Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Pentaqon: Afrinlə bağlı Ankara ilə danışıqlar gedir
Vaşinqton və Ankara Suriyanın Afrin bölgəsində gərginliyi azaltmaq variantları üzərində çalışır.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən açıqlama verilib.
Pentaqon sözçüsü Adrian Rankine Ankara ilə diplomatik danışıqların aparıldığını bildirib.Muxalifet3 - 26-02-2018
Azərbaycanlı tələbələr Lyublyanada aksiya keçirdi
Sloveniyanın paytaxtı Lyublyana şəhərində təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçiriblər.
Muxalifet3 - 26-02-2018
Terrorçuları dəstəkləyənlər bu haqqa sahib olmayacaq - Səfir
Suriyadakı terrorçuları dəstəkləyən ölkələr böhrandan sonra ölkənin yenidən inşasına dair layihələrdə yer almayacaqlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriyanın Moskvadakı səfiri Riyad Xəddad bildirib.
"Bizimlə birlikdə mübarizə aparan və bizi dəstəkləyən hər kəs Suriya iqtisadiyyatını canlandırma prosesinə qoşulmaq hüququna malikdir. Ancaq terrorçuların tərəfində yer alan ölkələr bu haqqa sahib olmayacaq", - Xəddad qeyd edib.
Muxalifet3 - 26-02-2018
MKİ-nin Ərdoğanı edam etmək planı… - DƏHŞƏTLİ SSENARİ
Alman yazardan müdhiş açıqlama: “Almaniya kəşfiyyatı MKİ-nin Ərdoğanın edamı mövzusunda planlarına malikdir”
Muxalifet - 26-02-2018
Bakıda tıxacın qarşısını almaq üçün… - BakuBus-dan TƏKLİF
Şəhərdə sıxlıq, tıxac və digər səbəblərə görə hərəkət mümkün deyilsə, təbii ki, marşrut avtobusunun gözləməkdən başqa çarə qalmır.
Bu sözləri BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev paytaxtda son zamanlar müşahidə edilən avtobus gecikmələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, xüsusilə pik vaxtlarda şəhərin mərkəzi küçələrində avtomobil sıxlığı marşrut avtobuslarının ləngiməsinə səbəb olur:Muxalifet3 - 26-02-2018
Araz Abdullayev sübut etdi ki... - Kipr mediası
Kipr mətbuatı "Anortosis"in azərbaycanlı futbolçusu Araz Abdullayevdən yazıb.
Muxalifet.az-ın məlumatına görə, ölkə çempionatının son turunda AEL - "Anortosis" matçından sonra hər iki komandanın çıxışını dəyərləndirən "SuperSport" saytı həmyerlimizin oyununa da qiymət verib. Yunanıstanlı jurnalistlər Abdullayevin zədəli olmasına baxmayaraq, formasını itirmədiyini qeyd ediblər:
"Araz Abdullayev tam olaraq sübut etdi ki, start heyətə qayıda bilər. O, zədəli idi və əsas start heyətdən kənarda qalmışdı. Amma AEL-lə oyun göstərdi ki, Araz əvvəlki formasını itirməyib".Muxalifet3 - 26-02-2018
Avropa Birliyinin üzvü olan deyilik - Prezident
Moldova Avropa Birliyinin (AB) üzvü olmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodon jurnalistlərə açıqlamasında deyib.
“Hesab edirəm ki, AB-nin üzvü olmayacağıq. Bunu Brüsseldə təşkil edilən Şərq Tərəfdaşlığı sammitində anladıq. Moldova özü də buna hazır deyil”, - prezident bildirib.
Dodon əlavə edib ki, ölkəsi həm Rusiya, həm də Qərblə konstruktiv əlaqələrə malik olduğu zaman mövcudluğunu davam etdirə biləcək:
“Biz Rusiya ilə Avropaya qarşı, yaxud Avropa ilə Rusiyaya qarşı münasibətlərə malik ola bilmərik”.
Muxalifet3 - 26-02-2018
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.
Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.
El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.
Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.Muxalifet4 - 27-02-2018
Rusiya İŞİD-lə mübarizə üzrə konfransda iştirak etməyəcək – SƏBƏB...
Rusiya İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ Dövlət Departamentinin konfransında iştirak etməyəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin nümayəndəsi bəyan edib.
"Rusiya nümayəndələri konqresdə iştirak etməyəcək. Rusiya İŞİD-ə qarşı koalisiyanın üzvü deyil", deyə o əlavə edib.Muxalifet4 - 27-02-2018
Qadin elektrik dirəyinə çıxıb, özünü atmaq istədi – BAKIDA
Bakıda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.Muxalifet4 - 27-02-2018
Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi
O, qadını əvvəlcə taxta ilə döyüb, daha sonra isə boğub
Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.
Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.Muxalifet4 - 27-02-2018
Təxribatın arxasında RUS CASUSLAR VAR? - Sensasion iddia
Cənubi Koreyada Pxençxan Qış Olimpiya Oyunlarının açılışı zamanı internet və kabelsiz şəbəkəyə daxilolmanın kəsilməsinə yol açan kiber hücumun rus casusları tərəfindən təşkil olunduğu iddia edilib.
Muxalifet3 - 27-02-2018
Mehdi Səlimovun məmurları işdənqovma yöntəmi... – GÖYÇAYIN İCRA BAŞÇISI HƏFTƏNİN BİRİNCİSİ OLDU
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 27-02-2018
Bakıda nəhəng park-körpü inşa edilir - FOTOLAR
Bakıda nəhəng piyada körpüsü inşa edilir.
Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib.Muxalifet4 - 27-02-2018
Arvadını qısqanan ərdən QANDONDURAN CİNAYƏT
Həyat yoldaşını qısqanan kişi onu 12 yerindən bıçaqlayıb.
Muxalifət.az xəbər verir ki, hadisə Rusiyada baş verib. 31 yaşlı İ.Aleksandroviç 24 yaşlı həyat yoldaşını qısqandığını deyərək mübahisə edib. Mübahisə zamanı mənzildə cütlük və 8 aylıq körpə uşaq olub. Əsəblərinə hakim ola bilməyən kişi mətbəxdən bıçağı götürərək həyat yoldaşına 12 bıçaq zərbəsi vurub.
Hadisədən xəbər tutan qonşular təcili yardıma və polisə xəbər verib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilib.Muxalifet2 - 27-02-2018
Hakimiyyət Əli Həsənovla vidalaşır? - “Qaçqınkom” sədri HƏFTƏNİN BİRİNCİSİ SEÇİLDİ
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 27-02-2018
Avropa bankı Eldar Mahmudova görə bağlandı
Latviyanın böyük banklarından biri olan ABLV bankının səhmdarları bankın ləğvi haqqında qərar veriblər.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı bankı mətbuat xidməti yayıb. Bank ləğv edilməyi ilə bağlı əlavə informasiya verməkdən imtina edib.Muxalifet2 - 27-02-2018
Rusiyaya qarşı YENİ ZƏRBƏ - Tarixi açıqlandı
ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində tətbiq edəcək.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib.
Qeyd edək ki, bundan öncə Mnuçin yeni sanksiyaların tətbiq ediləcəyini söyləsə də, dəqiq tarix açıqlamamışdı.
ABŞ yanvarın sonlarında “Kreml hesabatı”nı açıqlayıb. Hesabata 210 vəzifəli şəxs və oliqarxın adı daxil edilib. Rəsmi Vaşinqton bu şəxslərin hər birinin gələcəkdə sanksiyalar altına düşmək ehtimalı olduğunu bəyan edib.Muxalifet2 - 27-02-2018
Hakimiyyət siyasi məhbus məsələsini qapadır – İDDİA
“Bir dəfə siyasi məhbusları azad edib Avropa Şurasına daxil olduq, indi də addım atıb Avropa İttifaqı ilə saziş imzalayacağımıza inanıram”
Muxalifet2 - 27-02-2018
Afrində türk ordusuna XAİN TƏLƏ: 30 min insan...
Afrində TSQ və ASO-nun hücumları qarşısında tab gətirə bilməyən terrorçular növbəti tələyə əl atıb.
Muxalifət.az xəbər verir ki, qovulduqları ərazidən çıxan terrorçular həmin bölgənin yerli əhalisini də özləri ilə birlikdə Afrinin mərkəzi hissələrinə aparıb.Muxalifet2 - 27-02-2018