Axtarış
The search found 105771 results in 0.049 seconds.
Search results
"Diqlas"la bağlı dəfələrlə xəbərdarlıq edilib - FHN
Fövqəladə Hallar Nazirliyinin Aparatında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə baş tutan kollegiya iclasında “Diqlas” ticarət mərkəzində baş verən yanğın barədə müzakirə aparılıb. Muxalifet.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib.
Muxalifet3 - 2-04-2019
Türk sənətçi xəstəxanaya yerləşdirildi
Türkiyəli sənətçi Yavuz Bingöl xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə onun meneceri Erden Dəmir məlumat verib.
O bildirib ki, sənətçi səhhətində problemlər yaşadığını bildirib bu səbəbdən xəstəxanaya aparılıb.
Sənətçi əməliyyat olunub və ürəyinə 4 stend qoyulub.
Bingölün səhhətinin normal olduğu və həkim nəzarətində saxlanıldığı deyilib.
Muxalifet3 - 2-04-2019
Müdafiə Nazirliyindən Əkrəm İmamoğluya xəbərdarlıq - YENİLƏNDİ
Türkiyənin “Posta” qəzetinin Ankara nümayəndəsi Hakan Çelik İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun Anıtqəbirə ziyarətinin detallarını və Milli Müdafiə Nazirliyinin bununla bağlı xəbərdarlığını şərh edib.
Jurnalist qeyd edib ki, bələdiyyə sədri ziyarət istəyi ilə bağlı Anıtqəbir İdarəsinə müraciət edib:Muxalifet3 - 2-04-2019
Çılpaq qızları tənqid edən Xoşqədəmə ŞOK CAVAB - VİDEO
Sosial şəbəkələrdə Bakıda şəxsi villaların birində çılpaq qızları əks etdirən video yayılıb. Videoda kişi ilə eyni masada yeyib-içən, spirtli içki qəbul edən 3 gənc qızın tamamilə çılpaq vəziyyətdə mahnı oxuduğu əks etdirilib. Sözügedən görüntülər cəmiyyətdə böyük rezenans doğurub. Qızlarla bərabər onları çəkib görüntüləri yayan şəxs də ictimaiyyətin qəzəbinə səbəb olub. Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və xalq artisti Flora Kərimova qızları tənqid edənlər tərəfdə olub.
Muxalifet3 - 2-04-2019
Tiflisin bu addımı erməniləri pis vəziyyətdə qoydu
Gürcüstanın öz ərazisindən taxıl tranziti qaydalarını dəyişməsi erməniləri pis vəziyyətdə qoyub.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, yeni qaydalara görə, erməni sahibkarlar qonşu ölkənin ərazisi ilə çəkisi 40 tondan artıq olan yük maşınlarını keçirə bilməyəcəklər.Muxalifet3 - 2-04-2019
Latın Amerikasına təhlükə bu ölkədən gəlir - XİN
Latın Amerikasına təhlükə Kolumbiyadan və onun ABŞ-la əməkdaşlığından gəlir.
Muxalifet.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər naziri Xorxe Arreazanın bəyanatında deyilir.
“Əgər regional sülhə təhlükə varsa, bu, Kolumbiyanın narkoticarət sənayesi, onu idarə edən hökumət rəsmiləri, onların yaratdığı konfliktlər, Boqotanın müstəmləkəçi (ABŞ nəzərdə tutulur) ölkə ilə əməkdaşlığı ilə əlaqəlidir”, - deyə nazir bildirib.
Muxalifet3 - 2-04-2019
Əlcəzair prezidenti istefa verdi
Əlcəzair Prezidenti Əbdüləziz Buteflika uzun müddət davam edən etirazlardan sonra istefa verib. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Onun hansı şərtlər daxilində istefa verdiyi açıqlanmır.
Muxalifet3 - 2-04-2019
Daha bir monqol idmançı yığmamızdan uzaqlaşdırıldı
Cüdo üzrə qadın millimizin monqolustanlı üzvlərindən biri komandamızdan göndərilib.
Muxalifet.az-ın oxu.az-a istinadən məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Purevsuren Buyanxişiq zəif nəticələri səbəbindən vətəninə yola salınıb.
Qeyd edək ki, Purevsuren Buyanxişiq 2017-ci ildə həmyerliləri – Erdenebat Bazarraqçaa (-48 kq) və Munxtsedev İçinxorlu (-57 kq), o cümlədən, ukraynalı İrina Kindzerskaya (+78 kq) ilə birgə komandaya cəlb olunmuşdu.Muxalifet3 - 2-04-2019
ABŞ-dan 7 saat ərzində ziddiyətli 2 F-35 qərarı!
ABŞ Senatındakı Silahlı Qüvvələr Komitəsinin yeni sədri Ceyms Inhofenin ABŞ-ın Türk pilotlarının indiyə qədər Florida, Texas və Arizonada həyata keçirdiyi F-35 təlim uçuşlarını və texniki dəstəyin təhsilini dayandırdığını bəyan etmişdi.
Bu bəyanatlardan 7 saat sonra Pentaqondan məsələ ilə bağlı yeni açıqlama verilib. Pentaqon sözçüsü podpolkovnik Mayk Andrews, "Türk pilot və xidmət dəstələrinin Luke Hərbi Hava Bazasındakı təhsilləri davam edir" deyib.
TƏLİMLƏR DAVAM EDƏCƏK
Muxalifet3 - 3-04-2019
İstanbulda AKP-nin səsləri artdı - BAŞQA PATİYALARA YAZILIBMIŞ...
İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi üçün keçirilən seçkidə bəzi qanunsuzluq və saxtakarlıqların olduğu iddiası ilə AK Partiya İstanbul vilayət təşkilatının rəhbərliyi və Bağçalı Rayon rəhbərliyi Bağçalılarda Rayon Seçki Komissiyasına səslərin yenidən sayılması üçün müraciət etmişdi.
Bağçalılar Rayon Seçki Komissiyası seçki qutularını yenidən açıb və yenidən siyahıya alma aparılıb. Məntəqə yekun protokolları və say cədvəlləri ilə səs torbaları araşdırılıb.Muxalifet3 - 3-04-2019
İstanbulda səslərin yenidən sayılması CHP-ni vahiməyə saldı - ŞOK SƏBƏBLƏR
İstanbulda səslərin yenidən sayılma qərarından sonra Binəlı Yıldırım ilə Əkrəm İmamoğlu arasında səs fərqi 10 minlərə düşüb. Bu nəticə CHP-də böyük bir təlaş yaradıb.
CHP Rayon Seçki Komissiyasına müraciət edərək, səslərin sayılmasının dayandırılması haqda qərar verib.
Muxalifet3 - 3-04-2019
Trampdan Merkelə “NATO” təpkisi!
ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin daha çox məsuliyyət götürməsi lazım olduğunu, üzv ölkələrə etdiyi təzyiqlərdən sonra NATO-ya 10 milyardlarla dollar dəstək təmin etdiyini bildirib. Tramp NATO ölkələri arasından xüsusilə Almaniyanı işarə edərək Angela Merkelin kifayət qədər məsuliyyət almadığını irəli sürüb. ABŞ prezidenti Donald Tramp bu fikirləri NATO-nun baş katibi Jens Stoltenberqlə Ağ Evdə keçirdikləri görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. Tramp vəzifəyə gəldiyindən bəri NATO ilə münasibətlər məsələsində böyük yol qət etdiyini bildirib.
Muxalifet3 - 3-04-2019
Səslərin sayılmasını dayandıran məntəqə sədri FETÖ-çu çıxdı
İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi üçün bəzi Rayon Seçki Komissiyası tərəfindən verilən yeni sayım qərarı CHP-ni vahiməyə salıb. CHP İstanbul Vilayət Seçki Komissiyasına müraciət edərək səslərin yenidən sayılmasının dayandırılması haqqında qərar verib. Bəlli olub ki, səslərin dayandırılmasına qərar verən Rayon Seçki Komissiyasının sədri Müberra Gürdal FETÖ hakimi Məmməd Gürdalın həyat yoldaşıdır. Və bu da seçki saxtakarlığının sadəcə sıradan bir xəta deyil, qlobal bir əməliyyatın nəticəsi olduğu fikrini yaradıb.
Muxalifet3 - 3-04-2019
Rusiya Türkiyəyə "göz vurdu": “5-ci nəsil qırıcı təyyarəni birgə istehsal edə bilərik”
Rusiya Müdafiə Nazirliyinə bağlı Xalq Şurasının üzvü, “Natsionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Sputnik”-ə verdiyi açıqlamasında, ABŞ-ın Türkiyəyə qarşı təzyiqlərini sərt bir dillə tənqid edib.
ABŞ-ın Türk pilotlarının F-35 təlim uçuşlarını dayandırdığı və texniki dəstəyin təhsilini təxirə saldığı açıqlamasını dəyərləndirən Rus hərbi ekspert Korotçenko, Türkiyənin 5-ci nəsil döyüş təyyarəsini Rusiya ilə istehsal edə biləcəklərini bildirib. Rus ekspertin verdiyi bu açıqlama ABŞ-a verilən ciddi xəbərdarlıq mesajı kimi dəyərləndirilir.
Muxalifet3 - 3-04-2019
Bakının mərkəzində binalardan birində yanğın baş verib- VİDEO
Bakının mərkəzində binalardan birində yanğın baş verib.
"Report"un hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib.
Muxalifet - 3-04-2019
“Vətən xainləri ilə necə rəftar edirlər?” – Quaydonun güllələnməsi təklif edilib
Venesuela müxalifətinin rəhbəri, Milli assambleyanın deputatı Xuan Quaydo öz əməllərinə görə ən ağır cəzaya layiqdir.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri ölkənin Konstitusiya assambleyasının üzvü Mariya Leon bildirib.
“Vətən xainləri ilə necə rəftar edirlər?” – deyə Leon iclas iştirakçılarına müraciət edib və onun bu sualına zaldan “Divara dayamalı!” – deyə səslər ucalıb. O, həmçinin əlavə edib ki, “Quaydonun parlament mandatının ləğv edilməsi azdır”.
Muxalifet - 3-04-2019
Tələbələrin təqaüdləri ilə bağlı qaydalar DƏYİŞDİ
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Muxalifet - 3-04-2019
“Mesaj verirlər ki, sizi azadlığa buraxmağa məcbur qaldıq, amma...” – QİYAS İBRAHİMOV
"İslahatın ömrü 30 gün çəkmədi".
Sosial şəbəkələrdə gənc fəal Bayram Məmmədovun bu günlərdə polisə tabe olmamaqda suçlanaraq, 30 sutka həbs cəzası almasına daha çox bu şəkildə reaksiya verilir, hakimiyyətin islahatlar haqda bəyanatlarının sadəcə imitasiya olduğu yazılır. Bayram Məmmədov "heykəl məhbusu" kimi tanınır, digər fəal Qiyas İbrahimovla birlikdə keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə "Qul bayramınız mübarək!" yazandan sonra narkotik ittihamıyla saxlanıb, Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə azadlığa buraxılıb.Muxalifet4 - 3-04-2019
Ermənilər Tovuzun kəndləri istiqamətində təxribat törətdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Muxalifet - 3-04-2019
Ərdoğanın məğlubiyyəti və yeni siyasi reallıq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərində paytaxt Ankarada nəzarəti itirib və belə görünür ki, İstanbulda da məğlubiyyətlə qarşılaşacaq.
Prezident Ərdoğan və merliyə namizəd Binəli Yıldırımın Ədalət və İnkişaf Partiyasının İstanbulda zəfərinə görə təşəkkürləri ilə bağlı plakat belə görünür bir az vaxtından əvvəl qoyulub. Lakin müxalif Cumhuriyyət Xalq Partiyasından namizəd Əkrəm İmamoğlunun çox az səs fərqi ilə də olsa, İstanbulda qələbə qazanacağı gözlənilir.
Muxalifet4 - 3-04-2019