Axtarış
The search found 105793 results in 0.122 seconds.
Search results
Türkiyə, İran və Rusiyanın XİN rəhbərləri görüşür - Səbəb
Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Qazaxıstanın paytaxtında görüşəcəklər.
Muxalifet.az xəbər verir ki, görüş martın 14-də Astanada olacaq.
Bundan əvvəl, İranın xarici işlər naziri Cavad Zərif jurnalistlərə üç ölkənin xarici işlər nazirlərinin Suriyada gərginliyin azaldılması məqsədilə Astanada görüşəcəyini, sonra siyasi tənzimlənmə ilə məşğul olmaq üçün İstanbulda sammitin keçirilməsinə hazırlıq aparılacağını bildirib.Muxalifet3 - 19-02-2018
Türkiyəyə gücünüz çatmaz – Millət vəkili
Türkiyə yalnız deyil, Türkiyəni zəiflətməyə sizin gücünüz çatmaz.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyənin Aydın rayonunun Nazilli səmtində yerləşən Şirinevlər məhəlləsində Qarabağ parkı və Xocalı abidəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Sözügedən parkın yaradılmasından çox məmnun olduğunu bildirən Paşayeva bunun iki dövlət arasındakı bağları daha da sıxlaşdıracağını vurğulayıb:Muxalifet3 - 19-02-2018
Türk qırıcıları Əsəd biliyini Afrinə APARAN YOLU VURDU
Türk Silahlı Qüvvələri PKK-nın işğalında olan Afrindən Hələbə uzanan yeganə əlaqə dəhlizini vurdu. Afrinin cənub-şərq xəttində yerləşən Basuta və Ziyara kəndlərindəki PKK mövqeləri Türk döyüş təyyarələri tərəfindən bombalanıb.
Muxalifet3 - 20-02-2018
PKK-Əsəd İTTİFAQI ÇÖKDÜ
Terror təşkilatı PYD-nin Əsəd rejiminin istəklərini yerinə yetirməyincə anlaşmanın pozulduğu qeyd olunub
Məlumata görə, cümə günü rejim ilə 14-cü görüşünü həyata keçirən terror təşkilatı PYD-nin Əsəd rejiminə bağlı hərbi birliklərin Afrinə yerləşməsi üçün 3 saatlıq bir görüş həyata keçirib.Muxalifet3 - 20-02-2018
Bakıda kirayədə yaşayan qadın faciəvi şəkildə öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş bverib.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Elşən İsmayılov küçəsi 60 ünvanında yerləşən evdə kirayədə yaşayan Sabirabad rayon sakini, 1974-cü il təvəllüdlü Mirzəyeva Mətanət Əzizağa qızı dəm qazından boğulub. Onun meyiti dünən günorta saatlarında aşkarlanıb və dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verilib.
Araşdırma aparılır.
Muxalifet2 - 20-02-2018
TRAMPIN RƏQİBİ: Bayden hərəkətə keçir
ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden 2020-ci ildə prezidentliyə namizədliyini verə bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.
Televiziya Baydenin bu bəyanatı xarici siyasət üzrə keçmiş müşavirləri ilə görüşü zamanı söylədiyini bildirib. O hələlik bununla bağlı yekun qərar vermədiyini söyləyib.Muxalifet2 - 20-02-2018
Əsəd ilə YPG niyə ANLAŞA BİLMƏDİ - SƏBƏB
Hələbin şimalında Şehba qəsəbəsində Rusiyanın vasitəçiliyi ilə bir araya gələn terror təşkilatı PYD/PKK ilə Əsəd rejimi arasındakı görüşdə razılıq əldə olunmayıb.
Terror təşkilatı YPG ilə Əsəd rejiminin simvolik Afrin mübadiləsinin baş tutmamasının səbəbi ortaya çıxıb.
YPG SİLAHI TƏHVİL VERMƏYİ RƏDD EDİB
Əsəd rejimi, Afrindəki bütün PYD/PKK üzvü terrorçuların silahlarını təhvil verərək təslim olması şərtini qoyduğu üçün təşkilat bunu qəbul etməyib və bu xüsusda danışıqların davam edəcəyi bildirilib.Muxalifet3 - 20-02-2018
Abşeronda yanğın: ÖLƏN VAR
Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
FHN-dən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Muxalifet2 - 20-02-2018
Ruhanidən Ərdoğana ABŞ təklifi: QARŞISINI ALAQ!
İran prezidenti Həsən Ruhani, prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi telefon danışığında ABŞ-ın bölgə siyasətini tənqid edərək, "Regionda bəziləri bölmə və kukla dövlətlər yaratmaq səyi içindədir. Çoxşaxəli əməkdaşlığımızı artıraraq bunun qarşısını almalıyıq" deyib.
İran prezidentinin rəsmi internet saytından verilən məlumata görə, Ruhani, Suriya probleminin həllinə yönələn Astana və Soçi danışıqlarının ümidverici olduğunu söyləyərək bunun davam etməsini istəyib.Muxalifet3 - 20-02-2018
Prezidentliyə namizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi artıq bu gündən başlayır.
Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.
Muxalifət.az xəbər verir ki, təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.Muxalifet2 - 20-02-2018
Eldar Namazovun təşkilatının üzvləri İlham Əliyevi dəstəklədilər
ATƏT və AŞ PA seçkiyə müşahidəçi göndərəcək; politoloq: “Məni daha çox maraqlandıran seçkidən sonra olacaq proseslərdir”
Muxalifet2 - 20-02-2018
HƏMAS-dan İsrailə xəbərdarlıq: Davam edəcək...
İsrail xalqımızın sülhpərvər nümayiş keçirmək haqqını əlindən almaq üçün var gücü ilə çalışır.
Bu sözləri HƏMAS-ın sözçüsü Hazım Qasım deyib.
“Fələstinlilər nümayiş keçirmək və işğala qarşı müqavimət göstərmək haqlarından istifadə etməyə davam edəcək”, - HƏMAS sözçüsü deyib./axar/Muxalifet2 - 20-02-2018
NOVELLA CƏFƏROĞLU: “Nə zaman ki, əfv olacağı gözlənilir, Avropada bəziləri 5-10 qəpik pula görə başlayırlar hay-həşirə”
Qarşıdan Novruz bayramı gəlir. Hər il adətən bu bayram ərəfəsində prezident İlham Əliyev əfv sərəncamı imzalayır və onlarla məhbus azadlığa çıxır. Xatırladaq ki, ötən ilin mart ayında imzalanan əfv sərəncamı ilə 423 nəfər azadlığa çıxmışdı. Bu il də Novruz bayramı yaxınlaşdıqca, əfv sərəncamı ilə bağlı müzakirələr artır. Məlumatlara görə, son günlər Əfv Komissiyası da tez-tez toplanır, məhbusların və onların yaxınlarının müraciətlərinə baxırlar.
Muxalifet2 - 20-02-2018
Pilotsuz SİHA-lar terrorçu snayperləri MƏHV ETDİ
Türk Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin şəhərindəki terror təşkilatları hədəflərinə qarşı 20 yanvarda başladığı “Zeytun Budağı” hərəkatında 31-ci gün geridə qalıb.
Racu mahalının Dərviş Obası bölgəsində snayper olduqları bildirilən iki PYD/PKK-lı terrorçu pilotsuz SİHA atəşi ilə öldürülüb. Şeyx Hədid mahalının Bilal kəndində iki terrorçu, Cinderes mahalının iki kilometr qərbində zeytun ağacları altındakı dörd terrorçu öldürülüb. SİHA-ların müəyyən etdiyi bəzi terrorçu qrupları və saxlandıqları yerlər, döyüş təyyarələri vasitəsi ilə məhv edilib.Muxalifet3 - 20-02-2018
Putin emissarının İrəvan səfəri, PKK-ERMƏNİ DOSTLUĞU VƏ QARABAĞ...
Rus xəfiyyəsi Narışkinin Ermənistan ziyarətində Türkiyə “izi” və... səfərin bəzi başqa pərdəarxası məqamları; Azərbaycanın böyük lobbisti olan İsrail müdafiə naziri Libermana qarşı sui-qəsd cəhdi təsadüfidirmi; azərbaycanlı general: “Erməni barmağı var...”
Muxalifet2 - 20-02-2018
Avropa ölkəsində müsəlman və yəhudilər etiraz edir - SÜNNƏT QADAĞAN OLUNUR
İslandiya oğlan uşaqlarının sünnətini qadan edən ilk ölkə olmağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu addım ölkədəki müsəlman və yəhudilər tərəfindən narazalıqla qarşılanıb.
İslandiya parlamentinə təqdim edilən sünnəti yasaqlayan qanun layihəsi qadağaya əməl etməyənlər üçün 6 illik həbs cəzası nəzərdə tutur. Qanun layihəsində yeganə istisna "sünnətin tibbi olaraq vacib olduğu" vəziyyətlərdir.Muxalifet2 - 20-02-2018
Əsəd-PKK ÇİRKLİ ANLAŞMASINA PREZİDEN SÖZÇÜSÜ CAVAB VERDİ
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın “YPG-Əsəd anlaşdı” iddiasına dair, "Kim nə edirsə, etsin, hərəkat məqsədinə çatacaq" – deyə, çirkli anlaşmaya tutarlı cavab verib.
İbrahim Qalın sosial media hesabı üzərindən verdiyi açıqlamada "Afrin məsələsində rejim ilə PYD/YPG anlaşdı” xəbərlərinin təbliğat məqsədli olduğu dəqiqdir. Lakin bu, bir sıra gizli və çirkli sövdələşmələrin olmadığı mənasına gəlmir. Kim nə edirsə, etsin, “Zeytun Budağı” hərəkatı planlaşdırıldığı şəkildə qətiyyətlə davam edəcək və məqsədinə çatacaq" deyib.Muxalifet3 - 20-02-2018
Bu ölkələrlə savaşa hazırlaşmalıyıq - ABŞ
ABŞ ordusu geniş əhatəli döyüş fəaliyyətlərinə hazır olmalıdır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqalmasında ABŞ Silahlı Qüvvələrinin Büdcə üzrə direktoru Pol Çemberlen söyləyib.Muxalifet2 - 20-02-2018
Prezident bu BORCLARI SİLİR
Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.
Bununla bağlı prezident İlham Əliyevtərəfindən MM-ə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.Muxalifet2 - 20-02-2018
Türk ordusu 12 şəhidin QİSASINI ALDI: F-16-larla...
Suriyanın Raco bölgəsində mülki insanların arasına qarışan terrorçuların atdığı qumbaralar və köməyə gedən “Atak” helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan 12 əsgərin intiqamı alınıb.
Muxalifət.az xəbər verir ki, terrorçuların hücum planları PUA-lar vasitəsilə müəyyən edilib. Terrorçuların sayı çox olduğuna görə əraziyə yaxın mövqelərdəki “Bayraqdar” dronları əməliyyata cəlb olunub.Muxalifet2 - 20-02-2018