Axtarış
The search found 105772 results in 0.025 seconds.
Search results
Azərbaycanda ŞOK HADİSƏ: Qəbiristanlıqda silah anbarı tapıldı
Azərbaycanda qəbiristanlıqdan xeyli silah-sursat tapılıb.
Ağstafa rayonu, Poylu qəsəbəsinin ərazisində yerləşən qəbirastanlıqda 4 ədəd F-1 əl qumbarası və həmin qumbaralara aid 5 ədəd alışdırıcı, avtomat silahına aid 6 ədəd sandıq, 1 ədəd qundaq, 270 ədəd 7,62 mm və 344 ədəd 5,45 çaplı güllə aşkar edilib.
Silah-sursat ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır./Oxu24Muxalifet - 1-04-2019
Azərbaycandakı səsvermənin nəticələri açıqlandı – 37% Poroşenkoya səs verib
Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının prezident seçkiləri üzrə səsverməsinin nəticələri məlum olub.
“Report” Ukrayna MSK-ya istinadən xəbər verir ki, bülletenlərin 100 faizinin hesablanmasının nəticəsinə görə, seçicilərin əksəriyyəti – 37,14%-i Ukraynanın hazırkı Prezidenti Petro Poroşenkoya səs veriblər.
Ukraynanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində səsverməyə ümumilikdə 175 nəfər qatılıb.
Muxalifet - 1-04-2019
“Diqlas”da “Şərurlu İsfəndiyar”ın da mağazaları yanıb - “O pul mənim üçün...”
Martın 26-da Ticarət Mərkəzində yanğın zamanı “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun da mağazaları yanıb.
Muxalifet.az xəbər verir ki, İ.Axundov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin TM-də oboy satışı ilə məşğul olan iki mağazası olub: “İcarəyə götürmüşdük, oboy satırdıq. İşçilərim nəzarət edirdi, heç özüm mağazaları görməmişdim. Yanğında bütün mallar yanıb, heç nə çıxara bilməyiblər. Nə qədər ziyan dəydiyini hesablamamışam. O pul mənim üçün böyük ölçüdə deyil, ona görə arxasıyca düşmədim, araşdırmadım da.Muxalifet - 1-04-2019
Hacı Kamranın öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - Qardaşını məscidə niyə buraxmayıb?
Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet.az bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Zabrat qəsəbəsində böyük qardaşı Hacı Kamran Şamilovu tüfənglə güllələyərək öldürən Hüseynbala Şamilov tutulub.
İlkin araşdırmalar zamanı məlum olub ki, Hacı Kamran Şamilov Zamratdakı məscidin axundudur və din xadimi kimi tanınıb. O, həm də İran və İraqdakı müqəddəs məkanlara səfərlərin təşkili ilə məşğul olan şirkətin rəhbəri imiş.Muxalifet - 1-04-2019
Bakıda DƏHŞƏT: 18 yaşlı gənc özünü 8-ci mərtəbədən atdı
Bakıda 18 yaşlı oğlan intihar edib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində A.Məmmədov özünü yaşadığı evin 8-ci mərtəbəsindən atıb.
İntiharın səbəbi hələlik məlum deyil, araşdırma aparılır.Muxalifet - 1-04-2019
Avtobus alışaraq yandı: 20 ölü
Perunun paytaxtı Limadan hərəkət edən iki mərtəbəli bir avtobusda yanğın baş verib. Tamamilə yanan avtobusda 20 adam həyatını itirib, 7 nəfər isə yaralanıb. Yanğının səbəbi hələlik bilinmir.
Yerli media Perunun paytaxtı Limadan,Lambayeque bölgəsindəki Chiclayo şəhərinə hərəkət edən iki mərtəbəli bir avtobusda yanğın çıxdığını bildirib. Yanğında 20 adamın öldüyü, 7 nəfərin yaralandığı bildirilib. Yaralılar xəstəxanaya qaldırılıb. Yanğının səbəbi hələlik açıqlanmayıb.
Müxalifət.azMuxalifet3 - 1-04-2019
Bakıda metronun qarşısında sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Nəsimi rayonu ərazisində - 28 May metrostansiyasının qarşısındakı meydanda marşrut xətti üzrə hərəkət edən və Masallı rayon sakini N.Həmidovun idarə etdiyi “Daewoo” markalı avtobus piyadanı vurub.
Avtobus dəmir yolu vağzalının qarşısından hərəkətə başlayarkən 1954-cü il təvəllüdlü Şəhla Hadıyeva nəqliyyat vasitəsinin altında qalıb. Ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.Muxalifet - 1-04-2019
Venesuelamı qaranlığa qərq edən ABŞ təxribatı
Venesuela prezidenti Nikolas Maduro ölkədəki elektrik probleminin düzəldilməsi üçün 30 günlük bir idarəetmə planını tətbiq etdiklərini bildirib.
Tarixinin ən ciddi siyasi böhranını yaşayan Venesuelada mart ayının ilk həftəsində başlayan elektrik fasilələri davam edərkən, bu fasilələri təxribat kimi qiymətləndirən hökumətin də vəziyyəti düzəltmək üçün işləri davam edir.Muxalifet3 - 1-04-2019
UKRAYNADA ŞOU-BİZNES CİDDİ SİAYSƏTİ ƏLƏ SALDI: əla hava və seçicilərin siyasətdən bezməsi şoumen Zelenskiyə “işlədi” – TƏHLİL
Mixail Petrovski Rosbalt, 31.03.2019 Şoumen fəaliyyətdə olan prezident Pyotr Poroşenkonu 10%-dən çox udub. Amma Ukrayna kampaniyasının ikinci turunda hələ heç nə aydın deyil. Ukraynada Zelensdi və Poroşenko prezident seçkilərinin ikinci turuna keçiblər – həm də birinci ikincidən böyük fərqlə. Yaxşı hava “həlledici” rol oynayıb: səhərdən yağış yağsaydı, Poroşenko və Timoşenko tam ikinci tura keçə bilərdilər. Kiyevdə hava lap səhərdən günəşli və isti idi, istilik gündüz lap yay istiliyinə qalxmışıdı – +19.
Muxalifet - 1-04-2019
Ermənistanda növbəti ETİRAZ DALĞASI: nazirin istefası tələb olunur
Ermənistanda teatr fiqurları mədəniyyət naziri Nazeni Qaribyanı istefaya çağırıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın 10-dan çox kinoteatrının müdiri və rejissorları bu barədə ərizə yazıblar.Muxalifet - 1-04-2019
ƏKRƏM İMAMOĞLU QALİB GƏLDİ – MSK sədrindən açıqlama
“Ekrem İmamoğlu 4 milyon 159 min 650 səs, Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb”.
Türkiyənin “NTV” televiziyası xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven bildirib.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.
Muxalifet - 1-04-2019
Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi hissələri arasında "Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.
Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış nazirliyin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.
Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.Muxalifet - 1-04-2019
Çempionlar Liqasında İNQİLABİ YENİLİK: bundan sonra...
Dünyanın ən çox maraqla izlənilən futbol turniri UEFA Çempionlar Liqasında inqilabi dəyişiklik edilib.
Turnirin oyun günlərinin dəyişdiriləcəyi bildirilir.
Fransanın "L'Equipe" nəşrinin informasiyasına görə, turnirin oyunları həftə içi deyil, həftə sonu keçiriləcək. Dəyişikliyin hansı tarixdən etibarən qüvvəyə minməsi ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, 2024-cü ildən Çempionlar Liqasında format dəyişikliyi olacağı deyilir. Belə ki, həmin ildən etibarən yarış 8 komandadan ibarət 4 qrupda keçiriləcək. Oyun sayı 96-dan 224-ə yüksələcək./publikaMuxalifet - 1-04-2019
Aprel döyüşləri: Böyük qələbənin 3-cü ili - VİDEO
Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsindən 3 il ötür. 2016-cı ilin aprelin 1-dən 5-dək davam edən 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələ Təpə yüksəkliyini işğaldan azad edib.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.Muxalifet - 1-04-2019
Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ!
Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Muxalifet - 1-04-2019
"İkinci tura marionetka ilə qaldım" - POROŞENKO
Ukrayna Prezidenti Pyotr Poroşenko prezident seçkisində ikinci tura çıxdığını bildirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri o, təşkil etdiyi brifinqdə deyib. Poroşenko ikinci turda rəqibinin biznesmen İqor Kolomoyskinin marionetkası olduğunu deyib:
“Bu seçkidə Kreml, onun agenturası və qaçqın oliqarxlar dəlicəsinə azğınlaşıblar. Onlar tam nəzarəti itiriblər. Tale məni ikinci tura Kolomoyskinin marionetkası ilə gətirdi. Kolomoyskiyə bir şans belə verməyəcəyik”, – deyə o bildirib.Muxalifet - 1-04-2019
Dünənki çılpaq videoya görə 5 nəfər saxlanıldı - QIZLAR DA...
Dünəndən 3 qızın çılpaq videosunun yayılması ilə bağlı ölkə gündəminə çevrilən xəbər hüquq-mühafizə orqanlarını hərəkətə gətirib. Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq hadisənin bütün iştirakçıları saxlanılıb. Belə ki, videoda yer alan 2 kişi və 3 qadın Nəsimi rayon Polis İdarəsinə gətirilib. Eyni zamanda, videoda göstərilən avtomobil də cərimə meydançasına aparılıb. Hadisənin doğurduğu rezonans Daxili İşlər Nazirliyinin rəhbərliyinin müdaxiləsinə də səbəb olub. Həmin şəxslərin elə dünən saxlanılması ilə bağlı qərar verilib. Hazırda hadisə araşdırılır.
Muxalifet - 1-04-2019
Məsciddə qətliam törədən terrorçu şikayət etdi
Yeni Zelandiyanın Christchurch şəhərindəki Al Nur və Linwood məscidlərində 50 günahsız insanı qətl edən, 50-ni də yaralayan terrorçu Brenton Tarrant həbsxanada hüquqlarının pozulduğunu önə sürərək şikayət edib.
Maksimum təhlükəsiz Auckland həbsxanasınadakı kamerasında məhkəməyə çıxacağı günü gözləyən terrorçu Brenton Tarrant, həbsxanadakı hüquqlarının ona verilmədiyi səbəbiylə Ceza Edam Təşkilatına (Department of Corrections) rəsmi olaraq müraciət edib.Muxalifet3 - 1-04-2019
Nazirlər Kabinetində vəzifəli şəxs işdən çıxarıldı
Nazirlər Kabinetinin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Vəfa Əliyeva vəzifəsindən azad edilib.
Bu barədə Baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.
V. Əliyevanın yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin və mətbuat xidmətinin rəhbəri vəzifələri vakantdır./ONAMuxalifet - 1-04-2019
Rus kəşfiyyatından SENSASİON XƏBƏRDARLIQ - Ermənistana HÜCUM OLACAQ
Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikotya adına Moskva Universitetində keçirilən konfransda Baş idarənin müdiri Oleq İlyin “Terrorizm və ekstremizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə diqqət çəkən məqam İlyinin “İŞİD İraq və Suriyada məğlubiyyətdən sonra öz fəaliyyətlərini Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə köçürməyi planlaşdırır” sözləridir. Bu, Rusiyanın adıçəkilən ölkələrə gələcək təhlükələrlə bağlı açıq xəbərdarlığı hesab oluna bilər.
Muxalifet - 1-04-2019