Axtarış
The search found 105785 results in 0.15 seconds.
Search results
Yadplanetliləri ancaq bu ŞƏXSLƏR GÖRƏ BİLƏR - Alim AÇIQLADI
Yadplanetliləri ancaq fırıldaqçılar görür.
Muxalifət.az xəbər verir ki, bu fikirləri astoronom, professor Ethem Derman deyib.
Bu istiqamətdə çoxlu araşdırma apardığını qeyd edən E.Derman bu vaxta qədər teleskopların bir dəfə də olsun yadplanetli qeydə almadığını bildirib:
“Hər kəs yadplanetli gördüyünü deyir, amma 100-dən çox teleskopla bütün günü göyün şəklini çəkirik, bir dəfə də olsun yadplanetli qeydə almamışıq. Yadplanetliləri ancaq bu işdən qazanc əldə edən fırıldaqçılar görür, beynini bununla məşğul edən və bəzi ağlı başında insanları da inandırırlar”.Muxalifet2 - 23-02-2018
“Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan” –Əhmədinejad ev həbsinin bir addımlığında - TƏHLİL
İranın sərt siyasət – prinsipçi qrupları bir dəfə onu "üçüncü minilliyin möcüzəsi" adlandırıblar. Lakin sabiq prezident Mahmud Əhmədinejad, bir prinsipçinin sözlərinə, tədricən hakimiyyət zirvəsinə qalxanları xəcil edən, pozucu bir qüvvə, "Şeytanın nökəri" halına gəlib.
Muxalifet2 - 23-02-2018
Türkiyədən Baflerə ANİ HÜCUM: 100 mövqe azad edildi
Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Bafler kəndini terrorçulardan azad edib.
Muxalifət.az xəbər verir ki, bu barədə TSQ Baş Qərargahı məlumat yayıb.
Əməliyyat çərçivəsində TSQ və ASO indiyə qədər 100 mövqeni terrorçulardan təmizləyib və nəzarəti ələ keçirib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.Muxalifet2 - 23-02-2018
ABŞ-dan İraqa XƏBƏRDARLIQ: S-400 alsanız...
ABŞ dünya ölkələrinə, o cümlədən İraqa CATSAA qanunu çərçivəsində reaksiya veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib. Onun sözlərinə görə, ABŞ çalışdığı ölkələrin hamısını Rusiyadan silah almaması ilə bağlı xəbərdar edib.
Qeyd edək ki, bundan öncə Rusiya Suriya, İraq, Sudan və Misirin S-400 zenit-raket kompleksləri alacağını bildirmişdi./axar/
Muxalifet2 - 23-02-2018
Yazıb-oxumağı bilmir, icra hakimiyyətində şöbə müdiri işləyir – ZƏRDABDA TORPAQ QALMAQALI – Şikayət
Zərdab rayon Çallı kənd sakinləri Məmmədov Mehman Nizam oğlu və Məmmədov Fərrux Müslüm oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sakinlər yazırlar:
“Hörmətli Prezident! Hörmətli Mehriban xanım!Muxalifet - 23-02-2018
Polis Eldar Mahmudovun pullarını offşorlara ötürən bank barədə TƏHQİQATA BAŞLADI
Latviyanın dövlət bankı ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCEN) tərəfindən sanksiya tətbiq edilmiş “ABLV Bank” barədə təhqiqata başlayıb. Virtualaz.org Latviya mənbələrinə istinadən xəbər verir ki, təhqiqatı iqtisadi cinayətkarlığa qarşı mübarizə İdarəsi aparır.
Muxalifet2 - 23-02-2018
Ermənistan Ayaz Mütəllibovu beynəlxalq AXTARIŞA VERƏ BİLƏR
Ermənistanın “Adi soyqırım” təşkilatının rəhbəri Marina Qriqoryan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini təklif edib. Muxalifət.az xəbər verir ki, bu haqda “İravunk” qəzeti yazıb. Qriqoryanı belə təkliflə çıxış etməsinə səbəb Azərbaycan Baş Prokurorluğunun Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyanın Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarı səbəb olub.
Muxalifet2 - 23-02-2018
"Dedim, Taleh Bağırovu evdən qov..." - Nardaran işində ŞOK İFADƏ
2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Əbülfəz Bünyatov ifadə verib.Muxalifet2 - 23-02-2018
Azərbaycan Universitetinin saxta professoru TÜRKİYƏDƏ TUTULDU - 8 il xəstə qəbul edib
Azərbaycan Universitetinin saxta məzunu, özünü professor kimi təqdim edən şəxs Türkiyədə açdığı müalicə mərkəzində saxlanılıb.
Muxalifət.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Belə ki, 8 il saxta diplom və sertifikatlarla xəstə qəbul edən E.N.K adlı şəxsin yalanı xəstə şikayətləri əsasında üzə çıxıb. O sadəcə lisey məzunu olub.Muxalifet2 - 23-02-2018
Ərdoğan OD PÜSKÜRDÜ: Ay vicdansız, əxlaqsız...
Bir ölkənin Müdafiə Nazirliyinin sözçüsü çıxır və Afrində mülki insanların öldürüldüyünü deyir. Ay vicdansız, əxlaqsız, Şərqi Qutada hər gün yüzlərlə uşağın, qocanın alçaqcasına qətl edilməsindən kiçik bir narahatlıq keçirmirsən, ancaq terrorçulara qarşı aparılan mübarizədən narahatlıq keçirib, saxta xəbərlər yayırsan.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə mülki vətəndaşlarla terrorçular arasında fərq qoymasaydı, Afrin əməliyyatı çoxdan bitmişdi.Muxalifet2 - 23-02-2018
Şərqi Qutada Əsəd terrorunun dəhşətləri öz zirvəsinə çatıb:sakinlər və hətta ev heyvanları da soyqırımına düçar olublar- TƏHLİL
“Dəməşq sakinlərinin eşitdikləri səslər Suriya ərəb ordusunun terrorçularla mübarizə üçün Şərqi Qutaya yollanmasının nəticəsidir”.
Muxalifet2 - 23-02-2018
Söyüş söymədim, əlimlə bunu göstərdim - XALQ ARTİSTİ
Əgər filmin yayımının dayandırılmasının səbəbi prodüseri qane etməyən söyüşlər olubsa, onda hansı məntiqlə təqdimat keçirilib?!
Bu sözləri Kult.az-a rejissor Fehruz Şəmiyev dünən təqdimatı keçirilən “Güləhməd” filminin yayımının dayandırılmasına münasibət bildirərkən deyib.
Filmdə səsləndirilən söyüşlərə görə yayımın dayandırılmasının nə dərəcədə doğru olmasından danışan F.Şəmiyev bildirib ki, məsuliyyət prodüserin üzərindədir, çünki filmin sahibi odur:Muxalifet2 - 23-02-2018
ABŞ Əsədi hərbi müdaxilə ilə HƏDƏLƏDİ
Vaşinqton Suriyada münaqişənin hərbi yolla həlli variantını istisna etmir və bu ölkənin qüvvələrinə zərbələr endirmək hüququnu qoruyub-saxlayır.
Oxu.az bildirir ki, bubu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Çikaqo Universitetinin Politologiya İnstitutunda etdiyi çıxışı zamanı deyib.
“İstənilən situasiyanın qiymətləndirilməsi zamanı məsələnin hərbi həlli yolu heç vaxt istisna edilmir”, - deyə Heyli bildirib.Muxalifet2 - 23-02-2018
Ukraynada cinayətkar qruplaşmanın azərbaycanlı lideri TUTULDU
Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları beynəlxalq cinayət qruplaşma ilə mübarizə çərçivəsində Azərbaycan vətəndaşını saxlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti bildirib.
Azərbaycan vətəndaşının cinayətkar qruplaşmanın liderlərindən biri olduğu deyilir.
Qeyd edilir ki, o, ağır cinayətlərin törədilməsi, xüsusi halda cinayətkar qruplaşmanın tərkibində odlu silahın tətbiqi ilə hücumlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.Muxalifet2 - 23-02-2018
Tiflisdə Sorosun müqəvvası yandırıldı
Tiflisdə Açıq Cəmiyyət Fondunun ofisinin qarşısında Gürcü Marşının üzvləri etiraz aksiyası keçiriblər.
Muxalifət.az xəbər verir ki, aksiya zamanı onlar Corc Sorosun müqəvvasını yandırıblar.
Etirazçılar “Yaşasın xalq, düşmən ölsün” şüarları səsləndiriblər. Onlar Soros fondunun bağlanılmasını və qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsini istəyiblər. Etirazçılar bununla gürcü gəncliyini qoruya biləcəklərini söyləyiblər.Muxalifet2 - 23-02-2018
“ÖZ OYUNU”NU OYNAYAN ALMANİYA –Avropa niyə həmrəy ola bilmir? TƏHLİL
Həmrəylik olmadan Avropa irəliyə gedə bilməz. Heç bir realist bu fikirlə mübahisə etmir. Hər halda Avropanı həmrəyliyə çağırmaq – təkcə yaxşı reputasiya deyil. Bu çağırış Cənubi Avropadan gəlirsə və avrozonanın iqtisadi siyasəti ilə bağlıdırsa, onda əksər almanlar öz pul kisələrinin narahatlığını keçirməyə başlayırlar. Əgər Almaniyadan Polşaya, Macarıstana və ya Çexiyaya qaçqınların vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı öz töhfələrini vermək tələbi ilə çağırış edilirsə, onda həmin ölkələr buna hiddətlə cavab verirlər.
Muxalifet2 - 23-02-2018
Salyanda yasa getmək üçün Bakıda maşın oğurladı: Saxlanılanda POLİS GÖRDÜYÜNƏ İNANMADI
Qaradağ rayonu yaxınlığında gecə saatlarında maşın oğurluğu baş verib.
Muxalifet2 - 23-02-2018
Hərbi elita Putinə qarşı: SURİYADAN ÇIX!
ABŞ “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə zərbə endirməklə Moskvanı ağır vəziyyətə saldı.
Muxalifət.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.Muxalifet2 - 23-02-2018
İNSANSIZ TANKLARDAN "ZEYTUN BUDAĞI" ƏMƏLİYYATLARINDA İSTİFADƏ OLUNACAQ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "pilotsuz tank” istehsal edəcəyik” açıqlamasından sonra Müdafiə Sənayesi Müşavirliyindən (MSM) 20-dən artıq insansız tanklardan “Zeytun budağı” əməliyyatında istifadə olunacağı açıqlanıb.
Hurriyyet.org-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Müdafiə Sənayesi Müşavirliyinin “Tvitter” ünvanından açıqlama verərək bildirib ki, artıq bu yöndəki çalışmalar sürətləndirilib.Muxalifet2 - 23-02-2018
Türkiyə ordusu dünyanı HEYRƏTLƏNDİRDİ - Yalnız "Mehmetcik" BACARIR
Türkiyə ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatında peşəkarlığın növbəti nümunəsini nümayiş etdirdi.
Türkiyə Silahlı Qüvvələri Agfrinin cənubi-şərqində terror təşkilatına aid konvoyu qurudan vurmaqla bir imkansızı bacarıb.
Türkiyə KİV-inin yazdığına görə, hərəkət edən vasitələrin qurudan edilən atəşlə dəqiq vurulması az qala qeyri-mümkün işdir.
Hərəkət edən hədəflərin top və raket atəşləri ilə vurulması xarici ölkələrin orduları üçün qeyri-mümkün görünsə də, bu, Türkiyə ordusu üçün belə olmadığı deyilir.Muxalifet2 - 23-02-2018