Axtarış

The search found 105795 results in 0.078 seconds.

Search results

  1. Moldovadan Kremlə: Ordunuzu çıxarın

    Rusiya sülhməramlıları Dnestryanıdan çıxmalıdır.
     
    Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Moldova Baş naziri Pavel Filip söyləyib.
    “Mənim ölkəm Rusiya ilə balanslaşdırılmış və dostluq münasibətlərinə cəhd edir. Bu münasibətlərdə ticarət əməkdaşlığı siyasiləşdirilmiş olmayacaq. Moskva ilə dialoq qarşılıqlı hörmət əsasında olmalıdır. Moskva ilə münasibətlərdə sadə olmayan situasiya yaranıb. Bizi Şərqi Avropadakı qeyri-müəyyən situasiya narahat edir. Buradan Şərqlə Qərb arasındakı geosiyasi parçalanmanın əsas xətti keçir”, – deyə o bildirib.

    Muxalifet3 - 18-02-2018

  2. Rusiyadan İrana şok: İsraili müdafiə edəcəyik

    Əgər İran İsrailə hücum etsə, Rusiya İsrailin yanında yer alacaq. Bunu “Tayms of İsrail” qəzetinə müsahibəsində Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolov deyib. “İsrailə qarşı aqressiya zamanı təkcə ABŞ yox, biz də onun yanında dayanacağıq. Bizim həmvətənlərimizin çoxu burada yaşayır. Biz İsrailə qarşı heç bir aqressiyaya imkan verməyəcəyik”, - deyə o bildirib.

    Muxalifet3 - 18-02-2018

  3. Afrində əcnəbi terrorçuların LİDERİ ÖLDÜRÜLDÜ

    Türkiyəyə qarşı döyüşmək üçün terror təşkilatına qatılan əcnəbi terrorçuların cənazələri bir-bir ölkələrinə göndərilir.
     
    Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin şəhərindəki terror təşkilatlarına qarşı 30 gündür aparılan “Zeytun Budağı” hərəkatında zərərsizləşdirilən terrorçu sayı 1614-ə yüksəlib.
    Əməliyyatın 30-ci günü Fransa, İspaniya və Hollandiya vətəndaşı olan 3 YPG-li terrorçu öldürülüb.

    Muxalifet3 - 18-02-2018

  4. Saakaşvili tərəfdarları Kiyevdə aksiyalara başladı - VİDEO

    Ukraynanın paytaxtı Kiyevdə Yeni Qüvvələr Hərəkatı Partiyasının sədri Mixail Saakaşvili tərəfdarlarının kütləvi etiraz aksiyaları başlayıb.
    Muxalifet.az xəbər verir ki, aksiya iştirakçıları Prezident Petro Poroşenkonun istefasını və Ali Radaya yeni seçkilər keçirilməsini tələb edirlər.
    Ukrayna Milli Polisinin “Feysbuk” səhifəsində bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə nəzarət edirlər. Paytaxt küçələrinə polis və Milli Qvardiyanın ümumilikdə 3 min əməkdaşı çıxarılıb.

    Muxalifet4 - 18-02-2018

  5. Rusiyada yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatdı

    Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.

    Muxalifet4 - 18-02-2018

  6. Президентские выборы с карабахской подоплекой - Аналитика

    Политическая интрига, созданная решением президента Азербайджана Ильхамом Алиевым перенести выборы с октября на апрель, имеет, как и следовало ожидать, две составляющие: внутриполитическую и внешнеполитическую.
     

    Muxalifet4 - 18-02-2018

  7. Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəbi bilindi

    Bakıda qadının öldürülməsi və meyitinin doğranaraq zibil qutusuna atılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

    Muxalifet4 - 18-02-2018

  8. ​Türk qırıcıları havaya qalxdı: Darmık bombardman edildi

    Türk ordusu Suriyanın Darmık dağının ətrafında antiterror əməliyyatları keçirib. Muxalifet.az xəbər verir ki, ərazidə terrorçuların yeni hədəflərini müəyyən edən türk əsgəri "Fırtına" topları və qırıcılarla PYD-PKK mövqelərini atəşə tutub. Hücum zamanı xeyli terrorçunun öldüyü, sığınacaqların darmadağın edildiyi bildirilib. Əməliyyat anında bölgədən qalxan tüstü Türkiyənin Kilis vilayətindən də görünüb.

    Muxalifet3 - 18-02-2018

  9. ​"Qarabağ"dan çətin səfər qələbəsi, "Kəpəz" isə...

    Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
    Muxalifet.az xəbər verir ki, günün son oyununda “Səbail” öz meydanında lider “Qarabağ”a 1:0 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu 51-ci dəqiqədə Mahir Mədətov vurub.
    Günün digər matçında isə “Kəpəz” “Keşlə”ni 1:0 məğlub edib.
     

    Muxalifet3 - 18-02-2018

  10. ​Rus aktyor Türkiyə vətəndaşı oldu, əsgər getdi - Foto

    Məşhur rusiyalı aktyor Andrey Polyanin Türkiyə vətəndaşlığı alıb.
    Muxalifet.az xəbər verir ki, əvvəllər Türkiyə film sektorunda “Elin oğlu”, “Qalx gedək”, “Krımlı” kimi filmlərdə rol alan Polyaninin hətta Türkiyədə hərbi xidməti də başa vurduğu məlum olub.
    “Türkiyə mənim ikinci vətənimdir. Lazım olarsa, heç düşünmədən cəbhəyə də gedərəm. Məhmətçiklə çiyin-çiyinə savaşaram”, - aktyor bildirib.
     

    Muxalifet3 - 18-02-2018

  11. ​Türkiyəyə pis xəbər: Afrinə yeni ordu yeridilir

    PKK Mosulun Sincar mahalındakı yaraqlıları zorla Afrinə göndərir.
    Miuxalifet.az xəbər verir ki, bu sözləri Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının Sincar üzrə rəsmisi Qədir Qaçaq “Anadolu” agentliyinə açıqlamasında deyib.
    “Sincarda Haşdi Şabi qruplaşması ilə PKK arasında həmrəylik var. Haşdi Şabi yaraqlıların toplu halında Afrinə göndərilməsi məsələsində PKK-ya kömək edir. Bu qruplaşmanın əsas məqsədi isə Sincarda vahid gücə çevrilməkdir”, - Qədir Qaçaq bildirib.
     

    Muxalifet3 - 18-02-2018

  12. ​Keçmiş millət vəkili vəfat etdi

    Azərbaycan parlamentinin sabiq deputatı Rəfail Səmədov dünyasını dəyişib.
    Muxalifet.az-ın yerli bürosunun məlumatına görə, R.Səmədov bu gün səhər saatlarında Sumqayıt şəhərində vəfat edib.
    R.Səmədov 1985-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib.
    Allah rəhmət eləsin!
     

    Muxalifet3 - 18-02-2018

  13. ​Qazaxıstan silkələndi - 4,7 bal

    Bu gün yerli vaxtla saat 15.47 radələrində Qazaxıstanda 4,7 maqnitudalı zəlzələ baş verib.
    Muxalifet.az-ın verdiyi məlumata görə, Qazaxıstanın şərqində, Almatadan 587 km şimalda baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
    Dağıntı və tələfat yoxdur.
     

    Muxalifet3 - 18-02-2018

  14. ​Dağıstanda dəhşət: 5 ölü, 4 yaralı

    Dağıstanın Kızılyar şəhərində naməlum şəxs insanları atəşə tutub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
    Bildirilir ki, həmin şəxs provaslavların dini mərasim keçirdiyi əraziyə daxil olub və kütləyə atəş açıb.
    Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
    Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkarın öldürüldüyü deyilib.
    Kızılyar şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
     

    Muxalifet3 - 18-02-2018

  15. ​Ərdoğan Osmanlı silləsini kimə vuracaq? - Cavab

    Terrorla mübarizəmiz amansız şəkildə davam edir, edəcək də.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
    “Kim nə deyir desin, bölgədə bir terrorçu da qalmayacaq. Avropada məndən soruşdular ki, Prezident Ərdoğan Osmanlı silləsini kimə vuracaq? Dedim, gedin Afrinə, “Zeytun budağı” əməliyyatında Osmanlı silləsini kimin yediyini görəcəksiniz”, - Yıldırım bildirib.
     

    Muxalifet3 - 18-02-2018

  16. ​İranlı nazir Netanyahunu təhqir etdi

    Sizlər bu gün cavab verilməsi belə gərəksiz olan cizgi filminə bənzər sirk nümayişi izlədiniz.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Münhendə İsrail Baş naziri Benyamin Netanyahunun İranla bağlı çıxışına cavab olaraq deyib.
    “İsrail təcavüzkar siyasətini qonşularına qarşı istifadə edir. Suriya və Livanda hər gün silahlı hücum etməklə toplu şəkildə intiqam alır”, - İran XİN rəhbəri bildirib.

    Muxalifet3 - 18-02-2018

  17. ​SON DƏQİQƏ: Türkiyədən mesaj: Hamınız gəlin, cavabınızı verəcəyik!

    Deyirlər ki, Türkiyə Suriyadakı kürdlərə qarşı əməliyyatlar keçirir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çelik deyib.
    “Heç kim düşünməsin ki, terrorçulara dəstək verərək, Türkiyədən bir daş alaca biləcək, Türkiyənin geri çəkilməsinə səbəb olacaq. Amma dəstək verənlər var. Onlara demək istəyirəm ki, hamısı birləşib üstümüzə gəlsinlər, cavablarını verəcəyik”, - Çelik bildirib.
     

    Muxalifet3 - 18-02-2018

  18. ​Bakı-Quba yolunda ağır qəza: ölənlər var

    Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
    Muxalifet.az-ın verdiyi məlumata görə, VAZ-2106 markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
    Faktla bağlı araşdırmalar aparılır.
     

    Muxalifet3 - 18-02-2018

  19. ​“Qalatasaray”ın matçında oyunçu ölümdən döndü

    Türkiyə Super liqasında keçirilən “Kasımpaşa” - “Qalatasaray” matçında qorxulu anlar yaşanıb.
    Muxalifet.az xəbər verir ki, "Qalatasaray"ın fransız ulduzu Bafetimbi Qomis oyun zamanı huşunu itirərək yerə yıxılıb.
    Tibbi personal dərhal müdaxilə edərək, futbolçunu ayıltmağa müvəffəq olublar. Bir müddət meydandan kənarda qalan Qomis daha sonra oyuna davam edib.
     

    Muxalifet3 - 18-02-2018

  20. ​Türk generaldan Afrin mesajı: Son...

    Türkiyə Baş Qərargah rəhbəri Hulusi Akar Suriya sərhədində yerləşən Hatay və Kilis vilayətlərinə gəlib.
    Muxalifet.az xəbər verir ki, Akar “Zeytun budağı” əməliyyatı ilə bağlı hərbi hava qüvvələri və quru qoşunları komandanlarından məlumat alıb.
    “Mübarizəmiz davam edir. Afrindəki terrorçuların sonu faciə ilə bitəcək”, - Akar bildirib.
     

    Muxalifet3 - 18-02-2018

Pages