Axtarış

The search found 105772 results in 0.023 seconds.

Search results

  1. Trampın özünü əfv etməsi QALMAQAL YARATDI - Nümayəndələr Palatasının üzvləri etiraza qalxdı

    ABŞ Nümayəndələr palatası xüsusi prokuror Robert Müllerin araşdırmasını bitirdikdən sonra prezident Donald Trampın öz-özünü əfv etmək barədə qərarından narahat olub.

    Muxalifet4 - 28-03-2019

  2. Madurodan Quaydoya 15 illik qadağa

    Venesuela hakimiyyəti müxalifət lideri Juan Quaydonun 15 il ərzində dövlət postunu tutmağı qadağan edib.

    “Röyters” agentliyi xəbər verir ki, Venesuelanın Baş nəzarət idarəsinin başçısı Elvis Amarosoya görə, siyasətçinin maliyyə bəyannaməsində aşkar edilmiş pozuntular qərar üçün əsas olub.

    Məlumata görə, Quaydonun gəlirlərinin səviyyəsi onun xərclərini əhəmiyyətli dərəcədə ötür. Tətbiq olunan cəza belə pozuntula üçün maksimum cəzadır.

    Muxalifet4 - 28-03-2019

  3. "Sahibkarlara operativ olaraq maddi dəstək göstərməliyik ki, bu vəziyyətdən çıxa bilsinlər" - PREZİDENT

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün nazirlərlə keçirdiyi toplantıda “Diqlas” Ticarət Mərkəzindəki yanğınla bağlı olduqca dəqiq istiqamətlər göstərib.

    Muxalifet.az xəbər verir ki, Prezident Maliyyə Nazirliyinə sahibkarlara operativ olaraq, ilkin maliyyə vəsaiti ayırması barədə göstəriş verib.

    Muxalifet4 - 28-03-2019

  4. Venesuelada hidroelektrik terminalına silahlı hücum

    Venesuelanın əsas hidroelektrik terminallarından birinə silahlı hücum olub.

    Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

    Simon Bolivar Hidroelektrik Terminalının gecə saatlarında avtomat silahlarından atəşə tutulduğu deyilib.

    Hücumla bağlı təfərrüatlı məlumat verilmir.

    Ölkə prezidenti Nikolas Maduro isə sosial şəbəkə hesabındakı açıqlamasında bu olayı terror hücumu adlandırıb.

    Qeyd edək ki, bundan öncə sözügedən terminalda baş verən qəza səbəbindən ölkənin böyük bir hissəsi işıqsız qalmışdı.

    Muxalifet4 - 28-03-2019

  5. Putin mühafizəçisini itələdi: kənara çəkil! - VİDEO

    Rusiya Prezidenti Vladimir Putinnin Qış Universiadasının iştirakçıları ilə görüş zamanı idmançılarla rahat ünsiyyətdə ola bilmək üçün mühafizəçini itələdiyi anın videosu yayılıb.

    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Vladimir Putin "Kənara çəkil – necə sağlamdır. İdmançılardan sağlamdır”, – deyərək Təhlükəsilik Xidmətinin əməkdaşına toxunub. Bundan sonra mühafizəçi kənara çəkilib.

    Putin idamançıları əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara Olimpiya Oyunlarında uğurlar arzulayıb.

    Muxalifet4 - 28-03-2019

  6. Gənclərin məşğulluq səviyyəsinin artırılması istiqamətində layihə həyata keçirilib - FOTOLAR

    Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə 25 Dekabr 2018-ci il tarixdən icrasına başlanmış “Gənclərin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində gənclər üçün təlimlər təşkil edilib.
    Tədbirdə Bakının rayonlardan olan xüsusi müraciət forması əsasında seçilmiş 17-29 yaş arası 20 nəfər gənc təmsil olunub.
    Muxalifet.az tədbirdən fotoları təqdim edir:

    Muxalifet4 - 28-03-2019

  7. “Fövqəlnazir”in işçisi haqda ŞOK İDDİA – “Rəis gecə idarədə qumar oynadır, özü də “seka” yığır”

    Ucar rayonu Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. S.Seyidov Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayevdən şikayətçidir. Onun məktubunu olduğu kimi dərc edirik:
    “Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayev dövlət idarəsini qumarxanaya və pritona döndərib. Bu biabırçılığı yuxarı orqanlar bilsələr də, heç bir tədbir görmürlər.

    Muxalifet4 - 28-03-2019

  8. “Gündəmin yoxdursa Vyanaya niyə gedirsən?” - ŞAHNAZARYAN PAŞİNYANIN MƏSULİYYƏTSİZ BƏYANATLARI HAQDA

    Sabah Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə ilk rəsmi danışıqlar keçiriləcək. Lakin bu danışıqlar ərəfəsində Nikol Paşinyan yenə ziddiyyətli, qeyri-ciddi bəyanatlar verib, deyib ki, İlham Əliyevlə görüşdə konkret gündəm yoxdur. Yəni münaqişəyə dair ümumi məsələlər müzakirə olunacaq. Habelə Paşinyan həmsədrlərin bu günlərdə öz bəyanatlarında xatırlatdıqları Madrid prinsiplərini də “başa düşmədiyini” deyib.

    Muxalifet4 - 29-03-2019

  9. "İranın Suriyada raketlər yerləşdirilməsinə imkan verməyəcəyik" - NETANYAHU

    İran Suriyaya uzaqmənzilli raketlər göndərmək cəhdlərini davam etdirir.

    Yerli KİV-lər xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

    O bildirib ki, İsrail İranın bu addımları ilə barışmayacaq: “İranın Suriyada hərbi sahədə möhkəmlənmək imkanlarına qarşı hər zaman mübarizə aparacağıq”.

    Muxalifet4 - 29-03-2019

  10. Qohumunun evinə gəldi və... - 23 YAŞLI QIZ İTKİN DÜŞÜB

    Gəncədə 23 yaşlı qız itkin düşüb.

    Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

    Gəncə şəhəri, F.Xoyski küçəsi, 6-cı dalan, ev 8-də yaşayan 1996-cı il təvəllüdlü Nərgiz Elcan qızı Muxtarova martın 26-da Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 92-də qohumu Allahverdi Eyyub oğlu Hüseynovun evinə gəlib.

    N.Muxtarova həmin gün axşam saatlarında o evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırmalara başlanıb.

    Muxalifet4 - 29-03-2019

  11. ​Müəllimlər müddətsiz müqavilə bağlaya biləcəklər - ŞƏRTLƏR

    Müəllimlər müddətsiz müqavilə bağlaya biləcəklər. Bunun üçün onlar xüsusi müsabiqədən keçməlidirlər. Müsabiqəyə sənəd qəbulu isə 1-5 aprel tarixlərində olacaq.
    Əmək müqaviləsi hansısa konkret tarixədək olan müəllimlər bu müqaviləni müddətsiz edə biləcəklər. Bunun üçün Təhsil Nazirliyi yeni müsabiqə keçirəcək.

    Muxalifet4 - 29-03-2019

  12. İslam dinində qız oğlana elçilik edə bilərmi?

    "O iki qadından biri dedi: "Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır". (Şüeyb) dedi: "Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan, ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşəallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən"". ("Qəsəs" 26-27).

    Muxalifet4 - 29-03-2019

  13. Ruslar Venesuelaya ikinci təyyarəni də endirdi

     Rusiyanın 2 təyyarə hərbi ləvazimat və hərbi texnika Venesuelaya göndərməsindən sonra açıqlamaların ardı arxası kəsilmir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ-ın Rusiyaya "Venesueladan çıx" çağırışına cavab olaraq, "Bundan əvvəl ABŞ-ın Suriyadan çəkilməsi lazımdır" deyib. Zaxarova həmçinin, Rusiyanın ikinci partiya humanitar yardımlarının Venesuelaya çatdırıldığını deyib.
     
     İKİNCİ TƏYYARƏ DƏ İNDİ
     

    Muxalifet3 - 29-03-2019

  14. Böyük Britaniyada İcmalar Palatasından “Brexit” qərarı!

    İngiltərə parlamentinin alt qanadı olan İcmalar Palatasının sədri daha öncə iki dəfə rədd edilən “Brexit” müqaviləsinin bir daha səsverməyə çıxarılmasına icazə verib.
     
    İngilis parlamentinin alt qanadı İcmalar Palatasının sədri Con Bercow daha əvvəl iki dəfə rədd edilən Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasına (Brexit) yönəlik müqavilənin yenidən səsverməyə çıxarılmasına icazə verib.
    Bercow beləliklə, hökumətin AB ilə razılığa gəldiyi “Brexit” müqaviləsinin parlamentdə sabah səsverməsinin qarşısını açıb.

    Muxalifet3 - 29-03-2019

  15. Almaniyadan Səudiyyə Ərəbistanına şok

     Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarını daha 6 ay uzadıb. Bu müddət ərzində yeni müraciətlərin də təsdiq olunmayacağı bildirilib.
     
    Alman hökumətinin sözçüsü Steffen Seibert etdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanına razılıq verilən silah satışlarının dayandırılması haqqında qərarın 30 sentyabr 2019 tarixinə qədər uzadıldığını bildirib. Xəbərə görə, açıqlamada, bu müddət ərzində prinsip olaraq yeni müraciətlərin də təsdiq olunmayacağı ifadə edilib.

    Muxalifet3 - 29-03-2019

  16. ABŞ-ın 6-ci Donanması Türkiyəyə hücum edəcək

     NATO və ABŞ hərbi dairələrində Türkiyəni hədəf alan hərbi ssenarilərin sayı artır. Amerika Dənizçilik İnstitutunun nəşr etdiyi "Donanma Taktikaları və Dəniz Hərəkatı" kitabında Türkiyə və ABŞ Egey dənizində döyüşürkən, 6-ci Donanma Türk donanmasına hücum edir. Müqəddiməni ABŞ Dəniz Qüvvələri Komandanı Con M. Richardsonın yazdığı kitabda, "Egey dənizi müharibəsi" deyə bir hissə var. Orada yazılana görə, Türk-Yunan gərginliyi geri dönülməz mərhələyə gəlir. Bölgədə olan ABŞ donanması Yunanıstanı dəstəkləyən mövqe tutur və iki donanma qarşı-qarşıya gəlir.
     

    Muxalifet3 - 29-03-2019

  17. ABŞ-lı senatorların Türkiyə qorxusu

     ABŞ senatorları F-35 döyüş təyyarələrinin Türkiyəyə təslim edilməsinin qarşısını almaq üçün qanun layihəsi hazırlayıb. Qeyd edək ki, Türkiyənin S-400 havadan müdafiə sistemini Rusiyadan satın alması Vaşinqtonda narahatlıqlara səbəb olmuşdu.
     
    Qanun layihəsini hazırlayan dörd şəxs arasında yer alan Demokrat senator Janna Şaheen, "Rusiyanın NATO üzvü bir ölkə olan Türkiyədə ABŞ təyyarələrinə və texnologiyasına çıxış əldə etməsi ehtimalı ciddi bir milli və qlobal təhlükəsizlik riskidir" deyib.

    Muxalifet3 - 29-03-2019

  18. ABŞ-dan Venesuela ordusuna çığırış

    Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton Twitter hesabında etdiyi paylaşmada, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopezə müraciət edib.
     
     Bolton, "General Lopez: Bolivarcı Milli Silahlı Qüvvələrinin Venesuela xalqını Maduronun tərəfdaşları tərəfindən tətbiq edilən zorakılıqdan qorumaq, Kubaya daha çox boyun əyməyin qarşısını almaq, konstitusiya nizamını Maduronun demokratiya qəsbindən qorumaq üçün tarixi rolu və imkanı var. Doğru olanı edin" mesajını paylaşıb.
    Müxalifət.az

    Muxalifet3 - 29-03-2019

  19. Venesueladan ABŞ kuklası Guaidoya ağır zərbə

     Venesuelada özünü müvəqqəti prezident elan edən ABŞ-ın kuklası Xuan Guiado 15 il ərzində dövlət vəzifəsindən məhrum edilib.
     
    Hökumət müvəkkili Elvis Amoroso dövlət televiziyası vasitəsilə verdiyi açıqlamada, "Hər hansı bir dövlət idarəsinin bir vəzifəsində vətəndaş Xuan Guaidonun qanunda müəyyən edilən müddət ərzində diskvalifikasiya edilməsi qərarı alınmışdır" deyə bildirib.

    Muxalifet3 - 29-03-2019

  20. 1 milyarddan çox insan bu səbəbdən ölə bilər – ALİMLƏRDƏN DƏHŞƏTLİ XƏBƏRDARLIQ

    İqlim dəyişikliyi və temperaturun artması səbəbiylə 2050-ci ilə qədər təxminən yarım milyard, 2080-ci ilə qədər isə bir milyarddan çox insanın ilin hər ayında ağcaqanadlardan qaynaqlanan xəstəliklərə tutulma riski var.
    Bu haqda ABŞ-ın “Public Library of Science” qəzetində dərc olunan araşdırmada deyilir.
    Araşdırmaya görə, ağcaqanadların səbəb olduğu xəstəliklərin sayının artması müşahidə olunur. Bu növ xəstəliklərin daha çox Avropada yayılması, ABŞ, Mərkəzi Amerika, Şərqi Asiya, Şərqi Afrika və Kanadada da artacağı gözlənilir.

    Muxalifet - 29-03-2019

Pages