Axtarış

The search found 105793 results in 0.082 seconds.

Search results

  1. Təbii ehtiyaclarını belə ödəyə bilmir, ƏLİLLİK DƏRƏCƏSİ VERMİRLƏR

    Qardaşı Anar Rəsulbəyli “çıxış yolunu anasını, qardaşını və özünü xəstəxananın qarşısında yandıraraq intihar etməkdə görür”

    Muxalifet - 21-02-2018

  2. ​Türkiyə səfirliyinə şübhəli AĞ TOZ GÖNDƏRİLDİ

    Türkiyənin Moskva səfirliyinə içində ağ toz olan şübhəli məktub göndərilib.
    Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ilkin tədqiqatdan sonra zərfin içində zərərli maddə tapılmayıb.
    Qeyd edək ki, son dövrlərdə bir çox rəsmi şəxs və qurumlara bu tip şübhəli məktublar göndərilib. ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın həyat yoldaşı, sabiq ABŞ prezidenti Barak Obama, İngiltərə parlamenti bu şəxs və qurumlar siyahısındadır.

    Muxalifet2 - 21-02-2018

  3. ​Azərbaycan millisinin Ermənistanla qarşılaşacağı TARİX AÇIQLANDI

    Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyindəki oyunlarının vaxtı dəqiqləşib.
    Muxalifət.az xəbər verir ki, baş məşqçiliyini Elşən Yusubovun etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək.
    Bu matç iyulun 3-də olacaq. A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcək. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.

    Muxalifet2 - 21-02-2018

  4. ​Sosial şəbəkədə bu 5 hərəkəti əsla etməyin, yanarsınız...

    Sosial medianı əksəriyyətin sevdiyini və ya sevməsə də, istifadə etdiyini bilirik. Amma sosial şəbəkə düşündüyünüz qədər məsum və ya bəsit olmaya bilər. Bu səbəbdən də nələr paylaşdığınıza və ya yazdığınıza diqqət etməniz baxımdan bəzi məsləhətlər yararlıdır.
    Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki,  sosial şəbəkədə nələr etməməli olduğunuzun siyahısını hazırlayıb:

    Muxalifet2 - 21-02-2018

  5. Məcburi köçkünlərin aylıq müavinəti artırıldı – 10 FAİZ...

    Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə sərəncam imzalayıb.
    Muxalifət.az xəbər verir ki, sərəncama əsasən, aylıq müavinətlər artırılıb:

    1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    Muxalifet2 - 21-02-2018

  6. ​Qubada itkin düşmüş alpinistlərlə bağlı SON MƏLUMAT

    Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı son məlumat açıqlanıb.
    Əməliyyat Qərargahından verilən məlumata görə, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

    Muxalifet2 - 21-02-2018

  7. Xərc çəkib obyekt tikdirdi, üç ildir elektrik enerjisi çəkdirə bilmir - ŞİKAYƏT

    Şəki rayonu, Baş Şabalıd kənd sakini Məmmədsoy İsrafil Əhmədiyə oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
    “Mən sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Şəki rayonunub Oxud kənd ərzisində çıxarışla əldə etdiyim 0,20 ha torpaq sahəsində mövcud qayda və qanunvericiliyə uyğun bir xidmət obyekti tikmişəm. Çox təəssüfləndirici haldır ki, elektrik təchizatı olmadığına görə bu obyekti işlədə bilmirəm.

    Muxalifet - 21-02-2018

  8. AZƏRBAYCAN və TÜRKİYƏ “QAZ SAVAŞI”NIN TƏN ORTASINDA –Rusiyadan yaxa qurtarmaq mümkün olacaqmı? - TƏHLİL

    Qərb sevinc  içindədir: Avropa Birliyi Azərbaycandan tezliklə “mavi yanacaq alacaq” – Rusiyanınkının yerinə. Lakin Türkmənistan borunu doldurmaqda Bakıya yardım etməsə, nə olacaq? İlham Əliyev Avropaya artıq 2020-ci ilə qaz vəd edib.

    Muxalifet2 - 21-02-2018

  9. ​Usubov və Qaralov avtoritetləri qəbul etmədi – İMTİNA

    Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.

    Muxalifet2 - 21-02-2018

  10. Suriya mediası: Əsəd ordusu yenidən Afrinə çatdı

    Türkiyənin hücumlarına qarşı çıxan hökumət qüvvələrinin yeni birliyi Afrinə çatıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi "Səna" məlumat yayıb.
    Qeyd edək ki, ötən gün Əsəd ordusu Afrinin mərkəzinə daxil olmağa çalışsa da, Türkiyə ordusunun xəbərdarlıq atəşindən sonra geri çəkilmişdi.
     

    Muxalifet3 - 21-02-2018

  11. ​Cəbhədə düşmən kvadrokopteri ələ keçirilib

    Fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.
    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
     

    Muxalifet3 - 21-02-2018

  12. ​Bakıda qanunsuz ağac kəsimi aşkarlanıb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə bu gün növbəti reyd keçirilib.
    ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.
    Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib.

    Muxalifet3 - 21-02-2018

  13. ​Rusiya ittihamları qəbul etmədi: Biz bombalamadıq

    Suriyanın Şərqi Quta bölgəsində vətəndaşların bombardmana məruz qalması barədə yayılan iddialar əsassızdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov söyləyib.
    "Bunlar əsassız ittihamlardır. Bunların hansı səbəblərlə bağlı yayıldığını bilmirik. Məsələ ilə bağlı konkret məlumatlar təqdim edilməyib. Bu səbəbdən ittihamları rədd edirik", - Peskov söyləyib.
    Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert Rusiyaya Əsədi bombardmanı dayandırması barədə çağırış edib.
     

    Muxalifet3 - 21-02-2018

  14. ​“Maxaçqala” aeroportu Bakıya birbaşa reys açır?

    “Maxaçqala” Beynəlxalq Aeroportu Azərbaycan, Gürcüstan və Qırğızıstana müntəzəm reyslər təşkil etmək üçün bir neçə aviadaşıyıcı ilə danışıqlar aparır.

    Muxalifet3 - 21-02-2018

  15. ​Bakıda qadınlar ərəblərin pulunu və pasportlarını oğurladı

    Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb.
    Muxalifet.az-ın məlumatına görə, paytaxtda turist kimi səfərdə olan Bəhreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Əhməd Nasir Bəhrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yasir Məhəmməd Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pulları və pasportları oğurlanıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 21-02-2018

  16. Balotelli: Putin, hardasan? - VİDEO

    Avropa Liqasının 1/16 final mərhələsində “Lokomotiv”lə oyun üçün Rusiyanın paytaxtı Moskvada olan “Nitsa”nın hücumçusu Mario Balotelli növbəti dəfə etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
    Muxalifet.az-ın məlumatına görə, “Qırmızı meydan"da komanda yoldaşları ilə gəzintidə olarkən futbolçulardan biri ərazidəki binalardan birini göstərərək, “Putin buradadır” deyib.

    Muxalifet3 - 21-02-2018

  17. ​Ermənistan qeyri-konstruktiv və perspektivsiz... - Baş nazir

    Azərbaycanın Baş naziri Artur Rasizadə İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Muxalifet3 - 21-02-2018

  18. ABŞ helikopterləri həbsxanaya endi: İŞİD-çilər qaçırılır

    ABŞ-a məxsus helikopterlər Suriyanın Haseke şəhərindəki həbsxanadan İŞİD üzvlərini qaçırıb.
    Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən Haseke şəhərindən olan adının açıqlanmasını istəməyən bir mənbə ABŞ helikopterlərinin kürdlərin nəzarətindəki zindandan İŞİD-çiləri qaçırtmaq üçün həbsxananın meydançasına endiklərini gördüyünü söyləyib.
    Həmçinin amerikalıların sözügedən həbsxanada baza qurmaq istədikləri və bu səbəbdən dolayı müxtəlif yerlərdən ora silah-sursat daşıdıqları bildirilib.
     

    Muxalifet3 - 21-02-2018

  19. ​Azərbaycan bu Afrika ölkəsi ilə əlaqələri gücləndirir

    Fevralın 21-də Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılmasına həsr olunan qəbul təşkil edilib.
    Muxalifet.az  xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Efiopiyanın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Ayaleu Gobezi Vorknyu ölkəsinin Bakıda fəxri konsulluğunun açılmasından məmnunluğunu bildirib.

    Muxalifet3 - 21-02-2018

  20. ​Suriyadan Türkiyəyə üç raket zərbəsi endirildi - Foto

    Türkiyənin Hatay bölgəsinin Kırıkhan rayonuna Suriyanın Afrin bölgəsindən üç raket atılıb.
    Əkin sahəsinə düşən raketlər insanlara xətər yetirməyib.
    Hadisə ilə bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 21-02-2018

Pages