Axtarış

The search found 105772 results in 0.085 seconds.

Search results

  1. Bakı-Quba yolunda ağac kəsimi faktı aşkarlandı – Şirkət cərimələndi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlif cinsli ağac və kol bitkilərinin kəsildiyi aşkar edilib.
    Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ağac və kolların “Azəri-İNT” MMC tərəfindən kəsildiyi məlum olub.
    Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 17 080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Muxalifet - 29-03-2019

  2. Ermənistan və Qarabağa 100 milyon dollar ayrılması təklif olundu

    ABŞ-ın nümayəndələr palatasının 35 üzvü, Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədri Frank Pallonenin Ermənistan və işğal altında olan Qarabağa 100 milyon dollar ayrılması çağırışına dəstək verib.
     
    Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 100 milyonun 6 milyonunun işğal altında olan Qarabağda minadan təmizləmə fəaliyyətlərinə sərf ediləcəyi iddia edilir.
     
    "Daha 4 milyon vəsait isə Reys Engelin təkliflər proqramı üçün sülhə hazırlığa sərf edilə bilər", - deyə Amerika erməni milli komitəsindən (ANCA) bildirilib.
     

    Muxalifet4 - 29-03-2019

  3. ​Deputatdan enerji içkiləri ilə bağlı QADAĞA TƏKLİFİ

    Millət vəkili Qənirə Paşayeva MM-in bu gün keçirilən iclasında 18 yaşına çatmamış uşaqlara enerji (energetik) içkilərinin satışının qadağan edilməsi təklifi ilə çıxış edib.

    Muxalifet - 29-03-2019

  4. ​Xuan Quaydoya vəzifə tutmaq qadağan edildi

    Venesuela hakimiyyəti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində hökümətdə vəzifə tutmaq qadağan edib. Bu barədə ölkənin Baş Nəzarət İdarəsinin rəhbəri Elvis Amaroso bəyanat yayıb.
    Lenta.ru xəbər verir ki, Quaydonun maliyyə deklarasiyasında aşkar olunan pozuntular səbəb kimi göstərilib. Quaydonun xərclərinin gəlirlərindən qat-qat artıq olduğu bildirilib.
    Qeyd edək ki, müxalifət lideri Xuan Quaydobu ilin yanvarında ölkənin müvəqqəti prezidenti elan edilib.

    Muxalifet - 29-03-2019

  5. Bahar yorğunluğunu aradan qaldıran TƏBİƏT MÖCÜZƏSİ

    Mövsümi keçidlərdə xroniki yorğunluq canımızdan sanki çıxmaq istəmir. Bəs bu vəziyyətdən xilas olmaq üçün nə etmək lazımdır?
    Mütəxəssislər hər səhər acqarına təmiz bal yeməyi tövsiyə edir.
    Bal xoşbəxtlik hormonunu stimullaşdırır

    Muxalifet - 29-03-2019

  6. Güzəştli mənzillərin növbəti satışının tarixi açıqlandı

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib.

    Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcəkdir.

    Muxalifet - 29-03-2019

  7. ​Qardaşı oğlu Şərurlu İsfəndiyarı məhkəməyə verdi

    Azərbaycan məhkəmələrində Şərurlu İsfəndiyar kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır.
    Onu məhkəməyə verənlərdən biri də doğma qardaşı oğlu Eldəniz Axundovdur.
    E.Axundov əmisi ilə torpaq mübahisəsinə görə Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırıb.
    Məhkəmə iddianı qismən təmin edib.
    Hazırda işə Bakı Apellyasiya Məhkəmədə baxılır.

    Muxalifet - 29-03-2019

  8. ​“İŞİD-in maraqları Ermənistana doğru hərəkət edir” - Rusiya DİN

    Suriya və İraqda məğlubiyyətə uğradıldıqdan sonra İŞİD terror qruplaşması maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirir.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx “Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetində keçirilən II beynəlxalq elmi-praktiki konfrans çərçivəsində bildirib.

    Muxalifet - 29-03-2019

  9. “Direktor dövlət vəsaitlərini talayır, bizdən haqq yığır, Hadı Rəcəblinin adamıdır...” - MÜƏLLİMLƏR TƏHSIL NAZİRLİYİ QARŞISINDA, - VİDEO

    Siyəzən rayonunun 6 saylı məktəb-litseyinin bir qrup müəllimi Təhsil Nazirliyinin qarşısına şikayətə toplaşıb. Virtualaz.org xəbər verir ki, onlar işlədikləri məktəbdə qanunsuz olaraq “fond pulu” adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının direktor tərəfindən talanmasından şikayət edirlər. Şikayətçilər deyirlər ki, direktor Yeganə Əliyevanın heç kimə məhəl qoymamasına, müəllimlərdən pul tələb etməsinə etiraz edirlər.

    Muxalifet - 29-03-2019

  10. ​Bakıda dilənçi özünü yandırmaq istədi, iki polis yandı

    Bakı ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən mütəmadi profilaktiki tədbirlər həyata keçirilir.

    Muxalifet - 29-03-2019

  11. ​Yanğında zərər çəkən sahibkarlara bu obyektlər təklif edildi - SİYAHI

    İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.
    Bu barədə Mxalifet.az-a nazirlikdən məlumat verilib.
    Təklif olunan ticarət obyektləri aşağıdakılardır:
    1.Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza.
    Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 1111)

    Muxalifet - 29-03-2019

  12. ​Azərbaycanda məşhur şirkətin rəhbəri idmançıları MAAŞSIZ QOYUR

    NOVCO Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzinin prezidenti olduğu Azərbaycan Çimərlik Federasiyası ciddi problemlərlə üz-üzədir. Belə ki, Federasiya idmançılara maaş vermədiyi üçün dağılma təhlükəsi ilə üz-üzə qalıb.

    Muxalifet - 29-03-2019

  13. Adam öldürən çeçen Kadırovun bir sözü ilə polisə gəldi - VİDEO

    Moskvada Mojay şossesində ölümlə nəticələnən ağır yol qəzasına səbəb olmuş “Gelandewagen” sürücüsü Müslim Cambekov polisə təslim olmağa qərar verib. O, etdiyi videomüraciətdə törətdiyi əmələ görə üzrxahlıq edib.
    Bu barədə REN TV məlumat yayıb.
    “Mən zərərçəkənlərin əzizləri və yaxınlarına başsağlığı verirəm. Öz xalqım qarşısında, Rusiya vətəndaşları qarşısında üzr istəyirəm. Anladım ki, belə davam edə bilməz və təslim oldum”, -deyə Cambekov bildirib.

    Muxalifet - 29-03-2019

  14. “Aprel döyüşləri”nin şərəfinə abidə ucaldılsın? - Deputatlar: “Hələ tələsməyək”

    Ermənistan parlamentində 2016-cı ilin “Aprel müharibəsi” ilə bağlı təklif səsləndirilib. Erməni deputatlar işğalçı ölkədə “Aprel müharibəsi” günlərində qurbanların anılması istəyiblər.
    Bu məsələnin erməni mətbuatında yayılmasından sonra Azərbaycanda da “Aprel müharibəsi”nin “Zəfər bayramı” kimi qeyd olunması haqqında fikirlər səsləndirildi. Hətta bunu əks etdirən abidənin ucaldılmasını irəli sürənlər də var.
    Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bu barədə danışıb. O qeyd edib ki, “Aprel döyüşləri” tarixi hadisədir:

    Muxalifet - 29-03-2019

  15. ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞÜ BAŞA ÇATDI - 1,5 saat davam edən görüşün nəticəsi... / VİDEO, FOTO

    Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb. 
     

    Muxalifet4 - 29-03-2019

  16. ​Lukaşenko Avropa İttifaqı ilə əməkdaşlığa gedir

    Minsk Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığını inkişaf etdirməyə hazırdır.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu Minskdə Avstriya kansleri Sebastian Kurtsla görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
    O, bu əməkdaşlığın yalnız milli maraqlar çərçivəsində genişləndirilməsi gərəkdiyini bildirib: “Avropanın mərkəzini (Belarus nəzərdə tutulur – red.) Aİ ilə sıx əməkdaşlıqdan uzaq tutmaq olmaz. Biz bu əməkdaşlığa hazırıq, amma hər zaman milli maraqlar nəzərə alınmalıdır”.

    Muxalifet - 29-03-2019

  17. ​Damla HİCABA keçdi - VİDEO

    Müğənni Damlanın musiqiçiləri ilə birlikdə hicabda görüntüləri yayılıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, kadları ifaçının prodüseri Şamil instaqramda yayıb. O, qeyd edib ki, Damla İranda konsert verməyə hazırlaşır.

    Muxalifet - 29-03-2019

  18. ​ARİF QASIMOV PREZİDENTƏ QARŞI ÇIXIR: İcra başçısı İlham Əliyevin dayandırdığı tikintini davam etdirir - FOTOLAR

    Gündəmi “Diqlas”dakı yanğın və onun sonuclarının zəbt etdiyi bir çağda Nizami rayon İcra Hakimiyyəti prezidentin göstərişi ilə tikintisi dayandırılan qanunsuz tikinti işlərini davam etdirir.

    Muxalifet4 - 29-03-2019

  19. ​Ruhani Trampın Qolan təpələri ilə bağlı qərarından DANIŞDI

    İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın Qolan təpələrini İsrailin qanuni ərazisi hesab eləmək qərarını beynəlxalq hüququn tapdalanması kimi qiymətləndirib.
    ABŞ prezidenti Donald Trampın başçılıq elədiyi hökumətin İranla nüvə müqaviləsi və dünya ölkələri arasında imzalamış Paris İqlim Müqaviləsi kimi bəzi beynəlxalq razılaşmalardan birtərəfli şəkildə imtina elədiyini xatırladan Ruhani deyib: “İrqçi, hüquqsuz və müharibə tərəfdarı olan bir qrup Ağ Evə hakim oldu”.

    Muxalifet - 29-03-2019

  20. Dolların aprelin 1-nə olan məzənnəsi

    Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 01.04.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il martın 29-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 29-03-2019

Pages