Axtarış

The search found 105772 results in 0.029 seconds.

Search results

  1. Sayt redaktoru barəsində MƏHKƏMƏ QƏRARI - 5,5 il müddətinə...

    Martın 28 də Bakı Ağır Cinayətlər Məhkəməsində Teref.info saytının redaktoru Nurəddin İsmayılovun barəsində hökm oxunub.

    O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətini aşmaq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinərək iki il sınaq müddəti olmaqla şərti olaraq 5,5 il azadlıqdan məhrum edilib.

    Muxalifet4 - 28-03-2019

  2. Mehman Hüseynov beynəlxalq mükafata namizəddir

    Videobloger Mehman Hüseynov "Senzura indeksi" beynəlxalq jurnalist təşkilatının "IndexAwards2019" mükafatına namizəddir.

    Qurumun məlumatında qeyd olunur ki, M.Hüseynov mətbuat azadlığının pozulduğu Azərbaycanda jurnalist və hüquq müdafiəçisidir. O, korrupsiya və insan hüquqlarının pozulması əleyhinə reportajları ilə tanınır.

    M.Hüseynov 400 iddiaçı arasında 16 nominantdan ibarət siyahıya düşüb.

    Namizədlər arasında Əfqanıstan, Kamerun, Kolumbiya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Serbiya, Türkiyə, Ukrayna və ABŞ nümayəndələri var.

    Muxalifet4 - 28-03-2019

  3. "Güllər bizim etiraz addımımız üçün yalnız bəhanə idi" - QİYAS İBRAHİMOV

    24 yaşlı Bakı sakini Qiyas İbahimov 2019-cu ilin martında prezidentin əvf fərmanı ilə 50 digər siyasi məhbusla birlikdə azadlığa çıxıb. Mətbuatda bəzən "abidə məhbusu" da adlandırılan Qiyas Bayram Məmmədovla birlikdə 2016-cı ildə Bakıda Heydər Əliyevin abidəsinə yazdıqları yazıya görə mühakimə olunması ilə məşhurdur.

    Muxalifet4 - 28-03-2019

  4. Yanğından zərər çəkən sahibkarlarla bağlı İşçi Qrup yaradıldı

    Martın 26-da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi üçün prezidentin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb.

    Muxalifet4 - 28-03-2019

  5. ​QHT-lərə 3 gün vaxt verildi – NAZİRLİKDƏN AÇIQLAMA

    Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
    Nazirliyin mətbuat xidməti xəbər verir ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

    Muxalifet4 - 28-03-2019

  6. DTX və XKX-nin şəxsi heyətinə PREZİDENTDƏN TƏBRİK MƏKTUBU!

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

    Təbrikdə deyilir:

    “Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları!

    Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Muxalifet4 - 28-03-2019

  7. ​“Millətiylə bərabər addımlayan siyasətçini yıxacaq heç bir fani güc yoxdur” - ƏRDOĞAN

    Millətiylə bərabər addımlayan siyasətçini yıxacaq heç bir fani güc yoxdur.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada, Almadağ səmtində təşkil edilən mitinqdə çıxışı zamanı deyib.
    “Vətəndaşı ilə eyni mövqedə olan, eyni hədəfə köklənən dövlət adamını dayandıra biləcək heç bir maneə ola bilməz. Qardaşlıqla, həmrəyliklə böyüyən ölkəni heç kim dayandıra bilməz və buna cəsarət etməz”, - deyə dövlət başçısı bildirib.

    Muxalifet4 - 28-03-2019

  8. ​"OPEC-in neft axınını artırması çox vacibdir” - TRAMP

    ABŞ Prezidenti Donald Tramp neftin dəyərinin davamlı şəkildə artımının qarşısını almaq üçün növbəti dəfə OPEC ölkələrini neft hasilatını artırmağa çağırıb.
    Muxalifet.az xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.
    "OPEC-in neft axınını artırması çox vacibdir. Dünya bazarları kövrəkdir, neftin qiyməti çox artır", - D.Tramp yazıb.
     

    Muxalifet4 - 28-03-2019

  9. TANAP İŞƏ DÜŞÜR - Bu tarixdə boruya qaz vurulacaq

    SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin martın 27-də Ankarada keçirilmiş toplantısında iştirak ediblər.
    SOCAR-dan verilən məlumata görə, toplantıda TANAP layihəsinin hazırki vəziyyəti müzakirə olunub.
    İdarə Heyətinə məruzə edilib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhəddinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir.

    Muxalifet4 - 28-03-2019

  10. İlham Əliyev Avstriyaya işgüzar səfər etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfər gedib.
    Əlavə məlumat veriləcək.

    Muxalifet4 - 28-03-2019

  11. FƏTÖ ilə bağlantısı olan şəxs barəsində MƏHKƏMƏ QƏRARI - Türkiyə ABŞ-ın adamını həbsdə saxladı

    Türkiyə məhkəməsi ABŞ-ın adamı olan və FETÖ şəbəkəsi ilə əlaqələri olduğu iddia olunan şəxsi həbsdən buraxmayıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, İstanbulun ağır cinayətlər məhkəməsində ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuzun məhkəmə prosesi davam etdirilib.
    Xatırladaq ki, Mətin Topuzun FETÖ-çu prokuror Zəkəriyyə Özlə iki dəfə görüşməsi faktı ortaya çıxıb. ABŞ konsulluğunun əməkdaşı bu səbəbdən həbs olunub.

    Muxalifet4 - 28-03-2019

  12. Daşqında ölənlərin sayı 44 nəfərə çatdı

    İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

    İran KİV-ləri xəbər verir ki, bunu İslam Respublikası Fövqəladə Hallar İdarəsi sədrinin müavini Həmidrza Hankeh bildirib.

    Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 265 nəfər yaralanıb: “Fars əyalətində 21, Gülüstanda 7, Mazandaranda 5, Şimali Xorasanda 3, Kohkuliye-Boyer Əhməd və Loristanda 2, Kirmanşah, Xuzistan, Həmədan və Simnanda hərəsində bir nəfər ölüb”.

    H.Hankeh 265 yaralıdan 47-nin müxtəlif xəstəxanalarda müalicə olunduğunu vurğulayıb.

    Muxalifet4 - 28-03-2019

  13. İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşdü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb.

    Muxalifet4 - 28-03-2019

  14. Kreditlərlə bağlı kompensasiya bu tarixdə ödəniləcək - VİDEO

    “Fərmanın icrası ilə bağlı müxtəlif işlər həyata keçirilir. Palata tərəfindən həm mexanizmin hazırlanması, həm vətəndaşların daim məlumatlandırılması istiqamətində işlər görülüb. Atılan addımlardan biri də elektron portalın yaradılmasıdır. Portalın yaradılmasının əsas məqsədi proseslərin tam şəffaf şəkildə həyata keçirilməsi, vətəndaş-məmur, vətəndaş-bank münasibətlərinin minimallaşdırılması, vətəndaşların proseslərdən daim məlumatlandırılmasıdır".

    Muxalifet4 - 28-03-2019

  15. Bələdiyyə işçisinin rüşvət alma görüntüsü yayıldı - VİDEO

    Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərovun saxlanılması ilə bağlı məlumat yayıb.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, R.Əsgərov Ş.M. adlı şəxsə 3 000 lari (1 113 dollar) müqabilində dövlət idarəsinə işə düzəldəcəyinə söz verib.

    Tərəflər arasında ilk öncə məbləğin 1 500 larisi, daha sonra isə yerdə qalan məbləğin təqdim olunması barədə razılıq əldə olunub.

    Muxalifet4 - 28-03-2019

  16. ABŞ-ın Avropadan Maduro barədə XAHİŞİ - Yeni sanksiyalar...

    Vaşinqton Brüsseldən Venesuela lideri Nikolas Maduro hökumətinə qarşı yeni sanksiyaları tətbiq etməyi xahiş edib.
    TASS agentliyi xəbər verir ki, bu haqda Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams bildirib.
    Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

    Muxalifet4 - 28-03-2019

  17. ​Türkiyə ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ – 29, 30 mart tarixlərində…

    Malatya İnönü Universitetinin professoru, geologiya üzrə mütəxəssis Məhməd Önal son günlər Malatya və Dənizli sahillərində baş verən ardıcıl zəlzələlərlə bağlı heç də ürək açmayan açıqlama verib.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, türk professor 3-4,5 bal arası baş verən yeraltı təkanları qabaqcıl zəlzələ adlandırıb və bildirib ki, bu təbiət hadisələri daha böyük zəlzələnin “müjdəçisidir”.
     
    “Bunlar bir növ xəbərdarlıqdır. Daha böyük zəlzələ ilə bağlı tədbirlər görülməlidir. Neçə ballıq ola bilər? Bunu demək çox çətindir”.

    Muxalifet4 - 28-03-2019

  18. “Damlanın adı intim video ilə bağlı hallananda...” - Türkan Vəlizadə

    Müğənni Türkan Vəlizadə “Hər şey daxil” verilişinin qonağı olub.

    Musavat.com xəbər verir ki, ifaçı aparıcı Tolikin “Diqqətimi çəkdi, Damla sənin ad gününə gəlməmişdi” sualına belə cavab verib: “Damla ilə münasibətimiz yaxşıdır. Məlum videodakı qızın Damla olduğu iddia ediləndə mən ona dəstək oldum, mesaj yazdım, zəng etdim. Şükür Allaha ki, videodakı Damla deyildi, amma yalan da adama təsir edir. Mən onun yanında oldum. Doğum günümə dəvət etsəm də, gəlmədi. Bir təbrik mesajı da yazmadı. Allah onun da, prodüseri Şamilin də canını sağ eləsin”.

    Muxalifet4 - 28-03-2019

  19. “Dünyanın hər yerində belə yanğınlar olur..." - HADI RƏCƏBLİ "DİQLAS" YANĞINI HAQDA

    “Dünyanın hər yerində belə yanğınlar olur, müvafiq olaraq qarşısının alınması istiqamətində addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrində sığorta mədəniyyəti formalaşıb. Azərbaycanda da bu sistem var. Məsələn, icbari tibbi sığorta və digər sığorta formaları mövcuddur. Ölkəmizdə 5 məcburi sığorta forması var. Gələcəkdə əmlakın sığortalanması halı da geniş şəkildə tətbiq ediləcək”.

    Muxalifet.az xəbər verir ki, bunu “report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

    Muxalifet4 - 28-03-2019

  20. ​Prezidentin yaxın adamlarına CİNAYƏT İŞİ AÇILDI - Milyardlarla “pul yeyintisi” və…

    Ukrayna Baş prokurorluğu Rusiyaya qaçan oliqrax Serey Kurçenkoya qarşı araşdırmanı başa çatdırıb.
     
    Ukrayna mediasının verdiyi xəbərə görə, istintaq əldə etdiyi nəticələrə əsasən hazırkı prezident Pyotr Poroşenkoya yaxın isimləri də hədəfə alıb.
     
    Bir vaxtar eks-prezident Viktor Yanukoviçin “ailə” (yəni ən inanılmış komanda) üzvlərindən sayılan Sergey Kurçenkonun “Naftoqaz Ukraina”, “Ukrnaft” və “Ukrqazvıdobuvannya” şirkətlərindən 2 milyard, “Naftoqaz”ın özündən isə 5 milyard qriven pul oğurladığı bəlli olub.
     

    Muxalifet4 - 28-03-2019

Pages