Axtarış

The search found 105793 results in 0.052 seconds.

Search results

  1. ​Bakıda 200-ə yaxın pandus quraşdırıldı - Foto

    Bakıda 200-ə yaxın pandus quraşdırılıb.
    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, BNA-nın mühüm sosial əhəmiyyət kəsb edən layihəsi çərçivəsində 2017-ci il dekabrın 9-dan paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanılıb. Pandusların maililiyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir.

    Muxalifet3 - 21-02-2018

  2. ​Türk ordusundan qəfil hücum: 90 məntəqə azad edildi

    Türkiyə Silahlı Qüvvələri Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan azad edib.
    Muxalifet.az xəbər verir ki, ani hücuma keçən türk əsgərləri əməliyyat zamanı kəndi terrorçulardan tam təmizləyib.
    Qeyd edək ki, Əsəd qüvvələrinin Afrinə doğru hücuma keçməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra Türkiyənin “Zeytun budağı” əməliyyatının taleyi haqda müəyyən suallar yaranmışdı. Lakin sözügedən kəndin alınması göstərir ki, türk ordusu bölgədə antiterror əməliyyatlarına tam sürətlə davam edir.

    Muxalifet3 - 21-02-2018

  3. Prezidentdən məcburi köçkünlərlə bağlı mühüm qərar

    Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 10 faiz artırılıb.
    Qərar bu ilin martın 1-dən qüvvəyə minəcək.
     

    Muxalifet3 - 21-02-2018

  4. ​Ağcabədidə avtomobili oğurlayıb kanala atdılar

    Ağcabədi rayonunda avtomobil oğurluğu olub.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. 
    O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.
    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından tapılıb. Hadisəni törədən şəxslər hələ ki, müəyyən edilməyib.
    Avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 21-02-2018

  5. ​SON DƏQİQƏ: Türkiyə ərazisi raketlərlə bombardman edilir

    Türkiyənin Hatay bölgəsinin Kırıkhan rayonuna Suriyanın Afrin bölgəsindən üç raket atılıb.
    Muxalifet.az-ın xəbərinə görə, əkin sahəsinə düşən raketlər insanlara xətər yetirməyib.
    Hadisə ilə bağlı təhqiqat aparılır.
     

    Muxalifet3 - 21-02-2018

  6. ​Peruda avtobus qəzaya uğrayıb — 35 ölü, 20 yaralı var

    Peruda avtobusun uçuruma yuvarlanması nəticəsində ölənlərin sayı 35-ə çatıb.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Peru DİN-dən açıqlama verilib.
    Arekipa regionunun polis rəisi, general Valter Ortis, qəza nəticəsində daha 20 nəfərin yaralandığını bildirib. 
     
    İlkin məlumata əsasən, avtobus idarəetmədən çıxıb və 200 metrlik uçurumdan Panamerikan şossesinə düşüb.
     
    Qeyd edək ki, ölkə prezidenti Pedro Kuçinski həlak olanların ailələrinə başsağlığı verib.
     

    Muxalifet3 - 21-02-2018

  7. ​Android telefonlarda gizli səsyazma dövrü sona çatır?

    İnsanların haqqında danışdığı mövzularla bağlı reklamlar görməsi narahatlıqları “Google”un tədbir görməsinə səbəb olub.
    Muxalifet.az xəbər verir ki, “Google”un üzərində işlədiyi yeni əməliyyat sistemi Androis P, arxa planda işləyən tətbiqlərin mikrofona çıxış əldə edərək istifadəçinin səsini yazmasıan mane olacaq.
    Yeni versiyanın tanıdılmasına bir neçə həftə qalmış sistemə aid bəzi xüsusiyyətlər ortaya çıxmaqdadır. Bir qədər əvvəl arxa planda işləyən tətbiqlərin kameraya çıxışını qadağan edəcəyi söylənilən Android P, mikrofon dinləmələrinə də icazə verməyəcək.

    Muxalifet3 - 21-02-2018

  8. ​Rusiyadakı qrip Azərbaycana keçə bilər?

    Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib.
    S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.

    Muxalifet3 - 21-02-2018

  9. ​Türkiyədən təkzib gəldi: Kimyəvi silahdan istifadə etməmişik

    Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Suriyanın Afrin əyalətində kimyəvi hücumlar haqqında məlumatları təkzib edib.
    Muxalifet.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
    “Zeytun budağı” əməliyyatı çərçivəsində heç bir dinc sakin həlak olmayıb. Lakin əməliyyata qarşı qara təbliğat aparılır. Kimyəvi hücum haqqında məlumatlar olub. Bu, qəti şəkildə həqiqətə uyğun deyil”, - deyə, Aksoy bildirib.

    Muxalifet3 - 21-02-2018

  10. 500-dək məhkum Novruz bayramını evində keçirə bilər

    Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də Novruz bayramına təsadüf edəcəyi gözlənilir.
    Muxalifet.az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.
    Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir.
    Ə. Nuriyev onu da qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.

    Muxalifet3 - 21-02-2018

  11. ​ABŞ kosmosda müharibəyə hazırlaşır

    ABŞ kosmosda müdafiə imkanlarının maliyyələşdirməsini genişləndirir və kosmosda müharibə istəməsə də, ona hazır olmalıdır.
    Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmaster bildirib.
    “İndi kosmos yer, dəniz və hava ilə yanaşı hərbi domenə çevrilib və biz münaqişələri kosmosa çıxarmağı istəməsək də, Birləşmiş Ştatlar belə bir halın baş verəcəyinə hazır olacaqlar”, - deyə, Makmaster ABŞ Milli Kosmik Şurasının iclasında bildirib.

    Muxalifet3 - 21-02-2018

  12. ​Gürcülərin Almaniyadan kütləvi deportasiyası başlayıb

    Avropa İttifaqı ərazisində qalmaq şərtlərini pozan gürcü vətəndaşları kütləvi şəkildə Almaniyadan deportasiya olunur.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş konsulluğu məlumat yayıb.
    “Dünən Almaniya Federativ Respublikasından növbəti readmissiya həyata keçirilib, 65 vətəndaş qaytarılıb”, - deyə, diplomatik missiyadan bildiriblər.

    Muxalifet3 - 21-02-2018

  13. ​Kral ailəsi haqqında mahnıya görə 3,5 il həbs cəzası

    İspaniyada Valtonyc ləqəbi altında çıxış edən reper Xose Migel Arenas Beltran terrorizm və kral ailəsi haqqında mahnılara görə 3,5 il həbs cəzası alıb.
    Bu barədə Muxalifet.az The Washington Post-a istinadən xəbər verir.
    Milli məhkəmənin bu qərarı Ali məhkəmə tərəfindən də dəstəklənib.
    Beltran iddia edir ki, onun mətnləri özünüifadə azadlığı haqqında qanunların müdafiəsi altındadır və rep bir qədər təxribatçı xarakter daşımalıdır. O, öz mahnılarını internetdə yayıb.

    Muxalifet3 - 21-02-2018

  14. Biz bunu ABŞ-a sübut etdik, özləri də bilir - Türkiyə

    PKK-nın PYD/YPG ilə əlaqəsi yalnız bizim tərəfimizdən deyil, ABŞ-da bir çox şəxs və qurum tərəfindən deyilib.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə XİN sözçüsü Hami Aksoy çıxış edib.
    ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefrinin 16 fevralda dərc olunan məqaləsində PKK-nın PYD ilə əlaqəsinin inkaredilməz olduğunu, MKİ-nin "Vorld Faktbuk" yayımında da PKK/PYD əlaqəsindən bəhs edildiyini deyən Aksoy sözügedən əlaqənin Ankara tərəfindən ABŞ-a sübuta yetirildiyini və onların özlərinin də bunu bildiyini vurğulayıb.
     

    Muxalifet3 - 21-02-2018

  15. ​Azərbaycanda nəzarət gücləndirildi - XƏBƏRDARLIQ

    Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.

    Muxalifet3 - 21-02-2018

  16. ​Bu ölkə deputatlarından Qarabağla bağlı bəyanat

    Estoniya parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Denis Borodiç qrupun üzvləri adından Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

    Muxalifet3 - 21-02-2018

  17. ​Rusiya “qanuni oğrular”la mübarizəyə başladı — Dünya çempionatına HAZIRLIQ

    Bu il keçiriləcək futbol üzrə dünya çempionatı zamanı təhlükəsizliyi təmin etmək məqsədilə Rusiyadakı “qanuni oğrular”a qarşı əməliyyatlar başlayıb.
    Muxalifet.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, deportasiya qərarı birbaşa olaraq daxili işlər naziri Vladimir Kolokolsev tərəfindən verilib.
    Rusiya Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin məlumatına görə, 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbayev isə Qırğızıstana deportasiya ediləcək.

    Muxalifet3 - 21-02-2018

  18. Trampdan müəllimlərlə bağlı ŞOK TƏKLİF

    ABŞ prezidenti Donald Tramp, xüsusilə Florida ştatındakı məktəblərin şagird və müəllim heyəti ilə görüşü zamanı çıxış edərək, mümkün hücumlardan qorunmaq üçün müəllimləri silahla təchiz etmək təklifini irəli sürüb.
    Muxalifət.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o həmçinin təhsil müəssisələrinin ərazisində təhlükəsizliyi təmin edən işçilər qismində silahlarla necə davranmağı bilən köhnə hərbi qulluqçuların məktəblərdə işə cəlb edilməsi təklifini verib.

    Muxalifet2 - 22-02-2018

  19. ​ABŞ səfirliyinə SİLAHLI HÜCUM

    Monteneqronun paytaxtı Podqoritsa şəhərində naməlum şəxs ABŞ səfirliyinin binasına partlayıcı maddə atıb, ardınca özünü partladıb.
    Publika.az xəbər verir ki, hücum çərşənbə günü gecəyarısı baş verib.
    ABŞ səfirliyi öz vətəndaşlarına diplomatik nümayəndəliyin yerləşdiyi ərazidən uzaq olmağı tövsiyə edib.
     

    Muxalifet2 - 22-02-2018

  20. ​Rus senator: İraqda yetim qalan 15 AZƏRBAYCANLI UŞAQ...

    İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın azərbaycanlı uşaq var.
    Report xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib.
    Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var:

    Muxalifet2 - 22-02-2018

Pages