Axtarış
The search found 105777 results in 0.089 seconds.
Search results
NAZİM İBRAHİMOVUN MALİYYƏ YEYİNTİLƏRİ ÜZƏ ÇIXDI - Diaspor Komitəsində milyonlar necə talan olunub...
Hesablama Palatasının Kollegiya iclasında müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 01 yanvar 2016-cı il tarixindən 01 iyul 2018-ci il tarixinədək olan dövrdə Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilən auditin nəticələri müzakirə edilib.
Muxalifet.az Palataya istinadən xəbər verir ki, müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə müvafiq auditorun hesabatı təsdiq edilib. Audit ilə ümumilikdə 13021,5 min manat vəsait əhatə olunub.Muxalifet4 - 28-03-2019
Avtomobillərin texniki baxış müddəti hansı tarixdə bitir? - EKSPERTDƏN AÇIQLAMA
“Ötən ilin yayından qüvvəyə minən dəyişikliklərə əsasən, texniki baxış vaxtının avtomobilin istehsal ölkəsi və növü ilə bağlılığı ləğv edildi. Hazırda qüvvədə olan qanuna Yol Hərəkəti Qaydalar haqqında qanunun 30-cu maddəsi) əsasən istənilən ölkədə istehsal olunmuş minik avtomobilinin, avtobusun, yük avtomobilinin, qoşqunun və motosikletin texniki baxış vaxtı bundan əvvəlki texniki baxış tarixi ilə bağlıdır”.
Muxalifet4 - 28-03-2019
30 MİLYONLUQ CİNAYƏT İŞİ İLƏ BAĞLI QƏRAR - Arif Əsgərovun baldızı oğlunun iddiası təmin olunmadı
Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun, onun oğlu Elnar Əsgərovun adı qarışan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun valideynlərinin və vəkillərinin kəskin etirazlarına baxmayaraq iş üzrə qərar verib. Rəşad Abdulov Rahib Hüseynovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmün dəyişdirilmədən saxlanılması haqda qərarını açıqlayıb.
Muxalifet4 - 28-03-2019
Пашинян намерен потребовать объяснений у МГ ОБСЕ
Сопредседатели Минской группы ОБСЕ, предложившие три принципа и шесть элементов урегулирования карабахского конфликта, должны сами их прокомментировать, чтобы стороны могли сказать, приемлемы они для них или нет. Об этом в четверг выступая в парламенте Армении заявил премьер-министр Никол Пашинян.
"О трех принципах и шести элементах у меня, конечно, есть очень важные вопросы, и поскольку через два дня состоится переговорный процесс, я задам эти вопросы на месте и, конечно же, потом с удовольствием расскажу вам, что это за вопросы и каковы мои впечатления о них.
Muxalifet4 - 28-03-2019
PKK ÇÖKÜR: Terrorçubaşı Karayılan İrana qaçdı
Türkiyənin “Star” qəzetinin müəllifi Yəhya Bostan MİT və TSQ-nin birgə əməliyyatında PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamı Rza Altun başda olmaqla, PKK-nın rəhbər heyətinin vurulduğu hava hərəkatına dair maraqlı məlumatlar verib.
Muxalifet3 - 28-03-2019
YANĞIN DAHA BİR CİNAYƏTİ ÜZƏ ÇIXARDI - Bu mərkəz həm də cinayətkarların sığınacağı imiş?
Narkoloji Mərkəzdə müalicə olunan, məlum yanğın hadisəsi zamanı sağ qalan zərərçəkmişlərdən birinin etirafı bu Mərkəzdə baş verən daha bir cinayət faktını üzə çıxarıb. Məlum olub ki, Şamaxıda həyat yoldaşını ölümcül döyüb xəstəxanalıq edən Şirzad Əsədov ad-soyadını dəyişərək xəstə kimi Narkoloji Mərkəzdə gizlənib. Baş həkim isə ondan nə sənəd tələb edib, nə də göndəriş vərəqəsi.
Muxalifet4 - 28-03-2019
İcra başçısı “Əmək” ordeni ilə təltif edildi - PREZİDENT SƏRƏNCAMI
Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ş.Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır. Aprelin 1-də onun 80 yaşı tamam olur.
Muxalifet4 - 28-03-2019
ABŞ Qüds məsələsində kral Abdullaha təzyiq edir
İşğalçı İsrail və ABŞ rəhbərliyinin Qüdsdə tətbiq etmiş olduğu siyasətlərə qarşı sərt çıxan və bu həftə içərisində, “Qüds bizim qırmızı xəttimizdir” açıqlaması edən İordaniya kralı Abdullahın ABŞ və ərəb ölkələri tərəfindən təzyiqə məruz qaldığı ortaya çıxıb.
İordaniya parlamentinin millət vəkili Yəhya Nikab Khaleej “Online” xəbər saytına verdiyi açıqlamada, "Kral Abdullah “Qüds bizim qırmızı xəttimizdir" açıqlaması edəndə bir çox ölkəyə mesaj göndərmişdi. Ancaq bu bəyanatdan sonra İordaniya kralı Abdullaha qarşı təzyiqlər artıb" deyib.Muxalifet3 - 28-03-2019
“The Guardian” qəzeti Türkiyəni hədələdi
İngilis “The Guardian” qəzeti Türkiyənin London birjalarında əldə etdiyi nailiyyətin ağır nəticələrinin olacağını yazıb.
Ötən cümə günü Türkiyəyə qarşı keçirilən valyuta təxribatına Mərkəzi Bank çox dəqiq bir cavab verdi.
Londonda birjalarındakı pul baronları Türk lirəsi tapmaqda çətinlik çəkəndə böyük ziyan düşüblər. Məhz bu addıma görə, dollar Türk lirəsinə nisbətdə 40 qəpik qiymətdən düşüb.
Türkiyənin bu həmləsi İngilis “The Guardian” qəzetində manşet xəbər olub. “The Guardian” təhdid dolu bir dillə Türkiyənin həmləsini tənqid edib.Muxalifet3 - 28-03-2019
Liviyada qaçırılan Türk gəmisi xilas edildi
Köç etmək istəyən miqrantlar tərəfindən qaçırılan Türk gəmisi Malta ordusu tərəfindən xilas edilərək Malta limanına aparılır.
Qeyd edək ki, 22 martda Türkiyədə Tuzladan hərəkət edən Palau bayraqlı 52 metr uzunluğundakı "Elgiblu 1" adlı tanker dünən Liviya sahillərində köç etmək istəyən miqrantların xilas olunmasından sonra köçkünlər tərəfindən gəmi ələ keçirilib.
6 şəxsi heyəti olan gəminin kapitanının Türk, 4 personalın Hind, 1 əməkdaşın isə Liviyalı olduğu öyrənilib.Muxalifet3 - 28-03-2019
Ukraynadan Qarabağla bağlı MÜHÜM QƏRAR
Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib.
Muxalifet - 28-03-2019
Rusiya Trampın çağırışını rədd etdi: Kreml açıqladı
Kremldən verilən açıqlamada, ABŞ prezidenti Trampın "Hərbi güclərini Venesueladan çək" çağırışının rədd edildiyi qeyd olunub.
Rusiyanın “RIA” xəbər ahentliyi Kremlin ABŞ prezidenti Donald Trampa verdiyi cavabı bütün dünyaya çatdırıb.
Rus əsgərlərinin Venesueladan çəkilməsi lazım olduğunu söyləyən Trampa Rusiyanın cavabı sərt olub.
Kremldən gələn açıqlamada, Rusiya əsgərlərinin Venesuelanın qanuni hökumətinin çağırışı ilə yerləşdirildiyi bildirilib.
Bu vəziyyətin hüquqa uyğun olduğu vurğulanıb.
Müxalifət.azMuxalifet3 - 28-03-2019
Qarabağ danışıqları: Mnatsakanyan Popovla niyə xəlvəti görüşüb... - PAŞİNYAN İSƏ VYANADA “ORDAN-BURDAN” DANIŞMAQ İSTƏYİR
Vyanada sabah Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutacaq ilk rəsmi danışıqlar ərəfəsində erməni xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskvadakı məxfi görüşləri barədə daha bir məlumat yayılıb. Ermənistanda nəşr olunan “168 saat” qəzetinin yazdığına görə Mnatsakanyan Moskvaya martın 21-22-də baş tutmuş məxfi səfəri zamanı Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla görüşüb.
Muxalifet4 - 28-03-2019
İlham Əliyev müşavirə keçirdi - “Diqlas”dakı yanğınla bağlı
Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib.Muxalifet - 28-03-2019
Cahangir Hacıyevin məhkəməsində FHN-nin şöbə müdiri ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası fasilədən sonra dav
Muxalifet - 28-03-2019
Tanınmış müğənni pilləkənlərdən YIXILDI - Video
Ötən gün müğənni Türkan Vəlizadənin baş tutan doğum günündə anidən xoşagəlməz hadisə yaşanıb. Belə ki, dəvətlilər siyahısında olan müğənni Səbinə Selcan restoranın pilləkənlərindən başüstə yıxılaraq xəsarət alıb.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, müğənninin yıxılma anı anbaan ARB TV-nin “Show News” kamerasına düşüb.
Müğənniyə sənət dostları ilkin tibbi yardım göstərib. Aldığı xəsarətdən sonra Səbinə Selcan ilk reyslə Türkiyəyə yola düşüb. Müğənni ilə bərabər ARB TV –nin “Show News” komandası da Türkiyədəki xəstəxanaya üz tutub.Muxalifet - 28-03-2019
Dünyanın ən güclü DONANMALARINA sahib ölkələr: Azərbaycan neçəncidir?
“Globalfirepower” dünyanın ən güclü Hərbi Dəniz Qüvvələrinə malik ölkələrin siyahısını açıqlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, siyahıda 97 ölkənin adı var.
Azərbaycan ən güclü donanmaya sahib ölkələr sırasında 67-ci yerdə qərarlaşıb. Şimal-qərb qonşumuz Gürcüstan isə 96-cı sıradadır. Cənub sərhədimizdə yerləşən İran 4-cü, şimal qonşusu Rusiya isə 5-ci pillədədir.Siyahının ilk 50 pilləsində qərarlaşan ölkələr:
Muxalifet - 28-03-2019
100 MİLYONLAR NECƏ 100 MANATA ÇEVRİLİR? – Deputatın Beynəlxalq Bankın müəssisələri üzərində ŞOK əməliyyatları
50 ildir işləyən fabrik və zavodların adları dəyişdirilərək, bazalarında “100 manatlıq” MMC-lər təsis edilib, nizamnamə kapitalları “sıfırlanıb”
Fabriklər Cahangir Hacıyevin nəzarətindən çıxarıldıqdan sonra olan-qalan pulların da başına daş salınıb
Muxalifet - 28-03-2019
Kreml Trampın çağırışını RƏDD ETDİ: “HƏRBÇİLƏRİMİZ TƏRK ETMƏYƏCƏK!”
Kremldən verilən açıqlamada Rusiya dövlətinin ABŞ prezidenti Donald Trampın “Hərbi qüvvələrini Venesueladan çıxar” çağırışına rədd cavab verdiyi bildirilib. Tramp Rusiya hərbçilərinin Venesuela ərazisindən çıxmasını tələb eləmişdi. Rəsmi Moskva hərbçilərin Venesuela dövlətinin qanuni hakimiyyətinin dəvəti ilə orada yerləşdirildiyini bildirib və okeanın o tayındakı ölkədəki hərbi varlığının beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.
Muxalifet - 28-03-2019
Azərbaycanda qadının sürdüyü avtomobil su kanalına "uçdu" - VİDEO
Beyləqanda ağır yol qəzası baş verib.
Beyləqan şəhərinin girişinin yaxınlığında qadın sürücünün idarə etdiyi “Nissan Teana” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Avtomobil daha sonra yolun kənarındakı su kanalına düşüb.
Hadisə zamanı xəsarət alan sürücünü yoldan keçənlər çıxararaq xəstəxanaya aparıb. Avtomobilin kanaldan çıxarılması üçün əraziyə kran cəlb edilib.
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik./Publika.azMuxalifet - 28-03-2019