Axtarış
The search found 105772 results in 0.077 seconds.
Search results
Göyçayda bədbəxt hadisə
Göyçay şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ 21099” markalı minik avtomobili yolu keçməyə çalışan piyadanı vurub. Hadisə nəticəsində Göyçay şəhər sakini, 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əliağa oğlu yaralı vəziyyətdə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.Muxalifet - 30-03-2019
ŞOK: “Kontakt Home” istehlakçıları necə aldadır? - Video
Paytaxt sakini Babək Cəfərov “Kontakt Home”nin şok fırıldağının üstünü açıb.
Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, o baş vermiş hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib. Bildirib ki, ilyarım əvvəl hər ay 27 manat ödəməklə kreditə 250 manatlıq telefon alıb. Son ödəməsini bu il martın 24-də şirkətə ödəyib və kreditini bağlayıb.Muxalifet - 30-03-2019
ABŞ-dan Rusiyaya sərt tələb: Xəbərdarlıq edirik, ölkəni tərk edin
Ağ Ev milli təhlükəsizlik məsləhətçisi Con Bolton Rusiyanın Venesuelaya əsgər göndərməsinə dair verdiyi açıqlamada, "Ölkəyə hərbi ünsürləri sövq etmələrinə qarşı güclü şəkildə xəbərdarlıq edirik" deyib.
Con Bolton bu məsələdə dövlət başçısı Nikola Maduronu günahlandırıb.Muxalifet3 - 30-03-2019
Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 30-03-2019
Alimlərdən xərçənglə bağlı vacib tövsiyə
Gündə cəmi iki unsiya (təxminən 57 qram) qozun istehlakı təxminən iki həftə ərzində süd vəzisi xərçəngi zamanı genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdirir.
Belə nəticəyə Marşall Universitetindən (Qərbi Virciniya ştatı, ABŞ) olan alimlər gəlib.
Universitetin biotibb elmləri kafedrasının professoru və tədqiqatın aparıcı müəllifi Eleyn Hardman qeyd edib ki, qozdan istifadə süd vəzisi xərçənginin inkişafını yavaşıdır.Muxalifet - 30-03-2019
“İki ölkə İdlibdə təxribat törədəcək” – Rusiya açıqladı
Rusiyanın Müdafiə Nazirliyi Fransa və Belçika kəşfiyyat əməkdaşlarının İdlibə kimyəvi maddələr gətirərək təxribat törədəcəyini iddia edib.
Rusiya Müdafiə Nazirliyi İdlibdəki döyüşçülərin Fransız və Belçikalı xüsusi xidmət əməkdaşlarının köməyi ilə Suriya ilə Rusiyanı mülki əhaliyə qarşı kimyəvi silah istifadə etməklə günahlandırmaq üçün yeni bir təxribat hazırladığını bildirib.Muxalifet3 - 30-03-2019
Avtomagistrallarda sürət həddi endirildi
"Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib”.
Bu barədə Muxalifet.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Qurum sürücülərdən xahiş edib ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.Muxalifet - 30-03-2019
Ermənistan buna məhkumdur, Türkiyə və Azərbaycan... - Rusiyadan Paşinyana ŞOK
Ermənistan hansısa inteqrasiya birləşmələrinin üzvü olmağa məhkumdur.
Bu sözləri “Sputnik Ermənistan”a müsahibəsində Avropa-Asiya Tədqiqatları Mərkəzinin direktoru Andrey Rusakov deyib.Muxalifet - 30-03-2019
“Gürcüstan dünya xəritəsindən silinə bilər” - Saakaşvilidən XƏBƏRDARLIQ
“Gürcüstan hökumət dəyişməsə 1-2 ildən dünya xəritəsindən silinə bilər”.
Bu barədə Gürcüstanın sabiq lideri Mixail Saakaşvili Tbilisi prezident kitabxanasında “Birlikdə Evimiz Gürcüstana” ictimai birliyinin təqdimat mərasiminə Skype ilə qoşulan zaman deyib.
“Əgər hökuməti vaxtında dəyişməsək, gürcü dövləti artıq olmayacaq. Biz dünyada 1 nömrəli islahatçı ölkə idik, indi isə heç yerdə təmsil olunmuruq”.
Saakaşvilinin sözlərinə görə, onun prezidentliyi zamanı ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb.Muxalifet - 30-03-2019
Qəndildəki terrorçubaşlarına qarşı “Pəncə” əməliyyatı
Türkiyənin İraqın şimalında terror təşkilatı PKK-nın terrorçubaşlarına aid qərargah və sığınacaqlara qarşı əməliyyat keçirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən yazılı açıqlamaya görə, İraqın şimalında PKK terror təşkilatının liderlərinə aid hədəflər ilə terror hazırlığında olan terrorçulara qarşı hava hərəkatı təşkil olunub.Muxalifet3 - 30-03-2019
Milli Məclisin deputatları Vaşinqtonda – ABŞ-dan siyasi dəstək istənildi - FOTOLAR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərdə olub.
Muxalifet - 30-03-2019
Bakıda dəhşət - Oğul 67 yaşlı anasını pula görə döydü
Bakıda oğul anasını döyüb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Babək prospekti 55 ünvanında yşayan 1952-ci il təvəllüdlü Qarayeva Seylan Seyid qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu, 1988-ci il təvllüdlü Həşimov Ruslan Mehman oğlu onu döyərək hədə-qorxu yolu ilə pul tələb edib.
Faktla bağlı polis araşdırmalara başlayıb.Muxalifet - 30-03-2019
“Bizim valideynlərdə məsuliyyət yoxdur” – Uşaq cərrahı - VİDEO
Azərbaycanın tanınmış uşaq cərrahı, çox valideynlərin övladının həyatını borclu olduğu Gündüz Ağayev Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsinin rəhbəridir.
Pediatriya İnstitutunun nəzdində 2010-cu ildə yaradılmış bu şöbə 40 çarpayılıqdır və 0-4 yaş qrupunda körpələrin müalicəsini əhatə edir. Respublika üzrə bütün yeni doğulan, vəziyyəti ağır uşaqlar bura gətirilir.Muxalifet - 30-03-2019
“KƏMALƏDDİN HEYDƏROV PREZİDENTİ ALDADIR”
Əli Əliyev: “Nazir eyni sözləri Mingəçevir yarımstansiyası yananda da demişdi…”
Muxalifet - 30-03-2019
BMT-nin baş katibi Əliyev və Paşinyanın Vyana görüşünü alqışlayır
BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutmuş görüşü alqışlayır.
Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.Muxalifet - 30-03-2019
“Fikirləşdim ki, dörd uşağım var, həbsdə oturub gözləyə bilmərəm...” - EMİN AĞALAROV XÜSUSİ PROKURORUN İSTİNTAQI VƏ BORCLARI HAQDA
Məşhur azərbaycanlı müğənni və Rusiya biznesmeni Emin Ağalarov ABŞ-da xüsusi prokuror Robert Müllerin bu günlərdə başa çatan təhqiqatı barədə danışıb.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ağalarov “The Bell” nəşrinə müsahibəsində Müllerə ifadə verməyə hazır olduğunu deyib. Amma bildirib ki, son anda fikrini dəyişib, çünki Amerikada onu həbs edə və təhqiqat başa çatana qədər həbsxanada saxlaya bilərdilər.
Muxalifet - 30-03-2019
Gəncə hadisələrində həbs olunanların valideynləri etiraz edirlər - CANLI
Gəncə hadisələrində həbs olunan gənclərin valideynləri etiraz edirlər.
"Yeni Sabah"ın məlumatına görə, onlar hazırda Prezident Admininstrasiyasının qarşısındadırlar. Valideynlər bildirirlər ki, prezidentə Gəncə hadisələri ilə bağlı yanlış məlumat verilir:
"Xahiş edirik səsimizi eşidin. Uşaqlarımız azad olunmalıdır. Ordakı polislər olmazın işgəncələrini verirlər. Uşaqları əli qandallı otuzdururlar. Vəkillərimiz neçə dəfə vəsatət qaldırıb, amma qəbul edilmir. Niyə məhkəmə sistemində bu qədər özbaşınalıq? Prezidentin bunlardan xəbəri yoxdur".Muxalifet - 30-03-2019
"Real" fransalı futbolçu ilə anlaşdı
PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo "Real"a keçməyə yaxındır.
Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq tərəflər arasında ilkin razılıq əldə olunub. Mövsümün sonunda parislilərlə müqaviləsi başa çatacaq fransalı futbolçu "kral klubu"na azad agent kimi keçəcək.
Qeyd edək ki, PSJ rəhbərliyi ilə münasibətləri pis olan futbolçu uzun müddətdir əsas komandadan kənardadır. 23 yaşlı yarımmüdafiəçi daha əvvəl "Barselona" ilə razılıq anlaşsa da, anasının Kataloniya klubundan yüksək məvacib tələb etməsi səbəbindən keçid alınmamışdı.Muxalifet - 30-03-2019
“İsrailə qarşı olmaq antisemitizm deyildir” – Keçmiş kəşfiyyat naziri
Cənubi Afrikanın keçmiş kəşfiyyat naziri və irqçilik əleyhinə aktivist Ronnie Kasrils Qərbdə son illərdə artan İsrail ziddiyyətini antisemitizm kimi təqdim etmə səylərinə təpki göstərərək “İsrail və Sionizm ziddiyyəti antisemitizm yalanına etibar etməyin” deyib.
Kasrils “Boykot, Təcrid, Sanksiyalar” (BDS) hərəkatı tərəfindən İsrail Apartheidi (İrqi Ayrı-seçkilik) həftəsi çərçivəsində keçirilən konfransda çıxış edib.Muxalifet3 - 30-03-2019
Sərnişin avtobusu yük avtomobilinə çırpıldı - Qaradağda AĞIR QƏZA
Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə rayonun Ələt qəsəbəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub. (report)Muxalifet - 30-03-2019