Axtarış
The search found 105771 results in 0.043 seconds.
Search results
Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı - SƏBƏB MÜƏMMALIDIR
2019-cu ilin mart ayında Azərbaycan Rusiya vasitəsilə neft tranzitini dayandırıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yanacaq-Energetika Kompleksinin (YEK) Mərkəzi dispetçer idarəsi verib.
YEK-in məlumatlarına əsasən, yanvar-fevral aylarında Azərbaycan neftinin tranzitinin həcmi 249,5 min ton təşkil edib, martda isə tranzit həcmi olmayıb.
Muxalifet - 2-04-2019
SON DƏQİQƏ: Pakistanla Hindistan arasında DÖYÜŞ BAŞLADI - 7 ölü, 23 yaralı
Pakistanla Hindistan sərhədində yerləşən Kəşmir Nəzarət Xəttində yenidən gərginlik yaranıb.
İki ölkənin hərbi qüvvələri arasında yaşanan atışma zamanı 7 nəfər ölüb.
Hadisə ilə bağlı Pakistan ordusu tərəfindən açıqlama verilib.
Bildirilib ki, Hindistan əsgərlərinin Kəşmir Nəzarət Xəttinin Pakistana aid hissəsindəki hərbi mövqeləri hədəf alması nəticəsində 3 əsgər həlak olub.
Hindistan ordusu isə qarşı tərəfi atəşkəsi pozmaq və Hindistan tərəfdəki Punç bölgəsini hədəf almaqda günahlandırıb.Muxalifet - 2-04-2019
"Müharibə hələ bitməyib” - İLHAM ƏLİYEV
“Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb.
Muxalifet4 - 2-04-2019
“Sputnik Azərbaycan”ın “erməni fitnəsi”ni PƏRDƏLƏMƏK CƏHDİ
Rusiyanın "Sputnik" Agentliyinin Bakı filialı olan "Sputnik Azərbaycan"la bağlı qalmaqal səngimək bilmir.
İddialara görə, “Sputnik”in baş redaktoru, erməni Marqarita Simonyan Azərbaycanda jurnalisti "satın alınması" haqda təlimat verib. Bu səbəbdən ki, Agentliyin bir aya yaxındır boş qalan şef-redaktor postuna namizəd tapmaq müşkülə çevrilib. Və M.Simonyandan "Sputnik Azərbaycan"ın rəhbəri Əziz Əliyevə “Yüksək maaşa maraqlı olan, eyni zamanda bizim tələblərimizə cavab verən bir redaktor tap” təlimatı verib.
Muxalifet4 - 2-04-2019
Bakıda oteldə gənci armaturla ölümcül döydülər
Xəzər rayonu Türkan qəsəbəsində yerləşən "Santafe BEACH" otelində 23 yaşlı gənc ölümcül döyülüb.
Bu barədə döyülən Aydın Vəliyevin nümayəndəqi Vüqar Əmirov məlumat verib. Nümayəndə bildirib ki, marıtın 1-də A.Vəliyev "Cahargah" kimi tanınan həmin otel-restoranın diskotekasında müştəri kimi olub:Muxalifet - 2-04-2019
Elmar Məmmədyarov Moskvaya gedəcək
Azərbaycanın xarici işlər naziri aprelin 5-də Moskvaya səfər edəcək.
Bu barədə ONA-nın Moskva müxbirinə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib. Bildirilib ki, aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının görüşü keçiriləcək. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.Muxalifet - 2-04-2019
Terrorçubaşı Duran Qalxandan “U” dönüşü: Dərhal imtina etməliyik
Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Duran Qalxan təşkilat içərisindəki "ölüm oruc"larından imtina edilməsini istəyib.
Yaxın vaxta qədər PKK-YPG/PYD terror təşkilatı mənsubu terrorçuları ölüm orucu aksiyalarına istiqamətləndirən bu cür aksiyaların sayının artırılmasını istəyən terrorçubaşı Duran Qalxanın terrorçulara yönəlik etdiyi bir çıxışında, “Ölüm orucu aksiyalarından imtina etməliyik, artıq bu tərz aksiyalara yol verməməliyik" dediyi və bunu öz yayın orqanlarında ifadə etdiyi müəyyən edilib.
Muxalifet3 - 2-04-2019
İNANILMAZ İŞ TƏKLİFİ: 66 min dollar maaş və dünyanı gəzmək
İngiltərənin “Vibrant Vegan Company” qida şirkəti yeni işçi axtarışına çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, şirkət dünyanı dolaşaraq yeni veqan yeməklər kəşf edən və bunları sənədləşdirən əməkdaşlar axtarır.
“Dad direktoru” adlanan bu vakansiyanın maaşı 50 min avrodur (66 min dollar).
Pozisiyaya qəbul olunacaq işçisinin qalmaq, səyahət və yemək xərcləri şirkət tərəfindən qarşılanacaq. Onun tək işi isə 4 ay boyunca Meksika, Çin, Hindistan və Türkiyə kimi ölkələrdə gəzmək olacaq.Muxalifet - 2-04-2019
ABŞ YPG/PKK-YA BİR GECƏDƏ 100 TIR DƏSTƏK GÖNDƏRDİ! - İŞİD yoxdur, onları kimə qarşı silahlandırırlar?
ABŞ Suriyada YPG/PKK terror təşkilatının işğalı altındakı bölgəyə İraqdan qapalı kassalar, tankerlər və 4x4 avtomobillər daşıyan 100 ədədə yaxın tır göndərib.
Yerli mənbələrdən verilən məlumata görə, dünən gecə saatlarında 100 civarında tır Simelka sərhəd qapısından Suriyaya daxil olub. Qapalı kassalar daşınan tırlarda Hummer markalı avtomobillər və tankerlər göndərilib.
ABŞ fevral ayında iki dəfə İraq sərhədindən YPG/PKK terrorçularının işğalı altındakı bölgəyə təqribən 300 tır dəstək göndərmişdi.Muxalifet - 2-04-2019
Rəsmi Bakı Ermənistana xəbərdarlıq etdi
Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.
Bu barədə XİN-dən məlumat verilib. Qeyd olunub ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir:Muxalifet - 2-04-2019
“Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi
“Nar” bütün ölkə ərazisində yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti mağazasını paytaxtın Binə qəsəbəsində təqdim edib. Yeni konseptə uyğun ekspress tipli mağaza Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə 9 ünvanında yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilən dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək.
Muxalifet4 - 2-04-2019
Viza prosedurları sadələşdirildi - SƏRƏNCAM
Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet - 2-04-2019
Nazarbayev prezidentlikdən nəyə görə getdiyini açıqladı
"İnanıram ki, Qazaxıstanın yeni rəhbəri Qasım Jomart Tokayev mənim gözləntilərimi doğruldacaq."
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev bunu Alma-Ata viləyətindəki doğma Şamalqan kəndində sakinlərlə görüşdə deyib.Muxalifet - 2-04-2019
Sığorta şirkəti Qarabağ əlillərinin, şəhid ailələrinin “qanpulu”nu mənimsəyir - MƏĞRUR BƏDƏLSOY
Sığorta dələduzluğu günün “dəbdən düşməyən” qonularındandır. Dövlət Sığorta Kommersiya Şirkəti Qarabağ əlillərinin, şəhid ailələrinin qanpulunu dələduzluqla mənimsəyir, özəl sığorta şirkətləri də sığorta olayı baş verəndə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmirlər. Ən böyük dələduzluq “reqress dələduzluğu”, yəni öhdəliyin başqasının üzərinə qoyulmasıdır. Bu dələduzluq avtomobil yiyələrinin üçüncü şəxslərə vurduqları ziyanın ödənilməsi hallarında geniş yayılıb.
Muxalifet4 - 2-04-2019
İlham Əliyevlə Vladimir Putinin telefon danışığı olub
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Virtualaz.org Kremlin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla martın 29-da Vyanada Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqları barədə təəssüratları ilə bölüşüb.
Muxalifet - 2-04-2019
İstanbulda 1700 səs Binalı Yıldırıma keçdi: CHP qəbul etdi
İstanbulda Arnavutköylə bağlı seçki etirazları nəticə verib. Rayondakı seçki məntəqəsindəki xətalar və saxtakarlığı CHP də qəbul edib. Nəticə olaraq 1700 səs Binalı Yıldırıma əlavə olunub.
Muxalifet3 - 2-04-2019
Xanım vəkil təhqir olundu, məhkəmədə gərginlik yaşandı - Abbas Bağırovun adı keçən dələduzluq işi
Tanınmış müğənniyə qarşı da dələduzluq etməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Ənvər Sadıqov ifadə verib.
Ənvər Sadıqov Abbas Bağırova satılan qaraj epizodu üzrə dindirilib.Muxalifet - 2-04-2019
“Diqlas”dakı sahibkarların bir qismi yerlə təmin olundu
İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara səkkiz ticarət mərkəzi təklif olunub.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, artıq 20-yə yaxın sahibkar beş ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.Muxalifet - 2-04-2019
Eyni gündə İKİ PARTLAYIŞ: yaralılar var
Rusiyanın Sankt-Peterburq şəhərində daha bir partlayış baş verib.
Partlayış Mikrobiologiya İnstitutunun binasında qeydə alınıb.
İlkin məlumata görə, institutun laborantı kimyəvi reaktor olan kolbanı əlindən salıb. Bunun nəticəsində partlayış baş verib. Laborant yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bir neçə saat öncə Sankt-Peterburqun Aleksandr Mozayski adına Hərbi Kosmik Akademiyasınnın yerləşdiyi binada partlayış baş vermişdi. Mina partlaması nəticəsində meydana gələn hadisə nəticəsində 4 tələbə yaralanmışdı./PublikaMuxalifet - 2-04-2019
Ağcəbədidə narkotik həblərin satışı ilə məşğul olan aptek ifşa olunub
Ağcabədi rayonunda fəaliyyət göstərən apteklərin birində külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan ONA-ya verilən məlumata görə, Ağcabədi şəhər ərazisində yerləşən apteklərin birində qanunsuz olaraq narkotik tərkibli dərman preparatlarının satışı ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Muxalifet - 2-04-2019