Axtarış

The search found 105771 results in 0.033 seconds.

Search results

  1. İranda QUM FIRTINASI

    İran eyni vaxtda bir neçə təbii fəlakətlə mübarizə aparır.
    Güclü daşqınlar və zəlzələdən sonra bu dəfə ölkədə qum qasırğası baş qaldırıb.
    İsfahan vilayətində başlayan qasırğa rəsmi qurumları hərəkətə keçirib. Əhalinin təhlükəsizliyi üçün təcili yardım hazır vəziyyətə gətirilib.
    Təbii fəlakətlə bağlı insan tələfatının olmadığı bildirilib. Lakin bölgədə bir çox avtomobillərə, evlərə maddi ziyan dəyib.
    Qeyd edək ki, bu gün İranın Kirmanşah əyalətində güclü zəlzələ qeydə alınıb. Ölkənin bir çox bölgələrində isə güclü yağışlar sel və daşqınlar əmələ gətirib./Publika

    Muxalifet - 1-04-2019

  2. ​Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

    Aprelin 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
    Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 1-04-2019

  3. ​Putin “vor zakon”ları Rusiyadan didərgin salacaq qanunu imzaladı

    Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qruplaşmaları yaradanlar və bu qruplaşmalarda iştirak edənlər üçün cəzanı sərtləşdirən qanunu imzalayıb. 

    Muxalifet - 1-04-2019

  4. ​Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarlayıb

    Hesablama Palatasının apardığı audit nəticəsində Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata görə aparılmış konsul əməliyyatlarına görə az göstərilmiş 12,3 min manat məbləğində dövlət rüsumu üzrə dəqiqləşdirilmiş hesabat təqdim olunub.
    ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.

    Muxalifet - 1-04-2019

  5. 29 min nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı

    Prezident İlham Əliyev İmişli rayonunun Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 1-04-2019

  6. ​“Ölsələr də, heç nə etməyəcəm” - Mələkxanım videoya görə həbs edilən qohumu haqda

    “Bir əclaf nəsə edir, deyirlər Mələkxanımın qohumudur. Məni xalqın qarşısında görün nə hala saldılar. Bir şey olmamış Mələkxanımın adı çəkilir. Belə olmaz axı”
    Bu sözləri xalq artisti Mələkxanım Əyyubova deyib.
    O, qardaşı oğlu Valeh İsrafilovun çılpaq videosu yayılan 3 qızı Cahid adlı şəxslə əlaqəsindan danışarkən əsəblərinə hakim ola bilməyib:

    Muxalifet - 1-04-2019

  7. Fədayə Laçından XƏBƏR VAR

    Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
    F.Laçının vəkili Nurəngiz Qarayeva Trend-ə açıqlamasında bildirib ki, prosesdə vəkillər çıxış ediblər: "Təqsirləndirilən şəxslərin vəkilləri şikayətləri üzrə çıxışlar etdilər. Mən isə çıxışa hazırlaşmaq üçün məhkəmədən bir həftə vaxt istədim".

    Muxalifet - 1-04-2019

  8. AK Partiyadan seçkidə böyük saxtakarlıq iddiası: “Bütün sənədlər əlimizdədir”

    AK Partiyanın İstanbul təşkilatının sdəri Bayram Şenocak seçki nəticələri ilə bağlı açıqlama verib. Şenocak-ın açıqlamasından sətir başları: “Biz hər seçkidə öz məlumatlarımıza əsaslanaraq nəticə elan etdik. Bu günə qədər rəsmi nəticələrlə üst-üstə düşdüyünü gördük. 15 seçki təcrübəmiz ilk dəfə bizim sistemimizdə belə bir fərqlə üzləşirik. Vətəndaşımızın iradəsinin bir səs belə olsa, səsvermə nəticələrində tam əks olunmasını istəyirik. Bütün prosedurlar bitdikdən sonra hazırlanan bir protokolda Binalı Yıldırımın aldığı 131 səs Əkrəm İmamoğl-una yazılıb.

    Muxalifet3 - 1-04-2019

  9. Videosu yayılan qızlar sərbəst buraxıldı

    Qalmaqallı video ilə bağlı saxlanılan 3 qadın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
    Qalmaqallı video ilə əlaqədar 2 kişi və 3 qadın Nəsimi Rayon Polis İdarəsinə dəvət olunub.
    Polisə ifadə verən qadınlar videonun yayılmasıı ilə bağlı narahat olduqlarını bildiriblər. İzahatları alınandan sonra hər 3 qadın sərbəst buraxılıb.

    Muxalifet - 1-04-2019

  10. İvanişvili ABŞ-a qarşı - Anakliya layihəsi Çinə verilir

    Gürcüstan hökuməti “Anakliya Konsorsiumu” ilə razılaşmanı ləğv etməyə hazırlaşır.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Rustavi 2” televiziyası yayıb. Məlumata görə, rəsmi Tiflis bunun üçün martın 15-də dünyada məşhur hüquq firmalarından biri olan “White & Case” ilə müqavilə imzalayıb.

    Muxalifet - 1-04-2019

  11. ​Sabah Sumqayıtın bəzi hissələrində işıq olmaycaq

    Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.
    Bu barədə "Azərişıq" ASC-dən bildirilib. 
    Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 
    ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir. 

    Muxalifet - 1-04-2019

  12. “Seçki hələ bitməyib…” – Moskva qalibləri təbrik etməyəcək

    Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə şərh verməkdən imtina edib. Peskov deyib ki, ikinci turun nəticələrini gözləmək daha məqsədəuyğundur.
    Prezidentin sözçüsü birinci turun qaliblərini təbrik etmək fikrində olmadıqlarını əlavə edib: “Hələ ki, hansısa rəsmi açıqlama vermək doğru deyil. Hələ seçki bitməyib, ikinci tur keçirilməyincə, qalib məlum olmayınca bu barədə danışmaq tezdir…”
    Əvəzində Rusiya rəsmisi birinci turun qalibi V.Zelenskinin Rusiya ilə bağlı fikirlərinə cavab verib.

    Muxalifet - 1-04-2019

  13. GÜRCÜSTANDA AMERİKA-ÇİN QARŞIDURMASI: bu respublikada “İpək Yolu”na “duman çökür” - ARAŞDIRMA

    Georgi Lomsadze

    Eurasianet.org. (ABŞ), 30.03.2019

    İki il yarım qabaq Qara dənizin şərq sahilində ilk dərinsulu limanın özülqoyma mərasimi baş tutub. Həmin gün tutqun səma qaşqabaqla baxırdı, amma havada bayram havası dolaşırdı. Müğənnilər, keşişlər və fəxri qonaqlar kiçik Anakliya şəhərciyinin və onun bataqlıq çevrəsinin beynəlxalq tranzit-nəqliyyat qovşağına çevrildiyini qeyd edirdilər.

    Muxalifet - 1-04-2019

  14. “Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır” - YAQUB MAHMUDOV

    “İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər”.
    Muxalifet.az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib.

    Muxalifet4 - 1-04-2019

  15. ​“Diqlas”dakı sahibkarlara yeni təklif

    İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub.
    Nazirlikdən verilən məlumata görə, bu, Bakının Ziya Bünyadov prospektində yerləşən “İmperial” ticarət mərkəzidir. 
    Bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb:

    Muxalifet - 1-04-2019

  16. Ərdoğan iri şəhərlərdə niyə uduzdu? - “ATLAS” MƏRKƏZİNİN ŞƏRHİ

    Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərinin ən böyük süprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə məğlubiyyətlə üzləşməsidir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan İstanbul uğrunda var gücüylə yarışırdı. Bu səbəbsiz deyil. İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Bu barədə Azərbaycanın “Atlas” tədqiqat mərkəzinin virtualaz.org-un ünvanına daxil olmuş analitik şərhində bildirilir.

    Qeyd edək ki, mərkəzə Azərbaycanın məşhur politoloqu Elxan Şahinoğlu rəhbərlik edir.

    Muxalifet - 1-04-2019

  17. "İnstaqram"da çoxdan gözlənilən funksiya sınaqdan keçirilir

    "İnstaqram" videonun irəli-geri çəkilməsi və istənilən hissədən başladılması funksiyasını sınaqdan keçirir.
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə tədqiqatçı Ceyn Mançun Vonq Tvitterdə video paylaşıb.
    Hələlik bu funksiya yalnız proqramın beta-versiyasında əlçatandır. Tam istifadəyə verilmə tarixi hələ ki bəlli deyil.
    Instagram is testing video seekbar pic.twitter.com/gyIZZhrh2y
    — Jane Manchun Wong (@wongmjane) March 27, 2019

    Muxalifet - 1-04-2019

  18. Ermənistana keçən azərbaycanlının ruhi xəstə olduğu təsdiqləndi - RƏSMİ SƏNƏD

    Hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlunun ruhi xəstə olması rəsmi sənədlə təsdiqlənib.
    ONA-nın əldə etdiyi məlumata görə, o, Qazax rayon Ruhi Xəstəxanasında qeydiyyatdadır, orada dəfələrlə müalicə olunub.

    Muxalifet - 1-04-2019

  19. Konorla Həbib yenə atışdı: Sən şərəfini itirdin...

    İrlandiyalı döyüşçü Konor Makreqor və dağıstanlı Həbib Nurməhəmmədov yenə bir-birlərinə ilişiblər.
    Muxalifet.az xəbər verir ki,Makreqor karyerasıni bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına Tvitter hesabında belə cavab verib:
    ‘’Sənin pulunu əlindən aldılar,mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar. Balaca siçan! TezlikləLas Veqada böyük parti olacaq, balaca’’.

    Muxalifet3 - 1-04-2019

  20. Tramp imzaladı, İsrail hərəkətə keçdi: 30 min mənzil...

    İsrail Qolan təpələrində daha 30 min yeni mənzil inşa etməyi planlaşdırır.
    Muxalifet.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Strukturu məlumat yayıb.
    Sözügedən mənzillərə 500 minə yaxın insanın yerləşdirilməsi də gündəmə gətirilib.
    Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Qolan təpələri ilə bağlı İsrailin lehinə qərar imzalayıb.
     

    Muxalifet3 - 1-04-2019

Pages