Axtarış

The search found 105777 results in 0.148 seconds.

Search results

  1. 53 nəfər direktor təyin edilib

    Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələrini açıqlayıb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

    Muxalifet - 28-03-2019

  2. ​"Gedib Rövnəq Abdullayevi güllələyək?" - Aqil Abbas

    Xorvatiyaya məğlubiyyətdən, Litva ilə heç-heçədən sonra futbol üzrə Azərbaycan millisinin üzvlərinə pul mükafatının verilməsi birmənalı qarşılanmayıb.
    Yenicag.az-a açıqlama verən millət vəkili Aqil Abbas isə fərqli düşünür. Onun sözlərinə görə, bunu faciəyə çevirmək lazım deyil:

    Muxalifet - 28-03-2019

  3. ​Ziya Məmmədovun qardaşı oğlunun yerinə təyinat olub

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis müavini təyin edilib.
    ONA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Rəhim Novruzov Baş İdarənin rəis müavini təyin edilib.
    Xatırladaq ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini olmuş, polis polkovniki Fuad Məmmədli bu ilin fevralında tutduğu vəzifədən azad edilib.
    F. Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. 

    Muxalifet - 28-03-2019

  4. Çox sayda İran əsgəri öldürüldü!

     İsrail Nəqliyyat Naziri və Xarici İşlər Nazirinin vəkili Yisrael Katzdan dünən axşam Suriyanın Hələb şəhərinə təşkil olunan hücumun arxasında İsrail ordusunun olduğu etirafı gəldi. İsrail mətbuatında yer alan xəbərlərdə, dünən gecə keçirilən hücumlarda 11 İran əsgərinin öldürüldüyü qeyd edilib. Amerikan xəbər agentliyi “Associated Press” (AP) isə 7 İran əsgərinin öldüyünü bildirib.
     

    Muxalifet3 - 28-03-2019

  5. Bakıda avtomatlı şəxs saxlanılıb

    Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən xəbərə görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov saxlanılıb.

    Muxalifet - 28-03-2019

  6. “Mirzə Cəlil düz edib xalqı söyüb” - Deputatdan ŞOK AÇIQLAMA

    Hesab edirəm ki, Mirzə Cəlil Azərbaycan xalqını həqiqətən də müəyyən məqamlarda aşağılayıb. O, cəhalətin daşıyıcısı, xurafat virusunu yaşadanları tənqid atəşinə tutub və bunu da haqlı olaraq edib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında millət vəkili Fazil Mustafa yazıçı Həmid Herisçinin görkəmli dramaturq Cəlil Məmmədquluzadə barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
    O bildirib ki, Mirzə Cəlil üslubu Azərbaycanda tənqidi realizmin əsas aparıcı xəttidir, yeni ədəbi məktəbdir:

    Muxalifet - 28-03-2019

  7. Tramp və Netanyahunun oxşarlığı: Yəhudi professor açıqladı

     ABŞ-da yaşayan məşhur Yəhudi professor Norman Finkelstein İsrailin baş naziri Netanyahunun Yəhudi irqçi, zərərli bir siyasətçi olduğunu və İsraillilərin düşüncə tərzini əks etdirdiyini bildirib.
     
    Professor Finkelstein, "Binyamin Netanyahu zərərli, irqçi və Yəhudi üstünlükçüsüdür. Bu zərərli, irqçi və Yəhudi üstünlükçü xüsusiyyətləri də tamamilə İsrail xalqını təmsil edir" deyə söyləyib.
    İsrail xalqının Netanyahuya verdiyi dəstəyə toxunan Finkelstein bunları bildirib:

    Muxalifet3 - 28-03-2019

  8. ​İlham Əliyevdən "Diqlas"la bağlı MÜHÜM SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
    2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.

    Muxalifet - 28-03-2019

  9. ​Eldar Sabiroğlu Türkiyədən QAYITDI - Bakıda əməliyyat olunacaq

    Bir neçə gün öncə Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq YAP-çı deputat Eldar Sabiroğlunun səhhəti ağırlaşdığına görə təcili Türkiyəyə aparılmışdı. 
    Muxalifet.az bildirir ki, modern.az-ın əməkdaşı Eldar Sabiroğlunun hazırkı vəziyyətinin necə olduğunu öyrənmək üçün oğlu Rüfət Səfərovla əlaqə saxlayıb.
    Rüfət Səfərov atasınının ölkəyə qayıtdığını deyib.

    Muxalifet - 28-03-2019

  10. ​Əlillik yeni meyarlarla təyin olunacaq - Qanun hazırlanır

    Əlilliyin təyin olunması ilə bağlı Azərbaycan üzrə yeni meyarlar hazırlanıb.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verib.
    Onun sözlərinə görə, bu meyarlar əsasında qanunvericilik tərtib olunub:
    “Yaxın vaxtlarda bu qanunvericilik Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç bir həkim əlilliyin beynəlxalq sahədəki meyarlarla təsnifatlaşdırılmasını bilmir”.

    Muxalifet - 28-03-2019

  11. ​"Diqlas"da baş verən yanğınla bağlı iki maddə ilə cinayət işi başlandı - RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
    Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

    Muxalifet - 28-03-2019

  12. ​"Diqlas"dakı yanğında BİR MÖCÜZƏ YAŞANDI: "Qurani-Kərim” YANMADI - Foto

    Martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı qeyri-adi hadisə baş verib. Unikal.org-un hadisə yerində olan əmkdaşının verdiyi məlumata görə, saxlanılan "Qurani-Kərim”, möhür, "Sürələr və Ayələr", "Çərəkə" kitabılar, təsbeh yanmayıb. Obyekti yanan sahibkar bu hadisənin Allahın möcüzəsi olduğunu deyib. Çünki obyektə hər yer yanmasına baxmayaraq sellofana bükülü dini kitablar yanmayıb.

    Muxalifet - 28-03-2019

  13. Zaxarova Qarabağla bağlı vacib görüşdən danışdı

    ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanla görüşəcək.
    Bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova məlumat verib. 
    “Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirəcəyi görüşdə bütün məsələlər müzakirə olunacaq”, - deyə Zaxarova bildirib.
    Qeyd edək ki, görüş Azərbaycan və Ermənistan liderləri arasında aparılacaq danışıqlar ərəfəsində, martın 28-də Vyanada keçiriləcək.

    Muxalifet - 28-03-2019

  14. “Washington Times”:"AĞ EVİN İÇİNİ PAŞİNYANLA BAĞLI ŞÜBHƏLƏR GƏMİRİR"

    Ceykob Kamaras

    The Washington Times”, 26.03.2019

    Erməni “məxməri inqilabı” tezliklə ildönümünü qeyd edəcək. Keçən ilin aprel ayında islahatçı və demokrat kimi tanınan Nikol Paşinyan iqtidara gəlib, səhra komandirləri, keçmiş sovet və rusiyalı məmurlardan ibarət köhnə qvardiya “istirahətə göndərilib”.

    Muxalifet - 28-03-2019

  15. ​"Yeddi oğul istərəm"in "Qəqəni"si orta məktəbi 14 ilə bitiribmiş

    "Yeddi oğul istərəm" fiminin "Qəqəni"si, əməkdar artist Fərhad İsrafilov orta məktəbi on dörd ilə bitiribmiş.
    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, aktyor bu maraqlı faktı "Mədəniyyət" kanalında Dilarə Səlim və Salman Qaraçöpün aparıcılığı ilə yayımlanan "Görüş yeri" verilişində səsləndirib. F.İsrafilovun sözlərinə görə, film çəkilərkən o, məktəbli olub və uzun müddət dərsə getmədiyinə görə sinifdə qalıb:

    Muxalifet - 28-03-2019

  16. Bruneydə xəyanət etmiş ailəli şəxslər daşqalaq ediləcək - OĞRULARIN ƏLİ VƏ AYAĞI KƏSİLƏCƏK

    Aprelin 3-dən etibarən Bruney sultanlığında xəyanət etmiş ailəli şəxslər və eynicinsli seksual münasibətlərə daxil olanlar barəsində ölüm hökmü çıxarılacaq.
    “Rossiya 24” telekanalı xəbər verir ki, yuxarıda adı çəkilənlər daşqalaq edilməklə qətlə yetiriləcək.
    Eyni zamanda, oğurluğa görə cəza tədbirləri sərtləşdirilir. Belə ki, ilk dəfə oğurluq etmiş şəxsin sağ əli, ikinci dəfə oğurluq edənin isə sol ayağı kəsiləcək.
    Beynəlxalq hüquq müdafiəçilərinin sərt tənqidinə baxmayaraq, ölkə prokurorluğu yeni qaydaları təsdiqləyib.

    Muxalifet - 28-03-2019

  17. Ombudsman əsirlikdə saxlanılan Elvin İbrahimovla bağlı BQXK-a müraciət etdi

    Ombudsman Elmira Süleymanova əsirlikdə saxlanılan Elvin İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinə müraciət ünvanlayıb.

    Muxalifet - 28-03-2019

  18. Kəmaləddin Heydərov “Diqlas”dakı yanğının günahkarlarını açıqladı: “Onlara demişdik…”

    ""Diqlas” Ticarət Mərkəzindəki yanğının mənbəyi yaxınlıqda yerləşən və qanunsuz inşa olunan dönərxanadır”.
    Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə söyləyib.
    K.Heydərov deyib ki, Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunan görüntülərdən bu ortaya çıxıb.

    Muxalifet - 28-03-2019

  19. Azərbaycanda vərəmli xəstələrin SAYI AÇIQLANDI

    Ötən il ərzində Azərbaycanda vərəmli xəstələrin sayı 2017-ci illə müqayisədə 3 faiz azalıb.
    Aşkar edilmiş xəstələrin aktiv müalicəyə cəlb edilməsi, xəstələrin birinci və ikinci sıra dərmanları ilə tam təmin edilməsi nəticəsində 2018-ci ildə vərəmdən ölüm halları 6,7 faiz azalıb.
    Son 4 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyaya 9561 nəfər müraciət edib. Onlardan 6622 xəstəyə uzunmüddətli müalicə kursu təyin edilib.

    Muxalifet - 28-03-2019

  20. ​İspaniyalı nazir suala görə müsahibəni yarımçıq kəsdi - VİDEO

    İspaniyanın xarici işlər naziri Jozep Borrel Almaniyanın “Deutsche Welle News” telekanalına verdiyi canlı müsahibə zamanı müxbirin Kataloniya separatçıları ilə bağlı sualına sərt şəkildə reaksiya verərək efiri tərk edib.

    Muxalifet - 28-03-2019

Pages