Axtarış
The search found 105793 results in 0.044 seconds.
Search results
Əli İnsanov azadlığa çıxır və ÖLKƏDƏN GEDİR - təfsilat
Vəkil: “Onun azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur”
Ölkədə prezident seçkisi öncəsi böyük əfv sərəncamının imzalanacağı gözlənilir. Ehtimal olunur ki, bu il prezident seçkisindən öncə imzalanan əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.Muxalifet2 - 21-02-2018
Ceki Çandan azərbaycanlı məşhura hədiyyə - FOTO
“Azərbaycanlı Çaplin” kimi tanınan sirk ustası Üzeyir Novruzov dünya şöhrətli çinli aktyor Ceki Çanla görüşüb.
Kult.az xəbər verir ki, Ceki Çan sirk ustasına özünün adı yazılmış xüsusi emblemi hədiyyə edib. Aktyorla birgə çəkilmiş fotolarını şəxsi İnstaqram hesabında paylaşan Ü.Novruzov görüş barədə təəssüratını yazıb:
“Əfsanəvi qəhrəmanla görüşmək və ondan hədiyyə almaq çox xoş bir sürpriz oldu”.
Qeyd edək ki, Üzeyir Novruzov ABŞ-ın “America’s Got Talent” yarışmasında 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.Muxalifet2 - 21-02-2018
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir - İQTİSADİ SAVAŞ
Ermənistanın “izqoy ölkə” statusu möhkəmlənir; Qarabağ bu davanın qalibinə qalacaq; sürətlə silahlanma iqtisadi müharibənin mühüm tərkib hissəsi kimi; iqtisadi rəqabətdə uğur şansı olmayan düşmən panikada; erməni şərhçi: “Azərbaycanın iqtisadi ekspansiyasını önləyə bilməyəcəyik, əgər...”
Muxalifet2 - 21-02-2018
Ağdamda keçmiş POLİS ÖZÜNÜ ASDI
Ağdamda keçmiş polis intihar edib.
Rayonun Çəmənli kəndində 1960-cı il təvəllüdlü Məmmədov Yaşar Firudin oğlu yaşadığı evdə özünü iplə asaraq öldürüb.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başlanıb.
Y. Məmmədov əvvəllər daxili işlər orqanlarında çalışıb. (apa)Muxalifet2 - 21-02-2018
TÜRKİYƏYƏ QARŞI OYUN: YPG-Əsəd ittifaqının məqsədi...
PYD-YPG terror qruplaşması ilə Əsəd rejimi arasındakı danışıqların mərkəzində Afrin deyil, Tel Rıfat dayanır.
Muxalifət.az xəbər verir ki, bu barədə “Star” qəzeti yazıb.Muxalifet2 - 21-02-2018
Yaşı 45-dən yuxarı olan namizədlərdən BİABIRÇI NƏTİCƏ
Dövlət İmtahan Mərkəzi inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.
Muxalifet2 - 21-02-2018
Dünya Rusiyanın 3 milyardlıq silahından İMTİNA ETDİ
Rusiyanın hərbi sənayesinə qarşı sanksiyalarımız ucbatından Moskva milyardlarla dollar itirib.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib.
“Biz bəzi ölkələrin Rusiya mallarını almağı dayandırmaqlarından məmnunuq. Bununla Rusiyanın 3 milyard dollardan çox gəlirinə mane olmuşuq. Bu müqavilələrin dayandırılması cəzadır. Ona görə ki, bunun sayəsində Rusiya büdcəsinə daha az pul daxil olur. Bunu Rusiyanın məsuliyyətə cəlb edilməsində uğur hesab etmək olar”, – deyə o bildirib./axar/Muxalifet2 - 21-02-2018
Ərəb lider İrəvana gəlir: DAŞNAKSÜTYUN AKTİVLƏŞDİRİLİR
Bu gün Livan Prezidenti Mişel Aun Ermənistana səfər edəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.
Aunun Ermənistanda bir sıra vacib məsələlər ətrafında müzakirələr aparacağı bildirilib. Müzakirələrin xüsusilə Ermənistan-İsrail münasibətləri, Qüdsün İsrailin paytaxtı kimi tanınması və Qüdsdəki erməni icmasıyla bağlı məsələlər ətrafında olacağı vurğulanıb.
Livan liderinin ölkənin daxili siyasi həyatında Daşnaksütyunun rolunun aktivləşdirilməsi məsələsini də müzakirə etməsi nəzərdə tutulub.Muxalifet2 - 21-02-2018
Financial Times: PYD-Əsəd müqaviləsində İranın ROLU OLA BİLƏR
“Financial Times” qəzeti, dünən Afrin girməyə çalışan Əsəd tərəfdarı olan qüvvələri ekspertlərin İran dəstəkli Şiə milis qüvvələri adlandırması PYD-Əsəd müqaviləsində İranın rolu ola biləcəyini yazıb.
Bir müddətdir gündəmdə saxlanılan “Əsəd rejimi PYD-yə dəstək üçün Afrinə girəcək” təbliğatından sonra dünən gecə bir qrup Əsəd tərəfdarı olan İran dəstəkli Şiə milis gücü Afrinə doğru yol çıxıb. Konvoyun bir qismi irəliləsə də, digər qismi Afrin sərhədindən geri qayıdıb. İrəliləyən Şiə milislərinə TSQ pilotsuz SİHA-larlaI havadan müdaxilə edib.
Muxalifet3 - 21-02-2018
BMT-nin Baş katibi: "Növbəti hücum elektrik şəbəkələrini iflic edəcək"
Son bir neçə il ərzində dünya ölkələri arasında rəsmi dövlət orqanlarının məxfi məlumatlarına kiberhücumlar edilib. Müşahidə edilən kibermüharibələrin qarşısını almaq üçün yeni təkliflər irəli sürülüb.
Kibermüharibələrin dünya əhalisinin həyatına təsirini azaltmaq məqsədilə Lissabon Universitetində çıxış edən BMT-nin Baş katibi Antonio Quterriş yeni proqnozlar verib. O bildirib ki, növbəti kiberhücumlar elektrik şəbəkələrini məhv edəcək:Muxalifet2 - 21-02-2018
Türkiyədə "professor" TUTULDU: Bakıda oxuyub...
Türkiyənin Bursa şəhərində özünü professor kimi təqdim edib, kəkələmə və danışıq problemləri olan insanları müalicə etdiyi bildirilən şəxs saxlanılıb.
Qaynarinfo.az xəbər verir ki, E.N.K. adlı şəxs insanlara Azərbaycan Universitetindən məzun olduğunu, bir müddət elmi fəaliyyətlə məşğul olduqdan sonra Türkiyəyə professor kimi qayıtdığını deyib.
Araşdırmalar zamanı onun heç bir elmi fəaliyyəti və elmi adının olmadığı, Pensilvaniya Universitetindən kəkələmə və dil patologiyası üzrə alınmış kimi göstərilən saxta sertifikatı olduğu üzə çıxıb.Muxalifet2 - 21-02-2018
Terrorçudan iddia: Əsədin PYD-yə dəstəyini RUSİYA ƏNGƏLLƏYİR
PYD-nin Afrində yaratdığı hərbi şura üzvlərindən olan Süleyman Cəfər, Alman mətbuatına verdiyi müsahibədə “Rusiya, Əsədin dəstəyini əngəlləyir” - deyib.
“DW”-nin xəbərinə görə, Cəfər, Alman xəbər agentliyinə verdiyi müsahibədə Moskvanın Əsəd rejimilə razılığa gəlmələrini əngəllədiyini söyləyərək, "Etibarlı mənbələrdən aldığımız məlumata görə, Rusiya Türkiyəyə Afrindəki hər şeyi məhv etməsi üçün yaşıl işıq yandırıb" - deyib.
“ABŞ DA MANE OLMUR"
Muxalifet3 - 21-02-2018
Afrində öldürülən TERRORÇULARIN SAYI ARTDI
Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 1780 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Müxalifət.azMuxalifet3 - 21-02-2018
Türkiyə gəmiləri döyüş vəziyyətinə gətirildi – Prezident hökuməti TƏCİLİ TOPLADI
Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini martın 10-na kimi uzadıb.Muxalifet2 - 21-02-2018
ABŞ düşmənlərə qarşı YENİ SİSTEM YARADIR
ABŞ Hava Qüvvələri Rusiya və Çinin kəskin raketlərinin qarşısını almaq məqsədilə yeni bilgi şəbəkəsinin qurulması üçün kəşfiyyat təyyarələri və bahalı peyklərdən vaz keçəcək.
Muxalifət.az “SpaceNews” portalına istinadən xəbər verir ki, Amerika Hava Qüvvələrinin bilgi əldə etmək sistemini daha kompakt və texnoloji baxımdan əlverişli hala gətirmək niyyətindədir.Muxalifet2 - 21-02-2018
“Əlillik dərəcəsindən imtina alan 4 nəfər şəxs 2 ay ərzində dünyasını dəyişib” – HÜQUQ MÜDAFİƏÇİSİ
Göyçay rayon poliklinikasının onkoloji kabinetində xəstə kimi qeydə alınmış 4 nəfər onkoloji xəstənin əlilliyin qiymətləndəriliməsi üçün elektron müraciətindən sonra tibbi komissiya onların barəsində “sağlam” olduqları qənaətinə gəlmişdir. Elektron sistem vasitəsi ilə əlillik dərəcəsindən imtina almış 4 nəfər şəxs 2 ay ərzində dünyasını dəyişib.
Muxalifet - 21-02-2018
İran XİN rəhbəri: “ƏGƏR ABŞ BUNU EDƏRSƏ..”
İranın xarici işlər naziri Zərif, nüvə proqramı ilə bağlı müqavilənin mövcud vəziyyəti və bu müqavilə ilə bağlı olaraq ABŞ-da sonu görünməyən mübahisələri qiymətləndirib. Zərif "Əgər bir ölkə, super güc olsalar belə, üzərinə götürdüyü öhdəliyi, müqaviləni pozarsa, beynəlxalq uzlaşmaya varmaq bir daha mümkün olmayacaq" deyib.
Muxalifet3 - 21-02-2018
“Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - QATİLİN ŞOK ETİRAFLARI
İcra başçısının oğlu olan Nizami Nağıyev qətlin hazırlıq mərhələsindən və hər şeydən danışdı...
Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.Muxalifet2 - 21-02-2018
Ziya Məmmədovun adamı büdcəni talayır – “İslam Əsgərovun korrupsiya əməllərinin sayı-hesabı yoxdur” - ŞİKAYƏT
Yevlax rayonu Tanrıqulular kənd sakini Ələkbərov Babək İlham oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:
Muxalifet - 21-02-2018
ABŞ Suriyada yeni “Quantanamo” HƏBSXANASI QURUB
MKİ terror təşkilatı YPG/PKK-nın işğalı altında olan Hasekədə Quantanamoya bənzər bir hərbi baza qurub.
Əsəd rejimi, 2011-ci ildə qiyam prosesinin ilk dövrlərində regionu terror təşkilatı PKK-PYD terror təşkilatına təslim etmişdi.
Dəməşq-PKK əməkdaşlığı dövründə Hasekənin nəzarəti PYD terrorçularına buraxılsa da, dövlət binaları rejimə bağlıydı.
Suriya siyasətini PKK üzərində quran Amerika ilə PKK-PYD ittifaqı formalaşmağa başlayanda Hasəkə vilayəti Amerikalılar tərəfindən də istismara məruz qaldı.Muxalifet3 - 21-02-2018