Axtarış

The search found 105793 results in 0.05 seconds.

Search results

  1. Mixail Saakaşvilinin zəfəri və iflası:Qərb "qlobal demokratik layihənin çırağı"ndan imtina edib - TƏHLİL

    Bu yaxınlarda tamamlanan Münhen Təhlükəsizlik Konfransında ən çox maraq doğuran insanlardan biri Gürcüstanın sabiq prezidenti və Odessanın eks-valisi Mixail Saakaşvili idi.
    Saakaşvili artıq heç bir ölkənin dövlət başçısı, yaxud qubernatoru və hətta Gürcüstan vətəndaşı deyil, lakin cazibədar fiqur və haqqında ehtiyatlı danışılacaq nağıl qəhrəmanı kimi qalır.

    Muxalifet2 - 21-02-2018

  2. ​"Beynəlxalq Bank"ın sabiq filial direktoru HƏBS EDİLDİ

    Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini Əlisultan Məmmədov, bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacıalı Cavadovun məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
    Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
    Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.

    Muxalifet2 - 21-02-2018

  3. ​Kim Çen ABŞ-la görüşü son anda təxirə saldı

    ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunları zamanı Şimali Koreyadan olan rəsmilərlə tarixi bir görüş keçirilməsi üçün təşəbbüs göstərsə də, Kim Çen rejimi son anda görüşü ləğv edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert danışıb.
    Noyert Şimali Koreyadan olan rəsmilərin görüşə son anda etiraz etdiyi üçün təəssüfləndiklərini bildirib.
    Qeyd edək ki, ABŞ Qış Olimpiya oyunları zamanı Pxenyanla hər hansı bir görüşün planlaşdırılmadığını açıqlamışdı.

    Muxalifet2 - 21-02-2018

  4. ADP vətəndaşları seçkidə aktiv olmağa çağırdı – PARTİYADAN SEÇKİ AÇIQLAMASI

    Azərbaycan Demokrat Partiyası ölkədəki ictimai-siyasi vəziyyəti, siyasi coğrafiyamızda baş verən təhlükəli prosesləri, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyini, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiyanın 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq seçkidə iştirak haqqında qərar qəbul etmişdir.

    Muxalifet - 21-02-2018

  5. ​Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ

    Birləşmiş Ştatlar İranla uzunmüddətli münaqişəyə hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmasterin sözlərinə görə, 2018-ci ilin birinci yarısı islam respublikasına hücum etmək üçün əsl vaxtdır. Amma Vaşinqton üçün bir problem var.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Vaşinqtona Avropa İttifaqının köməyi lazımdır.

    Muxalifet2 - 21-02-2018

  6. Putinin GİZLİ SURİYA PLANI

    Rusiya, üzərində çalışdığı böyük Suriya planının əsas maddələrini Amerikayla razılaşdırmağa hazırlaşır.
     
    Afrin, Fərat çayının şərqi və Deyrizoru da əhatə edən üç mərhələli planın ana xətlərini görüşmək üçün bütün Yaxın Şərq strategiyasının və Suriya kontekstindəki Kürd siyasətinin baş memarı olan Vitaly Naumkin fevralın 27-də Vaşinqtona gedir.

    Muxalifet3 - 21-02-2018

  7. YPG-dən Əsədin əsgərləri ilə BAĞLI AÇIQLAMA

    Afrinə girməyə çalışarkən Türk artilleriyasının vurduğu Əsədə bağlı terrorçu qrupla bağlı terror təşkilatı YPG açıqlama verib. YPG, Türk artilleriyasının bombardmanında Əsədə bağlı qrupdan iki nəfərin öldüyünü açıqlayıb.
     
    Suriyadakı Bəşşar Əsəd rejimi, terror təşkilatı PYD/PKK-nın işğalındakı Afrinə "xalq qüvvələri" kimi səciyyələndirilən bir qrupun daxil olacağını açıqlamışdı. Dünən Afrinə girməyə çalışan terrorçu qruplar, Türk artilleriyasının atəşi ilə bölgədən geri çəkilmişdi.

    Muxalifet3 - 21-02-2018

  8. ​Poroşenko:"Ukrayna “Peçora” C-125M zenit-raket kompleksini modernləşdirməyə başlayır"

    Ukraynanın dövlət konserni olan “Ukroboronprom” “Peçora” C-125M zenit-raket kompleksini modernləşdirməyə başlayır.
    Azərtac xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib. Onun sözlərinə görə, Ukrayna hərbi hava qüvvələri üçün hava hücumundan müdafiə raketləri sistemini müasirləşdirir.
    Poroşenko vurğulayıb ki, Ukrayna istehsalı olan silahların modernləşdirilməsi dövlət üçün prioritet məsələdir.

    Muxalifet2 - 21-02-2018

  9. ​RUSİYA KRİMİNAL AVTORİTETLƏRİ ÖLKƏDƏN QOVUR

    Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetləri ölkədən qovur.
    Rusiya mətbuatı xəbər verir ki, deportasiya haqqında qərarı şəxsən daxili işlər naziri Vladimir Kolokoltsev verib.
    Qeyd olunub ki, hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana yola salınacaq.
    Məlumatda bildirilib ki, bundan əvvəl isə Rusiyadan Gürcüstana Baçuka Paçuliya, Azərbaycana isə Dadaş Bakılı deportasiya edilib.

    Muxalifet2 - 21-02-2018

  10. Rusiya rəsmiləri təşvişdədirlər:İŞİD-in “Orta Asiya cəbhəsi” ən yaxın zamanda açılmaq üzrədir – TƏHLİL

    Əfqanıstan xəbərləri ən yaxın vaxtlarda qəzetlərin birinci səhifələrində mərkəzi yer tuta bilər. KTMT baş direktoru müavini Valeri Semerikov ölkənin şimal bölgələrində baş verənlərlə bağlı narahatlığını rəsmən ifadə edib. Rusiyada yasaqlanmış İŞİD döyüşçülərinin bu ölkədə sürətlə çoxalması daha çox təşviş doğurur. Əfqanıstan başçsı aparatının məlumatına görə, ölkədə indiki anda qruplaşmanın yeddi minə yaxın terrorçusu yerləşib.

    Muxalifet2 - 21-02-2018

  11. ​Azərbaycanlı zəvvarların HƏCC ZİYARƏTİNİN başlanma və bitmə TARİXİ MƏLUM OLDU

    Azərbaycandan olan zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub.
    Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq.
    Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb.
    Zəvvarlar Azərbaycandan Həccə yalnız təyyarə ilə yola salınacaq, Yaxın şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.

    Muxalifet2 - 21-02-2018

  12. ​Ağ Evdən ETİRAF: Rusiya seçkiyə müdaxilə edib, ancaq...

    ABŞ Prezidenti Donald Tramp təsdiq edir ki, Rusiya təkcə 2016-cı il prezident seçkisinə müdaxilə etməyə cəhd etməyib, o, faktiki olaraq seçkiyə müdaxilə edib.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders söyləyib.
    “Rusiyanın seçkiyə müdaxiləsi aydındır. Aydın olan digər məqam odur ki, Trampın qərargahı rusiyalılarla heç bir gizli razılığa gəlməyib”, – deyə o bildirib.

    Muxalifet2 - 21-02-2018

  13. Qərb mətbuatının Türkiyə DÜŞMƏNÇİLİYİ İFŞA OLDU

    İllərdir Əsəd rejimi əleyhinə yazılar dərc edən Qərb və ABŞ mediası Türkiyənin Afrin əməliyyatına qarşı Əsədi  bir anda alqışlamaqla gerçək üzlərini ortaya çıxardılar.
     
    7 ildir Əsəd rejimi əleyhinə yazı və verilişlər yayımlayan Qərb mediası dünəndən bəri yönünü dəyişdirərək Əsəd sevdalısı olmağa başlayıb.
    Qərb mətbuatı birlik nümayiş etdirərək Əsəd rejimini alqışlayan nəşrlər ortaya qoydular. Bu dünya çapında məşhur olan və Türkiyə düşmənçiliyini çox ustalıqla uzun müddət gizlədən nəşrləri siz də tanıyın:
     The New York Times.

    Muxalifet3 - 21-02-2018

  14. ​Gizli MASON cəmiyyəti haqqında az bilinən 6 SİRR

    Masonlar - dünya mənəvi hökmranlıq tarixinin ən qüdrətli və mistik təşkilatıdır. Onların yüz illər boyu necə təşkilatlandıqları və böyük sərvətə sahib olduqları çox az adama məlumdur.
    Onların zəngin olmalarının sirri pulun energetikası, arzulananın özünə cəlb edilməsi və reallığın öz lehinə dəyişdirilməsi haqqında biliklərinin olmasıdır.

    Muxalifet2 - 21-02-2018

  15. ​ƏRDOĞANIN SÖZÇÜSÜ: “Türkiyənin Dəməşqdəki rejimlə rəsmi təmas qurması mümkün deyil”

    “Bizim Dəməşqdəki rejimlə rəsmi təmas qurmağımızdan söhbət gedə bilməz və bu müzakirə mövzusu deyil”.
    “Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
    “Astana çərçivəsində 3 təmanatçı dövlətdən biri olaraq, Suriya ərazisində baş verən hadisələri əlaqələndirmək üçün mexanizm yaratmışıq. Vaxtaşırı olaraq, bu mesajlar Rusiya və İran vasitəsi ilə Dəməşqdəki rejimə də çatdırılır”, - deyə o, vurğulayıb.

    Muxalifet2 - 21-02-2018

  16. ​Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

    Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi təyyarələrə malikdirlər. Dəyəri bir neçə on, hətta yüz milyon dollarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.
    Təbii olaraq hər kəs şəxsi təyyarələrə sahib ola bilmir. Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər.
    Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.

    Muxalifet2 - 21-02-2018

  17. ​Türk ordusundan qəfil hücum: Uverkan AZAD EDİLDİ

    Türkiyə Silahlı Qüvvələri Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan azad edib.
    Muxalifət.az xəbər verir ki, ani hücuma keçən türk əsgərləri əməliyyat zamanı kəndi terrorçulardan tam təmizləyib.
    Qeyd edək ki, Əsəd qüvvələrinin Afrinə doğru hücuma keçməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra Türkiyənin “Zeytun budağı” əməliyyatının taleyi haqda müəyyən suallar yaranmışdı. Lakin sözügedən kəndin alınması göstərir ki, türk ordusu bölgədə antiterror əməliyyatlarına tam sürətlə davam edir.

    Muxalifet2 - 21-02-2018

  18. ​DƏHŞƏTLİ CİNAYƏT: 5-ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü

    Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təbvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Raqif Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib. Hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib.

    Muxalifet2 - 21-02-2018

  19. ​Jirinovskidən UNİKAL TƏKLİF: “2” rəqəmini yığışdırın

    Rusiya məktəblərində şagirdlərin 2 ilə qiymətləndirilməsi və məktəbdən uzaqlaşdırılması qadağan edilməlidir.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, bunun vasitəsilə uşaqlarda travmaların qarşısını almaq mümkündür:
    “Ümumiyyətlə, “2” rəqəmi yığışdırılmalıdır. Müsbət qiymət qoymaq üçün imkan yoxdursa, qoymayın. Uşaqlarda travma yaratmayın”.

    Muxalifet2 - 21-02-2018

  20. “Türkiyəni dərin bir oyuna çəkəcəklərsə, dünya müharibəsi olacaq” – SƏRDAR CƏLALOĞLU

    PKK/PYD qüvvələrinin Suriya prezidenti Bəşər Əsədlə anlaşdığı bildirilir. Bu anlaşmaya görə, Suriya ordusu Türk ordusu ilə Azad Suriya Ordusunun əməliyyat keçirdiyi Afrinə girəcək. İddiya görə, terror təşkilatları PKK/PYD Suriyada federal sistemin yaranması qarşılığında Bəşər Əsəd hökuməti ilə razılaşıb.

    “Suriyanın federallaşması Yaxın Şərq böhranının dərinləşməsi deməkdir”

    Muxalifet - 21-02-2018

Pages