom niyə mitinqdə öndə gedirdi? - SUMQAYIT HADİSƏSİ

    Sumqayıtda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təxribat xarakterli qətllərin növbəti ildönümü yaxınlaşır. 1988-ci il fevralın 27-29-da baş verən bu faciə ilə bağlı hər il bu ərəfədə yeni-yeni faktlar, fikirlər meydana çıxır. Bu il də istisna deyil.

    Muxalifet2 - 24-02-2018

  17. ​Xızıda VƏHŞİLİK: Sürücünü döydülər, maşını ilə 200 metr sürüdülər

    Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər.
    Hadisə "Giləzi Quşçuluq fabriki"ndə baş verib.
    Belə ki, həmin fabrikdə sürücü kimi çalışan 1955-ci il təvəllüdlü Mail Məhərrəm oğlu Əliyev bir neçə şəxs tərəfindən döyülüb. Məlumata görə, M. Əliyev fabrikdə çalışan şəxslərlə mübahisə edib.
    Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Həmin şəxslər sürücünü döydükdən sonra onu öz avtomobilinə bağlayaraq, təxminən 200 metr sürüyüblər.

    Muxalifet2 - 24-02-2018

  18. Ziya Bünyadovun qətlinin üstü baş prokurorun kabinetində açılıb - SENSASİON TƏFƏRRÜAT

    Ömürlük məhkum Nizami Nağıyev: “Zakir Qaralov yerindən qalxıb iti addımlarla mənə yaxınlaşdı,  sağ qolumdan bərk-bərk tutub silkələdi, yuxarı qaldırdı, dedi ki, bax, bu əlinlə vurmusan”

    Muxalifet2 - 24-02-2018

  19. ​Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

    Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.
    Trend-in məlumatına görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir.
    Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

    Muxalifet2 - 24-02-2018

  20. ​Qarabağda yeni MÜHARİBƏ ANONSU - “Putin Bakıdan möhlət istəyib...”

    Azərbaycan, Rusiya və Ermənistan seçki zolağından çıxandan sonra kritik gözlənti - may-iyuna verilən müharibə proqnozları; rusiyalı tanınmış  politoloq: “Bakı çoxdan və açıq şəkildə hamıya eyham vurur ki...”

    Muxalifet2 - 24-02-2018

Pages