Axtarış
The search found 105771 results in 0.081 seconds.
Search results
CAVİD QURBANOVUN “İTƏN” QATARI… – 522 min avroluq məhkəmə çəkişməsi başlayıb
Bir müddət əvvəl Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətini (QSC) məhkəməyə verdiyi haqda məlumat vermişdik. Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində keçirilən hazırlıq iclasında Latviya şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC-nin hesablarına və əmlaklarına həbs qoyulması barədə iddiası təmin edilmədiyindən, apellyasiya şikayəti verilmişdi. Martın 28-də Bakı Apellyasiya Məhkəməsində bu şikayətə baxılıb.
Muxalifet - 2-04-2019
Dövlət qulluğuna 358 nəfər ərizə verib
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 9 dövlət orqanında dövlət qulluğu vəzifələrinin B növünə aid olan 73 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
Muxalifet - 2-04-2019
“Vyana görüşü mövcud formatı bir daha təsdiqlədi” - PREZİDENT
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb"
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdə deyib.Muxalifet - 2-04-2019
Sürücülərə ŞAD XƏBƏR: Bu 2 küçə təmir edildi - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.
Agentlikdən verilən məlumata görə, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.Muxalifet - 2-04-2019
İranın Xuzistan vilayətində fövqəladə vəziyyət elan olunub –Səbəb
İranın Xuzistan vilayətində fövqəladə vəziyyət elan olunub.
AZƏRTAC xəbər verir ki, aramsız yağışların yağması yeni sel ehtimalını artırıb. Vilayətin valisi Qulamrza Şəriəti jurnalistlərə bildirib ki, sel ehtimalının artması ilə əlaqədar daxili işlər naziri vilayətdə fövqəladə vəziyyət elan edib. Bütün dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb. Sel olacağı təqdirdə insanların təxliyəsi istiqamətində tədbirlər davam edir. Təcilli tibbi yardım və suyun çaylara yönəldilməsi üçün yanğınsöndürən maşınlar hazır vəziyyətdədir.Muxalifet - 2-04-2019
Dünya əhalisinin sayı açıqlandı
Birləşmiş Millətlər Təşkilatı dünya əhalisinin sayını açıqlayıb.
2019-cu ildə dünya əhalisinin sayı 7,7 milyard nəfər olub. Bu, BMT Baş katibinin hesabatında göstərilib.
Hesabata görə, bu rəqəm 2050-ci ildə 9,7 milyard təşkil edəcək./PublikaMuxalifet - 2-04-2019
İqtidar deputatı əfvə düşən gəncin həbsindən danışdı: “Bu adamlar sanki öhdəlik götürüblər”
Bəxtiyar Sadıqov: “Azadlığa çıxdıqdan sonra niyə bu adamlara elə gəlir ki, çöldə onlar üçün cəzasızlıq mühiti yaradılmalıdır?”
Muxalifet - 2-04-2019
Aprel savaşında nə qədər erməni əsgəri ölüb?- Erməni ekspertdən ŞOK AÇIQLAMA
2016-cı ilin aprelində baş verən 4 günlük savaş ermənilərin acı məğlubiyyəti ilə nəticələndi.
Muxalifet - 2-04-2019
Britaniya Xarici Kəşfiyyat başçısının oğlu həlak olub
Britaniya Xarici Kəşfiyyat başçısı Aleks Younqerin oğlu Sam Younqer avtomobil qəzasında həlak olub.
Muxalifet.az xəbər verir ki, bu barədə "Daily Mail" Şotlandiya polisinə istinadən məlumat yayıb.
Hadisə martın 30-da 22 yaşlı Yonqerin malikanəsinin yaxınlığında baş verib.
Polis hadisənin səbəblərini araşdırır. Ancaq heç bir şübhəli hal aşkar edilməyib.Muxalifet - 2-04-2019
ABŞ-dan Türkiyə sərhədində qalmaqal hərəkət!
ABŞ İraqdan Suriyaya, terror təşkilatı YPG/PKK işğalındakı regiona qapalı 100 civarında TİR-la yeni hərbi daşımalar edib.
Yerli mənbələrdən alınan məlumata görə, dünən gecə gec saatlarda 100 civarında TIR Simelka sərhəd qapısından Suriyaya daxil olub.
Qapalı daşınan yük avtomobilində Hummer markalı dörd hərbi maşınlar və tankerlər görülüb.
Mənbələr TIR-ların içində silah olub olmadığından əmin olmadıqlarını, ancaq sursatların olduğunu bildiriblər.Muxalifet3 - 2-04-2019
Bacısının lüt görüntülərini görən qardaşdan DƏHŞƏTLİ ƏMƏL
Bakıda bacısını öldürməyə cəhddə günahlandırılan Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Samir Bağırovun (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Samir Bağırov 26 iyul 2017-ci il tarixdə, saat 13 radələrində qohumu Günel Bağırovaya məxsus Bakı şəhəri, Nizami rayonunda olan mənzilin yataq otağında çarpayıda uzanmış bacısı Vəfanın mobil telefonuna baxıb.
Samir Bağırov bacısının cəlbedici geyim tərzində şəkillərini görüb və bunu rüsvayçılıq kimi qəbul edib. O, bacısına əxlaqsız həyat tərzi keçirdiyini bildirib.Muxalifet - 2-04-2019
Rusiyada partlayış! İlk görüntü
Rusiyanın Sankt-Peterburq şəhərində hərbi akademiya binasında partlayış baş verib. Hadisədə yaralıların olduğu bildirilib.
Rusiyanın Sankt-Peterburq şəhərində Aleksandr Mojayski adına Hərbi Kosmos Akademiyasında partlayış baş verib.
Partlayışın binanın içində olduğu bildirilərkən, keçirilən ilk rəsmi açıqlamada, "İlkin məlumatlara görə, partlayış nəticəsində dörd tələbə yaralanıb. Partlayışın səbəbi hələ ki bilinmir" deyilib.Muxalifet3 - 2-04-2019
AK Partiyadan İstanbul qərarı
AK Partiya İstanbulun bütün rayonlarında seçki nəticəsinə etiraz etmə qərarı verib. AK Partiyalı qərargahların etiraz üçün bu gün saat 15-00-a qədər etirazlarını müvafiq orqanlara bildirəcək. Etiraz müraciətləri iki gün davam edəcək və bu müddət ərzində rayon seçki komissiyaları etirazları qərara bağlayacaq.
Müxalifət.azMuxalifet3 - 2-04-2019
Hüseyn Abdullayevlə birgə təqsirləndirilən sərhədçilər ev dustaqlığına buraxılıb
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
“Report”un xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Muxalifet - 2-04-2019
“QƏRB POROŞENKOYA “STAVKA” EDİB” - “Ukrayna xalqı Poroşenkoya səs verməlidir”
Martın 31-də Ukraynada keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, şoumen Vladimir Zelenski 30,36% səslə liderdir. İkinci yeri 16,40% səslə Pyotr Poroşenko tutur. Baktivşina Partiyasının lideri Yuliya Timoşenko 13,08% səslə üçüncü, Yuri Boyko isə 11,48% səslə dördüncüdür.
Muxalifet4 - 2-04-2019
Çeçenistanla Dağıstan arasında torpaq mübahisəsi böyüyür - Parlament bəyanat yaydı
Dağıstan parlamenti birtərəfli qaydada sərhədlərin müəyyən edilməsinin yolverilməz olması barədə bəyanatla çıxış edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, buna səbəb Çeçenistanın Qeydiyyat, Kadastr və Xəritəçəkmə İdarəsinin yayımladığı kadastr xəritəsi olub. Bu xəritədə rəsmi Qroznı Dağıstanın Qızılyar rayonunun tərkibinə daxil olan sərhədyanı məntəqələrdən birini Çeçenistan torpağı kimi qeydiyyatdan keçirib.Muxalifet - 2-04-2019
Azərbaycanlı idmançı narkotik istifadə edərkən görüntüləndi - ŞOK VİDEO
Taekvondo üzrə milli komandanın keçmiş üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcovun növbəti qeyri-etik videosu yayılıb.
Məlumata görə, son zamanlar sosial şəbəkədə “viner” kimi də məşhurlaşan keçmiş idmançı narkotik istifadə etməsini videoya çəkib. Hətta N.Fərəcov ona söyüş söyən dostlarına “mən Azərbaycanın fəxriyəm” deyib.
Xatırladaq ki, keçmiş taekvondoçu başqa bir qalmaqallı görüntü ilə də gündəmə gəlmişdi. Belə ki, Nicat Fərəcov həmcinsi ilə intim münasibətdə olarkən videosu yayılmışdı./UnikalMuxalifet - 2-04-2019
Tehrandan Suriyaya uzanan əllər - ORTA DOĞUDA "HƏRBİ DEMOKRATİYA" OYUNU
2017-ci ildə İraqın quzeyində süni şəkildə yaradılmaqda olan "İraq Kürdüstanı" adına hətta referandum keçirildi. Olayın ardından dərhal mərkəzi İraq hökuməti etiraqzlarını bildirərək bu prosesin qarşısını ala bildi. Beləliklə də 1950-ci illərdən başlayaraq, Quzey İraq Kürdüstanı ideyasını idarə edən Molla Mustafa Bərzani və sonradan bu prosesə rəhbərlik edən "bərzanilər ailəsi" də iflasa uğradılar. Ancaq, bununla yanaşı İraq, Suriya, İran və Türkiyəyə qarşı kürdlərdən ibarət yeni düsturlar ortaya atılıb: "Demokratiya pərdəsi"nə bürünərək strateji hədəflərə nail olmaq.
Muxalifet4 - 2-04-2019
İsraildən etiraf: “Misirdə Mursini devirib, Sisini hakimiyyətə gətirdik”
Keçirilən demokratik seçkilərin sonunda Misirin prezidentliyinə seçilən Müsəlman Qardaşlarının lideri Məhəmməd Mursinin qanlı bir çevrilişlə Sisi tərəfindən devrilməsində, İsrailin barmağı olduğu ortaya çıxıb. İsrail ordusundan təqaüdə çıxmış keçmiş general professor Aryeh Eldad, İsrailin Məhəmməd Mursini devirmək səylərini qəbul edərək, "Mursini devirib, yerinə Sisini gətirmək üçün çalışdıq" deyib.
Muxalifet3 - 2-04-2019
"Başqa bəyanat versəydi, işdən qovardım..." - PAŞİNAYN TONOYANI DƏSTƏKLƏDİ
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar prosesi davam etdirilməlidir, amma anlamalıyıq ki, nə qədər ki münaqişə həll olunmayıb, istənilən vəziyyətə hazır olmalıyıq”
Muxalifet4 - 2-04-2019