Axtarış

The search found 105785 results in 0.064 seconds.

Search results

  1. ​Tramp miqrantları növbəti dəfə AŞAĞILADI

    ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara gələn miqrantları növbəti dəfə aşağılayaraq onları sinədə bəslənilən ilana bənzədib.
    Muxalifət.az xəbər verir ki, Ağ Ev rəhbəri ona Amerikanı sevən və işləyən insanların lazım olduğunu bildirib.
    Vaşinqtonda islahatçıların qarşısında çıxış edən prezident miqrasiya mövzusuna toxunarkən əmin edib ki, o, ölkəyə gələrək işləyən insanları sevir. Hansılar ki, onlar da amerikalıları sevir, təhlükəsizliklərini və birliklərini istəyirlər.

    Muxalifet2 - 24-02-2018

  2. ​Jirinovski: Vurulan hər təyyarəyə görə bir baza MƏHV EDƏCƏM

    Yaxın zamanlarda hər kəsi məcbur edəcəm ki, Rusiyaya hörmət etsinlər.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
     “İstərdim ki, bizim ölkə heç vaxt heç nəyi bağışlamasın. Bu qəbuledilməzdir. Mən hər kəsi ölkəyə hörmət etməyə məcbur edəcəyəm. Bundan sonra heç kim rus təyyarəsini vurmağa cəsarət etməyəcək. Vurulan hər təyyarəyə görə aqressorun mərmisinin havalandığı bir aviabaza məhv ediləcək.

    Muxalifet2 - 24-02-2018

  3. ​Əməkdar jurnalistlərin təqaüdləri artırıldı – RƏSMİ

    Prezidentin sərəncamı “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq.
    Bu sözləri bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Musavat.com-a açıqlamasında bildirib.
    Qeyd edək ki, fevralın 22-də prezidentin sərəncamı ilə fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlər artırılıb.

    Muxalifet2 - 24-02-2018

  4. Oqtay Əsədov böyük əfvin anonsunu verdi

    Parlament bir neçə qanuna əlavə və dəyişiklər etdi; Spiker Oqtay Əsədov və birinci vitse-spikerdən komitə sədri Ziyad Səmədzadənin təqdim etdiyi qanun layihələrinə iradlar
    Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov bildirdi ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun 80 yaşı tamam olub. Spiker bu münasibətlə ölkə prezidenti İlham Əliyevin ağsaqqal deputatı Azərbaycanın ali ordeni ilə təltif etdiyini bildirdi.

    Muxalifet2 - 24-02-2018

  5. ​Polis maşını qəzaya düşdü - XƏSARƏT ALANLAR VAR

    Ağsu rayonunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
    Muxalifət.az xəbər verir ki, hadisə Ağsu şəhərinin mərkəzində, “Şlanba” adlanan ərazidəki işıqforda qeydə alınıb.

    Muxalifet2 - 24-02-2018

  6. ​Tovuzda yanğın: ÖLƏNLƏR VAR

    Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb.
    Report-un məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
    Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.
    Yanğın nəticəsində onların övladları da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 24-02-2018

  7. ​Donald Trampın daha bir keçmiş MÜŞAVİRİ İLİŞİB:“Amerikadan xəbərsiz xarici hökumətə işləmişik”

    ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri və “Rusiya işi”nin fiqurantlarından biri Riçard Geyts ABŞ-a qarşı işbirliyində və 30 milyon dollar məbləğində vergi ödəməkdən yayınmaqda özünü günahkar bilib.
    Strateq.az xarici nəşrə istinadən bildirir ki, o, işin ikinci fiqurantı – prezidentin seçkin qərargahının keçmiş başçısı Pol Manfortun göstərişilə hərəkət etdiyini bildirib. Onlar ABŞ-da lobbiçilik fəaliyyəti aparılması faktlarını gizlədərək Amerika idarələrinə dəfələrlə birlikdə yalan məlumat təqdim ediblər.

    Muxalifet2 - 24-02-2018

  8. ​Məzahir Pənahova AĞIR İTKİ

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova ağır itki üz verib.
    MSK sədrinin qardaşı Mahir Pənahov vəfat edib.
    O, uzun sürən xəstəlikdən sonra 58 yaşında dünyasını dəyişib.
    Mahir Pənahov Vergilər Nazirliyində işləyib. (report)

    Muxalifet2 - 24-02-2018

  9. ​"Zeytun budağı" ƏN KRİTİK MƏRHƏLƏSİNDƏ - Bombardman başladı

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyadakı terrorçulara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 36-cı günündə uğurla davam edir.
    Cinderes bölgəsindəki terrorçu mövqeləri türk helikopterləri tərəfindən gecə boyunca bombardman altında saxlanılıb. Qırıcı təyyarələr isə Məbədli və Şərandakı hədəfləri məhv edib.
    Afrin şəhərinin şərqindəki Təl Rüfət bölgəsindən YPG-li terrorçular geri çəkilib və Bəşər Əsədin qüvvələri həmin bölgəyə daxil olub.

    Muxalifet2 - 24-02-2018

  10. ​DİM müsahibənin nəticələrini AÇIQLADI

    Dövlət İmtahan Mərkəzi (DİM )tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.
    DİM-dən verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 17 müxtəlif yerdə təşkil edilmişdir. Mingəçevirdə isə müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq.

    Muxalifet2 - 24-02-2018

  11. Dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil kimindir?

    “Şəkildə gördüyünüz super avtomobilin modeli Mercedes–Benz S Class olsa da, Brabus şirkəti tərəfindən xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir".
    Hurriyyet.org xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu “feysbuk” səhifəsində qeyd edib.

    Muxalifet2 - 24-02-2018

  12. ​Çeçenlər “xalq düşməni” sayıldı, sürgün edildi... - KADIROV

    Bu sözləri öz Teleqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşıb.
     “Çeçen xalqının tarixində çoxlu faciəvi hadisələr olub. Lakin bu savaşlardan heç biri Stalinin çeçen xalqına qarşı repressiyaları ilə müqayisə ediləcək səviyyədə deyil. Ona əbədi lənət olsun. Döyüşkən, vətənpərvər çeçen xalqı xalq düşməni adlandırıldı. Biz milli faciəmizi xatırlayırıq, amma yeni Rusiya qururuq”, – deyə o bildirib.

    Muxalifet2 - 24-02-2018

  13. ​“Taliban” hücum etdi- 25 hərbçi ÖLDÜRÜLDÜ

    Əfqanıstanın cənub-qərbində Fərəh vilayətində "Taliban" radikal hərəkatının silahlıları hərbi bazaya hücum ediblər.
    Trend-in məlumatına görə, hücum nəticəsində azı 25 Əfqanıstan hərbçisinin həlak olduğu bilirilib.
    Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.
    Daha sonra isə Gilmənd vilayətində güclü partlayış baş verib. Həmin partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

    Muxalifet2 - 24-02-2018

  14. “Siyasətçilərin populizmi iqtisadi qanunauyğunluqları üstələyir” - Məhəmməd TALIBLI

    “Hökumətlərin qısa müddətli uğurlarına uzaqgörən və iqtisadi təfəkkürü olanlar sevinməz. Bizim iqtisadiyyatda yaranmış tənəzzül elementləri çətin günə saxlanılan resurslar hesabına neytrallaşdırır.
    Beləliklə bu cür ”yanğınsöndürmə” əməliyyatı sizdə sabaha yalançı ümid yaratmasın”.
    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı Məhəmməd Talıblı deyib.
     
    “Rəqabət təkəri sıradan çıxmış bu maşının qəzasının bədəlini növbəti nəsillər ödəyəcək”
     

    Muxalifet2 - 24-02-2018

  15. ​Bakıda qanunsuz agac kəsən şəxsi polis saxladı

    Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.
    Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.
    24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

    Muxalifet2 - 24-02-2018

  16. ​GÜRCÜDƏN GERİDƏ, TACİKDƏN ÖNDƏ - Korrupsiya siyahılarının “zirzəmisinə” layiqikmi?

    “Beynəlxalq şəffaflıq” təşkilatı 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb. Azərbaycan hesabatda 31 balla 180 ölkə arasında 122-ci sırada yer alıb. 2016-cı ildə isə ölkəmiz 30 balla 176 ölkə sırasında 123-ci yeri tutmuşdu. Yəni yaxşılığa doğru cəmi simvolik bir pillə irəliləyə bilmişik. Ölkəmiz adına heç də qürurverici hadisə deyil bu. Və təəssüf ki, futbol üzrə millimizin dünya sıralamasında tutduğu yerlərə öyrəşdiyimiz kimi, bu cür siyahılarda da qərarlaşdığımız mövqelərə artıq adət etmişik…

    Muxalifet2 - 24-02-2018

  17. ​Mərkəzi Klinika: İsa Qəmbərin həkimə müraciəti ürəyində yaranan problemlə bağlı deyil

    Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.
    Xəstəxanadan “Report”a verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.
    Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: “Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edirlər. Ürəklə bağlı vaxtaşırı müayinələrdən keçir və kardioloji problemi yoxdur”.

    Muxalifet2 - 24-02-2018

  18. GƏNC ŞAİR İNTİHARA CƏHD ETDİ

    Cabbar Çətin kimi tanınan gənc şairin intihar etməsi barədə xəbər yayılıb.
    Teleqraf.com xəbər verir ki, bu barədə şairin dostları Feysbuk hesablarında yazıblar.
    Hadisənin harada və necə baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
    Şairin yaxınlarından olan Dəniz Bağırovanın verdiyi məlumata görə, şair gecə saatlarında özünü dənizə atıb. Ərazidə xidmət göstərən polis əməkdaşları onu ölümdən xilas edə bilib. O, Sumqayıt Tarvmatologiya Xəstəxanasına gətirilib və səhər saatlarında evə buraxılıb.
    Həyatına təhlükə olmasa da, psixi durumu yerində deyil.

    Muxalifet2 - 24-02-2018

  19. TRAMP: Kimin ağlına gələrdi ki, İran...

    İranla nüvə razılaşması dəhşətdir.
    Muxalifət.az xəbər verir ki, bunu Vaşinqtonda təşkil olunan mühafizəkarlar konfransında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib.
    “Kimin ağlına gələrdi ki, siz heç vaxt bizə hörmət etməyən ölkəyə 150 milyon dollar verəcəksiniz. Con Kerri mənim indiyə qədər rast gəldiyim danışıqlar üzrə ən pis nümayəndədir”, – deyə o bildirib.

    Muxalifet2 - 24-02-2018

  20. ​Kuçma sükutu pozdu, ÖLKƏSİNİ AŞAĞILADI – Müsahibə

    Eks-prezident Leonid Kuçma Ukraynanın heç zaman mükəmməl dövlət olmadığını, ölkə xalqının isə bu gün dəhşətli vəziyyətə düşdüyünü bildirib.
    Teleqraf.com xəbər verir ki, Ukraina.ru-ya müsahibə verən Leonid Kuçma daha sonra deyib:
    “Ukrayna sözün əsl mənasında dövlət olmayıb, ukraynalıların bugünkü vəziyyəti isə dəhşətlidir. Bizim borcumuz ümumdaxili məhsulun 75 faizini təşkil edir. Bu, dəhşətdir. Bəs bu borcu kim ödəyəcək? Əgər Beynəlxalq Valyuta Fondu pul verməsə, defolt elan olunacaq?”

    Muxalifet2 - 24-02-2018

Pages