Axtarış
The search found 105772 results in 0.026 seconds.
Search results
Eynşteynin məktubu şok qiymətə satıldı - O, Hitler haqqında yazmışdı ki...
Məşhur fizik Albert Eynşteynin Adolf Hitler haqqında yazdığı məktub 134 min dollara satılıb.
Kult.az xəbər verir ki, Hitlerin dəliliyindən və Almaniyadakı çətin yaşayış şəraitindən bəhs edilən məktub Los- Ancelsdə 23 təklifdən sonra sözügedən qiymətə alıcı tapıb.
Bununla yanaşı, həmin hərracda Eynşteynin 1921-1939-cu illər arasında yazdığı bildirilən daha iki əlyazma məktubu da satılıb.
Muxalifet4 - 31-03-2019
“"Türk axını" Balkanların enerji xəritəsini dəyişəcək” – SERBİYA PREZİDENTİ
"Türk axını" boru xəttinin Serbiyadan keçən hissəsinin tikintisinə yaxın müddət ərzində başlanılacaq.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. O, lazımi texniki avadanlıqların ərazidə işə başlaması üçün bölgəyə doğru hərəkət etdiyini bildirib.
Vuçiç "Türk axını" layihəsinin Balkanların enerji xəritəsini dəyişdirəcəyini söyləyib.Muxalifet4 - 31-03-2019
Ərdoğan 5 iri şəhərdən 4-də uduza bilər - TÜRKİYƏDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. İndidən isə gözlər Türkiyənin iri şəhərlərinə – Ankara, İstanbul, İzmir, Bursa və Antalyaya yönəlib. Strateq.az xəbər verir ki, bu şəhərlərdə Ərdoğan-Baxçalı birliyi (Cumhur ittifaqı) ilə Kılıçdaroğlu-Akşenerin ittifaqı (“Millət”) arasında çox gərgin rəqabət gedəcəyi gözlənilir. Türkiyə mətbuatının məlumatına görə, adıçəkilən şəhərlərdə “Mediar” Araşdırma Mərkəzi 11 gün sosioloji sorğu aparıb.
Muxalifet4 - 31-03-2019
Təbriz klubundan möhtəşəm qələbə - “Traktor Sazi” cavabsız 3 qol vurdu
İran çempionatında 23-cü turun oyunları davam edir. Qol.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə “İstiqlal Xuzestan”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib “İstiqlal Xuzestan” – “Traktor Sazi” – 0:3 Qollar: Suqita, 16, Esmaeilfar, 43, Dejagaj, 66 Bu qələbə ilə xalını 46-ya yüksəldən Təbriz klubu 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 48 xalla “Persepolis” başçılıq edir. “İstiqlal” 43 xalla 3-cüdür.
Muxalifet4 - 31-03-2019
Vaxtsız ölümün qarşısını almaq olacaq - ALİMLƏRDƏN YENİ TƏDQİQAT
Böyük Britaniyanın Nottingem Universitetinin ekspertlərinin apardığı yeni tədqiqat süni intellekti vaxtsız ölümün proqnozlaşdırılması üçün istifadəyə imkan verib.
Muxalifet4 - 31-03-2019
ABŞ qəzetləri İran referendumunu necə alqışlayırdı - 40 İL ÖNCƏ...
1979-cu il. İran. İslam inqilabı başa çatdı. Amma seçki məntəqələrinin kadrlarından bu hələ məlum deyil. Qadınlar məntəqələrə başı açıq və şalvar geyinərək gəliblər. Kişilər də Avropa tərzində geyiniblər. İrandakı seçicilərin görünüşünü onların Fransada səs verən həmyerlilərdən ayırmaq olmur. “Biz, İslam inqilabı şüarı ilə köhnə rejimi devirdik. Güman etmək olar ki, referenduma ehtiyac yoxdur, amma biz hər şeyi rəsmi keçirmək istədik.” Bu sözləri o zaman İbrahim Yazdi, inqilab məsələləri ilə bağlı baş nazirin müavini söyləmişdi.
Muxalifet4 - 31-03-2019
Ölümcül xəsarət alan qadın polisdən SELFİ ÇƏKDİRMƏYİ XAHİŞ ETDİ – O, bu görüntünün İnstagram-da çox layk cəlb edəcəyini deyib
Hollandiyada baş verən yol qəzası nəticəsində ağır xəsarət alan qadın polisdən selfi çəkməyi xahiş edib.
“BBC Türkçe”nin müxbiri Yusuf Özkan xəbər verir ki, hadisə paytaxt Amsterdamın cənubunda baş verib.
Məlumata əsasən, Zaanstreek rayonunda qadının hərəkət etdiyi motoroller maşınla toqquşub.
Selfi xahişi
Yol qəzası keçirdikdən sonra hadisə yerindən xərəkdə aparılan qadın İnstagram üçün şelfi çəkmək xahişi ilə polisə müraciət edib.Muxalifet4 - 31-03-2019
Çətirini buraxmayan kişini külək göyə qaldırdı -VİDEO
Güclü külək nəhəng çətiri yerində saxlamaq istəyən kişini göyə qaldırır.
Müşahidə kameralarına düşən bu hadisə Türkiyənin cənubunda baş verib.
Çətiri tutmağa cəhd edən kişinin köməyinə gələn bir nəfər xəsarət alıb. Ona xəstəxanada tibbi yardımın göstərildiyi xəbər verilir.
Muxalifet4 - 31-03-2019
Ərdoğanın böyük ambisiyaları niyə baş tutmaya bilər?
Futbol meydançası ölçüsündə və 50 metr dərinliyində bir krater. Hər yerdə daş təpələr ucalır. Yeganə həyat durğun su gölməçələrindən su içən qağayılardır.
Bura İstanbulun yeni yaşayış kompleksi olmalı idi. Fikirtepe rayonunda lüks mənzillər, ticarət mərkəzləri və spa salonları ilə zəngin bir kompleks.
2010-cu ildə lentə alınan reklam videosunda Türkiyənin yeni aşkarladığı bir sərvət kimi nümayiş etdirilir.
Bu kompleksi inşa etmək üçün ən az 15 min nəfər sakini olan evlər sökülüb. Bir çoxları yeni evlərə sahib olmaq üçün depozit də ödəyib.
Muxalifet4 - 31-03-2019
BÜTÜN MƏŞHURLAR BU YOLLA SAĞLAM QALMAĞA ÇALIŞIR - Təzyiq, xərçəng və 30 xəstəliyin dərmanı sarımsaq çayı
Sarımsaq ölümdən başqa bütün dərdlərə dərmandır. Onu qəbul etməyin müxtəlif formaları var. Sarımsağı əzdikdə çıxan şirəsi müalicə üçün daha effektivdir. Amma birbaşa bu şirəni içmək mədə-bağırsaq üçün zərərlidir. Ona görə bu məqsədlə sarımsaq çayı hazırlanır.
Məşhur ulduz Ancelina Colinin də tez-tez məhz sarımsaq çayı içməsi barədə məlumatlar var.
Medicina.az bu çayın hazırlanma reseptini təqdim edir.
Sarımsaq çayı zərərli toksin və mikorqanizmləri öldürür, immun sistemi möhkəmləndirir.Muxalifet4 - 31-03-2019
Ukraynada prezident seçkiləri keçirilir - POROŞENKO POSTUNU QORUYA BİULƏCƏK?
Bu gün Ukraynada prezident seçkiləri keçirilir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, prezidentlik uğrunda 39 namizəd mübarizə aparır. Sosioloqların qənaətinə görə, bu gün prezident seçmək mümkün olmayacaq və beləliklə, prezident seçkilərinin ikinci turu baş tutacaq.
Muxalifet4 - 31-03-2019
Paytaxtın meri səsverməyə velosipedlə gəldi - UKRAYNADA
Xəbər verdiyimiz kimi, Ukraynada bu gün prezident seçkiləri keçirilir.
Kiyevin meri, məşhur boksçu Vitali Kliçko səhər saatlarında səsvermə məntəqəsinə gələrək, seçimini edib.Yerli mənbələr xəbər verir ki, Kliçko məntəqəyə velosipedlə gəlib.
İlkin reytinqlərə əsasən, prezidentliyə əsas namizədlər hazırkı dövlət başçısı Pyotr Poroşenko, keçmiş baş nazir Yuliya Timoşenko və şoumen Vladimir Zelenskidir.
Muxalifet4 - 31-03-2019
Ukraynadakı seçkilərdə pozuntu halları qeydə alınıb
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, səhər saatlarından etibarən prezident seçkilərində 25 pozuntu halı barədə məlumat daxil olub.
Göstərilən faktlar əsasən qanunsuz təbliğat işləri ilə bağlıdır. Bununla əlaqədar yeddi müraciət daxil olub.
Bir müraciət seçicinin ələ alınması, iki müraciət bülletenlərin şəklinin çəkilməsi, daha bir müraciət isə səsvermə bülleteninin seçki məntəqəsindən kənara çıxarılması ilə bağlıdır.
Muxalifet4 - 31-03-2019
Arvadını öldürdü, 65 yaşlı sevgilisini isə... - DƏHŞƏT
İlk dəfə keçmiş arvadını öldürdüyünə görə həbsxanaya düşüb. İki körpə övladına anası baxıb. Lakin azadlığa çıxdıqdan sonra içki düşkünü olan oğul anasına da əl qaldırıb. İkinci dəfə ailə qurub, yenə alınmayıb. Bir-birinin ardınca gələn uğursuzluqlar sonda yenə yolunu həbsxanaya salıb. Bu dəfə özündən 14 yaş böyük qonşu qadının qətlində şübhəli bilinərək dəmir barmaqlıqlar arxasına göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 52 yaşlı Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Muxalifet4 - 31-03-2019
Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar - RAKETLƏRDƏN TUTMUŞ "DƏMİR GÜNBƏZ"Ə QƏDƏR...
İsrail silahlarının ən iri idxalçıları arasında Azərbaycan Hindistan və Vyetnamdan sonra üçüncü yeri tutur. Müxtəlif mənbələrin məlumatlarına əsasən, 2017-ci ildə Tel-Əviv Bakıya azı 140 milyon dollarlıq silah-sursat ixrac edib. Bu ixracatın tərkibində ən müxtəlif tipli pilotsuz uçuş aparatları, o cümlədən fəaliyyət radiusu 1000 kilometrə çatan ən yeni zərbə modifikasiyaları əhəmiyyətli yer tutur. İxracatına 2015-ci ildə başlanmış ən güclü İsrail dronlarından biri lisenziya əsasında Azərbaycandakı zavodlardan birində istehsal edilir.
Muxalifet4 - 31-03-2019
Şoumen namizəd təriflədi, SAAKAŞVİLİ CAVAB VERDİ
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynada prezidentliyə namizəd Vladimir Zelenskinin onun ünvanına səsləndirdiyi komplimentlərə cavab verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında yazıb.
"O, ənənəvi siyasətçilərə bənzəmir", - Saakaşvili bildirib.
Muxalifet4 - 31-03-2019
Türkiyədəki seçkilərdə QAN TÖKÜLDÜ - Çox sayda yaralı var - FOTO
Türkiyənin Diyarbəkir şəhərinin Qayapınar qəsəbəsində muxtarlıq seçkilərinin səsverməsi zamanı dava baş verib.
Muxalifet.az "qafqazinfo"ya istinadən xəbər verir ki, dava Səid və Nevzat adlı iki namizəd və onların yaxınlar arasında buklet paylanılması üstündə çıxıb.
Tərəflər bir-birilərinə odlu silah, bıçaq və dəyənəklərlə hücum ediblər. Dava nəticəsində ikisi ağır olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib.
Bundan başqa, Mardinin Artuklu qəsəbəsində baş verən davada 3 nəfər yaralanıb.
Muxalifet4 - 31-03-2019
Ukraynadakı seçkinin ilk nəticələri AÇIQLANDI - Kim irəlidədir?
Ukraynada saat 15:00-a olan seçici fəallığı 43,86% təşkil edib.
Bu faiz 199 dairədən 10-dan əldə edilən nəticədir.
Muxalifet4 - 31-03-2019
"Ukraynada baş verənlər..." - Zelenskidən seçki açıqlaması
Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski səs verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, "Namizədlərin sayı bizim ölkəmizdə demokratiyanın inkişafda olduğunu göstərir", - deyə namizəd çıxış edib:
"Bu cür müstəqil ölkəmizin olması möhtəşəmdir. Nə qədər çox namizədimiz olsa, o qədər azad cəmiyyətimiz, azad seçkimiz olacaq. Məni ilk növbədə Ukraynada baş verənlər narahat edir. Seçilsəm, ilk səfərimi ölkənin əyalətlərinə edəcəm. Beynəlxalq səfərləri isə nəzərdən keçirmək lazımdır".
Muxalifet4 - 31-03-2019
Qızları çılpaq şəkildə çəkib, sosial şəbəkədə paylaşan bu şəxs imiş - VİDEO
Videosu yayılan iş adamının kimliyi bilindi. İnterpress.az-ın əldə etdiyi özəl məlumata görə, çılpaq qızlarla videosu yayılan 90 SA 888 dövlət nişanlı "Rarge rover" markalı aftomobilin sahibi Gəncə şəhər sakini Əliyev Səttar Qüdrət oğludur. Əliyev Səttarın Moskvada meyvə tərəvəz biznesi ilə məşqul olduğu bildirilir. Sözügedən məclis isə Gəncədə çəkilib. *** Azərbaycanda villada çılpaq qızlar, eyş-işrət məclisi - ŞOK GÖRÜNTÜLƏR - VİDEO Sosial şəbəkələrdə Gəncədə olduğu deyilən vilalardan birində çılpaq qızları əks etdirən video yayılıb.
Muxalifet4 - 31-03-2019