Axtarış
The search found 105793 results in 0.062 seconds.
Search results
Tehranda iğtişaşlar başladı: 5 POLİS ÖLDÜ, 30 yaralı - VİDEO
İranın paytaxı Tehran şəhərində “Qonabadi Dərvişləri” adlı təriqət üzvləri ilə təhlükəsizlik orqanları arasında yaşanan qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb. Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, İran polisinin sözçüsü Səid Müntəzirülmehdi səhər saatlarına qədər davam edən qarşıdurmada ən azı 300 təriqət üzvünün həbs edildiyini bildirib. Həmçinin təriqət üzvləri arasında yaralananlar olsa da, onların dəqiq sayı açıqlanmayıb.
Muxalifet2 - 20-02-2018
Ərdoğandan önəmli AFRİN AÇIQLAMASI
Son günlər Əsəd rejiminin PKK/YPG terrorçuları ilə danışıqlar aparmasının nəticəsi olaraq rejim ordusunun Afrin mərkəzinə girəcəyi məsələsi gündəmi məşğul edib.
Muxalifet3 - 20-02-2018
Ərdoğandan “Osmanlı YUMRUĞU” MESAJI
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışında, “Osmanlı yumruğunu görmək istəyənlər Afrinə gəlsin" deyə, düşmən güclərə mesaj göndərib.
Qeyd edək ki, həmin çıxışda Türkiyə prezidenti tezliklə Afrin mərkəzinin tamamilə mühasirəyə alınacağını da demişdi. Və bu deyimlər bir daha göstərir ki, Türkiyə hədəflə bağlı çox qətiyyətlidir və heç bir süni əngəllər bu prosesi dayandıra bilməyəcək.
Müxalifət.azMuxalifet3 - 20-02-2018
Terrorçuların yaraladığı anasını 6 saat BELİNDƏ DAŞIDI
Afrinin qərbindəki Cinderes mahalında ailəsiylə terror təşkilatı PYD/PKK-dan qaçan Dalal Kerduş, terrorçuların açdığı atəşlə kürəyindən yaralanan 80 yaşlı anasını kilometrlərlə belində daşıyıb.
Oğlunun kürəyində 6 saat Türkiyənin Reyhanlı sərhədinə gələn yaşlı qadın, sığındığı Türkiyədə dərhal xəstəxanaya yerləşdirilərək müalicəyə başlanılıb Yaşlı qadının oğlu Kerduş, "Türkiyəyə qarşı döyüşməyimiz tələb olundu. Bizlər istəmədik deyə, təzyiq gördük. Piyada Cinderesi tərk etdik. Anam, PYD/PKK-lı terrorçuların açdığı atəşlə yaralanıb" deyə, bildirib.Muxalifet3 - 20-02-2018
ÇL-in OYUNLARI BU KANALLARDA YAYIMLANACAQ
Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün keçiriləcək 2 oyun Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımlanacaq.
Publiak.az xəbər verir ki, qarşılaşmalara ölkəmizdə “İdman Azərbaycan” və AzTV kanalları vasitəsilə baxmaq mümkün olacaq.
AZƏRBAYCAN
23:45. "Bavariya" - "Beşiktaş" - "İdman Azərbaycan"
23:45. "Çelsi" - "Barselona" - "AzTV"
TÜRKİYƏ
23:45. "Bavariya" - "Beşiktaş" - "TRT 1"
23:45. "Çelsi" - "Barselona" - "Tivibu Spor 3"Muxalifet2 - 20-02-2018
Ermənistanın son beş ildəki DƏHŞƏTLİ GÖSTƏRİCİLƏRİ
Ermənistanda fiziki şəxslərin pul köçürmələri ölkənin əsas valyuta axını olub.
Bu barədə “Nyus.am” saytında məqalə dərc edilib. Belə ki, 2013-cü ildən 2017-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9,3 milyard dollar göndəriblər. Bu illər ərzində isə Erməninstanın ümumi ixracatı 8,5 milyard dollar təşkil edib. Beləliklə, pul köçürmələri ölkə ixracını 0,8 milyard dollar üstələyib:Muxalifet2 - 20-02-2018
“Barəmdə yazılar yazıldı, sonra Səhiyyə Nazirliyindən yoxlama gəldi…” –“Bizim dövr”ün baş redaktorunun işində maraqlı faktlar açıqlanır
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifət.az "Report"a istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ramella Məmmədova ifadə verib.
O, S.Əliyevə 500 manat pul verdiyini deyib: "Pulu həyat yoldaşım aparıb verib".Muxalifet2 - 20-02-2018
ƏRDOĞAN: "Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır"
“Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.Muxalifet2 - 20-02-2018
Yəhudilər Hitlerlə əməkdaşlıq edib - POLŞA
Yəhudilərin və digər xalqların İkinci Dünya müharibəsində nasistlərlə bərabər cinayət törətmələrini sübut edən tarixi faktlar mövcuddur.
Muxalifət.az xəbər verir ki, bunu Polşa mətbuatına açıqlamasında Polşa Baş nazirinin dəftərxanasının rəhbəri Mixail Dvorçik söyləyib.
“Polşa ərazisində polyaklarla bərabər, digər xalqlar da nasistlərlə əməkdaşlıq ediblər. Bu, ağrılı həqiqətdir. Bununla bağlı həqiqətlər İsraildə də davam etdirilir və böyük emosiyalara səbəb olur”, – deyə o bildirib.Muxalifet2 - 20-02-2018
Qış Olimpiya Oyunlarının daha bir iştirakçısı DOPİNQ QURBANI OLDU
Cənubi Koreyanın Pxençxan şəhərindəki Qış Olimpiya Oyunlarında iştirak edən daha bir idmançıda dopinq aşkarlanıb.
Muxalifət.az xəbər verir ki, bu Sloveniya millisinin kişi xokkeyçisi 30 yaşlı Jiqa Eqliçdir.
Onun analiz nəticələrində fenoterol maddəsi aşkar edilib. İdmançı yarışlardan kənarlaşdırılıb və Olimpiya Kəndini tərk etmək üçün ona 3 gün vaxt verilib. 30 yaşlı hücumçunun cəzası Olimpiada başa çatdıqldan sonar veriləcək.Muxalifet2 - 20-02-2018
Hökumətdən İNANILMAZ ADDIM: hər bir şəxsə 300 dollar PUL BAĞIŞLANACAQ
Sinqapur hökuməti maraqlı və təəccüblü bir addım atıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, ölkənin dövlət büdcəsi 9,6 milyard dollar əlavə gəlir əldə edib. Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa qərar verib.
Beləliklə, dövlət 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar məbləğində pul paylayacaq. İllik gəliri 28 000 dollar olan şəxslər 300 (təxminən 500 manat), 28 000-dən 100 000-ə qədər olanlar isə 100 dollar əlavə pul alacaq.Muxalifet2 - 20-02-2018
Afrində 2 kənd daha TERRORÇULARDAN GERİ ALINDI
TSQ və ASO, Afrinin cənub-qərbindəki Mervana və Heygecə kəndlərini terror təşkilatı PKK-dan azad edib.
“Zeytun Budağı” hərəkatı çərçivəsində Türk və ASO əsgərləri, Afrinin cənub-qərbində yerləşən Mervana və Heygecə kəndlərini də terror təşkilatı YPG/PKK-dan terrorçularından təmizləyib.
Müxalifət.azMuxalifet3 - 20-02-2018
Bu qanunu pozan taksi sürücüləri CƏRİMƏLƏNƏCƏK – 50 manat
"Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək".
Bu barədə millət vəkili Vüsal Hüseynov qeyd edib.
O bildirib ki, Milli Məclisdə müzakirə ediləcək yeni qanun layihəsinə əsasən nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.Muxalifet2 - 20-02-2018
Türk general şəhidin qarşısında diz çökdü və... - Video
FETÖ-nun 15 iyul çevriliş cəhdinin istiqamətini həyatı bahasına dəyişən, çevrilişə cəhd edən general Semih Dərzini böyük rəşadət göstərərək öldürən və şəhid olan Ömər Xalisdəmirin ölümündən sonra çəkilmiş görüntülər yayılıb.
Muxalifət.az xəbər verir ki, çevriliş cəhdinin səhəri Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Zəkai Ağsaqqallı Ömər Xalisdəmirin şəhid edildiyi və general Semih Dərzinin öldürüldüyü yerə gəlib.Muxalifet2 - 20-02-2018
ABŞ qırıcısı səmada alışdı: PİLOT ÇƏNLƏRİ DƏNİZƏ ATDI
Yaponiyada Misava aviabazasından Aomori prefekturasına uçan ABŞ-a məxsus F-16 qırıcısının havada ikən mühərriki alışıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri İtsunori Onodera danışıb.
Mühərrikin alışdığını hiss edən pilot təyyarənin 2 yanacaq çənini Ohavara gölünə atıb və bundan sonra hərbi bazaya qayıdıb.
Qeyd edək ki, təyyarədən atılan yanacaq çənlərinin göldəki balıqçıların 400 metrliyinə düşdüyü bildirilib.
Muxalifet2 - 20-02-2018
“Fövqəlnazir”in adamları hədə-qorxu gəldi – “Biz filik, sən də qarışqa, səni əzəcəyik"”
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 20-02-2018
JURNALİSTLƏ BAĞLI HÖKM DƏYİŞDİRİLMƏDİ
Apellyasiyaya instansiyası jurnalist Əziz Orucov haqda çıxarılan hökmü qüvvədə saxlayıb.
Muxalifet2 - 20-02-2018
Əfqan Muxtarlının şikayəti üzrə MƏHKƏMƏ İCLASI BAŞLADI:"Proses qismən istintaqla aparılacaq"
Şəki Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına görə, ilkin baxış iclasında vəkil Elçin Sadıqov Ə. Muxtarlının şüşə kabinədən çıxarılıb vəkilin yanında əyləşməsi, həbsin ev dustaqlığı ilə əvəz edilməsi, prosesin qismən istintaqla aparılması haqqında vəsatətlər verib.
Məhkəmə prosesin qismən istintaqla aparılması barədə vəsatəti təmin edib. Digər vəsatətlər təmin edilməyib. Prosesin baxış iclası martın 2-nə təyin edilib.Muxalifet2 - 20-02-2018
İsrailə qarşı ordu hər şey tətbiq edəcək – GENERAL
Rəsmi Təl-Əvivin mübahisəli əraziyə divar tikiləcəyini açıqlaması İsraillə Livan arasındakı gərginliyi daha da yüksəldib.
Livanlı general Jozef Aoun İsrailin hər hansı təşəbbüsünə qarşı istənilən hərbi varianta əl atacaqlarını bildirib.
“Qəti və açıq şəkildə bildirirəm, əgər İsrail Livanın müstəqilliyini və iqtisadi mənbələrini təhlükəyə atan cəhd etsə, nəticə nə olur olsun, İsrailin bu təcavüzkar həmləsinə qarşı ordumuz nə mümkündür, onu da tətbiq edəcək”, - general bildirib.Muxalifet2 - 20-02-2018
Türkiyədən qələbə: Afrin xəritəsində tarixi dəyişiklik - FOTO
Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edir.
Muxalifət.az xəbər verir ki, gün ərzində 7 kəndi terrorçulardan azad edən türk ordusu strateji əhəmiyyətli mövqeləri birləşdirib.Muxalifet2 - 20-02-2018