Axtarış
The search found 105771 results in 0.106 seconds.
Search results
ORTA DOĞUDA "HƏRBİ DEMOKRATİYA" OYUNU - Suriyada "Azad Kürdüstan" hərəkatının başında Ermənistan vətəndaşı Vladimir Simonyan durur
2017-ci ildə İraqın quzeyində süni şəkildə yaradılmaqda olan "İraq Kürdüstanı" adına hətta referandum keçirildi. Olayın ardından dərhal mərkəzi İraq hökuməti etiraqzlarını bildirərək bu prosesin qarşısını ala bildi. Beləliklə də 1950-ci illərdən başlayaraq, Quzey İraq Kürdüstanı ideyasını idarə edən Molla Mustafa Bərzani və sonradan bu prosesə rəhbərlik edən "bərzanilər ailəsi" də iflasa uğradılar. Ancaq, bununla yanaşı İraq, Suriya, İran və Türkiyəyə qarşı kürdlərdən ibarət yeni düsturlar ortaya atılıb: "Demokratiya pərdəsi"nə bürünərək strateji hədəflərə nail olmaq.
Muxalifet - 2-04-2019
Yanğından zərərçəkənlər daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcəklər
Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara maliyyə dəstəyinin verilməsi qaydaları hazırlanır.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib.
O xatırladıb ki, dövlət başçısının fərmanına əsasən, yanğınla əlaqədar xüsusi komissiya yaradılıb. Sahibkarlara maliyyə yardımının göstərilməsi üçün hökumət 3 milyon manat ayırıb.
S.Məmmədov qeyd edib ki, bu günədək 400-dən sahibkarla görüş keçirilib, hər biri ilə fərdi olaraq problemlər müzakirə olunub.Muxalifet - 2-04-2019
Videodakı çılpaq qızlardan biri açıqlama yaydı: "Hər kəs yıxılanı daşlamağa çalışır”
Qalmaqallı video ilə gündəmə gələn 3 çılpaq xanımdan biri açıqlama yayıb.
Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o sosial şəbəkə hesabında atdığı addımdan peşman olduğunu qeyd edib:
“Artıq suallar verməyin, videodakı mənəm. Bizi tutmayıblar. Özümüz Cahiddən şikayətçi olmuşuq. Videonun silinməsi barəsində polisə müraciət etmişik. Sağ olsunlar, köməklik göstərdilər. Video yaxın günlərdə bütün səhifələrdən silinəcək. Bir şeyi başa düşdüm ki, bu ölkədə hər kəs yıxılanı daşlamağa çalışır”.Muxalifet - 2-04-2019
MHP də İĞDIRDAKI SEÇKİDƏN ŞİKAYƏT ETDİ
Türkiyənin İğdır vilayətində “Cümhur İttifaqı”nın namizədi MHP-li İsa Yaşar Tezel HDP-li Yaşar Akkuşun qalib gəldiyi bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticələri üçün Rayon Seçki Şurasına şikayət edib. Tezel, "Müəmmalı bir seçim vardır. Hüquqa və ədalətə inanırıq ki, haqq öz yerini tapacaqdır" deyib.
Muxalifet3 - 2-04-2019
Zabit Səmədovun idman zalı bağlanır
Azərbaycanlı kikboksçu Zabit Səmədova məxsus döyüş klubu müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.
Məlumata görə, buna səbəb may ayında Bakıda cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) və paracüdo üzrə Qran Pri yarışlarının təşkilidir.
Belə ki, “Zabit Səmədov” döyüş klubunun fəaliyyət göstərdiyi zal Heydər Əliyev İdman Arenasının daxilində fəaliyyət göstərdiyindən, yarış ərəfəsində və yarış zamanı ora giriş mümkün olmayacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” 10-12 may və Qran-Pri isə 13-14 may tarixlərində keçiriləcək.Muxalifet - 2-04-2019
Səudiyyədən Qaşıqçının uşaqlarını susdurma həmləsi: 10 milyonlarla dollar, villalar...
Səudiyyə Ərəbistanı rəhbərliyinin İstanbuldakı konsulluqda öldürülən jurnalist Camal Qaşıqçı-nın uşaqlarını susdurmaq üçün milyonlarla dollarlıq evlər verdiyi və hər ay 10 minlərlə dollar ödənişlər etdiyi ortaya çıxıb.
“Vaşinqton Post”-un köhnə və yeni Səudiyyə rəsmiləri ilə Qaşıqçı ailəsinə yaxın adamlara əsaslandırdığı xəbərə görə, Qaşıqçı-nın ikisi qız olmaqla, dörd uşağının hər birinə aylıq 10 min dollar ödəniş edilməsi və ev verilməsi, keçən ilin sonunda Kral Salman tərəfindən təsdiq olunub.Muxalifet3 - 2-04-2019
Bakıda dəhşətli hadisədə ölənlərin adı məlum oldu
Dünən Bakı şəhər Nəsimi rayonunun R.Behbudov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.
Muxalifet - 2-04-2019
“HamısınıAZADet “ kampaniyası başlayıb
Aprelin 1-dən #hamısınıAZADet #freethemALL kampaniyasının ikinci mərhələsinə başlanılıb. Bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov facebook səhifəsində yazıb.
“Əsas məqsədimiz və çağırışımız dəyişməz olaraq qalır - siyasi məhbusların hamısı azadlığa buraxılsın!” Cəfərov yazıb.
O insanları aşağıdakı təşəbbüsə qoşulmaqla kampaniyada fəal iştirak etməyə dəvət edir:Muxalifet3 - 2-04-2019
Sabiq prezident Yuşşenko: “Mən Poroşenkoya səs vermişəm”
Martın 31-də Ukraynada prezident seçkilərinin birinci turunda səsvermə başa çatıb.
Amerikanın Səsinin Rus xidmətinin müxbiri Taras Burnos Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ilə səsvermə, Ukraynanın gələcəyi və Rusiya ilə münasibətlərdən danışıb.Muxalifet3 - 2-04-2019
ABŞ səfirindən “Azərbaycan” açıqlaması
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün təşkil olunan işgüzar naharda iştirak edib.
ABŞ-ın Azərbaycandakı Səfirlyinin məlumatına görə səfir Litzenberger bildirib ki, Amcham Azərbaycanda möhkəm biznes əlaqələrinin qurulması və ölkəyə xarici sərmayənin cəlb edilməsi üçün dövlət qurumları ilə islahatları müzakirə edib.Muxalifet3 - 2-04-2019
Azərbaycanda insan alverinə qarşı mübarizə seminarı keçirildi
Aprelin 1-də ABŞ səfirliyində insan alverinə qarşı mübarizə ilə bağlı seminar keçirilib. Tədbir ABŞ-ın Azərbaycan Səfirliyi tərəfindən təşkil edilib.
Səfirliyin yaydığı məlumatda deyilir ki, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri mütəxəssislərinin iştirakı ilə keçirilən seminarın məqsədi insan alverinə qarşı mübarizə və onun qurbanlarına yardımın göstərilməsi olub.
Tədbirdə ABŞ-ın Azəbayçandakı səfirinin müavini Uilyam Qil çıxış edib.Muxalifet3 - 2-04-2019
Paşinyan müdafiə nazirinin bəyanatını dəstəkləyib
"Müdafiə naziri David Tonoyanın bəyanatı ətrafında hay-küy yaratmaq mənasızdır. Əgər o, başqa cür çıxış etsəydi, mən onu tutduğu vəzifədən azad edərdim", - Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 2-də jurnalistlərlə söhbətində deyib.
"Tonoyan deyib ki, əgər müharibə olarsa, biz bu müharibədə qələbəyə can atacağıq. Əgər Müdafiə Nazirliyinin rəhbəri başqa cür düşünərsə, o bu vəzifəni tutmamalıdır. Bu, heç bir halda dinc nizamlanma prosesinə kölgə salmır, əksinə, onun vacibliyini göstərir", - News.am Paşinyandan sitat gətirib.Muxalifet3 - 2-04-2019
Hindistan-Pakistan sərhədində gərginlik: ölənlər var
Pakistanda təmas xəttinin Ravalakot (Pakistan) rayonundan keçən hissəsində atışma baş verib. Hindistan hərbçilərinin açdığı atəş nəticəsində Pakistan ordusunun üç hərbi qulluqçusu həlak olub, bir əsgər yaralanıb.
Bu barədə “Dawn” nəşri məlumat yayıb.
Rəsmi İslamabad Hindistan tərəfinin səbəbsiz şəkildə atəşkəsi pozduğunu və Pakistan ordusunun buna görə qarşılıq verdiyini açıqlayıb.Muxalifet3 - 2-04-2019
Prezident N saylı hərbi hissədə Xüsusi Təyinatlılarla görüşdü - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.
Muxalifet - 2-04-2019
“BİLİRSİZ, XALQ ARTİSTLƏRİ ARASINDA NƏ QƏDƏR NARKOMAN VAR?” – Partiya sədri
“Meyxanaçının bu ifası açıqca narkotik maddələrin təbliğatına yönəlib. Bu, təbliğat xarakterli addımdır. Hesab edirəm ki, o gənc özü də bu təbliğatın fərqində deyil”.
Bunu Ümid Partiyasının sədri İqbal Ağazədə bildirib.
Bununla belə, partiya sədri adıçəkilən meyxanaçıya bu mahnıya görə cinayət işi açılmasını düzgün saymadığını deyib: “Cinayət işinin açılmasını düzgün saymıram. Niyə bu tipli mahnılar izlənilir? Hər şey cəmiyyətin əhval-ruhiyyəsindən asılıdır.Muxalifet - 2-04-2019
ƏRDOĞAN TÜRKİYƏ VƏ DÜNYA TARİXİNDƏ SEÇKİ REKORDU MÜƏYYƏN ETDİ: Ard-arda qatıldığı 15 seçkidə qələbə qazanıb
Zübeyde Yalçın, Eda Işık
Sabah (Türkiyə), 01.04.2019
Bütün dilbirliklərə baxmayaraq, Ədalət və İnkişaf Partiyası (AKP) qatıldığı 15-ci seçkilərdə qələbə çalıb və 45% səs toplayıb. Seçicilər bu seçkilərin nəticələrinə görə terror siyasətinə şillə vurub və prezident sisteminə inam qərarı veriblər.
Muxalifet - 2-04-2019
HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏ? - Yüksək rütbəli məmurların həbsi dalğası ölkəni bürüyür...
Rusiyada yüksək rütbəli məmurların həbsi dalğası tüğyan edir. Almaniyanın “Handelsblatt” qəzetinin bu həbslərlə bağlı məqaləsində deyilir ki, görünür bunun arxasında hakimiyyət uğrunda gizli mübarizə dayanır və sonda bütün bunlar prezident Putinə ziyan vura bilər.
Muxalifet - 2-04-2019
Hacı Şahin soyunub oynayan 3 qızdan DANIŞDI: “Evdə anaları…” – VİDEO
Hacı Şahin son günlər mətbuatnın və cəmiyytin ən çox diqqətini çəkən hadisələrdən olan “çılpaq qızların videosu”na münasibət bildirib.
İlahiyyatçı məsələ barədə məsciddə xütbə verərkən söz açıb. O, bildrib ki, belə hadisələrin qabağını məsləhətlə almaq mümkün deyil: “Yüngül həyat tərzi keçirən qızların əksəriyyətinin evində anaları atalarının üzünə qayıdır”.
İlahiyyatçının fikirlərini təqdim edirik:/orman.azMuxalifet - 2-04-2019
İlham Əliyev Siyam Hacıyevi icra başçısı TƏYİN ETDİ - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev S.Ç.Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Muxalifet - 2-04-2019
Problemli kreditlərin həlli ilə bağlı - QAYDALAR
Maliyyə Bazarlarına Nəzarət Palatası “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nı açıqlayıb.
Qaydalarla buradan tanış ola bilərsiniz.Muxalifet - 2-04-2019