Axtarış

The search found 105771 results in 0.079 seconds.

Search results

  1. ​ŞOK: Bakıda qadın ərini döydü - VİDEO

    Gecə paytaxtın Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazisində qadın ərini döyüb.
    Hadisə ailə münaqişəsi zəminində baş verib.
    Qadın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Mirzəyev Zaur Camal oğluna xəsarət yetirib.
    Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır./oxu.az

    Muxalifet - 3-04-2019

  2. PUTİNİN TƏHLÜKƏLİ PLANI – “Ya sülhməramlı qüvvələr adı altında Rusiya qüvvələri bölgəyə gəlməlidir, ya da...”

    Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər regionda baş verən siyasi proseslər, Qarabağ məsələsi ilə bağlı yaranmış mövcud durum, Azərbaycanın hazırkı situasiyada mövqeyinin necə olması və digər aktual mövzularla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
    Muxalifet.az müsahibəni təqdim edir:

     
    - Sülhəddin bəy, Azərbaycanın da yerləşdiyi regionda hazırkı geopolitik durumu necə təsvir etmək mümkündür?
     

    Muxalifet4 - 3-04-2019

  3. Ak Partiyadan “Səslərin sayılması kamerayla xalqa izlədilsin” təklifi

    AK Partiyanın Seçki Məsələləri Üzrə sədr müavini Əli İhsan Yavuz dünən axşam saatlarında mətbuatı məlumatlandırıb. Araşdırmalar başlayar başlamaz çox maraqlı faktlarla qarşılaşdığını ifadə edən Yavuz, bunları qeyd edib: “Biz İstanbulda vəziyyətin bəhs edildiyi kimi olmadığını dedik. Bu məlumatları bir sistemə aldıq, çox sürətli bir şəkildə nəticələrə nail oluruq. Bir tərəfdən də səhv və nöqsanları sistem üzərindən asan müəyyən edək deyə istəmişdik. Seçki gecəsi İstanbula getdim. Daha ilk araşdırmada həqiqətən çox maraqlı faktlarla qarşılaşdıq.

    Muxalifet3 - 3-04-2019

  4. İran “sərhədlərini bağlayır” - Azərbaycanda kartof bahalaşacaqmı?

    İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq.
    Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin fikrincə, İran kartofa olan tələbatın ödənilməsində il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

    Muxalifet - 3-04-2019

  5. Hacı Qalibin adı yenə torpaq qalmaqalında

    28 nəfər zəbt olunmuş torpaq sahələrinin onlara qaytarılmasını tələb edir
    “POSAT” bağ-tikinti kooperativinin 28 üzvü sabiq deputat Hacı Qalib Salahzadənin onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçidirlər. Şikayətçilər deyirlər ki, həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı qalaq-qalaq məhkəmə qətnamələri, qərarları var. Amma Azərbaycan dövləti adından verilən qərarlar icra olunmur, 10 ildən çoxdur ki, kooperativ üzvləri torpaq sahələrinə yaxın düşə bilmirlər:

    Muxalifet - 3-04-2019

  6. Dollarla bağlı ŞOK AÇIQLAMA: Bu il 6 faiz...

    ABŞ-ın milli valyutası olan dollar yaxın zamanlarda dəyərini itirəcək.
    Amerikanın “Morgan Stanley” sərmayə bankı bu il dolların 6% dəyərdən düşəcəyini açıqlayıb.
    Bankın analitikləri ABŞ-ın iqtisadi inkişafının sürətinin azalması və FED-in siyasətinin dollar üzərində təzyiq yaratdığını bildirir. Ölkə xaricindəki sərmayələrin də aşağı olmasının dolların dəyərdən düşməsinə təsir edəcəyi deyilir.

    Muxalifet - 3-04-2019

  7. ​İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək - Seçki Komissiyası qərar verdi

    İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu qərar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda ssəsvermənin nəticələrindən şikayət etməsindən sonra Türkiyə Ali Seçki Komissiyası tərəfindən qəbul edilib.
    Qeyd edək ki, AKP İstanbulun bütün 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib.

    Muxalifet - 3-04-2019

  8. Qızı axtarılan məşhur xalq artisti GÖRÜN KİM ÇIXDI - 40 gün bir evdə yaşadıq - FOTO

    Qızı axtarılan xalq artistinin kimliyinə aydınlıq gəlib.
    Xalidə adlı qadın "Səni axtarıram"da xalq artisti Qəndab Quliyevanın qızını axtardığını deyib.

    Qadın xanəndənin qızı ilə tələbəlik illərində bir evdə kirayədə qaldığını bildirib:
    "1986-cı ildə mən Gəncədə institutda oxuyurdum. Onunla bir otaqda qalırdım. O isə texnikumda oxuyurdu. 40 gün bir evdə qaldıq. O qədər bir-birimizə öyrəşdik ki, o, tələbə yoldaşlarımdan üstün oldu mənə. Adı Mərziyədir". 

    Muxalifet - 3-04-2019

  9. Sumqayıtda DƏHŞƏT HADİSƏ: 58 yaşlı kişi üstünə benzin töküb...

    Sumqayıtda 58 yaşlı kişi özünə yanıq xəsarətləri yetirib.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Dadaşov Kamil İmaddədin oğlu üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə onun bədəninin 70 faizi yanıb.
    Yanıq xəsarətləri alan K.Dadaşov dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.
    K.Dadaşovun hansı səbəbdən belə addım atdığı bilinmir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 3-04-2019

  10. ABŞ-a qarşı müstəqillik mübarizəsi

    Venesuelanın xarici işlər naziri Jorge Arreaza Amerikaya qarşı müstəqillik mübarizəsi verdiklərini söyləyib.
     

    Muxalifet3 - 3-04-2019

  11. İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.

    Muxalifet - 3-04-2019

  12. Tanınmış meyxanaçı HƏBS EDİLDİ: 30 sutka... - FOTO

    Kazbek” meyxanasını oxumaqla tanınan "Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb.
    Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.
    V.Abdullayev İnzibati Xətallar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilir.

    Muxalifet - 3-04-2019

  13. Bu silahla Moskva vurulacaq? – Kiyevdən Rusiyanı qorxudan bəyanat

    Ukrayna hərbçiləri yaxın vaxtlarda yeni raket komplekslərinin sınaqlarını keçirəcək.
    UNİAN agentliyi xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu haqda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.
    Məlumata görə, Turçinov bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdə deyib.
    “Yaxın vaxtlarda yeni güclü raket komplekslərinin sınaqları planlaşdırılır”, -Turçinov vurğulayıb.
    Mətbuat xidməti söhbətin hansı silahlardan getdiyini dəqiqləşdirməyib.

    Muxalifet - 3-04-2019

  14. Gənclər Səhiyyə Nazirliyində könüllü işləyə biləcəklər - Oqtay Şirəliyev əmr imzaladı

    Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb olunacaq.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev "Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə" əmr imzalayıb.
    Əmrə əsasən, "Könüllü fəaliyyət haqqında" qanuna əsasən, Səhiyyə Nazirliyində gənclərin könüllü fəaliyyəti təşkil olunacaq.

    Muxalifet - 3-04-2019

  15. Atası azərbaycanlı olan erməni general istefa verdi - Xankəndində

    Dağlıq Qarabağdakı seperatçı rejimin "müdafiə nazirinin müavini", general-mayor Samvel Karapetyan istefa verib.
     
    Ermənistan mətbuatı bildirir ki, bu barədə məlumatı Samvel Karapetyanın özü verib.
    Məlumat üçün bildirək ki, Samvel Karapetyan Qarabağın işğalında iştirak edən əsas şəxslərdən biri olub. 1962-ci ildə Xankəndində anadan olan Karapetyan 1988-ci ildən Qarabağda baş qaldıran seperatçı hərəkatın fəal üzvlərindən olub.

    Muxalifet3 - 3-04-2019

  16. ​Ailəli bacısını başqa kişi ilə mesajlaşan yerdə tutdu və... - Şamaxıda qətl

    Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin Ali Məhkəməyə müraciət edib.
    Muxalifet.az "Ölkə.Az"a istinadən xəbər verir ki, təqsirləndirilən Rafail Yolçuyevin müraciətinə may ayının 15-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

    Muxalifet - 3-04-2019

  17. Azərbaycanda bu məhsulun qiyməti kəskin ucuzlaşdı

    Gündəlik ən çox istifadə edilən ərzaqlardan olan yumurtanın qiyməti ucuzlaşıb.
     
     Qiymətin aşağı düşməsi4-5 qəpik arası müşahidə edilir. Belə ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan yumurtanın qiyməti indi 7-8 qəpiyədir. Xəzər xəbər quşcular cəmiyyətindən ucuzlaşmanın səbəbini öyrənib.
    Xezerxeber.az bildirir ki, Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.
    Son bir həftədə yumurtanın qimyəti 5 qəpikaşağı düşüb. Satıcılar deyir ki, əvvələr 12-13 qəpiyə satılan yumurtaindi 7-8 qəpiyə təklif edilir.

    Muxalifet3 - 3-04-2019

  18. “Lotu Quli”nin adamına HÖKM OXUNDU

    Moskvanın Zamoskboretsk rayon məhkəməsi  2 milyon rublu mənimsədiyinə görə saxlanılan "Afo" ləqəbli azərbaycanlı "vor zakon" Fuad Rzayev barəsində hökm oxuyub.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Moskva" agentliyinə Rzayevin vəkili Müslim Camalutdinov məlumat verib. 
    Onun sözlərinə görə, F.Rzayev haqqındakı ittihamları qəbul edib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. 

    Muxalifet - 3-04-2019

  19. ​Rəcəb Tayyip Ərdoğan seçkiləri UDUZDU: muxtar ola bilmədi - FOTO

    Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonundakı Dumlupınar məhəlləsindəki muxtarlıq seçkilərində namizədliyini irəli sürmüş 20 yaşlı Rəcəb Tayyip Ərdoğan 600 səs toplayaraq uduzub.
    Virtualaz.org yerli “Birgün” qəzetinə istinadən xəbər verir ki, fəaliyyətdə olan muxtar Remzi Saral 1100 səs toplayaraq yenidən həmin vəzifəyə seçilib.
    Gənc Ərdoğan seçkilərdən sonra jurnalistlərə deyib: “Bu, bir seçki idi. Qazanmaq da mümkün idi, məğlub olmaq da. Mənim üçün çox gözəl təcrübə oldu”.

    Muxalifet - 3-04-2019

  20. FHN yanğınla bağlı MƏLUMAT YAYDI

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub.

    Muxalifet - 3-04-2019

Pages