Axtarış

The search found 105793 results in 0.049 seconds.

Search results

  1. “Türkiyə ilə Suriya arasında döyüş olmayacaq” - POLİTOLOQ

    Qabil Hüseynli: “Suriyanın elə böyük gücü yoxdur ki, Türkiyə ilə savaşa bilsin”
     
    Son günlər Suriyada proseslər daha da gərginləşib. Bəşər Əsədə bağlı silahlı qüvvələrin terrorçu YPG ilə anlaşaraq Afrinə girəcəkləri barədə xəbər yayılandan sonra Türkiyə Silahlı Qüvvələrinə “Afrinə doğru hərəkətdə olan istənilən hədəfi vurun” əmri verilib. Şübhəsiz, bu da Suriya-Türkiyə müharibəsinə gətirib çıxara bilər.

    Muxalifet2 - 22-02-2018

  2. ​Vəkillər Kollegiyası yeni bina ilə TƏMİN OLUNACAQ

    Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə binalar ayrılacaq.
    Nazirlər Kabineti iki ay ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Bakıda bina ilə təmin olunmasını təmin edəcək.
    APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.

    Muxalifet2 - 22-02-2018

  3. ​MSK-dan seçkilərlə bağlı BƏYANAT: Ödənişsiz efir vaxtı...

    Aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
    Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
    Məlumata əsasən, namizədlər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, ”Xalq qəzeti”, və “Bakinski raboçi” qəzetlərində ödənişsiz seçkiqabağı təşviqat apara bilərlər.

    Muxalifet2 - 22-02-2018

  4. Əsəd ordusu bir neçə saata o əraziyə girəcək - Gizli razılıq

    YPG terror qruplaşması Tel Rıfat qəsəbəsini Bəşər Əsəd rejiminə təhvil verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Suriya hərbi dairələri məlumat yayıb.
    Bildirilib ki, bununla bağlı tərəflər arasında gizli razılıq əldə olunub və yaxın saatlarda Əsəd ordusu sözügedən əraziyə daxil olacaq.
    Qeyd edək ki, daha əvvəl YPG tərəfindən Hələb mərkəzindəki ərazilərin rejim qüvvələrinə verildiyi barədə məlumat yayılmışdı.
     

    Muxalifet3 - 22-02-2018

  5. ​Naxçıvanda heyvandarlığın inkişafına üç milyon manat ayrılıb

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet3 - 22-02-2018

  6. “Porsche GT3 RS” modeli yeniləndi

    “Porsche” şirkəti yeni “911 GT3 RS” modelini yeniləyib.
    Muxalifet.az xəbər verir ki, yeni gücləndirilmiş mühərrik, arxa təkərlərin idarəetmə sisteminin yenilənməsi və digər əlavələr avtomobili daha da gözəl edir.
    İdman üslublu avtomobil yerindən 100 km/saat sürəti cəmi 3.2 saniyəyə əldə edir. Yenilənmiş modelin maksimal sürəti 312 km/saatdır.
    Avtomobilin qanadları, kapotu, qapı panelləri və idman üslublu oturacaqları karbondan hazırlanıb.

    Muxalifet3 - 22-02-2018

  7. ​Keçmiş məhkum Şirvanda yaxalandı

    Şirvan sakinindən satış məqsədilə əldə edilən narkotik vasitə olan heroin götürülüb.
    DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində fevralın 21-də növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Muxalifet3 - 22-02-2018

  8. Koalisiyadan etiraf: 841 dinc sakini öldürdük

    ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya və İraqda apardığı hərbi əməliyyatlarda 800-dən çox dinc sakini öldürdüyünü etiraf edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    “Birgə Əməliyyatlar Mərkəzinin əldə etdiyi bilgilərə istinad edərək söyləmək mümkündür ki, koalisiya başlatdığı əməliyyatlardan bu günə kimi 841 dinc sakinin həyatına son qoyub”, - bildirilib.
    Həmçinin qeyd edilib ki, mülki şəxslərin ölümü ilə bağlı 485 məktub da araşdırılır.
     

    Muxalifet3 - 22-02-2018

  9. Rusiya böyük faciədən döndü - Genişmiqyaslı əməliyyat

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburq şəhərində teraktın qarşısını alıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Bildirilib ki, Mərkəzi Asiyadan olan adı çəkilməyən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
    O, nəqliyyat infrastrukturunu və insanların kütləvi toplaşdığı yerləri hədəf almağı planlaşdırıbmış.
    FTX bununla bağlı əməliyyat tədbirlərini davam etdirir.
     

    Muxalifet3 - 22-02-2018

  10. ​877 tələbə bir ali məktəbdən digərinə köçürülüb

    Təhsil Nazirliyi bu il transfer.edu.az portalı vasitəsilə keçirdiyi tələbə köçürmələri zamanı 877 tələbənin köçürülməsinə icazə verib.
    Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

    Muxalifet3 - 22-02-2018

  11. ​Azərbaycana turist axını 16% artıb

    Bu ilin yanvar ayında Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və yaxud ötən ilin eyni ayı ilə müqayisədə 16,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
    Muxalifet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
    Məlumata görə, gələnlərin 30,7%-i Rusiya, 24,5 %-i Gürcüstan, 13%-i Türkiyə, 7,2%-i İran, 4,4%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,2%-i Ukrayna, 1,7%-i İraq, 16,2%-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70%-ni kişilər, 30%-ni isə qadınlar təşkil edib.

    Muxalifet3 - 22-02-2018

  12. Qarabağda 9 erməni əsgəri öldü

    İl başlayandan fevralın 22-dək Ermənistan Silahlı Qüvvələrinin 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölüb.
    Muxalifet.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
    Qeyd edək ki, fevralın 22-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri, 1998-ci il təvəllüdlü Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb.
     

    Muxalifet3 - 22-02-2018

  13. ​Rusiya 1 gündən sonra donacaq - Anomal soyuqlar

    Yaxın vaxtlarda Rusiyanın mərkəzi əyalətlərində -35 dərəcəyə qədər şaxtaların olması gözlənilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional xidməti məlumat yayıb.
    “Hidrometerologiya Departamentinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 23-28 fevral tarixlərində Rusiyanın mərkəzi hissəsində və Vladimir əyalətində havanın temperaturu kəskin şəkildə enəcək”, - məlumatda bildirilib.
    Xüsusilə, Tver və Yaroslavl əyatlərində daha kəskin şaxtanın olması ehtimal edilir.
     

    Muxalifet3 - 22-02-2018

  14. Azərbaycan gimnastından Rusiyada böyük uğur

    Batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Rusiyanın Yaroslavl şəhərində “Rusiya-Azərbaycan Dostluq Kuboku-2018” turnirində qızıl medal qazanıb.
    Muxalifet.az xəbər verir ki, 22 yaşlı idmançı 79.2 xalla birinci olub.
    Tamblinq cığırında növbəti medalı 11-12 yaşlı uşaqlar arasında çıxış edən Bilal Qurbanov əldə edib. O, final mərhələsində topladığı 59.8 xalla “bürünc”ə layiq görülüb.
     

    Muxalifet3 - 22-02-2018

  15. ​Sobçak seçki kampaniyasına 92 milyon xərclədi

    Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak seçki kampaniyasına 92 milyon rubl vəsait xərcləyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
    Bildirilib ki, Sobçakın seçki hesabı 139,7 milyon rubldan artıqdır və fevralın 20-dək 92 milyon rubl xərclənib.
    Qeyd edək ki, martın 18-də Rusiyada prezident seçkiləri baş tutacaq.
     

    Muxalifet3 - 22-02-2018

  16. ​Hökumətlərarası iclas: Azərbaycan və Misir...

    Bu gün Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.
    İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, iclasda Müştərək Komissiyada həmsədrlər – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.

    Muxalifet3 - 22-02-2018

  17. ​Tanınmış məşqçinin səhhəti ağırlaşdı

    Atamın vəziyyəti ağırlaşıb. Durumu yaxşı deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri apa -ya açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.
    Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan "Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bir neçə gün öncə "Modern Hospital”a köçürülüb. "Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunun getdikcə yaxşılaşacağı güman edilsə də, əksinə olub. Belə ki, təcrübəli məşqçinin vəziyyəti gündən-günə ağırlaşır.

    Muxalifet3 - 22-02-2018

  18. ​Atəşfəşanlıq 51 nəfərin həyatına son qoydu

    Çinin müxtəlif şəhərlərində “Çuncie” (Bahar bayramı) bayramı münasibətilə keçirilən atəşfəşanlıq tədbirlərində 51 nəfər həlak olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik qurumu məlumat yayıb.
    Bildirilib ki, 51 nəfər müxtəlif cür fişənglərin və partlayıcı oyuncaqların yaratdığı yanğınlar nəticəsində ölüb.
    Daha 9 nəfərin də xəsarətlər aldığı bildirilib.
    Qeyd edək ki, hər il bu bayramda keçirilən atəşfəşanlıq onlarla insan həlak olur.
     

    Muxalifet3 - 22-02-2018

  19. ​Dünyanı lərzəyə salan Türk ordusu sərhəd tanımır - SON DƏQİQƏ

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Afrinin qərbində daha 3 kəndi terrorçulardan azad edib.

    Muxalifet.az xəbər verir ki, Zəhra, Aşağı Korqan və Yuxarı Korqan kəndləri YPG-dən təmizlənib.
    Beləliklə, bu gün azad edilən kəndlərin sayı 8-ə çatıb.
    Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı 34 gündür ki, davam edir.
     

    Muxalifet3 - 22-02-2018

  20. ​Bütün bəşəriyyətin Türkiyəyə ehtiyacı var - Nazir

    Biz öz avtomobilimizi və təyyarəmizi istehsal edəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
    “Bu gün hərbi sənayedə 60 faizlik uğura necə çatmışıqsa, gələcəkdə bundan daha yaxşı nəticələr əldə edəcəyik. Nə edirlərsə, etsinlər. İstənilən fitnə-fəsad törətsinlər. Biz dünyanın 10 ən böyük dövlətindən biri olacağıq. Buna sadəcə bizim deyil, bütün bəşəriyyətin ehtiyacı var”, - nazir bildirib.
     

    Muxalifet3 - 22-02-2018

Pages