Axtarış
The search found 105772 results in 0.101 seconds.
Search results
“Qaşıqçının qatilləri açıq mühakimə olunsun” – BMT-dən çağırış
BMT-nin xüsusi məruzəçisi Agnes Callamard Camal Qaşıqçı qətlinə dair istintaq və hüquqi prosesin şəffaf olmadığını bildirərək Səudiyyə Ərəbistanını pisləyib.
Agnes Callamard Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın qatillərinin dövlətə açıq olaraq cəzalanmasına çağırıb.
Müxalifət.azMuxalifet3 - 29-03-2019
Rusiyadan ABŞ prezidentinə daha bir cavab
Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Trampın Rusiya və Venesuela arasındakı münasibətlərə dair verdiyi açıqlamalara cavab verib.
Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiya və Venesuela arasındakı əlaqələrə qarşı etdiyi açıqlama haqqında, "Rusiya Venesuelanın daxili işlərinə qarışmır" deyib.
Peskov Trampın Venesuela böhranı üzərindən Rusiyanı hədəf alan sözlərinə də cavab verib.Muxalifet3 - 29-03-2019
Prezident “Diqlas” yanğınını söndürdü: sahibkarlara dövlət yardımı, fürsətçilərə ağır zərbə
Ölkə başçısı ticarət mərkəzinin yanması ilə bağlı müşavirə keçirdi, malı yanan sahibkarlara dövlət yardımının verilməsini tapşırdı; durumdan yararlanmaq istəyib, mitinq təyin edənlər gülünc vəziyyətə düşdü
“Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər görən vətəndaşlarla bağlı gözlənilən qərar verildi. Belə ki, prezident İlham Əliyev zərərçəkənlərə dövlət tərəfindən yardım edilməsini tapşırdı.
Muxalifet - 29-03-2019
Bu ərazilərdə qaz olmayacaq
Bu gün Binəqədi və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Muxalifet - 29-03-2019
SON DƏQİQƏ: Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var
Tovuz rayonunda ağır yol qəzası baş verib.
Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev prospektində “Vaz 2106” markalı minik avtomobili ilə “Daewoo” toqquşub.
Nəticədə “Vaz 2106”da olan şəxslərdən 28 yaşlı oğlan həlak olub, daha 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı Tovuz rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./PublikaMuxalifet - 29-03-2019
Türkiyə ordusundan PKK-ya ÖLDÜRÜCÜ ZƏRBƏ - yenə erməni izi
Terror təşkilatının mərkəzi düşərgəsində öldürülənlərdən biri uzun illər Ermənistan və Rusiyada fəaliyyət göstərmiş şəxsdir Xəbər verildiyi kimi, martın 21-də Türkiyə ordusu və Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-ya ağır zərbə vurub. “Anadolu” agentliyinin məlumatına əsasən, Türkiyə aviasiyasının hava zərbələri nəticəsində PKK lideri Cəmil Bayıkın yaxın adamı Rza Altun və bir neçə tərəfdarı öldürülüb. Əməliyyat Qəndil dağlarında həyata keçirilib. Öldürülənlər arasında PKK-nın “xarici əlaqələr üzrə məsul” şəxsi “Sinan Sor” kod adlı Əli Aktaş da olub.
Muxalifet - 29-03-2019
“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı - Ali Məhkəmədən sensasion qərar
Ali Baş Komandan, prezident İlham Əliyevin verdiyi son sərəncamlardan biri də məhkəmə-hüquq sistemində islahatlar aparılması ilə bağlıdır. Hamı bilir ki, məhkəmələrimiz rüşvət yuvasıdır, hətta həbsxanadan əfvə düşən adamlardan da pul alıb, sonra adlarını siyahıya yazırlar. Bunu vicdanı olmayan bəzi hakimlər və vicdanını itirən bəzi ədliyyə məmurları edirlər.
Muxalifet - 29-03-2019
Azərbaycan vətəndaşı terror təşkilatının əlindədir
Türkiyədə fevralın 12-dən itkin düşən Azərbaycan vətəndaşı, lisey tələbəsi Abduləvvəl Orucovdan xəbər var.
Ötən gün o, anasına "Vatsap" üzərindən zəng edib. Milli.Az bildirir ki, anası Afət Bəşirova modern.az-a bildirib ki, oğlu Qırğızıstan nömrəsindən arasa da, yenə də danışmaq mümkün olmayıb.Muxalifet - 29-03-2019
Faciəvi şəkildə ölən tanınmış aktyorla bağlı YENİ FAKTLAR: hadisə vaxtı xanımı... - FOTO
Fevralın 27-də Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Günəşli sanatoriyasında baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edən tanınmış aktyor, Füzuli Dövlət Dram Teatrının keçmiş əməkdaşı Fəxrəddin Salmanovla bağlı bəzi məqamlar dəqiqləşib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Füzuli rayon sakini olan və məcburi köçkün kimi Günəşli sanatoriyasında məskunlaşmış 1965-ci il təvəllüdlü Salmanov Fəxrəddin Kərim oğlu həmin sanatoriyanın klubunun müdiri vəızifəsində çalışırmış.Muxalifet - 29-03-2019
Fələstini İsrailə birləşməyi tövsiyə edən satqın BƏƏ-li nazir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Gargaş, Ərəblərə İsrail ilə dialoq çağırışı edərkən, Fələstinlilərə də vahid dövlət damı altında toplanma mesajı verib.
Körfəz ölkələrinin İsrail ilə yaxınlaşma yarışı davam etdikcə əxlaqsız çıxış və təkliflər də civarından çıxır. İsarillə əməkdaşlıq məsələlərində mülayim addımlar atan Birləşmiş Ərəb Əmirlikləri, bu dəfə də Fələstini yox sayıb.
BƏƏ-nin Türkiyə əleyhinə işlərindən məsul dövlət naziri Ənvər Gargaş, Fələstinlilərə "İsrail damı altında tək dövlət" çağırışı edib.Muxalifet3 - 29-03-2019
Kadırov “Galendewagen”lə ana və qızını öldürən çeçendən tələb edir - "KİŞİSƏNSƏ ÜZƏ ÇIX, DƏRHAL YANIMA GƏL!..."
Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada “Galendewagen”lə “Niva”nı xurd-xəşil edib ana və qızının ölümünə, atanın ağır yaralanmasına səbəb olan çeçendən dərhal üzə çıxmağı və onun yanına gəlməyi tələb edib.
Muxalifet - 29-03-2019
Hökumət boşanmalara qarşı hərəkətə keçdi - YENİ QANUN
“Mediasiya haqqında” Qanun ailələrin dağılmasının qarşısını ala biləcəkmi?
Muxalifet - 29-03-2019
Keçmiş rəisə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Daxili işlər orqanlarında yeni təyinat olub. Polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb./report
Muxalifet - 29-03-2019
Bayıldan Bakıya yollar bağlanacaq, amma... - rəsmi açıqlamalar
DYP və BNA rəsmiləri şəhərin cənubunda yaşayanları “Formula-1” günləri narahat olmamağa səslədi, yol xəritəsi hazırlanır: ”Heç kim narazı qalmayacaq”
Bakının mərkəzi yolları aprelin 26-sı və 28-i günlərində bağlanacaq. “Formula-1 Azərbaycan Qran-Prisi” yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət artıq tətbiq olunmağa başlayıb.
Muxalifet - 29-03-2019
Bakıya gətirilən 500 kilodan çox yararsız ət aşkarlandı
Martın 28-də saat 21:10 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Ağdaş rayonu Ləki kəndi ərazisində əməliyyat keçirib.
Agentlikdən verilən məlumata görə, Kərimli Şirin Nizami oğluna məxsus 99HX408 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 534 kq istehlaka yararsız ət aşkar olunub.Muxalifet - 29-03-2019
Paşinyan Amerikanı tənqid etdi: “Niyə reaksiya vermədilər?”
ABŞ Ermənistanda baş verən “məxməri inqilab”a reaksiya vermədi.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı bəyan edib.
Qərbpərəst Paşinyanın Vaşinqtonun ünvanına tənqidlər səsləndirməsinə səbəb isə, deputatların təzyiqi ilə üzləşməsi olub. Belə ki, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Babacanyan yeni hakimiyyət dövründə Ermənistanın KTMT-də uğursuzluğa düçar olduğunu, Moskva-İrəvan münasibətlərində etimadın zəiflədiyini deyib.Muxalifet - 29-03-2019
ŞƏHİD POLKOVNİKİN AİLƏSİNƏ BU CÜR DİVAN TUTMAQ?! - Şərurlu oliqarxın misli görünməmiş əclaflığı...
Bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan oliqarx, tikinti maqnatı İsfəndiyar Axundovun iddiası əsasında 2016-cı ilin aprel müharibəsində xüsusi təyinatlıların canını vətənə qurban vermiş polkovnik-leytenantı Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarıb. Bu qərar sosial şəbəkələrdə və ictimaiyyətdə haqlı olaraq həm qərarı çıxaran hakimlərə, həm özünün tikinti maxinasiyaları və dələduzluqları ilə ad çıxarmış şərurlu oliqarxa qarşı hiddət yaradıb.
Muxalifet4 - 29-03-2019
Yanğından zərər çəkmiş sahibkarlara alternativ yer təklif olundu
İqtisadiyyat Nazirliyi martın 26-da yanğın baş vermiş "Diqlas” Ticarət Mərkəzi bərpa olunana qədər sahibkarlara "Sədərək” Ticarət Mərkəzində və yaxud digər yerlərdə fəaliyyət göstərməyi təklif edib.
Qurumun mövqeyini nazir müavini Niyazi Səfərov açıqlayıb.
Qeyd edək ki, bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) zərər çəkmiş sahibkarlar ötən gün yaradılmış İşçi Qrupunun üzvləri tərəfindən qəbul edilib. Qəbulda N.Səfərov bildirib ki, sözügedən məsələ nazirliyin diqqət mərkəzindədir. /ReportMuxalifet - 29-03-2019
Mağazası yanan sahibkarlar “Sədərək”ə köçürülə bilər - FOTOLAR
"Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar İqtisadiyyat Nazirliyində yaradılan İşçi Qrup zərərçəkən sahibkarlarla görüşlərə başlayıb.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, görüş onların hər biri ilə qabaqcadan razılaşdırılmış vaxtda keçirilir.Muxalifet4 - 29-03-2019
Azərbaycanlı şairə 28 yaşında vəfat etdi
Azərbaycanın Güneyindən olan tanınmış şairə və yazıçı Məhsa Əbdüləlizadə 28 yaşında dünyasını dəyişib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, gənc şairənin yaxınlarının dediyinə görə, o, 3 ay əvvəl qazdan zəhərlənmə səbəbi ilə komaya düşüb.
1991-cı ildə dünyaya göz açan Məhsa Əbdüləlizadə Azərbaycanın Güneyinin Meşginşəhr (Xiyav) şəhərində yaşayıb. Onun Azərbaycan türkcəsində bir neçə əsəri var.
Məhsa Əbdüləlizadə türk dili və ədəbiyyatı sahəsində tanınmış mədəni fəallardan biri olub.
Allah rəhmət eləsin.Muxalifet - 29-03-2019