Axtarış
The search found 105785 results in 0.075 seconds.
Search results
Kremldən Paris və Berlinə vacib zəng – BMT qətnaməsi
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən informasiya yayılıb.
Liderlərin telefon danışığı zamanı BMT-nin Suriyada bir aylıq atəşkəs elan edilməsi ilə bağlı qətnaməsi və Şərqi Qutadakı vəziyyət müzakirə edilib. Putin həmçinin Merkel və Makrona Rusiyanın Suriyada həyata keçirdiyi dinc sakinlərin təxliyə prosesi və humanitar yardımların çatdırılması barədə informasiya verib.
Muxalifet3 - 25-02-2018
Moskvada bomba həyəcanı: Ticarət mərkəzi boşaldıldı
Rusiyanın paytaxtı Moskvada yerləşən “Oxotniy Ryad” ticarət mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.
Muxalifet.az xəbər verir ki, bu məlumatdan dərhal sonra 4 minə yaxın insan ticarət mərkəzinin yerləşdiyi binadan təxliyə edilib.
Hazırda bombanın tapılması istiqamətində axtarışlar aparılır.
Muxalifet3 - 25-02-2018
Rektordan Xocalı ilə bağlı rüsvayçı səhv - Foto
Azərbaycan Universitetinin Xocalı soyqırımı ilə bağlı keçirdiyi mərasimdə rektor Səadət Əliyevanın çıxışında ciddi yanlış nədənsə nəzərlərdən yayınıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, fevralın 23-də Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdən hazırlanan və universitetin rəsmi saytında da yerləşdiriləm məlumatda utancverici səhvə yol verilib. Rektor Səadət Əliyeva bildirib ki, 1992-ci il yanvarın 26-dan 27-nə keçən gecə Xocalıda törədilən keçən əsrin ən dəhşətli faciəsi...Muxalifet3 - 25-02-2018
“Qarabağ” - “Kəpəz”: Gərgin oyun başa çatdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son oyununda “Qarabağ” və “Kəpəz” klubları üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, matç meydan sahiblərinin minimal hesablı (1-0) qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub.
Bu qələbə ilə xallarının sayını 44-ə çatdıran “Qarabağ” “Qəbələ”ni 9 xal qabaqlayıb.
Muxalifet3 - 25-02-2018
Yəhudilər "Ana harayı" abidəsini ziyarət etdi - Foto
Fevralın 25-də Azərbaycandakı Yəhudi dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.
Muxalifet.az xəbər verir ki, Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmaların adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub.
Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.Muxalifet3 - 25-02-2018
Bu şəhəri yaxın zamanda fəth edəcəyik - Ərdoğan
PYD-nin rəhbəri yaxalandı. İstəyimiz odur ki, Çexiya onu bizə təslim etsin və ədalət yerini tapsın.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şanlıurfada çıxışı zamanı deyib.
“Bunlar ümməti bölüb, parçaladılar. Ona görə biz terrorçulara qarşı mübarizə aparırıq. Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Afrin yavaş-yavaş təslim olur. Fəth yaxındır. İnşallah Afrinin fəthini gözləyirik. Biz həmişə “Ey Amerika, bu adamı deportasiya et. Bu adamı saxlasan, ittifaqımıza xələl gələr” demişik. İndi də deyirik, - dövlət başçısı bildirib.Muxalifet3 - 25-02-2018
Paşayevadan Makrona etiraz: Ədalətsiz qərar...
İstanbulda İSTAD-ın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib.
Muxalifet3 - 25-02-2018
Rusiya nəhəng gəmi hazırlayır – Yeni layihə
Rusiyada hərbi-dəniz qüvvələri üçün yeni təyyarədaşıyan gəmi layihəsi hazırlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Zvezda” kanalında yayımlanan “Hərbi qəbul” verilişində bildirilib.
Məlumata görə, yeni gəminin uzunluğu 330, eni isə 40 metr təşkil edəcək. Gəmi 90-a qədər təyyarə və helikopteri, eyni zamanda uzaqmənzilli radar patrul təyyarələrini göyərtəsinə qəbul edə biləcək.Muxalifet3 - 25-02-2018
Prezidentdən skandal sözlər: İki arvadım var, maaşımı artırın...
İki arvadım olduğu üçün daha çox maaş almalıyam.
Muxalifet.az xəbər verir ki, bu sözləri Filippin Prezidenti Rodriqo Duterte jurnalistlərə açıqlamasında deyib.
“Çox yoruluram. Lakin bunun qarşılığında nə qədər maaş aldığımı bilirsinizmi? 200 peso (təxminən 800 dollar). İki arvadım var. Bu səbəbdən mənim ideal maaşım 1 milyon 500 min olmalıdır. Zarafat etmirəm”, - Duterte bildirib.
Muxalifet3 - 25-02-2018
"Çelsi" rəqib meydanında məğlub oldu
Fevralın 25-də futbol üzrə İngiltərə Premyer Liqasının XXVIII turu çərçivəsində "Mançester Yunayted" doğma meydanda "Çelsi"ni qəbul edib.
Muxalifet.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında hesabı qonaqlar açıb. Matçın 32-ci dəqiqədə Villian fərqlənib. Bu qoldan yeddi dəqiqə sonra Romero Lukako hesabı bərabərləşdirib. İlk hissə bu hesabla da yekunlaşıb.
Matçın ikinci hissəsində "Mançester Yunayted" hesabda irəli çıxıb. Görüşün 75-ci dəqiqəsində Linqard adını tabloya yazdırıb.
Beləliklə oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Muxalifet3 - 25-02-2018
Xocalı faciəsi ilə bağlı bəyanat verildi
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Muxalifet3 - 25-02-2018
Ermənistanda zəlzələ - 3,3
Ermənistanın cənubunda yerli vaxtla 17:00 radələrində zəlzələ baş verib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, yeraltı təkanlar İrəvandan 100 km cənubda yerləşən Elpin yaşayış məntəqəsində qeydə alınıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3,3-ə qədər çatıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat yoxdur.
Muxalifet3 - 25-02-2018
ABŞ Pxenyanla danışıqlara gedir: Denuklarizasiya...
Baxacağıq, Şimali Koreya administrasiyası bu günki açıqlaması ilə ilk addımda denuklarizasiyaya hazırdırmı...
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanatında deyilib.
“Eyni zamanda ABŞ və bütün dünya bilməlidir ki, Şimali Koreyanın nüvə və raket proqramı yolun sonudur”, - bildirilib.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Mun Çje İnlə Pxenyan rəsmiləri arasında keçirilən görüşdən sonra şimal tərəfin rəsmi Vaşinqtonla danışıqlara hazır olması barədə məlumatlar yayılmışdı.
Muxalifet3 - 25-02-2018
XİN rəhbəri yəhudi komitəsinin prezidenti ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadığı bir məkan olduğunu bildirərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olduğunu vurğulayıb.
Muxalifet3 - 25-02-2018
Türkiyənin gözlədiyi oyun başa çatdı
Türkiyə Super Liqasında “Beşiktaş” klubu doğma meydanda “Fənərbaxça”nı qəbul edib.
Muxalifet.az xəbər verir ki, gərgin keçən oyun 3-1 “Beşiktaş”ın qələbəsi ilə başa çatıb. “Qara qartallar”ın qollarını Vida və Rikardo Quareşma (2) vurub.
“Fənər”in yeganə qolunun müəllifi isə Fernandao olub.
Muxalifet3 - 25-02-2018
Türkiyə Afrin əməliyyatlarını dayandırdı? - Açıqlama
BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsi “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.Muxalifet3 - 25-02-2018
İraqda türkiyəli 16 qadın edam ediləcək
İraq Mərkəzi Cəza Məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadını edam cəzasına məhkum edib.
Muxalifet.az xəbər verir ki, bu barədə İraqın Ali Məhkəməsi məlumat yayıb.
Qərara səbəb kimi sözügedən qadınların İŞİD sıralarına qoşulması göstərilib.
“Şübhəli şəxslərin sorğu-sualı zamanı məlum olub ki, onlar İŞİD üzvləri ilə evlənmək məqsədilə İraqa gəliblər. Terrorçulara logistik dəstək verdiklərini də etiraf ediblər”, - deyə bildirilib.
Qeyd edək ki, məhkum qadınların məhkəmə qərarından şikayət etmək hüququna malik olduqları da vurğulanıb.
Muxalifet3 - 25-02-2018
İstanbulda izdiham: Xocalı soyqırımı...
Fevralın 25-də İstanbul şəhərinin Başçılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.
Muxalifet3 - 25-02-2018
Bu çay uğrunda böyük müharibə başlaya bilər
Nil çayı üzərində tikilən su anbarı 3 ölkə arasında gərginliyə və su müharibəsinə səbəb ola bilər.
Muxalifet.az xəbər verir ki, Nil çayının qollarından olan Mavi Nil üzərində Efiopiya tərəfindən tikilən su anbarı Misir tərəfindən narazılıqla qarşılanır. Misir üçün müqəddəs olan Nil çayı üzərində anbar tikintisinə hələ Ərəb Baharı dövründə start verilib.Muxalifet3 - 25-02-2018
Koalisiya Suriyanı bombaladı - Dinc sakinlər HƏLAK OLDU
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bazar günü Suriyanın iki yaşayış məntəqəsinə - Əş Şaafa və Zahrat-Alvaniyə hava zərbəsi endirib.
Muxalifət.az xəbər verir ki, hücum nəticəsində 29 dinc sakin həlak olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır.
ABŞ aviasiyası və Birləşmiş Ştatların müttəfiqləri fevralın 22-ə keçən gecə İraqın Bu-Kamal şəhəri ilə sərhəddə, ölkənin şərqindəki Hadcin şəhərinə də hücum edib. Həmin vaxt 12 suriyalı həlak olub.Muxalifet2 - 26-02-2018