Axtarış
The search found 105793 results in 0.141 seconds.
Search results
İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX).
Müsavat Partiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Məlumatda qeyd edilir ki, MKX-nin həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər.Muxalifet2 - 23-02-2018
Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim sadiq olub"
"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır: "ABŞ nizamlanma prosesinə daim sadiq olub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də insanlar həyatını itirir. Bu münaqişənin tez bir zamanda həlli vacibdir". (apa)Muxalifet2 - 23-02-2018
Bütün dünyaya göstərdik ki... – ƏRDOĞAN
Türkiyənin cənub sərhədlərini terror qruplaşmalarının təhdidlərindən qorumaqda inadkarlığını bütün dünyaya göstərdik.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəmizdə qonaq etdiyimiz suriyalı qardaşlarımızın burada yaşaması üçün əlimizdən gələni etdik. Suriyadakı hücumların bizim torpaqlarımıza qədər gəlib çatdığını gördük. “Fərat qalxanı” əməliyyatında 2 min kvadrat kilometrlik ərazi İŞİD terrorçularından təmizləndi. Burada yaşayan insanlar torpaqlarına qayıtdı. Bunu biz etdik”, - Ərdoğan bildirib.Muxalifet2 - 23-02-2018
ABŞ Dövlət Departamentinin sözçüsü: “Birlikdə çalışdığımız bəzi qruplar Afrinə doğru gedir”
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Afrinlə bağlı açıqlama verib. O, "birgə çalışdığımız bəzi qruplar Afrinə doğru gedir” deyib.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Nauert “Terror qruplaşması İŞİD-ə qarşı vuruşan ünsürlərin Afrinə doğru hərəkət etməyə başlayıb. Qərbdə birgə çalışdığımız bəzi qüvvələrin Afrinə tərəf getdiyini görürük” ifadələrini səsləndirib. Nauert deyib ki, Afrində baş verənlər diqqəti İŞİd-lə mücadilədən başqa səmtə yönəldib. Bu üzdən də İŞİD-lə gərəkdiyi kimi mücadilə aparılmır.
Muxalifet2 - 23-02-2018
Rus kəşfiyyatı kilsələri ələ keçirir - UKRAYNA
Rusiya xüsusi xidmət orqanları yaxın zamanlarda Ukrayna Provaslav Kilsəsinin dini təşkilatlarından provokasiya, dini məbədlərin ələ keçirilməsi üçün istifadə edəcək.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini Viktor Kononenko söyləyib.
“Onlar Ukraynadakı dini məbədləri ələ keçirməyi planlaşdırırlar. Bununla onlar Ukrayna Provaslav Kilsəsinə inananlar arasında konflikt yaratmaq istəyirlər”, – deyə o bildirib.Muxalifet2 - 23-02-2018
Bakıda intihar etmək üçün özünə iynə vuran gənc KOMAYA DÜŞDÜ
Bakıda gənc oğlan intihar etmək məqsədi ilə özünə yüksək dozada insulin iynəsi vurub.
Muxalifət.az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsindəki mənzillərdən birində qeydə alınıb. İyirmi beş yaşlı O.M. xəstəxanaya yerləşdirilib. O, koma vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 23-02-2018
Niderlandlı diplomat Türkiyə XİN-ə çağırılıb
Niderland parlamentinin nümayəndələr palatasının Osmanlı imperiyasında 1915-ci il hadisələrinin soyqırımı kimi tanınması barədə qərarından sonra bu ölkənin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, diplomata bu qərarla bağlı Türkiyənin narazılığı təqdim olunub.
“Biz niderlandlı siyasətçilərə tarixi siyasətə qatmamağı və Türkiyəyə qarşı qərəzli münasibətə yenidən baxmağı tövsiyə edirik”, - deyə Türkiyə XİN-in nümayəndəsi Hami Aksoy yazılı bəyanatında vurğulayıb.Muxalifet2 - 23-02-2018
AŞIQ ƏLƏSKƏRLƏ BAĞLI QALMAQAL BİR AZ DA BÖYÜDÜ – Rusiyanın Dövlət Arxivinin adından saxtakarlıq edildiyi üzə çıxdı (FOTOlar)
Xəbər verdiyimiz kimi, fevralın 4-də Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulmalaraının 30 illiyi ilə bağlı “Tural” şadlıq evində keçirilən "Yurd həsrəti" adlı anım tədbirində tədqiqatçı Sabutay Hacıyev Rusiya Dövlət Arxivinə istinad edərək, oradan sənəd əldə etdiyini və bu sənədin də tədqiqatçı, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin Aşıq Ələskərlə bağlı arxiv sənədləri ilə üzə çıxardığı faktları təkzib etdiyini bildirmişdi.
Muxalifet2 - 23-02-2018
İranda ayağa qalxan Sufi Qonabadi Dərvişləri kimdir?
İranın paytaxtı Tehranda bu həftə ərzində sufi təriqətinə bağlı Qonabadi Dərvişləri və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada 5 təhlükəsizlik əməkdaşı həlak olub.
Dərvişlərin təşkil etdiyi aksiyada baş verən münaqişədən sonra 300 nəfər sufi də saxlanıb. Hadisələr Qonabadi Dərvişlərinin bəzi nümayəndələrinin tutulmasına etiraz etməsiylə başlayıb.
Bir müddət sonra etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Muxalifet2 - 23-02-2018
Sumqayıtda yaşıllıq məhv edilir, yerində obyekt tikilir
Son illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir. Belə şəhərlərdən biri də Sumqayıtdı. 2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı. Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. Binalar əsaslı şəkildə təmir edilir. Yüzlərlə yaşayış binalarının zirzəmilərindən çirkab sular təmizlənib.
Muxalifet2 - 23-02-2018
Şagirdlərə qarşı 62 fiziki şiddət göstəricisi qeydə alınıb - STATİSTİKA
"Ötən il orta məktəblərdə müəllimlər tərəfindən şagirdlərə 47 mənəvi, 62 fiziki şiddət göstəricisi qeydə alınıb".
Bu sözləri "Məktəblinin dostu" layihəsi ilə bağlı tədbirdə jurnalistlərə açıqlama verən layihə rəhbəri Rüstəm Ağayev deyib. O bildirib ki, layihə çərçivəsində 2016-17-ci illərdə 117 müəllim-şagird münaqişəsi qeydə alınıb:Muxalifet2 - 23-02-2018
Komitə sədrinin maşın qalmaqalında KATİBİN SƏHVİ - Foto
Diasporla İş üzrə Dövlət Komitəsinə aid rəsmi “AA” seriayalı avtomobilin piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində park edilməsi kifayət qədər etiraza səbəb oldu. Komitənin mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı məlumat isə növbəti polemikalara imkan yaradıb.
Komitəsinin mətbuat katibi Elşad Miraləmin yaydığı açıqlamada bidirib ki, əslində avtomobil pandusun üzərinə çıxarılmayıb. Daha sonra əlavə edib ki, bir avtomobili pandusun üzərinə çıxarmaq fiziki baxımdan da mümkün deyil.
E.Miraləmin açıqlamasından sitat:Muxalifet2 - 23-02-2018
Pekinin yeni bombardmançısı ABŞ-ı DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO
Çin mütəxəssisləri ən yeni hipersəsli ağır bombardmançını hazırlayıblar.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “The Sun” nəşri yazıb.
Bombardmançı Pekin və Nyu-York arasındakı məsafənin iki saat ərzində qət edə bilər. O, saatda 6000 kilometrə qədər sürətə malikdir. Bu isə, səsin sürətindən beş dəfə daha sürətlidir.
Ekspertlər əmindirlər ki, Çin təyyarəni “güllələrdən bombalara qədər” hər şeylə yükləyə biləcək. Təyyarə Çin Elmlər Akademiyasının alimləri tərəfindən hazırlanıb.Muxalifet2 - 23-02-2018
DQİDK, DİN və DTX-dan birgə yoxlama - Foto
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.
Muxalifet2 - 23-02-2018
PUTİNDƏN SONRAKI DÖVRÜN DÖRD SSENARİSİ:Rusiya yeni "varis planı"na əl atacaq, yoxsa ömürlük prezidentə hazırlaşacaq? - TƏHLİL
Martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərinin nəticəsi əvvəldən bəllidir: Vladimir Putin sonrakı yerdə olan namizədlərdən 5-6 dəfə çox səs yığaraq qalib gələcək.
Rusiyada bugünkü seçkilər sovet dövründəkindən daha ədalətli, azad və ya rəqabətli deyil. Yeganə fərq – seçicilərin yalnız bir namizədə səs verməməsidir, çünki hazırda bir neçə namizəd var ki, bu da seçkiyə daha etimadlı görünüş yaradır.Muxalifet2 - 23-02-2018
Yazda əkinçi, qışda dilənçi – “ÖLƏN TƏKCƏ TORPAQ DEYİL...”
Azərbaycanın analoqu olmayan inkişafından danışan məmurlarımızdan fərqli olaraq, sadə vətəndaşların iqtisadi durumu hər gün pisləşməkdə davam edir. Hakimiyyət kreslolarında oturanlar isə özlərinin gəlirlərinin yüksək olduğuna gorə, bu vəziyyəti utanıb-cəkinmədən camaatın adından danışmaqdan həzz alırlar.
Muxalifet - 23-02-2018
Sumqayıtda lift qırıldı: BAŞÇI HƏRƏKƏTƏ KEÇDİ
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi ilə tanış olub.
Bu barədə Axar.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Muxalifet2 - 23-02-2018
Məktəbdə əxlaqsız video çəkənlərin adları... - Ekspert
Son bir ay ərzində paytaxt məktəblərində baş verən əxlaqsız olayların görüntülərinin yayılması ictimaiyyətdə narahatlıq yaradıb. Bir müddət öncə 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. əxlaqsız video paylaşmışdı. Bu olaya hüquqi qiymət verilməsinə, R.C.-nın barəsində cinayət işinin qaldırılmasına və həbsinə, bu əxlaqsızlığın ictimaiyyət tərəfindən kəskin qınanmasına rəğmən, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin qız şagirdinin açıq-saçıq şəklini həmin məktəbin müəllimi yaydı.
Muxalifet2 - 23-02-2018
Ərdoğan: "Bu yay Suriyadakı terrorçular üçün çox "isti" olacaq"
"Bu yay Suriyadakı terrorçular üçün çox "isti" olacaq".
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri əvvəlcə Afrini, sonra isə Suriyanın PYD və YPG terrorçularının nəzarətində olan digər ərazilərini azad edəcək:
"Suriya hakimiyyəti öz ərazilərini terrorçulardan azad etməyə qadir deyil".Muxalifet2 - 23-02-2018
Özünü yaşayış binasının damından atmaq istədi
Tərtər rayonunda bir nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən Publika.az-a verilən məlumata görə, Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.Muxalifet2 - 23-02-2018