Axtarış

The search found 105772 results in 0.023 seconds.

Search results

  1. Məşhur aktyor təyyarədə QALMAQAL YARATDI - VİDEO

    Bu yaxınlarda “spirtli içki qadağan edilsin” deyərək reaksiyalara səbəb olan Erkan Petekkayanı bilinməyən səbəbə görə təyyarədən endiriblər.
    Muxalifet.az xəbər verir ki, sərnişinlərdən biri sözügedən görüntüləri sosial şəbəkədə paylaşıb.
    Petekkaya təyyarədən endiriləndə deyib:
    “Əziz dostlar, bunu mən etməmişəm. And içirəm ki, mən etməmişəm. Bu insanlar üzərimə gəlirlər. Məqsədləri sosial şəbəkədə izləyici yığmaqdır”.

    Muxalifet - 29-03-2019

  2. ​Azərbaycan karateçisi Avropa çempionatının finalında! - RAFAEL AĞAYEV SABAH HƏLLEDİCİ DÖYÜŞƏ ÇIXIR

    Milli komandanın lideri Rafael Ağayev (-75 kq) İspaniyanın Quadalahara şəhərində 4-cü Avropa çempionatının finalına yüksəlib. Şənbə günü həlledici görüşdə R.Ağayevin rəqibi Luici Busa (İtaliya) olacaq.
    Daha 3 karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Asiman Qurbanlı (+84 kq) Rizvan Talıbovla (Ukrayna), Nuranə Əliyeva (-50 kq) Yelena Milivoyceviclə (Serbiya), Roman Heydərov (kata) isə İlya Smorqunerlə (Almaniya) tatamiyə çıxacaq.

    Muxalifet4 - 29-03-2019

  3. "Biri ilə yaşadımsa, artıq mənimdir" - Cinayət törədəndən sonra dispanserdə gizlənən şəxsin məhkəməsi

    Birlikdə yaşadığı xanımı öldürməyə cəhd edən və daha sonra başqa adla narkoloji mərkəzdə gizlənən şəxsin məhkəməsi başlayıb​.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı davam etdirilib.

    Muxalifet - 29-03-2019

  4. ​““Diqlas”da yanmayan seyfim var idi, dollarlar istidən qopub tökülürdü” - FOTO

    İqtisadiyyat nazirliyi "Diqlas"dakı yanğında zərərçəkən sahibkarlarla görüşüb.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir müavini Niyazi Səfərov icarədarları bir-bir qəbul edib. Onlardan "Diqlas"dakı fəaliyyəti haqda məlumatlar alıb. N.Səfərov bildirib ki, prezidentin tapşırığı ilə onlara lazımi dəstək göstəriləcək və bunun üçün araşdırma aparılır.

    Muxalifet - 29-03-2019

  5. "Quska"nın işi hərbi məhkəməyə göndərildi

    Sabiq deputat Hüseyn Abdullayev və onunla ittiham olunan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Muxalifet.azLent.az-a istinadən xəbər verir ki, H. Abdullayev, anası Zeynəb Abdullayeva və digərləri barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.

    Muxalifet4 - 29-03-2019

  6. ​Apreldə 28 dərəcə isti olacaq - AYLIQ PROQNOZ

    Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Muxalifet - 29-03-2019

  7. Nizaminin deputatı yanğından danışdı – 4 gün sonra

    “Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi Nizami rayonundan millət vəkili Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva hadisə ilə bağlı açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, Trend-ə açıqlamasında S. Vəliyeva deyib ki, prezident İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, mütəmadi olaraq cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir:

    Muxalifet - 29-03-2019

  8. ​Əsgər Damlanı ÖPDÜ və... - VİDEO

    Müğənni Damla Novruz bayramı münasibətilə N saylı hərbi hissədə əsgərlərin qarşısında konsert proqramı ilə çıxış edib.
    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, konsertdə maraqlı anlar yaşanıb. Belə ki, əsgərlərdən biri Damlaya yaxınlaşaraq onu öpüb və sevgi etirafı edib.
    Damla isə "Sevginiz üçün çox təşəkkür edirəm" deyə ona cavab verib.
    Xatırladaq ki, müğənni Məsumə Məmmədova Damla ləqəbi ilə tanınır.

    Muxalifet - 29-03-2019

  9. ““MOSKVA” UNİVERMAĞININ SAHİBLƏRİ 15 AİLƏNİ AC QOYUB” – Prezidentə şikayət - FOTOLAR

    “Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər… Biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq – həm dövlət qurumlarında, həm özəl sektorda… Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır”. Bu fikirləri Prezident İlham Əliyev bu ilin əvvəlində keçirdiyi toplantılardan birində söyləyib.

    Prezident İlham Əliyev heç bir halda sahibkarları incitməməyi, iş yerlərinin bağlanmasına səbəb olacaq addımlar atılmamasını tövsiyə edib.

    Muxalifet - 29-03-2019

  10. ​Ankarada DƏHŞƏTLİ YANĞIN: 5 nəfər öldü, 11-i yaralandı - VİDEO

    Türkiyənin paytaxtı Ankarada üçmərtəbəli binada yanğın baş verib.
    Məlumata görə, hadisə nəticəsində beş nəfər həlak olub.
    Daha 11 nəfərin xəsarət aldığı deyilir.
    Qeyd olunur ki, bina yaşayışa yararlı olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır./unikal

    Muxalifet - 29-03-2019

  11. "Ümumi təhsil haqqında" qanun layihəsi qəbul olundu

    Milli Məclis “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuş müzakirəsinə başlayıb.
    Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, layihə təkmilləşdirilib və deputatların son təklifləri nəzərə alınıb.
    Komitə sədri Aqiyə Naxçıvanlı isə qanunla bağlı bir sıra redəktə xarakterli təkliflər irəli sürüb. O həmçinin qeyd edib ki, qanun təsisçilərin xarici ölkə vətəndaşı olmasına imkan versə də, müəssisənin direktoru və müavini Azərbaycan vətəndaşı olmalıdır.
    Qanun layihəsi səsə qoyularaq qəbul edilib./Publika

    Muxalifet - 29-03-2019

  12. Ukraynalıların böyüyən qəzəbi: 31 mart siyasi elita üçün "QƏTL GÜNÜ"NƏ ÇEVRİLƏ BİLƏR

    Katya Qorçinskaya

    “Əl-Cəzirə”, 28.03.2019

    Ukrayna növbəti inqilabın astanasındadır. Ancaq bu dəfə ukraynalılar küçələrə axışmayacaq; əksinə, onlar 31 martda səsvermə kabinələrində siyasi elitaya və korrupsiyaya qarşı səssizcə üsyan etməyə hazırlaşırlar.

    Seçki bülletenində 39 namizədin adı yazılıb. Üstəlik, yarışda liderlik edən Volodimir Zelenski heç bir siyasi və ya idarəçilik təcrübəsi olmayan komediyaçıdır.

    Muxalifet - 29-03-2019

  13. EVİ ALINAN ŞƏHİD XANIMI DANIŞDI: "Şərurlu İsfəndiyar 100 min pul istədi”

    Aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Şərurlu İsfəndiyarın onun ailəsinə məxsus olan evi əlindən almasından danışıb. Axundova bildirib ki, Ali Məhkəmənin ötən gün çıxardığı ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət edib: “Çünki söhbət inşaat maqnatı Şərurlu İsfəndiyar və şəhid ailəsindən gedir. Burada iki qonşunun sadə pay bölüşdürməsi məsələsindən bəhs edilmir. Bu ağırlığı hiss edirsinizmi?  O da bilir ki, burada şəhid ailəsindən söhbət gedir. Ancaq birmənalı qeyd edir ki, biznesmendir və bu, onun biznes siyasətidir”.

    Muxalifet4 - 29-03-2019

  14. ABŞ-da Demokrat Partiyasının azərbaycanlılar üzrə məsul şəxsi Ərcan Yerdələnli kimdir?

    Böyük həyat təcrübəsi var. Gənclik illəri çox təlatümlü keçib və siyasi proseslərin təzadlı dövrünə düşüb. Nəhayət Amerikaya gəlib. Buraya gələndən sonra rahat həyata başlayıb. Bizneslə məşğul olub, hara gedibsə qarşısına uğur çıxıb… Haqqında söhbət açdığım Ərcan Yerdələnli əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Orta təhsilini orada başa vurub. Bir neçə ildən sonra Almaniyaya gedib. Almaniyada olarkən necə deyərlər, başı təhsilə qarışıb. Yeddi il Münhendə universitetdə oxuyub. 1986-cı ildən ABŞ-da yaşayır.

    Muxalifet - 29-03-2019

  15. Rüstəm Usubov yanmış "Diqlas"a baxış keçirdi - FOTO

    Baş prokurorun birinci müavini Rüstəm Usubov yanğın baş vermiş "Diqlas" Ticarət Mərkəzinə gəlib.
    Report xəbər verir ki, R.Usubov hadisənin baş verdiyi əraziyə baxış keçirib.
    Sonda R.Usubov prokurorluq əməkdaşlarına göstəriş və tapşırıqlarını verib.

    Muxalifet - 29-03-2019

  16. Meyiti tapılan azərbaycanlı tələbə ilə bağlı ŞOK FAKTLAR - "ONU ÖLDÜRÜBLƏR"

    Gürcüstanda azərbaycanlı tələbənin ölümü ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

    Muxalifet - 29-03-2019

  17. "Diqlas"dakı yanğında zərər çəkmiş sahibkarlara maddi yardım ayırıldı - PREZİDENT SƏRƏNCAMI

    Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet4 - 29-03-2019

  18. Türkiyənin müdafiə nazirindən ABŞ-a SƏRT TƏPKİ

    Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “Golan Təpələri” qərarına sərt təpki göstərib.
     
    ABŞ-ın “Golan Təpələri” qərarını böyük səhv adlandıran Akar, bunları söyləyib: "Bunlar çox səhvdir və çox təhlükəlidir. Bizim çox gözəl bir atalar sözümüz var: “Külək əkən fırtına biçər”. Ona görə də bu yondə hər kəsə xəbərdarlıq etməyi özümüzə borc bilirik".

    Müxalifət.az

    Muxalifet3 - 29-03-2019

  19. İki qatar toqquşdu - 50 NƏFƏR YARALANDI

    İtaliyada İki qatarın toqquşması nəticəsində 50 nəfər yaralanıb.
     
    İtaliyanın şimalındakı Como şəhərində iki qatar toqquşub, nəticədə 50 nəfər yaralanıb.
    Hadisə yerinə bir çox xilasetmə, təcili tibbi yardım maşınları və iki vertolyot göndərilib.
    Səlahiyyətlilər qəzanın bir siqnal səhvindən qaynaqlandığını və bununla bağlı istintaq başladıldığını söyləyib.

    Müxalifət.az

    Muxalifet3 - 29-03-2019

  20. Türkiyə ilə Rusiya arasında ortaq mətbuat konfransı

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antaliyada görüşdən sonra mətbuat konfransı təşkil edib.
     
    Mevlud Çavuşoğlu və Sergey Lavrovun iştirakı ilə keçirilən Türkiyə-Rusiya Federasiyası Ortaq Strateji Planlaşdırma Qrupunun yığıncağında bir araya gəlib. İkili ortaq bir mətbuat konfransı təşkil edərək əhəmiyyətli açıqlamalar verib.
    Mevlud Çavuşoğlunun açıqlamasından sətir başları;

    Muxalifet3 - 29-03-2019

Pages