Axtarış

The search found 105785 results in 0.149 seconds.

Search results

  1. ​Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıb - FOTO

    Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb.
    Muxalifət.az xəbər verir ki, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
    Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.
    Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib./report/

    Muxalifet2 - 24-02-2018

  2. ​Putinin hədəfi: Ukrayna buna görə cəzalandı - ƏHMƏD ZAKAYEV

    Rusiya Prezidenti Vladimir Putin yox olan imperiyanı bərpa etmək üçün Ukraynada müharibə başlatdı.
    Muxalifət.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində İçkeriya Çeçen Respublikasının mühacir hökumətinin rəhbəri Əhməd Zakayev söyləyib. Onun sözlərinə görə, Çeçenistanın ələ keçirilməsindən Moskva özünə Ukraynanı da qatmaqla Rusiya imperiyasını bərpa etmək istəyirdi:

    Muxalifet2 - 24-02-2018

  3. Ramiz Mirzəyevin bacısının və yeznəsinin öldürüldüyü məlum oldu - TƏFƏRRÜAT - YENİLƏNİB

    Tovuzdakı yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədovun sui-qəsd nəticəsində öldüyü ehtimalı irəli sürülüb.
    Axar.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, mərhum Mirzəyevlərin evində insan ölümünə səbəb olan yanğın baş verməyib. Rəsmi məlumatda da göstərildiyi kimi, F.Məmmədovun çarpayısının ətrafı 4 kv/m, F.Mirzəyevanın olduğu divan isə qismən yanıb.

    Muxalifet2 - 24-02-2018

  4. ​NATO qərargahına bombalı hücum – ÖLƏN VƏ YARALANANLAR VAR

    Əfqanıstanda bu gün 3 dəfə ard-arda partlayış hadisələri baş verib.
    Muxalifət.az xəbər verir ki, paytaxt Kabildə kamikadze özünü NATO-nun və ABŞ səfirliyinin yerləşdiyi binanın yaxınlığında partladıb.
    Rəsmi açıqlamalara görə, hadisə zamanı ən az 1 nəfər həlak oub. Xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır.
    Helmand vilayətində ard-arda baş verən partlayışlarda 3 təhlükəsizlik xidməti əməkdaşı həlak olub, çox sayda dinc sakin yaralanıb.
    Hücumun məsuliyyətini Taliban terror təşkilatı öz üzərinə götürüb.

    Muxalifet2 - 24-02-2018

  5. “WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ - Bu mesajı açmayın - FOTO

    "WhatsApp”da yeni virus yayılıb.
    Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, virus istifadəçilərə mesaj şəkilində göndərilir.
    Belə ki, ismarıcda guya Azərbaycan Respublikası Milli Məsclisində alınan son qərara əsasən vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması üçün ailələrə müavinət veriləcəyi bildirilir.
    Qeydiyyatdan keçmək üçün ismarıcda qeyd olunan linkə daxil olmaq tələb olunur. Belə olan halda isə "WhatsApp” istifadəçisinin hesabı ələ keçirilir.

    Muxalifet2 - 24-02-2018

  6. ​560 minə yaxın şəxsin müavinəti artırılır - AÇIQLAMA

    Azərbaycan Prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq.
    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyindən açıqlama verilib.

    Muxalifet2 - 24-02-2018

  7. KİM XANƏDANINDA İKİNCİ ADAM: Şimali Koreyada nüfuzu qardaşından da böyük, gülərüz və hikkəli lider bacısı - ARAŞDIRMA

    Pyonçanda keçirilən qış Olimpiya Oyunları elə bir atmosfer yaradıb ki, sanki artıq dünya xəritəsində nə “Şimali Koreya” adlı ölkə, nə də bu yaxınlara qədər ballistik raketləri və nüvə arsenalı ilə ürəkləri ağızlara gətirdən Kim Dzyan (Çen) In adlı lider var. Hətta Olimpiadanın açılış mərasimində ABŞ vitse-prezidenti Pens və Trampın “dəli oğlan” adı verdiyi şəxsin bacısı Kim Yo Inı görmək belə ağılları əməlli-başlı çaşdırır. Nəhayət, ortaya belə bir sual çıxır: oyun bitdimi?

    Muxalifet2 - 24-02-2018

  8. Əgər Rusiya və Çin bunu etsə... – ABŞ HƏDƏLƏDİ

    ABŞ Rusiya və Çin gəmilərini öz qara siyahısına salmağa hazırdır.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib.
     “Bizim əsas istəyimiz Rusiya və Çin gəmilərinin Şimali Koreyaya qarşı sanksiyaları yarmamasıdır. Əgər bu baş versə, biz onları qara siyahıya salmağa hazırıq. Sanksiyaları pozan gəmilərin kimə məxsus olması bizim üçün əhəmiyyətli deyil”, – deyə o bildirib.

    Muxalifet2 - 24-02-2018

  9. Türkiyədə 3 ardıcıl ZƏLZƏLƏ BAŞ VERDİ

    Türkiyənin İzmir körfəzində 3,5 bal gücündə zəlzələ baş verib.
    Muxalifət.az xəbər verir ki, zəlzələ yerli vaxtla 05:16-da qeydə alınıb.
    Zəlzələnin 12,9 kilometr dərinlikdə baş verdiyi vurğulanıb. Bu zəlzələdən sonra İzmir körfəzində 2,7 və 3,2 bal gücündə iki təkan qeydə alınıb.

    Muxalifet2 - 24-02-2018

  10. ​Köçəryan xalqına atəş açmaq əmrini Moskvadan almışdı

    2008-ci il prezident seçkisindən sonra Robert Köçəryan həm Levon Ter-Petrosyanın küçələrdəki tərəfdarlarının öhdəsindən gəlməyə, həm də cinayətlər vasitəsilə yeni prezident Serj Sərkisyanı özündən asılı vəziyyətə salmağa çalışırdı.
    Bu sözlər erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.

    Muxalifet2 - 24-02-2018

  11. TÜRKİYƏDƏ BU MATÇ TARİXƏ DÜŞDÜ

    Ötən gün Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilib. 
    Teleqraf.com xəbər verir ki, “Bursaspor”la qarşılaşan “Qalatasaray” böyük hesabla qələbə qazanıb. 
    5-0 hesabı ilə bitən oyun tarixə düşüb. “Bursaspor” futbolçuları 90 dəqiqə ərzində “Qalatasaray”ın cərimə meydançasına daxil ola bilməyiblər.

    Muxalifet2 - 24-02-2018

  12. “Azərbaycan dövlətində dəyişiklik yavaş-yavaş başlayır” – HÜQUQ MÜDAFİƏÇİSİ

    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təyin edilməsindən 1 il ötür.
    Xatırladaq ki, Mehriban xanım Əliyeva 2017-ci il fevarlın 21-də Birinci vitse-prezident təyin olunub.
    Bu müddət ərzində vitse-prezidentlik institunun strukturu formalaşıb, Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov və onun müavinləri Mehdi Dadaşov və Fariz Rzayev, eyni zamanda Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov, Gündüz Kərimov Birinci vitse-prezidentin köməkçiləri təyin olunub.

    Muxalifet - 24-02-2018

  13. Litvada möhtəşəm Xocalı FLAŞMOBU - VİDEO

    Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş flaşmob keçiriblər.
    Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.

    Muxalifet2 - 24-02-2018

  14. ​ABŞ-dan Ankaraya YENİ TƏKLİF: Nə olur-olsun...

    Rusiyadan S-400 hava müdafiə sistemi alacağı təqdirdə Türkiyənin ABŞ sanksiyalarına məruz qalacağı haqda müzakirə getdiyi ərəfədə Vaşinqton Ankaraya alternativ əməkdaşlıq mesajı verib.
    ABŞ tərəfi Türkiyəyə hava məkanının müdafiəsi üçün birgə işləməyi təklif edib.
    ABŞ administrasiyasının adı çəkilməyən rəsmisi Türkiyənin “Hürriyyət” qəzetinə deyib ki, təklif dövlət katibi Reks Tillersonun Ankara səfəri zamanı təqdim edilib.
    Məlumata görə, Türkiyə ilə ABŞ arasında problemlərin müzakirəsi və həlli üçün qurulacaq mexanizm çərçivəsində bu məsələ də diqqətdə olacaq.

    Muxalifet2 - 24-02-2018

  15. ​Azərbaycanda bu aparıcılar EFİRDƏN GETDİ

    Yerli telekanalların bir-biri ilə etdiyi reytinq savaşı davam edir.
    Oxu.az xəbər verir ki, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.
    Xəzər TV-də yayımlanan "Oyan Azərbaycan”ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.

    Muxalifet2 - 24-02-2018

  16. ​"Kürd Yaşar" və dəstəsi YAXALANDI

    Türkiyənin Aksaray vilayətində polis soyğunçuluq, silahla yaralama, narkotik ticarəti, adam qaçırma və digər onlarla cinayətdə şübhəli bilinən “Kürd Yaşar” ləqəbli Yaşar Koçak və onun 23 nəfərlik dəstəsini zərərsizləşdirib.
    Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat səhər saatlarında Aksarayın mərkəzi Ortaköy qəsəbəsində və kəndlərdə həyata keçirilib.

    Muxalifet2 - 24-02-2018

  17. ​Baş nazirin oğlunun ölümü: CİNAYƏT İŞİ BAĞLANDI

    Türkiyə prokurorluğu sabiq Baş nazir Məsud Yılmazın oğlu Məhmət Yavuz Yılmazın intiharı ilə bağlı cinayət işinə xitam verib.
    Teleqraf.com xəbər verir ki, ölkənin sabiq baş nazirinin oğlu Məhmət Yavuz Yılmaz Bəykozdakı evində ölü tapılmışdı. Onun intihar etdiyi bildirilirdi.
    Prokurorluğun araşdırmasında qeyd edilib ki, Məhmət Yavuz Yılmazın həyatına son qoymasında başqa şəxslərin günahı yoxdur.

    Muxalifet2 - 24-02-2018

  18. ​TRAMP: Sanksiyalar işləməsə, ikinci fazaya keçəcəyik

    Əgər sanksiyalar işləməsə, biz Şimali Koreyaya qarşı fəaliyyətin ikinci fazasına keçəcəyik.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.
     “Məhz bu kartı oynayacağımı düşünmürəm. Əgər sanksiyalar işləməsə, o zaman ikinci fazaya keçməyə məcbur olacağıq. İkinci faza dünya üçün çox sərt və kədərli ola bilər. Ümid edirəm ki, sanksiyalar işləyəcək”, – deyə o bildirib.
    Qeyd edək ki, ABŞ dünən Pxenyana qarşı sanksiyaları genişləndirib. Sanksiyalar həmçinin Çin şirkətlərinə qarşı da yönəlib.

    Muxalifet2 - 24-02-2018

  19. ​Almaniyadan Kanadaya OLAY İSMARIŞ: "Onları qucaqlayın, isti şokolad verin"

    Almaniyann Xarici İşlər Nazirliyi rəsmi tvitter hesabından maraqlı paylaşım edib.
    Muxalifət.az xəbər verir ki, Almaniya Buz Xokkeyi Milli Komandasının 2018 Qış Olimpiya Oyunlarında Kanada millisini məğlub etməsi ölkədə böyük əks-səda ilə qarşılanıb.

    Muxalifet2 - 24-02-2018

  20. Keçmiş baş prokuror HƏBS EDİLDİ - Özbəkistanda

    Özbəkistan Baş Prokurorluğu keçmiş baş prokuror Raşitjon Kadirov saxlanılıb.
    Trend-in məlumatına görə, Raşitjon Kadirov rüşvətxorluq, hakimiyyət səlahiyyətlərindən sui-istifadə və mənimsəmə maddələri üzrə ittiham edilir.
    Kadirov 2000-2015-ci illərdə Baş prokuror işləyib, sonra isə Konstitusiya məhkəməsinin hakimi seçilib (2015−2017).
    Hazırda faktla bağlı təhqiqat aparılır.

    Muxalifet2 - 24-02-2018

Pages